Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə19/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   15   16   17   18   19   20   21   22   ...   91

76
 
 
daha sübut etdi. Unutqanlılıq bizi həmişə  ağır faciələrlə 
üzləşdirmişdir. Hələ  əsrin  əvvəllərində  də biz belə faciələrlə 
dəfələrlə üz-üzə gəlmişik. 
    Qarabağ savaşında erməni daşnakların azərbaycanlı əsirlərin 
başına gətirdikləri müsibətləri, insanlığa sığışmayan 
vəhşiliklərin  şahidi olmuş adanların öz dillərindən eşitmək 
daha inandırıcı  səslənər.  Əsirlərin dediklərinə bircə  kəlmə  də 
olsun müəllif tərəfindən əlavələr edilməmişdir.
 
 
Ermənilər əsir düşmüş əsgərlərimizə 
aman vermirdilər 
 
İsgəndərov Pənah Mənsim oğlu,1957-ci ildə  Zərdab 
rayonunun  Sileyli kəndində anadan olub. 1993-cü ilin 
əvvəllərində könüllü cəbhəyə gedib. Laçın, Ağdərə  uğrunda 
gedən döyüşlərdə  iştirak edib, göstərdiyi igidliyə görə P. 
İsgəndərova  gizir rütbəsi verilib. “N” hərbi hissəsində rota 
komandiri olub. 
   O,  1993-cü  il  dekabrın 25-də  Ağdam rayonundakı  Mərzili-
Yusifcanlıda, Martuni istiqamətində gedən döyüşlərdə 
yoldaşları ilə birgə xüsusi şücaət göstərib. Ermənilərin hər 
cəhətdən üstünlük təşkil etdikləri bu qeyri-bərabər döyüşdə 
igid soydaşlarımız bircə metr də olsun geri çəkilməyiblər. 
“Öləcəyik, ancaq geri çəkilməyəcəyik” deyən Vətən oğulları 
son nəfəslərinə kimi qəhrəmancasına vuruşaraq həlak olublar. 
Həmin vuruşda P. İsgəndərov dörd yerdən ağır yaralanmasına 
baxmayaraq döyüş meydanını  tərk etməyib. Çoxlu qan itirən 
Pənah son anda huşunu itrib. O bir də gözlərini iki gündən  
sonra- dekabrın 27-də ermənilərin hərbi hospitalında açıb. 
Pənah İsgəndərovun dediklərindən: 
-  Dördüncü güllə qarnımdan dəydi. Qan məni apardı. Bir 
əlimlə qarnımı tutmuşdum. Sağ əlimlə isə PK-la atəş açırdım. 
Hiss etdim ki, daha gücüm tükənir, gözlərimə qaranlıq çökür. 


77
 
 
Bir də gözlərimi açanda ağ xalatlı  həkimləri gördüm. Nəfəsi 
şlanqla alırdım.  Əlimi yuxarı qaldırıb onları salamladım. 
Gördüm ki, həkimlər əsəbiləşdilər və ermənicə söydülər. Mən 
başa düşdüm ki, bura ermənilərin hospitalıdır. Bundan sonra 
əlim ixtiyarsız yanıma düşdü. “Demək, məni əsir götürüblər”,- 
deyə düşündüm. 
  Bilirdim  ki,  ermənilər  əsir götürdükləri Azərbaycan  əsgərini 
sağ buraxmırlar. Məni ona görə ayıldıblar ki, məndən nəsə 
öyrənsinlər. Sonra işimi bitirəcəklər. Ancaq Allah- Təala məni 
özü amansız  ermənilərdən qoruyub saxladı. 
  Ertəsi gün xoşbəxtlikdən QXC-nin nümyəndəsi gəldi. Məni 
bu vəziyyətdə görüb təcili Xankəndinə- xəstəxanaya götürməyi 
təkid etdi. Həmin gün QXC-nin nəzarəti altında məni 
Xankəndinə  gətirdilər. Xəstəxanada üzərimdə  cərahiyyə 
əməliyyatı aparıldı. QXC-nin köməyi ilə tam sağalandan sonra 
məni kamendaturaya apardılar. On gün orada qaldım, necə əsir 
düşdüyümü soruşdular. Anladım ki, onlar mənim döyüşçü 
olduğumu bilmirlər. Ona görə  də erməni zabitini inandırmağa 
çalışdım ki, mülki vətədaşam. Bakıda kommersiya işləri ilə 
məşğul oluram. Ağdama qohumlarımızın ev əşyalarını maşınla 
aparmağa gəlmişdim. Maşını vurub partlatdılar, iki nəfər 
qohumum öldü, məni isə qaçanda arxadan güllə ilə vurdular. 
Ermənilərdən biri tez soruşdu ki, vurulan sarı  rəngli maşın 
idimi? Mən onun dediyini təsdiqlədim. “Səni biz əsir 
götürmüşük”, - deyə  həmin erməni doğru danışdığımı 
təsdiqlədi. On gündən sonra məni yenidən Martuniyə gətirdilər. 
Orada ermənilər mənim döyüşçü olduğumu bilirdilər. “Aha, 
biz səni axtarırdıq”- deyə məni əsir götürən erməni əsgərləri 
dubinka ilə döyməyə başladılar. Onların fikiri məni döyə-döyə 
öldürmək idi, amma Qırmızı Xaç buna imkan vermədi. 
Vəziyyəti hər tərəfli anlayan QXC-nin nümayəndəsi Pyer məni 
oradan çıxarıb Xankəndindəki həbsxanaya gətirdi. Çünki Pyer 
başa düşdü ki, Martunidəki ermənilər mənim döyüşçü 
olduğumu bilirdilər və tezliklə  məni öldürəcəkdilər. 


78
 
 
Həbsxanada olarkən kamera yoldaşlarımla çox danışmağı 
xoşlamırdım. Ona görə ki, ermənilər bizim söhbətlərimizə 
qulaq asırdılar. 
 
-Sizinlə bir kamerada olan yoldaşlarımızın adlarını deyə 
bilərsənmi? 
-  Mən onlardan ancaq ikisinin adını deyə bilərəm. Onlardan 
birinin adı  Həsən idi, Füzulidən.  İkinci oğlan isə  kəlbəcərli 
Mamedov Novruz idi. 
-Yemək, su necə? Verirdilərmi? 
- Yemək deyəndə ki, sutka ərzində bir qab qaynadılmış 
buğdanın suyu, bir də iki barmaq enində qara çörək verirdilər, 
bir kruşka da su. Sutka ərzində yediyim yemək bundan ibarət 
idi. 
-Sizi işlədirdilərmi? 
- Bəli, bizi Ağdama gətirib, evləri, qəbiristanlığın dəmir 
hasarlarını, təzə  qəbirlərin baş daşlarını sökdürürdülər. Həmin 
daşların üzünü yonub öz ölənləri üçün baş daşı düzəldirdilər. 
Bir müddət keçəndən sonra məni həbsxanadan çıxarıb 
Xankəndindəki avtomobil məktəbində yerləşən erməni 
batalyonuna gətirdilər. 
- Ermənilərin “humanistliyi”nin heç şahidi olmadınızmı? 
-  Hansı humanistliyi nəzərdə tutursunuz, onu deyə bilmərəm, 
mən həqiqətən də bir daha şahid oldum ki, ermənilər türk 
millətinin  bağışlanmaz düşmənidir. Onu da deyim ki, mənim 
əzablı günlərim həmin batalyona gətiriləndən sonra başladı. 
  Hər gün bizi möhkəmcə  əzizşdirirdilər.Sifətimizdən, 
başımızdan qan axdığını görən ermənilər  Bax, türkün qanını 
beləcə axıdarlar”,- deyə sevinirdilər. Sonra onlar bizi qanlı-
qanlı “ovçarka” itlərinin saxlandığı yerə atırdılar. Ermənilər 
bunu belə izah edirdilər ki, qoy onların itləri də türk qanını 
tanısınlar, harda türk gördülər, ona hücum etsinlər. “Bizim 
hətta, itlərimiz də türk qanına susamağı öyrənməlidir”,- deyə 
erməni dığaları qəhqəhə çəkib gülürdülər. 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə