Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə26/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   22   23   24   25   26   27   28   29   ...   91

99
 
 
sosial tələbatları - hörmət, qayğı, nəvaziş,  şəxsi ləyaqətin 
təsdiqi, özünün gərəkli olduğunu dərk etməyi, ünsiyyət tələbatı, 
qarşılıqlı anlaşmaya və ehtirama və  s.  olan  tələbataları da 
ödənilməlidir. Ailədə maddi və mənəvi tələbatların ödənilməsi 
hər bir ailə üzvünün mənəvi rahatlığını  təmin edir, ailə 
münasibətlərinin tənzimlənməsində mühüm əhəmiyyət kəsb 
edir. 
      Ailədaxili münaqişələr özlüyündə kiçik deyil, qlobal 
problem hesab olunur. Çünki ailədaxili münaqişələrə bir çox 
amillər təsir edir. Onu da unutmamalıyıq ki, ailə  cəmiyyətin 
əsas nüvəsini təşkil edir. Cəmiyyətin inkişafı ilk növbədə 
ailənin sabitliyindən, rifahından, ailə münasibətlərinin  əxlaqi 
və  mənəvi dəyərlər  əsasında təşkilindən asılıdır. Cəmiyyət 
həmişə çalışır ki, ailənin bünövrəsi sağlam təməl  əsasında 
qurulsun. Həm də ailə münasibətlərin tənzimi üçün müxtəlif 
qanunvericilik aktlarından istifadə olunur. Bu aktlarda hər bir 
ailə üzvünün hüquq və vəzifələri də əks etdirilmişdir.  
     Ailədaxili münaqişələrin təzahür sahələrinə  uşaqlar, ailə 
üzvləri, yaxın qohumlar və dostlar, cəmiyyət aid edilir. Hər bir 
normal ailə şəraitində boya-başa çatan uşaqlarda yüksək əxlaqi 
keyfiyyətlər, insanlara hörmətlə yanaşma, özündən kiçiklərə 
qayğı göstərmək və kömək etmək, yoldaşlarına qarşı rəftar və 
davranışlarında səmimiyyət hissinin yüksək olması  təşəkkül 
edə bilir. Münaqişəli ailələrdə isə  uşaqlarda insan 
münasibətlərinin pis nümunələrini nümayiş etdirirlər. 
Ailədaxili münaqişələr bütün ailə üzvlərinə  təsir etməklə 
yanaşı, yaxın qohum və dostlara, son nəticədə isə ümumən 
cəmiyyətə mənfi təsir göstərir. Ona görə də həmin təsirləri və 
mənfi nəticələri təfsilatı ilə şərh etmədən əsas məsələnin həmin 
münaqişələrin vaxtında düzgün təhlil edilməsi, onları doğuran 
səbəb və  nəticələrin dəqiq müəyyənləşdirilməsi və aradan 
qaldırılması üçün adekvat yol və vasitələrin tapılmasındadır. 
Belə ki, ilkin nikaha qoşulan gənclər hökmən psixoloji 
testlərdən keçməlidir. Bu testlər “anket sorğuları”, 


100
 
 
“müsahibələr” və “proyektiv üsullar”dan istifadə edilməklə 
yeni evlənən cütlüklər arasında aparılmalıdır. Testlərin 
nəticələri psixoloq tərəfindən hərtərəfli  təhlil edilməli və 
doğru-dürüst nəticə  əldə edilməlidir.              Testlərin nəticələri 
imkan verəcəkdir ki, yeni evlənənlərin xarakterik 
xüsusiyyətləri məlum olsun. Xüsusən psixoloji test olan 
“proyektiv üsul” tərəflərin bir-birindən saxladığı xarakterik 
xüsusiyyətlərin hətta,  ən kiçik və gizli detalları belə psixoloq 
tərəfindən müəyyən edilir. Bundan sonra psixoloq tərəflərlə 
əvvəlcə ayrı-ayrılıqda, daha sonra isə birlikdə söhbət 
aparmalıdır. Hər iki tərəfin çatışmayan cəhətləri ortalığa 
qoyulmalı və bunların aradan qaldırılmasında müxtəlif üsul və 
vasitələrdən istifadə edilməli, birlikdə  çıxış yolları arayıb 
tapılmalıdır. Bu zaman tərəflər öz səhvlərini etiraf etməyi 
bacarmalıdırlar və bunların aradan qaldırılmasında qarşılıqlı 
cəhd göstərməlidirlər. Bu zaman psixoloq psixoloji 
məsləhətlərdən istifadə etməlidir. 
Ailə başçısı bağışlamağı bacarmalıdır. Bu, şəxsin 
alicənablığından və  əxlaqından irəli gəlir.  İffət, namus, 
qarşılıqlı hörmət və məhəbbət ailənin açarı və sifətidir. 
İnsanın səxavəti, mədəniyyəti və  əxlaqı varsa heç vaxt zora 
arxalanmaz, kobudluğa yol verməz. Ailədə kişi idarəçilikdə 
zordan istifadə etməz. Çünki zor Allah tərəfindən 
bağışlanmayan bir günah kimi qəbul edilir. 
 İslama görə kişinin qadın, qadının da kişinin boynunda haqqı 
var. Məhəmməd Peyğəmbər (s.ə.s.) buyurur: Hər kim zövcəsini 
vursa, qiyamətdə  mən onun düşməniyəm. Qadınlarınızı 
incitməyin. Zövcəyə xidmət etmək böyük günahların kəffarəsi 
sayılır. Allahın qəzəbini soyudur... 


101
 
 
      R.  Taqor  belə bir fikir söyləmişdir: "Kişi ağzı  kəsməz kor 
balta o, işləndikcı itilənər. Qadın isə incə almazdır, onu zora 
salmaq olmaz" 
Ailə başçısı kimi kişi, bu vəzifəni ləyaqətlə yerinə yetirməyi 
bacarmalı, idarəçilikdə  ədalətə, insafa, əxlaqa,  ədəbə, hörmət 
və məhəbbətə söykənməli, onlardan faydalanmalıdır. 
Kişinin vəzifəsidir ki, ailə  həyatının mühitində öz ömür-gün 
yoldaşı ilə  ədəb və  kəramətlə  rəftar etsin, onun xətalarının 
üstündən sükutla keçsin, səbrli olsun. Bu minvalla ailə  həyatı 
da davamlı olar. 
 
                                                    Bakı, 06 fevral 2015-ci il.                           
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


102
 
 
Şagirdlərə fərdi yanaşma prinsipi 
 
Müasir dövrdə insanın hərtərəfli inkişaf etdirilməsi 
məktəblərimizin qarşısında  ən mühüm vəzifə kimi durur. 
Şagirdlərin təlim, tərbiyə, bilik və bacarıqlarını yüksəltməkdə 
fərdi yanaşma prinsipi mühüm rol oynayır. 
Fərdi yanaşma prinsipi hər bir şagirdin ahəngdar inkişafına, 
onun biliyində  və  əxlaqında nəzərə çarpan qüsurları vaxtında 
görüb aradan qaldırmağa və müsbət cəhətləri daha da inkişaf 
etdirməyə imkan verir. 
 Uşaq yaşa dolduqca, onun fərdi xüsusiyyətləri də inkişaf edir 
və formalaşır. Müəllim təlim prosesində bu xüsusiyyətləri 
nəzərə almalıdır, həm də necə  rəftar apardığını da 
unutmamalıdır. Sevimli şairimiz S. Vurğun yazırdı: 
“Müəllimlik işində adamlarla, xüsusən  şagirdlərlə  mədəni 
rəftar böyük əhəmiyyət kəsb edir. Uşaqlarla mədəni 
davranmağı bacarmayan müəllim yüksək nüfuz sahibi ola 
bilməz. Həssas uşaq ürəyi haqsızlığa,  əsasız məzəmməti, 
ədalətsizliyi heç cür bağışlamır. Belə uşağın həvəs və ümidləri 
qırılır, onun mənəvi aləmi xəzan vurmuş bir bağçanı andırır.” 
 Müəllim o vaxt şagirdlərə  təsir göstərmək üçün əlverişli yol 
tapa bilər ki, şagirdlərin fəaliyyətində onları  işə sövq edən 
səbəbləri dərindən öyrənsin. 
Fərdi yanaşma hər bir şagirdin qabiliyyətinin, marağının, 
meylinin, bilik və bacarığının formalaşmasına imkan verir. 
 Fərdi yanaşma prinsipinin mahiyyəti marksizm-leninizm 
kalssiklərinin, klassik pedaqoqların və digər elm xadimlərinin 
əsərlərində daha aydın göstərilmişdir. 
  F.Engels 
insanlar 
arasındakı 
fərdi keyfiyyətlərin 
mövcudluğundan bəhs edərək yazırdı: “İki adamın və ya 
insanın iradəsinin özlüyündə tamamilə bir-birinə  bərabər 
olduğu nəinki aksiom deyil, hətta çox böyük mübaliğədir. 
Ümumiyyətlə, əxlaqca tam bərabər olan iki adam yoxdur.” 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə