Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə28/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   24   25   26   27   28   29   30   31   ...   91

106
 
 
 Aparılan təcrübələr göstərmişdir ki, müəllimlər ev 
tapşırıqlarından iki variantda istifadə etməlidirlər. 
   Birincisi,  ev  tapşırığı  zəiflər üçün nisbətən sadələşdirilməli, 
qüvvətli  şagirdlər üçün biliyin dərinləşdirilməsi məqsədi ilə 
mürəkkəbləşdirilməlidir. 
İkincisi, ev tapşırığının verilməsi ilə  əlaqədar olaraq təlimdə 
yetirməyən 
şagirdlər üçün müəllim onların nədə 
yetirmədiklərinə aid qabaqca tapşırıq müəyyən etməlidir, eyni 
zamanda daha yaxşı bilənlər üçün əlavə tapşırıq seçməlidir ki, 
onların biliyini daha da dərinləşdirsin. 
    Evə tapşırıq verərkən bərabərçiliyə yol vermək olmaz. Ev 
tapşırığının fərdiləşdirilməsi hər bir şagirdin səmərəli 
işləməsini gücləndirir, onun geriliyini aradan qaldırır və 
müstəqil işləməsi üçün şərait yaradır. 
    Bütün  bunlar  şagirdlərin elmi-dünyagörüşünü və onların 
dərin biliklər sisteminə yiyələnməsinə  zəmin yaradır. Müasir 
dövrdə yeni insanların formalaşması  əməli vəzifəyə 
çevrilməlidir. 
 
       1985-ci 
il 
 
 
 
 
 
 
 
 


107
 
 
Şagirdlərin şüurlu intizam tərbiyəsi 
 
 
     Müəllim-şagird münasibətləri müasir şəraitdə xüsusi 
məzmun və  əhəmiyyət kəsb edir. Bu münasibətlər təkcə 
müəllimin bilik verməsi, öyrətməsi, şagirdlərin isə bu bilikləri 
mənimsəməsi, öyrənməsi prosesindən ibarət olmayıb, böyük 
tərbiyəvi  əhəmiyyət kəsb etməli,  şagird  şəxsiyyətinin 
inkişafına, onlarda yüksək  əxlaqi keyfiyyətlərin yaranması  və 
formalaşmasına xidmət etməlidir. 
    Müasir  şəraitdə siyasi şüuru,  əmək fəallığını yüksəltmək, 
təcrübə və biliyi zənginləşdirmək üçün ideoloji amil kimi təsir 
göstərən mənəvi tərbiyə  hər bir müasir insanın həyat 
mövqeyini formalaşdırır. 
    İntizamlılıq, cəmiyyətdə qoyulmuş qaydalar, davranış 
tələblərinə şüurlu münasibət hazırkı şəraitdə mənəvi tərbiyənin 
əsas göstəricilərindən biridir. 
    İntizamlılıq - şəxsiyyətin  əsas xüsusiyyəti, ləyaqəti və 
əlaməti  əxlaqi keyfiyyətidir. Bu keyfiyyət  şəxsiyyətin  şüurlu 
fəaliyyətində, davranış qaydalarına və ictimai normalara necə 
əməl etməsində öz əksini tapır.  İntizamlılıq daimi fikri 
gərginlik tələb etmir, ona görə ki, davranış qaydalarının, 
vəzifənin, tapşırıqların yerinə yetirilməsinə şüurlu, düşünülmüş 
münasibət, borc hissi təşəkkül tapmış olur. F.E.Djerzinskinin 
fikri ilə desək, “borc vəzifə deyil, zərurətdir, tələbatdır, dərin 
əqidədir, həyatın mənasıdır.” 
    Şüurlu intizam tərbiyəsi davranış  mədəniyyəti, ictimai 
yerlərdə özünü apara bilmək, adamlara qarşı  nəzakətlilik, 
xeyirxahlıq, qayğıkeşlik, diqqətlilik, səliqəlilik, zəifə, ehtiyac 
hiss edənə kömək etmək bacarığı  və  səyi kimi insani 
keyfiyyətləri nəzərdə tutur. 
    Şüurlu intizam – şagirdlər tərəfindən Vətən və xalq 
qarşısında öz vətənpərvərlik borclarının başa düşülməsi, 
qoyulmuş qanunların, davranış qaydaları  və normalarının, 


108
 
 
vəzifə  və tapşırıqların yerinə yetirilməsinə  şüurlu münasibət 
deməkdir; kollektivin mənafeyi ilə hesablaşmaq, mübarizədə 
müstəqillik və qətiyyətlilik, könüllü tabelik üzərində qurulmuş 
intizam deməkdir. 
    Uşaqlar intizam haqqında anlayışlarla və davranış qaydaları 
ilə ilk dəfə ailə kollektivində tanış olurlar. Bu tanışlıq 
valideynlərin və ailənin başqa üzvlərinin uşaqların 
hərəkətlərinə verdikləri tələblərlə, onlarda yaratdıqları faydalı 
adətlərlə, öz şəxsi nümunələri ilə  əlaqədar olur. İntizam və 
davranışla  əlaqədar olan bu ilk tələblər valideynlər tərəfindən 
düzgün qoyulduqda, düzgün istiqamətləndirildikdə, hər bir 
davranış  tələbi faydalı adətlərə çevrildikdə  məktəbin və 
müəllimlərin tərbiyə  işi asanlaşır, bəzi uşaqlarda yaranmış pis 
adətlərin yenidən tərbiyə olunmasına ehtiyac qalmır. 
    Tərbiyə  işinin bu mühüm sahəsində  hələ  də bir sıra ciddi 
nöqsanların olduğunu inkar etmək olmaz. Bunlar əsasən bəzi 
ailələrdə  uşaqların intizamına və davranışına laqeydlik, onun 
düzgün istiqamətləndirilməməsi, valideynlərin müxtəlif 
səviyyəli olması, onların bir qisminin tərbiyə işinin pedaqoji və 
psixoloji  əsaslarına, metodikasına lazımi qədər bələd 
olmaması, məktəblə ailənin  əlaqəsinin zəif olması,  şüurlu 
intizam və davranış  mədəniyyəti tərbiyəsi üzrə  məktəbin 
həyata keçirdiyi tədbirlərdə ardıcıllığın, tamlığın 
gözlənilməməsi və s. ilə əlaqədar olur. 
    Məhz buna görə  də, uşaqların  əxlaq tərbiyəsində ailə ilə 
məktəbin birgə  fəaliyyəti, bu əlaqənin daha faydalı,  əlverişli, 
səmərəli, formaları, yol və vasitələrinin müəyyənləşdirilməsi, 
bunların daha da təkmilləşdirilməsi mühüm və aktual 
problemlərdən biri kimi pedaqoji ictimaiyyətin diqqətini cəlb 
edir.  
    Məktəbdə intizamın pozulması, davranış qaydalarına  əməl 
edilməməsi uşaq cinayətkarlığına gətirib çıxarır.Pedaqoji 
nəzarətdən kənarda qalan “çətin” tərbiyə olunanlar bəzən 
mikromühitin mənfi təsiri altına düşür. Böyüklərdə olduğu 


109
 
 
kimi, uşaqlar arasında da intizamsızlıq və cinayətkarlığın əksər 
hallarda spirtli içkilərdən istifadə edilməsi ilə  əlaqədardır. Bu 
da adətən, ya uşağın ailə  şəraiti ilə, ya da onun düşdüyü 
mikromühitlə  əlaqədardır. Hüquq qaydalarını pozmuş  həddi-
buluğa çatmayanların 30-40 faizi valideynlərin və ailənin digər 
yaşlı üzvlərinin sərxoşluğu, dava-dalaşı  və qeyri-əxlaqi 
davranışının  şahidi olunmuşdur. Həddi-büluğa çatmamış olan 
cinayətkarların hər beş  nəfərdən birinin ailəsində,  əvvəllər 
mühakimə edilmiş  və yaxud spirtli içkidən sui-istifadə edən 
şəxs olmuşdur. 
    Tanınmış pedaqoq V.A.Suxomlinskinin dediyi kimi, 
“yeniyetmə bir çiçəkdir, onun gözəlliyi bitkiyə necə qulluq 
edilməsindən asılıdır.” 
    “Çətin” tərbiyə olunanların  şagirdə yaraşmayan hərəkətləri 
məktəbdə  təlim-tərbiyə  işinə mane olur, ümumməktəb 
intizamına və başqa şagirdlərin davranışına mənfi təsir göstərir. 
Odur ki, tərbiyə  işinin bütün sahələri kimi, şüurlu intizam 
tərbiyəsində  də “çətin” tərbiyə olunanlarla iş  həmişə  hər bir 
pedaqoji kollektivin və valideynin diqqət mərkəzində 
olmalıdır. 
    Böyük 
rus 
pedaqoqu 
A.S.Makarenkonun 
zəngin 
təcrübəsindən və pedaqoji irsindən lazımınca istifadə etmək, 
“çətin” tərbiyə olunan uşaq yoxdur”, “pis uşaq yoxdur, pis 
tərbiyəçi var” fikirlərini əsas götürmək lazımdır. 
“Mənim  əlimdə ixtiyar olsaydı, “insan düzəlməz” - deyən 
adamın dilini kəsərdim” - deyən böyük qazax şairi Abay 
Kunanbay nə qədər haqlıdır. 
    V.Q.Belinski  hələ 1845-ci ildə yazırdı:  Ümumiyyətlə, 
insanlar öz təbiətləri etibarilə pis olmaqdan daha artıq 
yaxşıdırlar: onları xarab edən təbiətləri deyil, tərbiyə, ehtiyac, 
saxta ictimai həyatdır. Onların demək olar ki, hər birinin, 
hətta pozğununun belə, özünün gözəl insani cəhətləri vardır. 
Yalnız onları seçib görmək və axtarıb tapmaq lazımdır.” 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə