Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə21/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   17   18   19   20   21   22   23   24   ...   91

82
 
 
Əsirlərimizin başlarına gətirdikləri dözülməz işgəncələr barədə 
qəzetinizdə ətraflı yazmışdınız. Onu da qeyd edim ki, ermənilər 
əsirlərlə elə rəftar edirdilər ki, bunları dilə gətiriləsi deyil.Onlar 
bizim ölüləri də  təhqir edirdilər. Bizi Azərbaycan 
qəbiristanlıqlarına aparıb oradakı yaxşı baş daşlarını sökdürüb 
maşınlara yığdırırdılar. Bunlarla ürəyi soyumayan ermənilər 
cavan rəhmətə getmiş soydaşlarımızın qəbirlərini sökdürməyə 
məcbur edir, meyitlərin qızıl dişlərini çıxardırdılar.  
Abutalıbov Mikayıl Musa oğlu, 1955-ci il avqustun 16-da 
Kəlbəcər rayonunun Bozlu kəndində anadan olub. 1993-cü ilin 
aprel ayında Kəlbəcərin işğalı zamanı əsir düşüb. 
-  Mən 1970-ci ildən  Bərdə rayonunun Qaradəmirçi kəndində 
traktorçu işləyirəm. Kəlbəcərin işğal olunması  xəbərini 
eşidəndə qohumlarımdan xəbər tutmaq üçün oraya getdim. Onu 
da deyim ki, mən Kəlbəcərdə qalan 9 yaşlı oğlum, əmim Lətif, 
əmim  yoldaşı Namazova Xəzangülü, xilas etməkdən ötrü 
bacanağım Məmmədov Novruz və yeznəm Mirzalıyev Kamalla 
birlikdə oraya getməyi qərara aldıq. Mən  əvvəlcə onların 
getməsinə etiraz etdim. Ancaq... Kəlbəcər yolunda hamımız 
ermənilər tərəfindən  əsir götürüldük. Biz erməni daşnakların 
əsirlərimizə verdikləri görünməmiş 
işgəncələrin, 
qəddarlıqların, iyrənc vəhşiliklərin, əxlaqsızlığın şahidi olduq...  
Əsirlikdə olduğum müddətdə həytımda görmədiyim və ağlıma 
belə  gətirə bilmədiyim hadisələrin  şahidi oldum. Ermənilərin 
azərbaycanlı əsirlərin, xüsusilə əsir düşmüş döyüşçü əsgərlərin 
başlarına gətirdikləri amansızlıqları və qeyri-insani hərəkətləri 
öz gözlərimlə gördüm. Bəzən elə an olurdu ki, öz əzablarımı 
unudurdum.  Şuşa həbsxanasında olarkən bizi meşəyə  ağac 
qırmağa aparırdılar. Səhərdən axşama kimi işləyirdik. Axşam 
həbsxanaya gətirəndə  həyətdə bizi sıraya düzüb möhkəmcə 
döyürdülər, sonra da “indi axşam yaxşı yatarsız”- deyə 
kameralara  salırdılar. Uşaqların çoxu səhərə  çıxmır, elə 
kameradaca həyatla vidalaşmalı olurdular. Bir epizodu heç vaxt 
unuda bilmirəm. Bir gün bizi maşına yığıb bir  erməni 


83
 
 
qəbiristanlığına gətirdilər. Ermənilər dedi ki, onların bu gün 
bayramıdır. Ona görə  də burada bir Azərbaycan  əsgərini 
qurban kəsəcəklər. Onun ətindən isə biz hamımız qurban əti 
kimi yeməliyik.  Əclaflar dedikləri kimi də etdilər. Cavan, 
cüssəli bir əsgəri qəbirlərin birinin üstündə  kəsdilər, bizi də 
ətini yeməyə  məcbur etdilər. Bütün bunlara dözmək olmurdu. 
Qaçmaq üçün imkan axtarırdım. 
Sonra məni bir neçə  əsirlə  bərabər işləmək üçün Xocalıya 
gətirdilər. Nəyin bahasına olursa-olsun buradan qaçmağı 
planlaşdırdım. 1994-cü il iyulun 14 -də Xocalıdan qaçdım. 14 
gün gecələr yol gedib, gündüzlər gizlənirdim. Bu müddətdə 
yediyim quru meyvə  və ot olub. On dörd gündən sonra mən 
Daşkəsən rayonuna gəlib çıxdım. Onu da deyim ki, əsir 
düşməmişdən əvvəl 106 kq çəkim var idi, evə qayıdanda isə 64 
kq idim... 
Məmmədov Novruz Qurban oğlu: 
-...Bizi səhərdən axşamadək ac-susuz işlədirdilər.Hər gün 
döyürdülər.İşgəncələrə dözməyib 4 nəfər adam əsirlikdən 
qaçmağı qərara aldıq. Mikayıla bu cəhənnəm əzabından qaçıb 
xilas olmaq nəsib oldu.Biz isə minalanmış sahəyə düşdük. 
Yoldaşımın biri minaya toxunub öldü. Aydının isə  qılçasının 
birini apardı. Mən isə daha irəli gedə bilmədim. Ermənilər bizi 
yenidən tutdular.Əgər adlarımız QXC-nin siyahısında 
olmasaydı, onlar bizi dərhal öldürəcəkdilər. 
Mənə verilən işgəncələrdən sonra gündə bir neçə  dəfə ölüb 
yenidən dirilirdim. Döyülməkdən axşamlar uzana bilmirdim, 
sümüklərimin ağrısından gözlərim yumulmurdu. Ağrılardan 
tez-tez bayılırdım. Bəzən isə onlar mənə elə  dərmanlar 
verirdilər ki, başım keyləşirdi. Bundan əlavə onlar 
damarlarımıza  şprislə  nəsə vururdular. Bundan sonra heç bir 
şey hiss etmirdik, heç bir şey xatırlamırdıq. Sonradan öyrəndik 
ki, ermənilər bu dərmanlarla hafizəmizi korlayıb, buradakı 
gördüklərimizi xatırlaya bilməyək və ya kiməsə söyləməyək. 
“Son söz” qəzeti, 1998-ci il 


84
 
 
İnam  ocağı 
 
      İnsan yer üzünün əşrəfi olduğuna görə onu təbiətin nadir 
incisi hesab edirəm. O eyni zamanda kainatda yeganə varlıqdır 
ki, onun tam öyrənilməsi və  dərk edilməsi mümkün deyildir. 
İnsanın sirrini ancaq onu yaradan bilir. Allah- təalanın 
yaratdığı bu məxluq həqiqətən də,  yer üzündəki  ən sirli 
möcüzələrdən biridir. Təsadüfi deyil ki, Qurani - Kərimin 
Furqan surəsinin ilk 20 ayəsi insan haqqındadır. Görkəmli 
ingilis yazıçısı Mark Tven insan barəsində yazırdı:  “Hər bir 
insan aya bənzəyir, onun görünməyən ( işıq düşməyən) tərəfi 
vardır ki, onu heç kəsə göstərmir və ancaq özü görə bilir”. 
      Buna görə hansısa bir adam haqqında söz deyərkən əvvəlcə 
həmin  şəxsi öz süzgəcindən keçirməlisən, onun danışığı, 
hərəkəti, rəftarı, zahiri görkəmi və daxili aləmi ilə nə dərəcədə 
eyniyyət təşkil etməsini hiss etməlisən, duymalısan.  
      İmamirə xanımla tanışlığımız redaksiyada olmuşdu. Onun 
adamlarla həddindən artıq səmimi, mehribancasına danışığı və 
birdən-birə qarşısındakına kəskin, aqressiv reaksiya verməsi bir 
psixoloq marağı ilə  məndə onun üzərində gizlicə müşahidə 
aparmaq həvəsi oyatdı. Gördüm ki, İmamirə xanımın bəzi 
hərəkətlərində və tanımadığı müsahibi ilə ünsiyyətə girməsində 
qeyri- adilik var. Onun bu cür hərəkətləri bəzilərinə gülməli 
gəlirdi və o, müsahibini tərk edəndən sonra onun ardınca 
ironiya ilə danışırdılar. Düzü, bu mənə təsir etdi. Bir dəfə dözə 
bilməyib,  İmamirə xanıma rişxənd eləyən cavan bir qızın 
dediyi sözlərə görə məzəmmət etdim. Dayaz düşüncəli adamlar 
həmişə başqaları barədə qeyri-obyektiv fikirlər söyləyir. Çünki 
həmin adamın qarşısındakını  dərk etməsi, başa düşməsi üçün 
intellekt səviyyəsi ona imkan vermir. 
     Və günlərin birində  İmamirə xanımın birdən-birə  mənim 
barəmdə çox dəqiq və danılası mümkün olmayan bir fikri 
üzümə deməsi bu xanım barədə düşüncələrimi təsdiq etdi. Bir 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə