Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə27/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   23   24   25   26   27   28   29   30   ...   91

103
 
 
 Y.A.Kamenski,  qabiliyyətlərə görə insanlar arasındakı  fərdi 
fərqləri müəyyən edərkən yazırdı:  “Bəzi adamların 
qabiliyyətləri iti, o birilərinki kütdür, bəzilərinki yumşaq və 
elastiki, o birilərinki isə  sərt və yenilməzdir; bəziləri bilik 
naminə biliyə meyl edir, o biriləri isə mexaniki fəaliyyətdən 
zövq alır.” O, müəllimlərdən tələb edirdi ki, əgər onlar “… 
şagirdlərə güzəştlə və nəzakətlə yanaşsalar, şagirdlərin qəlbini 
sərt ifadələri ilə sındırmasalar, əksinə onları atalıq məhəbbəti, 
nəvazişi və nəsihətləri ilə özlərinə cəlb etsələr, əgər müəllimlər 
ən çalışqan  şagirdləri bəzən tərif etməklə  həvəsləndirsələr
şagirdlərinə  şəfqətli münasibət göstərsələr, asanlıqla onların 
qəlbini özlərinə elə  cəlb edərlər ki, uşaqlar məktəbə  gəlməyə 
evdə qalmaqdan daha artıq həvəs göstərərlər.” 
Böyük rus alimi M.V. Lomonosov bu haqda yazırdı: “Müəllim 
hər bir şagirdin qabiliyyətinə nəzər yetirməlidir ki, kimdən nə 
gözləmək və hər kəsə nə kimi tələblər vermək olar.” 
 Lakin  tanınmış pedaqoq A.Bine fərdi yanaşma prinsipinə 
başqa mövqedən yanaşır.  O,  insanlar  arasındakı  fərdi 
keyfiyyətlərə öz sinfi baxımından yanaşır, müəyyən keyfiyyəti 
bir sinfin uşaqları üçün labüd, dəyişməz bir hal kimi götürür. 
  İnsanın fərdi xüsusiyyətlərini dəyişməz, yalnız irsiyyətdən 
asılı olan, müəyyən yaşda meydana çıxan, təlim-tərbiyədən 
asılı olmayan əlamətlər kimi tədqiq edən bəzi pedaqoqlar 
yalnız hakim sinfin mənafeyindən çıxış edirlər. 
  Böyük rus pedaqoqu K.D. Uşinski göstərirdi ki, bilavasitə 
təlim-tərbiyə  işi ilə  məşğul olan müəllim, uşağı, onun inkişaf 
xüsusiyyətlərini, keçirdiyi həyat  şəraitini yaxşı öyrənməlidir. 
Böyük pedaqoq bu məqsədlə müəllimlərdən uşaq 
psixologiyasını öyrənməyi tələb edərək yazırdı: “Tərbiyəçi 
insanı  həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və 
qüvvətli cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları və eləcə 
də böyük ruhi tələbləri ilə tanış olmalıdır. Tərbiyəçi insanı 
ailədə, cəmiyyətdə, xalq arasında, bəşəriyyət içərisində  və öz 
vicdanı ilə üzbəüz durduğu halda öyrənməlidir. O, insanı bütün 


104
 
 
yaşlarda, bütün siniflərdə, bütün vəziyyətlərdə,  şadlıq və 
qəmginlik hallarında, yüksələn və alçalan hallarda 
öyrənməlidir.” 
 Azərbaycan maarifçisi N.Kərimovun fərdi yanaşmaya dair 
fikri klassik pedaqoqların ideyalarından heç də geri  qalmır. O, 
böyük inam hissi ilə qeyd edirdi: “Hər uşağın özünə görə bir 
qeyri xasiyyəti , təbiəti olmağına rəğmən hamıya bir qayda və 
qanun ilə  dərs vermək, hamıya bir dil ilə  bəyan etmək olmaz. 
Hamını bir ölçü ilə ölçmək olmaz. Uşaqların bir parası zehinli, 
zəkavətli, bir parası zehinsiz, fəhmsiz, bir parası gülünc və 
fərəhli nağıllardan həzz alan olur. Uşaqlara məhəbbəti olan 
müəllim bunların hamısını mülahizə edər və  hər kəsin öz 
biliyinə, qanacağına görə  hərəkət edər, tərəqqi  əla dərəcəyə 
çatar.” 
 Belə fikirlərə baxmayaraq, Azərbaycan maarifçiləri də 
marksizmdən  əvvəlki bütün nəzəriyyəçilər kimi uşaq 
tərbiyəsində,  şəxsiyyətin formalaşmasında, mühit, irsiyyət və 
tərbiyə problemlərinin həllində ardıcıl olmamış, mühiti ingilab 
yolu ilə dəyişmək ideyasını irəli sürməmişdilər. 
 Hər bir müəllim uşaq ruhuna təsir göstərməyi bacarmalıdır, 
əgər bacarmırsa, onun uşaqlar arasında da nüfuzu yüksək ola 
bilməz. 
    Görkəmli sovet pedaqoqu N.K.Krupskaya “Tərbiyə  işləri 
haqqında” məqaləsində yazırdı: “Tərbiyə vermək üçün müəllim 
şagirdin marağını, dünyagörüşünü, səyini, həyat təcrübəsini, 
onu əhatə edən adamları, yaşadığı mühiti hökmən bilməlidir.” 
    Müəllim  şagirdləri hərtərəfli öyrənmək üçün onlar üzərində 
gündəlik müşahidələr aparmalıdır. Müşahidələrin nəticələri isə 
xüsusi dəftərdə qeyd edilməlidir. Bunun üçün hər sinif rəhbəri 
öz sinfi üçün müşahidə  dəftərçəsi tutmalıdır. Müşahidə 
dəftərçəsi olmayan sinif müəllimləri  şagirdləri məktəbi 
qurtardıqdan sonra ona xarakteristika yazarkən, ayrı-ayrı 
şagirdlərin xüsusiyyətlərini düzgün qiymətləndirə bilmirlər və 
şagirdlər üçün yazılmış bütün xarakteristikaların məzmunu 


105
 
 
eynilik təşkil edir. Belə xarakteristikalar şagirdlərin gələcək 
həyatında ciddi çətinliklər törədir. 
  Müəllimlər  şagirdlərə, onların öz qabiliyyətlərini inkişaf 
etdirmələri üçün gündəlik istiqamət verməlidirlər. Belə 
şagirdləri dərnəklərə və əlavə məşğələlərə cəlb etmək lazımdır. 
  Lakin  şagirdin təlim işini başlı-başına buraxması, qüvvəsinə 
inamsızlığı, yoldaşlarından geri qalması, müəllimin düzgün 
olmayan rəyi, ailədə çox əzizləmək kimi hallar şagirddə 
məsuliyyətsizlik yarada bilər. 
    Müəllim yeni mövzu üzərində hazırlıq işi apararkən həm də 
kimlərə tərbiyə cəhətdən təsir edəcəyini, zəif düşünən, utancaq, 
nitqi zəif inkişaf edən, işi səliqəsiz yerinə yetirən, dikbaş, 
tənbəl şagirdlərə necə yanaşacağını, necə kömək göstərəcəyini, 
yeni mövzunun sual-cavabla möhkəmləndirilməsi 
mərhələsində kimlərə  və hansı suallarla müraciət edəcəyini 
nəzərə almalıdır.   
Müəllim yeni materialın izahı prosesində tədris etdiyi mövzunu 
elm və texnika ilə, habelə müasir həyatla əlaqələndirməli, həm 
də bunları rəvan, aydın, səlis və məntiqi danışmalı, tələsikliyə 
yol verməməlidir. 
Bəzi müəllimlər  şagirdlərə evə tapşırıq verərkən ciddi 
nöqsanlara yol verirlər. 
K.D.Uşinski bu nöqsanlardan bəhs edərkən yazırdı: “Müəllim 
üçün kitabda müəyyən səhifəni dırnaqla və karandaşla işarə 
edib, onu gələn dərsə kimi öyrənməyi tapşırmaqdan asan şey 
yoxdur. Lakin çox erkən vaxtdan özbaşına buraxılan  şagirdin 
bu  əziyyətli səhifə üzərində necə can çəkdiyini, mənasını 
bilmədən onu necə  əzbərlədiyini, işə necə yanaşmaq lazım 
olduğunu bilməyərək öz zəhmətini dəfələrlə necə artırdığını, 
həm dəftəri, həm  əllərini və  həm də üzünü mürəkkəbə 
bulayaraq yaza bilmədiyi hərf üzərində necə göz yaşı 
tökdüyünü müşahidə edin – o zaman siz, bəzən şagirddə təlimə 
qarşı nifrətin haradan  doğulduğunu anlarsınız.” 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə