Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə23/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   19   20   21   22   23   24   25   26   ...   91

89
 
 
Gənc tədqiqatçının yaratdığı bu konsepsiya BMT xətti ilə 
Beynəlxalq aləmə yayılacaq, daha doğrusu, YUNESKO- nun 
“Elm, təhsil, mədəniyyət” üzrə inkişaf proqramının son 
bəndləri məhz həmin elmi istiqamətə görə  qurulacaq. 
Qənirə xanımın fikrincə, insan təfəkkürünün inkişafı elə həddə 
çata bilər ki, o özü bilgisayar səviyyəsini ötüb keçər. Yeni 
keyfiyyətli abstract-konkret vahid fizika, riyaziyyat, fəlsəfə, 
məntiq, psixologiya və s. elm sahələrinin tamamilə yeni 
aspektdən tədqiq edilməsini də reallıq qarşısında  qoyur. Belə 
olarsa, insanla bilgisayar heç bir əlavə vasitə olmadan üz-üzə 
ünsiyyətdə ola bilər.  Bu  da  bəşəriyyəti düşündürən  ən böyük 
problemlərdən biridir.  
Qənirə xanım artıq 5 vahid kəşf etmişdir. Yuxarıda qeyd  
etdiyimiz bir vahid insanı bilgisayarın qulu olmasından necə 
xilas etməyin elmi yollarından bəhs edilir. Qalan dörd vahidin 
hərəsi öz çərçivəsi dairəsində dil yarusunda yerləşdiyi kimi 
insan təfəkkürünün inkişafında məqamına görə rolu var. 
Tədqiqatçının fikrincə, insanın öz-özünün dərki ilk məktəb 
illərindən başlayır.Tədrisin başlanğıcı da əlifbadan, 
qrammatikanın öyrənilməsindən, yəni dil yaruslarının bir-bir 
tədrisindən sayılır. 
Bu baxımdan Qənirə xanımın tərtib etdiyi dil strukturu 
uşaqların obyektiv gerçəkliyi daha dərindən qavraması üçün 
tutarlı dəlil ola bilər. 
Onu da qeyd edək ki, 10 min səhifəlik bu əsərin Ginnesin 
“Rekordlar”ı kitabına düşməsi ehtimalı var. 
     Elmi  fundamental  tədqiqat  əsərlərinə görə akademik Yusif 
Məmmədəliyev adına mükafata layiq görülmüş  Qənirə xanım 
Bəyzadə, həmçinin  “Kitabi-Dədə Qorqud dastanlarında 
frazafövqi vahidlərin antisinasiyası”  və  “Dədə Qorqud 
dünyası, müdriklik dünyası” adlı kitablarını  “Kitabi-Dədə 
Qorqud”un 1300 illik yubileyinə hədiyyə etmişdir. 
    Qənirə xanım eyni zamanda gözəl şairə, gözəl dramaturq və 
gözəl dizaynerdir. 


90
 
 
    Onun  “Oğurlanmış yuxu”,“Bir qəlbin himni”,“Ümid 
ver”  şeirlər kitabı artıq Oklahoma (ABŞ) universitetinin 
müəllim və  tələbələri tərəfindən müzakirəolunmuşdur. 
Şeirlərində insan saflığı, nəcibliyi, mərdliyi, xeyirxahlığı, 
dostluğu tərənnüm edən Qənirə xanım eyni zamanda 
riyakarlığa, təmənna güdməyə qarşı barışmazdır. 
    Qənirə xanımın bu yaxınlarda Amerikada “Nəğməm sərili 
qaldı”  şeirlər kitabı  nəşr olunmuşdur. O, Oklahoma (ABŞ) 
universitetinin professoru, şairə, etnoqraf, arxeoloq, rəssam və 
iş adamı Suzan Smitlə yaradıcılıq  əlaqələrinə görə  ən yaxın 
rəfiqədir. Bu qiyabı görüş  Qənirə  xanım Bəyzadənin çapdan 
çıxmış  “Mətn sintaksisinin problemlərinə bir nəzər” 
ikicildliyi və yuxarıda adları çəkilən şeirlər kitabları vasitəsilə 
olmuşdur.Elmi və  bədii yaradıcılığına məftun olmuş Suzan 
Smit Qənirə xanımı görmək üçün 20 günlük Bakıda səfərdə 
olmuşdur.Bu müddət  ərzində  hər iki şairə bir-birini daha 
yaxından tanımış  və bir çox elmi və  ədəbi diskussiyalarda 
iştirak etmişlər. Suzan Smit görüş zamanı qeyd etmişdir ki, 
Qənirə xanımın siyasi motivli şeirlərinə Amerika bəstəkarları 
musiqi yazmış, klip çəkmişlər.Onlar belə fikrə  gəliblər ki, 
Suzan Smitin şeirlərini Azərbaycan dilində çap etsinlər. 
Həmkarlar eyni zamanda birgə yaradıcılığa məşğul olmağa da 
razılıq veriblər.Onlar birlikdə  “Eyni planetin ayrı-ayrı 
qitələrinin eyni düşüncə tərzi” adlı yeni fəlsəfi- psixoloji esse 
yazmağı  qərara alıblar. Qənirə xanım həm də Amerikanın 
müxtəlif  ştatlarının universitetlərində mühazirələr oxumağa 
dəvət olunub.   
 Azərbaycanlı xanım dünyanın müxtəlif ölkələrindən orada 
yaşamaq təklifi alsa da, bu şirnikləndirici təkliflərdən imtina 
etmiş, “Heç kimin küncünə qısılmaram” cavabını vermişdir. 
Əksinə, o özü xarici həmkarlarını Azərbaycanda onun 
rəhbərliyi altında tədqiqat aparmağa, pedaqoji istiqamətli 
kurslar keçməyə  dəvət etmişdir: “Bir halda ki, yaratdığım 
konsepsiyaya dünyanın ehtiyacı var, qoy onlar mənim 


91
 
 
Vətənimə buyursunlar. Vətənim heç bir ölkədən  əksik deyil, 
bütün iqtisadi çətinliklərə baxmayaraq, biz də istənilən  şəraiti 
yaratmağa qabilik”,- demişdir. Bu mərkəzin yaranma 
səbəblərindən biri türkdilli ölkələrdə, o cümlədən  Şərqdə 
Qərbi Avropa və ABŞ- a nisbətən social elmlərin inkişaf 
səviyyəsinin xeyli aşağı olması, dilçiiyin son sahələrinin heç 
birinin müstəqil elm sahəsi kimi öyrənilib tədris edilməməsidir. 
    Qənirə xanımın fikrincə, mərkəzin fəaliyyəti 3-4 
istiqamətdə: elmi-tədqiqat (ilk illərdə dilçiliyin və 
ədəbiyyatşünaslığın tamamilə öyrənilməyən sahələrindən
sonra isə bütövlükdəsocial elm sahəsinin müxtəlif elm sahələri 
ilə differensiyası  və inteqrasiyası  tələbini  əsas götürmək); 
təhsilin müxtəlif pillələri üzrə adı çəkilən sahələr üzrə pedaqoji 
kadrların hazırlaması; elmi-metodik məcmuə, kitablar, 
bülletenlərin nəşri; konsepsiyaya uyğun olaraq “təfəkkürün 
sıçrayışı”proqramı üzrə müxtəlif pilləli tədris müəssisələrinin 
fəaliyyətinə nail olmaq və özünü maliyyələşdirmək üçün 
müvafiq yardımçı  fəaliyyət dairələrini qura bilmək 
istiqamətində qruplaşmalıdır. 
 İlkin mərhələdə isə  tədqiqat və pedaqoji təkamülü işlərlə 
yanaşı, qeyri-adi istedadlı yetim uşaqlar üçün (əsasən  şəhid 
balaları  nəzərdə tutulur) internat- məktəbi açmaq nəzərdə 
tutulur. 
Bu danılmaz həqiqətdir ki, hər hansı bir dövrdəki elmi kəşfin 
bütünlüklə qavranılması, mahiyyətinin olduğu kimi 
açıqlanması və  qiymətləndirilməsi uzun bir tarixi zaman tələb 
edir. Qənirə xanımın kəşf etdiyi vahid və bütünlükdə yaratdığı 
konsepsiya artıq mütəxəssislər tərəfindən  “Bəşəriyyətə 
kosmik təfəkkürün inkişafı yollarını aşkarlayan” bir kəşf və 
konsepsiya kimi öz qiymətini almışdır. Məlum həqiqətdir ki, bi 
konsepsiyanın beynəlxalq miqyasda yayılması  və  qəbul 
olunması dərsliklərlə yanaşı, tədqiqat aspektinin də (dilçiliyin) 
dəyişməsi ilə  nəticələnəcəkdir. Sözün əsl mənasında bu 
istiqamətdə “inqilab” olacaqdır. 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə