Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə31/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   27   28   29   30   31   32   33   34   ...   91

118
 
 
Ümumi qabiliyyətlər - dedikdə bir sıra fəaliyyət sahələrində 
iştirak edən, onların bu və ya digər dərəcədə müvəffəqiyyətli 
icrası üçün şərt olan qabiliyyətlər nəzərdə tutulur. Ümumi 
qabiliyyətlər ali psixi proseslər  əsasında formalaşır. Qavrayış, 
hafizə, təfəkkür, təxəyyül və s. fəaliyyət prosesində funksional 
cəhətdən inkişaf edərək müvafiq qabiliyyətlərə çevrilir. 
Xüsusi qabiliyyətlər - isə yalnız müəyyən fəaliyyət növünün 
müvəffəqiyyətli icrası üçün şərt olan qabiliyyətlərə deyilir. 
Lüğət ehtiyatı  və ifadəli dil, söz assosiasiyalarının zənginliyi, 
ədəbi yaradıcılıq nisbəti, işıqlılığı, perspektivi qiymətləndirmə 
və  rəngləri fərqləndirmə  həssaslığı-təsviri fəaliyyət; məkan 
qavrayışı  və  təsəvvürləri-texniki yaradıcılıq; didaktik 
qabiliyyətlər və s. isə pedaqoji fəaliyyət üçün xüsusi 
qabiliyyətlərdir. 
     Hər bir qabiliyyət yaradıcı  fəaliyyətin müvafiq sahəsində 
məhz hansı qabiliyyətlərin təşəkkül etməsindən və onların 
inkişaf səviyyəsindən asılı olaraq dəyişilir, yeni keyfiyyətlər 
kəsb edir. 
     Qabiliyyətlərin formalaşması  hər bir yaş dövründə köklü 
kəmiyyət və keyfiyyət dəyişikliklərinə  məruz qalır.  İstər 
məktəbəqədər və kiçik məktəbli, istərsə  də yeniyetməlik və 
erkən gənclik yaşı dövrlərində ümumi və xüsusi qabiliyyətlər 
iki istiqamətdə - makro və mikro istiqamətdə inkişaf edir. 
Makro inkişaf dedikdə, qabiliyyətlərin müəyyən bir yaş 
dövründə qarşılıqlı  əlaqədəki inkişafı  nəzərdə tutulur. Bu 
prosesdə müəyyən bir ümumi qabiliyyətdə, məsələn, obrazlı 
təfəkkürdə  əmələ  gələn bir xüsusiyyət digər ümumi 
qabiliyyətin (yaradıcı  təxəyyülün və s.-nin) inkişafına təsir 
göstərir, onlar isə qarşılıqlı  əlaqədə xüsusi qabiliyyətlərin 
inkişafını şərtləndirir. 
      Mikroinkişaf dedikdə isə ayrı-ayrı qabiliyyətlərin öz-
özlüyündə inkişaf prosesi nəzərdə tutulur. 
      Hər bir yaş dövrünün öz xüsusiyyəti vardır. Kiçik 
məktəblinin bilik sahələrinə marağı, yeniyetmənin xüsusi 


119
 
 
fəallığı və meyllərin genişliyi, böyük məktəblinin özünü şüurlu 
surətdə tənzimləmək meyli- bunların hamısı bu və ya digər yaş 
dövrünün səciyyəvi xüsusiyyətləri kimi qabiliyyətlərin 
formalaşmasına mühüm təsir göstərir. Bu xüsusiyyətləri nəzərə 
almadan qabiliyyətlərin inkişaf xüsusiyyətlərini düzgün 
qiymətləndirmək olmaz. A.N.Leontyevin aşağıdakı fikri əqli 
qabiliyyətlərin inkişafı prosesini bu baxımdan təhlil etmək 
imkanı verir: uşağın  əqli inkişafını bütövlükdə onun psixi 
inkişaf səviyyəsindən, mənəvi simasını müəyyən edən 
maraqlarının, hisslərinin və başqa 
əlamətlərinin 
zənginliyindən ayrılıqda nəzərdən keçirmək olmaz.” 
     Ayrı-ayrı yaş dövrlərində psixi inkişafın sürətlənməsi və ya 
ləngiməsi, gözlənilmədən yüksəlməsi və ya geriləməsi 
müşahidə olunur, başqa sözlə, eyni yaşlı uşaqların psixi inkişafı 
bir variantda deyil, müxtəlif variantlarda özünü göstərir. 
     Senzitiv  (latınca “sensus” – “hiss, duyğu” deməkdir) dövr 
uşağın ontogenetik inkişafının mühüm mərhələsini təşkil edir. 
Bu zaman inkişaf edən uşaq ətraf mühitin müəyyən təsirlərinə 
xüsusilə  həssas olur, psixikanın bu və ya digər istiqamətdə 
inkişafı üçün əlverişli şərait yaranır. 
     Aydın məsələdir ki, senzitiv yaş dövrü hələ öz-özlüyündə 
qabiliyyətlərin inkişaf səviyyəsini müəyyən etmir. Bunun üçün 
məktəbəqədər və ya kiçik məktəbli yaşı dövründə müvafiq 
qabilıiyyətin inkişafı üçün əlverişli pedaqoji şərait 
yaradılmalıdır. 
     Unutmaq  olmaz  ki,  uşaq inkişaf etdikcə onun yaradıcı 
fəaliyyəti də mürəkkəbləşir və yeni keyfiyyətlər kəsb edir. 
Uşağın yaradıcı fəaliyyətinin inkişafı həm də onun bir sənətkar 
kimi formalaşması prosesidir. Tərbiyə prosesində bu cəhəti 
unutmaq, uşağı bir sənətkar kimi fərqləndirən, yaş dövrünün 
imkan və hüdudlarına sığmayan fərdi xüsusiyyətləri nəzərə 
almamaq ciddi səhv olardı. 
      Buna  görə  də  uşaqlarda öz yaradıcılıqlarına tənqidi 
münasibətin yaradılması onlarda nəinki meylin, həm də 


120
 
 
fəaliyyət və qabiliyyətlərin inkişafı üçün xüsusi əhəmiyyətə 
malikdir. Çalışmaq lazımdır ki, uşaq öz nailiyyətlərini düzgün 
qiymətləndirə bilsin, səhvlərini görməyi bacarsın. Bu, uşaqda 
tənqidi təfəkkürün inkişaf etdirilməsini tələb edir. 
      Ağılın tənqidiliyi insanın: a) dərk olunan fikirləri, faktları, 
fərziyyələri,  eləcə də öz fikir və mülahizələrini yoxlamasında, 
qiymətləndirməsində, b) idrak obyektlərindəki səhv və 
uyğunsuzluqları axtarıb tapmasında, onların meydana 
çıxmasının səbəb və  şəraitini araşdırmaqda, aşkar etməkdə
səhvləri düzəltməkdə ifadə olunur. Tənqidi ağıla malik olan 
adam başqa  şəxslərin təsiri altına düşmür, hər  şeyi  şəxsi 
düşüncəsinin süzgəcindən keçirməyə, onların doğru olub-
olmadığını yoxlamağa can atır. Belə  şəxslər öz fikirlərini də 
dönə-dönə yoxlayır, onlara tənqidi surətdə yanaşırlar. 
      Şagirdlər inkişaf etdikcə onların tənqidi təfəkkürü də 
inkişaf edir və yeni keyfiyyətlər kəsb edir. 
      Uşaqda onun yaradıcı  fəaliyyətinə  tənqidi münasibətin 
yaradılması onun özünə  tələbkarlıqla yanaşa bilməsinin 
mühüm  şərtidir. Uşağın özünə  tələbkarlıqla yanaşa bilməməsi 
və ya tələbkarlığın səviyyəsinin aşağı olması meylin 
perspektivsiz olması ilə  nəticələnir. Uşağın qabiliyyəti olduğu 
halda meylinin sabit olmaması psixoloji cəhətdən məhz bunula 
əlaqədardır. 
      Kiçik  məktəbli birinci sinifdən başlayaraq xarici aləm 
haqqında nisbətən geniş biliklər sisteminə yiyələnir. Onda 
müşahidəçilik, ixtiyari diqqət, ixtiyari yaddasaxlama və 
yadasalma,  əqlin müstəqilliyi və  tənqidiliyi kimi keyfiyyətlər, 
nitq inkişaf edir. Uşaqda tənqidi təfəkkürün təşəkkül etməsi 
təxəyyül realizinin inkişafı üçün əlverişli şərait yaradır. 
     Kiçik  məktəblidə  təxəyyülün realizmindən danışarkən bir 
məsələyə xüsusi diqqət yetirmək lazımdır. Uşaq bir sıra 
hallarda, xüsusilə onun hisslərinə toxunan maraqlı bir hadisə 
müşahidə etdikdən sonra hekayə  və ya şeir yazarkən gördüyü 
hadisəni olduğu kimi təsvir edir. Bu, təxəyyülün realizmi deyil, 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə