Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə7/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   2   3   4   5   6   7   8   9   10   ...   91

26
 
 
ancaq kütlənin ruhuna uyğun hərəkət etməli, onun mənafeyi 
gözlənilmək  şərti ilə  hərəkat idarə olunmalıdır. Hər hansı bir 
mənafeyə zidd hərəkət xalqın qəzəbini yenidən coşdura bilər. 
Belə bir məqamda kütlənin nəbzini tuta bilən, onun iradəsini 
ifadə edən “ liderlər” meydana çıxır. Nəyisə yaradacaqlarına, 
xalqın rifahı naminə  hər  şeyi edəcəklərinə kütlənin uzun 
illərdən bəri itirdiyi ümid və inamını yenidən yaranmasına 
zəmin yaradır. Bu zaman məhz lider əsas aparıcı xəttə çevrilir. 
“Kütlə-lider” və “xalq- rəhbər” münasibətləri arasında kəskin 
ziddiyyətlər yaranır, ictimai münasibətlər arasındakı tarazlıq 
pozulur.  İctimai münasibətlərin pozulması istər-istəməz 
cəmiyyətdə anarxiyanın başlanmasına zəmin yaradır.  Onun 
dərinləşməsinin qarşısını almaq, xalqın mənafeyinə ciddi xələl 
gətirməmək  üçün, onun iqtisadi böhran girdabına  enməməsi 
naminə xalqın milli mənafeyini hər  şeydən üstün tutan, bütün 
şəxsi ambisiyalardan imtina etməyə qadir olan, etnik 
xüsusiyyətlərə  dərindən bələd olan “rəhbər-  şəxsiyyət” 
meydana çıxır və xalq hərəkatının kortəbii mərhələsi sona çatır. 
Bundan sonra yeni yaradılacaq dövləti qoruyub saxlamaq üçün 
ciddi qanuni-nəzarət sistemi tətbiq olunmalıdır. Bu, 
demokratiyanın boğulması, insan hüquqlarının tapdanması 
deyil, əksinə, yeni yaradılacaq demokaratik dövlətin təməlinin 
möhkəm olmasına zəmin yaradır.  Əks təqdirdə, bizim 5 illik 
hədsiz  əziyyətlərimiz səmərəsiz olar, arzuladığımız yeni, ali 
cəmiyyət istəyimiz puça çıxar və biz sadəcə olaraq əvvəlki 
mövcud quruluşun formasını dəyişmiş olarıq. 
Biz bu gün hər  şeyi udan, hər  şeyi məhdudlaşdıran, bütün 
vətəndaşlıq təşəbbüslərini mədh edən bir dövlət qurmaq 
fikrində olmalıyıq. 
Yeni dövlətçilik baxımından biz öz milli qanunlarımızı 
yaratmalı  və bu qanunlar xalqın xarakterindən süzülməli, 
millətin taleyini müəyyən etməyə qabil olmalıdır. Biz öz 
Konstitusiyamıza uyğun özümüzün idarəetmə sistemimizi 
yaratmalıyıq. Məhşur psixoloq Qustav Lebon “Xalqların və 


27
 
 
kütlələrin psixologiyası”  əsərində çox haqlı olaraq yazırdı ki, 
hər bir xalq özünə layiq olan idarəetmə formasını  əldə 
edir. Onun başqa idarə üsuluna nail olması mümkün deyil. 
 Bizim bu çətin müharibə  şəraitində dövlətimizdən onu tələb 
etməyə haqqımız olardı ki, idarə etdiyi xalqının hiss və 
ideyalarının ifadəçisi və müdafiəçisi olsun. Xalqımızın daxili 
imkanları  həddindən artıqdır. Lakin böyük milli təbəddülat 
üçün müəyyən vaxt gərəkdir. Çünkigələcəyimiz yetkin 
təfəkkürdən asılıdır.  
Hazırki dövrdə xalqı taleyini zahiri hadisələrdə axtarmaq çox 
yersiz görünərdi, çünki taleyimiz yalnız və yalnız özümüzdən 
asılıdır. 
 
 
   “Müxalifət” qəzeti, 18 iyun 1993-cü il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


28
 
 
 
İrad tutmazdan əvvəl... 
 
 Filosofların fikrincə, azadlıq zərurətin dərk edilməsidir. O, ilk 
növbədə  mənəvi varlığın  əsaslandığı qanunlara aiddir ki, 
müəyyən bir məsələ haqqında onun əsasında azad  mühakimə 
yürüdülür. Azadlıq tarixi inkişafın zəruri məhsuludur. 
 Bu gün biz nə  qədər ki, ictimai qüvvələri lazımınca dərk 
etmirik və bunlarla hesablaşmaq istəmirik, onlar da təbiət 
qüvvələri kimi kor-koranə fəaliyyət göstərəcək ki, onun da acı 
nəticələrini gec-tez hiss edəcəyik. 
 Rus yazıçısı M.M. Prişvin öz gündəliyində qeyd edirdi: “Təbi-
ət haqqında yalnız o zaman danışmaq olar ki, özünü nə isə 
naməlum bir şey kimi tapasan, kəşf edəsən və anlayasan”. 
Əgər insan özünü tapmamışsa, özünü dərk etməmişsə, onun 
cəmiyyətdə baş verən prosesləri dərindən anlamasına inanmaq 
çətindir. 
 Fransız yazıçısı A. De Sent-Ekzüperi haqlı olaraq yazmışdı: 
“İnsan olmaq, birinci növbədə başqa insanlar qarşısında 
məsuliyyət hiss etməkdir”. 
 İnsanın azadlığı ilə onun amalı arasında sıx əlaqə mövcuddur. 
Bəzən isə azadlığı necə istəyirsənsə, elə  də  hərəkət etmək 
“imkanı” kimi başa düşürük. Onun bu cür başa düşülməsi, 
əlbəttə ki, özbaşınalığa, anarxiyaya geniş meydan açılması 
deməkdir. İnsanın arzu və istəklərinə əməl olunması azadlığın 
mühüm əlaməti olsa da, bu arzu və istəklər məsuliyyətlə idarə 
edilməsə, əks nəticələr verə bilər. 
  Bu gün biz yenə  də  nəyinsə bizə hazır  şəkildə veriləcəyini 
gözləyirik. Məsuliyyət hissini duymaq istəmirik. Başa 
düşməliyik ki, məsuliyyətin duyulması və təşəkkül tapmasında 
həmişə iki amilin qarşılıqlı  təsiri həlledici rol oynayır: Bir 
tərəfdən, tələbat vasitəsi ilə  şəxsiyyətə obyektiv təsir göstərən 
və onu müəyyən fəaliyyətə sövq edən amillərin təsiri; Digər 


29
 
 
tərəfdən isə  şüurlu surətdə  dərketmə  əsasında  şəxsiyyətə 
daxildən impuls verən subyektiv amillərin təsiri.  Əxlaqi 
məsuliyyət ilk növbədə yüksək əxlaqi şüuru nəzərdə tutur. İndi 
bizim hər birimiz özümüzün cəmiyyət qarşısında borcumuzu, 
əxlaqi vəzifələrimizi dərindən dərk etməliyik. Çünki məqsədlər 
aydın olduqca mübarizənin yolu və  vasitələri də aydınlaşır. 
 Öz iç dünyamıza tam sahib olmadığımıza, hələ köhnə 
stereotiplərdən xilas ola bilmədiyimizə görə  nə kamil 
şəxsiyyətlərimizi görə bilirik, nə  də onları lazımınca 
qiymətləndirə bilirik. Çünki qabağa çıxanlarımıza da rişxəndlə 
yanaşırıq, onların rəftar və davranışlarında həmişə  mənfi 
xüsusiyyətlər axtarmağa çalışır, nəyin bahasına olursa-olsun 
onlarda çatışmazlıqlar görmək istəyirik. Bu bizdə olan 
 
“qüsuraxtarma psixologiyası” ilə  əlaqədardır. Eyni zamanda, 
özünüdərketmə aşağı səviyyədə olduğu üçün azadlığımızı kütlə 
ancaq həbsxanadan qaçan adamın azadlığı kimi başa düşür. 
  Bugünkü  siyasi  vəziyyətdə  də biz özümüzə tam əmin 
olmadığımızdan öz “ mən”imizdən uzaq düşməyə  məcbur 
oluruq. Bunun nəticəsində  də  mənəvi böhran girdabında 
çabalamağa başlayırıq. Biz hökmən idarəetmə  məktəbini 
keçməli və bunu öz şəraitimizə adaptasiya etməliyik. Bunun 
üçün köhnə sosioloji institutlara qayıtmamalı, ailə  və ictimai 
məsələlərə yeni milli psixoloji aspektdən yanaşmalı  və onun 
düzgün istiqamətləndirilməsinə nail olmalıyıq. 
  Məhşur filosof Sokrat göstərirdi ki“öz zəif cəhətlərinə bələd 
olmayan insan, özünə  də  bələd deyildir”. Bu cəhətdən istər-
istəməz bizdə  mənəvi təbəqələşmə gedir; Ə.Tusi “Əxlaqi 
möhtəşəm”  əsərində yazırdı:  “Əgər sən hansı  təbəqədən 
olduğunu bilmək istəyirsənsə, onda xalqla yaxından ünsiyyət 
saxla. Hansı  təbəqə nümayəndələrini səbəbsiz, illətsiz çox 
istəsən, onda bil ki, həmin təbəqənin nümayəndəsisən”. 
 Həmişə nəyəsə irad tutmazdan əvvəl, kimisə tənqid etməzdən 
əvvəl öz-özümüzə qapılmalı, öz içimizə çəkilməli və dərindən 
düşünməyi bacarmalıyıq. Bunun üçün isə  hər kəs öz-özünün 
Xristofor Kolumbu olmalıdır 
 
   “Müxalifət” qəzeti, 13 aprel 1993-cü il. 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə