Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə20/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   16   17   18   19   20   21   22   23   ...   91

79
 
 
 Ermənilərin qəddarlığını sadalamaqla qurtaran deyil, onların 
azərbaycanlı  əsirlərinə qarşı etdikləri qeyri- insani hərəkətləri 
bütün dünya ictimaiyyətinə  çatdırılmalıdır. 
 Bəzən elə olurdu ki, əsirlər qabaqlarındakı buğda suyunu 
yedikləri zaman erməni  əsgəri xoşuna gəlməyən, gözünə pis 
görünən əsiri qəfildən arxadan taxta və yaxud da odun parçası 
ilə başından vurub qanını yediyi qaba axıdırdı. Əgər ermənilər 
bir nəfəri başqa  əsirlərə nisbətən hər gün daha çox 
döyürdülərsə, deməli, həmin adam artıq ölümə  məhkum 
olunubdur. O, ölməliydi. Onlar hər həftə bir əsir öldürürdülər. 
  Ermənilərin bu “qanunu” Şuşa həbsxanasında da icra edilirdi. 
Bu, təkcə “döyərək öldürmə” üsuluna aid idi. Ermənilər 
bayramlarında isə mütləq türk başı kəsməliydilər. Onlar həmin 
bayramlarda  əsir düşmüş azərbaycanlını öz övladlarının qəbri 
üstünə aparıb qəbr üstündə bu “mərasimi” yerinə yetirirdilər. 
Əsir düşmüş qadın və  qızlarımızın başına açdıqları iyrənc 
hərəkətləri isə dilə gətirmək mümkün deyildir. 
 Açığını deyim ki, “Qırmızı Xaç” olmasaydı, ermənilər bircə 
nəfər də olsun, azərbaycanlı əsirini sağ  verməyəcəkdilər. Onlar 
QXC-dən bir az çəkinirdilər...
 
Beləliklə, 1996-cı il mayın 10-da 67 nəfər azərbaycanlı  əsir, 
həmçinin mən QXC-nin köməyi ilə uzun sürən cəhənnəm 
əzabından xilas edildik. Elə  şeylər var ki, onları demək 
mümkün deyil. Ancaq mən 1993-cü il dekabrın 15-də Martuni 
istiqamətində gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara 
görə bir nəfəri xüsusi geyd etmək istəyirəm. O, leytenant 
Əliyev Zaur Novruz oğlu idi. Ölümün gözünə dik baxan, 
qorxmaz, igid oğlanlardan biriydi. Zaur ailənin yeganə oğlu idi. 
İki bacısı var. Həmin il dekabrın 27-də bacısının toyu, yanvarın 
1-də isə öz toyu olmalıydı. Döyüşə getməmişdən  əvvəl 
hamımız bir yerə toplaşıb Zauru evlərinə yola salmaq istədik. 
Ancaq Zaur bizim təklifimizə  qəti etiraz etdi. Dedi ki, siz 
burada vuruşacaqsınız, mənsə toyda yeyib-içib şənlənəcəyəm? 
Bunu kişiliyimə heç cür sığışdıra bilmərəm. Qoyun bu döyüşdə 


80
 
 
erməni dığalarının ağız-burnunu  əzişdirək, sonra da toy 
məsələsinə baxarıq. Bu döyüşdə Zaur misli görünməyən 
qəhrəmanlıq göstərdi. Ermənilər həm sayca, həm də döyüş 
texnikası  cəhətdən bizdən xeyli üstün idilər.  Şiddətli döyüş 
gedirdi. Sıralarımız getdikcə seyrəlirdi. Zaur bütün növ 
silahlardan atəş açırdı. Döyüş sursatımız qurtarmaq üzrə idi. 
Ermənilər isə getdikcə irəliləyirdilər. Zaur uşaqlara dedi ki, 
geri çəkilsinlər. Özü isə döyüş meydanında tək qalacaq və 
erməniləri ləngidəcək. Amma: “Ölsək də bir yerdə öləcəyik, 
ancaq geri çəkilməyəcəyik,” - deyə hamısı bir ağızdan 
dilləndilər. Zaur təkbaşına çoxlu erməni öldürdü. Bundan 
əlavə, o, bizə yaxınlaşmaqda olan BMP -ni qumbaraatan silahla 
vurub yandırdı. Elə bu zaman onu çoxdan bəri hədəfə almağa 
çalışan erməni snayperi öz istəyinə çatdı. Bir andaca Zaurun 
başı çiyninə düşdü. Mən tez özümü yetirib onu qucaqladım. 
Həmişə yoldaşlarına: “ölüm məndən qorxur” - deyən Zaur artıq 
keçinmişdi. İkinci atəş mənim qolumu yaraladı. 
   Məncə, o, döyüşdə  uşaqlarımızın hamısı  qəhrəmancasına 
həlak oldu. Biz Zaur kimi Vətən oğullarını heç bir zaman 
unutmamalıyıq... 
 
Cəhənnəmdən qayıtmışlar 
 
Sarıyev  Əli Zöhrab oğlu 1952- ci ildə Beyləqan rayonu 
Dünyamalılar kəndində anadan olub. O, Yunan- Roma güləşi 
üzrə 5 dəfə Azərbaycan  çempionu, bir çox Ümumittifaq və 
Beynəlxalq turnirlərin qalibi və mükafatçısı, metodist müəllim, 
Azərbaycanın maarif əlaçısı, ali dərəcəli məşqçidir. 
- 1993-cü il oktyabrın 31-də şəxsi “Jiquli” markalı maşınımda 
Ağdam rayonunda ermənilər tərəfindən əsir alındım. Mənimlə 
birgə atam-1925 - ci il təvəllüdlü Sarıyev Zöhrab Abdulkərim 
oğlu, anam- 1929- cu il təvəllüdlü Sarıyeva Sifeyrə Misir qızı, 
1971- ci il təvəllüdlü Paşayeva Gülnarə Yaqub qızı da əsir 
düşdü. 


81
 
 
  Əsir düşmüş qadınları Xankəndində, kişiləri isə  Şuşa 
həbsxanasına apardılar.  Əsirlikdə olduğum 1 il 8 ay 8 gün 
müddətində ermənilərin azərbaycanlıların başlarına gətirdikləri 
min cür oyunların, qəddarlığın, vəhşiliyin  şahidi oldum. 
Qəzetinizdə yazdığınız azərbaycanlı  əsirlərin ermənilər 
tərəfindən hansı  işgəncələrə, dözülməz müsibətlərə  məruz 
qaldıqları barədə göstərilən faktlar hamısı doğrudur. Mən 
donuzlara baxırdım. Uşaqlara isə ac-susuz meşədə  ağac 
qırdırırdılar. Axşamlar gətirib yenidən kameraya salırdılar. 
 
 
Bir gün kamera yoldaşlarım mənə donuzlara verilən 
yeməkdən onlara da gətirməyi xahiş etdilər. Bundan əvvəl bir 
neçə  dəfə donuzlara verilən yeməkdən gizlicə kamera 
yoldaşlarıma vermişdim. Ancaq növbəti dəfə ermənilər bunu 
gördülər. Onlar məni atamın gözləri qarşısında vəhşicəsinə 
döydülər. Sonra isə ayağımdan yerə  mıxladılar. Atam mənə 
baxıb gözünün yaşını sel kimi axıdırdı. Mən isə dözürdüm. 
Bundan sonra məni yaralı  vəziyyətdə yarıya kimi su ilə 
doldurulmuş zirzəmiyə saldılar. Ayağım  şişməyə başlamışdı. 
Həmin vaxt Qırmızı Xaçın nümayəndələri olmasaydı, elə 
oradaca öləcəkdim. Ermənilər ağır yaralı  əsirləri Qırmızı 
Xaçdan gizlədirdilər.Yoldaşlarım mənim barəmdə onlara 
məlumat verəndən sonra ermənilər məni zirzəmidən çıxartmalı 
oldular. 
  Ertəsi gün QXC-nin nümayəndələri bir neçə  xəstə  əsirlə 
birlikdə  məni Xankəndindəki xəstəxanaya apardılar. Orada 
üzərimdə ağır cərrahiyyə əməliyyatı aparıldı... 
1995-ci il iyulun 8-də QXC-nin köməyi ilə  cəhənnəm 
əzabından azad oldum. 
Sarıyev Zöhrab Abdulkərim oğlu
,
 1925- ci ildə Beyləqan 
rayonun Dünyamalılar kəndində anadan olub. 1993-cü il 
oktyarbın 31-də  Ağdam rayonunda əsir düşüb.1994-cü il 
aprelin 8-də QXC-nin köməyi ilə əsirlikdən azad edilib. 
-  Əsir olduğum müddətdə ermənilər tərəfindən həyatımda 
görmədiyim vəhşiliklərin, amansızlıqların  şahidi oldum. 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə