Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə22/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   18   19   20   21   22   23   24   25   ...   91

85
 
 
daha  əmin oldum ki, bu xüsusiyyəti insanda görmək yalnız 
İlahi qüvvəyə malik vergili adamlara nəsib ola bilər. Əlbəttə ki, 
bu cür adamları Allah- təalaya sonsuz məhəbbət duyğusu 
bəsləyən, gecə-gündüz onu  Yaradanı  vəsf etməkdən 
yorulmayan, nadanları haqqın dərgahına üz tutmağa sövq edən, 
pis  əməllərdən çəkindirən, amalı dara düşmüş insanlara 
təmənnasız kömək  əlini uzadan, xeyirxah, nəcib  əməlləri ilə 
kimsəsizlərə ümid çırağı yandıran müqəddəslərdən hesab 
etmək olar. 
      İmamirə xanımın ötəri də olsa, mənə göstərdiyi   
Balaxanım ocağı” adlı kitabda anasının adına Qazaxda 
müqəddəs bir torpağın olması barədəki bilikləri  əxz edəndən 
sonra bir daha düşünməyə məcbur oldum. 
      İmamirə xanım qarşımda dayanıb dedi: “Bilirəm, kitab 
yazırsan. Nə olar bir kitab da Balaxanım ananın ocağından 
yaz da... Onda ocaq sənin işlərinə kömək edər”. Düzü, həmin 
vaxt əlimdə işim çox idi, növbəti kitabımı çapa hazırlayırdım. 
Amma  İmamirə xanıma söz verdim ki, əlimdəki kitabı  nəşr 
etdirdikdən sonra ocaq haqqında mütləq yazacağam. Həmin 
söhbətdən bir həftə keçəndən sonra yenə  də  İmamirə xanımla 
görüşdük. O dedi: “Yadında saxla, ocaqdan yazmadın. 
Müqəddəs Balaxanım ananın ruhu daim mənimlədir. O, 
məni qoruduğu kimi sizləri də qoruyur. Belə bir adamdan 
niyə yazmırsınız, niyə ocağa tərəf bir addım gəlməkdən 
çəkinirsiniz? Əgər siz ona tərəf bir addım gəlsəniz, ocaq sizə 
tərəf iki addım gələr”. Mən həmin anda İmamirə xanıma heç 
bir söz demədim. Dedim, görüm daxilən keçirdiyim təlaşı 
(əlbəttə, bunu özümdən başqa heç kəs bilmirdi) bu dəfə o, hiss 
edəcək, ya yox. Ondan ayrılıb sakitcə öz otağıma girdim və 
qapını da örtdüm. Bir azca özümlə baş-başa qalmaq istəyirdim. 
Onu da xatırladım ki, İmamirə xanımla ilk tanışlığımız vaxtı 
onun barəsində  qəzetdə yazı  dərc edilməsini istəyəndə, mən 
müxbirlərdən birinə tapşırmışdım ki, xanımın arzusunu yerinə 
yetirsinlər. Növbəti  saylarımızın birində  İmamirə xanım və 


86
 
 
Balaxanım ananın ocağı barədə qəzetdə maraqlı bir yazı verdik. 
Ancaq bu dəfə  İmamirə xanım təkid edirdi ki, onun haqqında 
mən yazım. Həmin vaxt otaqda başımı  əllərimin arasına alıb 
dərin fikirə getmişdim. Elə bu zaman qapı açıldı,  İmamirə 
xanım içəri girdi: 
- Ölüm, (O, xatirini çox istədiyi adamlara belə müraciət 
edirdi -C.Z.) mən səni başa düşürəm. Sən  indi çox çətin 
vəziyyətdəsən. Təmiz oğlansan, adamlara tez inanırsan, ona 
görə  də  həmişə aldanırsan.Hamıya kömək etmək istəyirsən, 
amma elə şeylər var ki, o sənin imkanın  xaricindədir. Özün 
barəndə çox az  düşünürsən. Dostların sənin xətrini çox 
istəyir. Onlar sənə kömək etməyə hazırdılar. Sadəcə olaraq, 
sən utanırsan, çəkinirsən... Mən sənə kömək edəcəyəm. 
Anamın ruhu özü sənin bağlı yollarını açacaq. Sənin 
haqqında yuxarılarda danışırlar, tezliklə onlarla 
görüşəcəksən. - dedi.  
 
Həqiqətən iki gündən sonra vəzifəli bir şəxs  məni yanına dəvət 
edərək, düşdüyüm vəziyyətdən çıxmaq üçün mənə kömək 
etmək istədiyini bildirdi. Həmin şəxs mənə münasib bir iş təklif 
etdi. Mən tərəddüd etmədən bu təklifi qəbul etdim. 
Mən sakitcə dayanıb  İmamirə xanıma baxırdım, sanki 
sehrlənmişdim. O, mənə yaxınlaşıb əlləri ilə başımı dönə-dönə 
ovxaladı, kürəyimə  əlini çəkdi. Ondan sonra özümdə bir 
yüngüllük hiss etdim. Gördüm ki, İmamirə xanım həm də 
böyük ürək sahibidir. Onun xeyirxah qəlbi daim insanların 
üzünə açıqdır. Mən elə bilirdim ki, İmamirə xanım məndən 
inciyib.  
      Sonradan dostum, qardaşım, eyni zamanda həmkarım Akif 
Şahverdiyevin  İmamirə xanım haqqında kitab yazdığını 
eşidəndə çox sevindim və həm də ürəyimdəki narahatçılığa son 
qoyuldu. Balaxanım ananın ocağından və onun xeyirxah varisi 
İmamirə xanımdan asılı olmayaraq qəlbən, ruhən Balaxanım 
ananın müqəddəs ocağına böyük inam bəsləyəcəyəm. Qoy, bu 


87
 
 
ocağın istisi daş  qəlbli insanların ürəklərini qızdırsın, onların 
könüllərində  əlsiz-ayaqsızlara, kimsəsizlərə qarşı  rəhm, 
mərhəmət hissi oyatsın, işığı isə qaranlıq qəlbləri, yolları nura 
boyasın. Amin! 
 
 
   “Senzura” qəzeti, 14 may  2009 - cu il.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


88
 
 
Nadir kəşfin müəllifi azərbaycanlı 
qadındır 
 
Yer üzünün əşrəfi sayılan insan yarandığı gündən  öz zəkası, 
ağlı, düşüncəsi, yaratdığı möhtəşəm  ədəbi- mədəni abidələri, 
elmi kəşfləri ilə  həmişə    bəşəriyyəti heyrətə salmışdır. Bu da 
onun zəkasının intəhasızlığını bir daha sübut edir. Möcüzələr 
yaradan insanın həqiqətən də  dərkedilməzliyinə  şübhə ilə 
yanaşılmasına heç bir əsas qalmır. 
 Bu gün dərin zəka sahiblərindən birini, gənc olmasına  
baxmayaraq, dilçilik sahəsində 400 çap vərəqi,  həmçinin artıq 
5 cildlik  əsəri ilə elm aləmini heyrətə salan, Evrika Beynəlxalq 
Linqvistik Elmi Araşdırmalar Mərkəzinin prezidenti Qənirə 
xanım Bəyzadəni oxucularımıza təqdim etmək istəyirik. 
Gənc tədqiqatçı- dilçinin “Mətn sintaksisinin aktual 
problemləri” adlı 10.000 səhifəlik, 5 cildlik elmi əsəri tam 
hazırdır. Bu, 5 cildlik elmi əsərin  “Mülahizələr, isbatlar, 
sübutlar” (I cild, 800 səhifə) və  “Mətn sintaksisinin 
problemlərinə bir nəzər” (II cild, 460 səhifə) iki cildliyi artıq 
işıq üzü görüb. 
Dilçilik sahəsində tanınmış alim, filologiya elmləri doktoru, 
professor Ağamusa Axundov Qənirə xanımın araşdırmalarını 
elm aləminə indiyə  qədər məlum olmayan, tamamilə yeni 
keyfiyyətli- abstract- konkret vahid kimi frazafövqü  vahidin 
bütünlüklə insan təfəkkürünün  inkişafının “sıçrayışına” səbəb 
ola biləcək bəşəri xidmt olduğunu vurğulayır. Professorun  
fikrincə, Beynəlxalq miqyasda “Mətn dilçiliyi” sahəsində ilk 
kamil konsepsiya Qənirə xanım Bəyzadənin 5 cidlik əsərində 
formalaşdırılır. Bu, 20-30 ilin tədqiqatının məhsuludur. 
Bu baxımdan Qənirə xanım zamanı  ən azı 60-70 il 
qabaqlamışdır. 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə