Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə32/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   28   29   30   31   32   33   34   35   ...   91

121
 
 
məhdudluğudur. I və II sinif şagirdləri  şeir və ya hekayə 
yazarkən, adətən, gördüklərini sadalamaqla kifayətlənirlər. 
     Orta məktəb yaşı dövründə şagirdlərin yaratdıqları təxəyyül 
surətlərinin məzmun və formasında mühüm keyfiyyət 
dəyişikliyi özünü göstərir. 
     V-VII sinif şagirdləri ədəbiyyat dərslərində müxtəlif janrlar, 
eləcə  də surət, xarakter, təsvir və s. haqqında nisbətən  ətraflı 
məlumat alırlar.  Şagirdlər öyrənirlər ki, yazıçı bir çox 
hadisələri, onlara özünün münasibətini və ideyasını  bədii 
əsərdə təsvir etdiyi surətlər vasitəsi ilə oxucuya çatdırır. Bədii 
təsvirlər  əsərin məzmunu, ideyası  və onda əks etdirilən 
hadisələrlə sıx əlaqədar olur. 
     VIII-X  siniflərdə  şagirdlərə müxtəlif bədii  əsərlərin təhlili 
əsasında tipik surət, kompozisiya, bədii dil və ifadə vasitələri, 
üslubiyyat haqqında anlayış verilir. Şagirdlər təxəyyül 
mədəniyyətinə yiyələndikcə, onların yaratdıqları surətlərdə 
yeni keyfiyyətlər kəsb edir. 
     Yuxarı sinif şagirdlərinin yaradıcı  fəaliyyəti sadəcə olaraq 
süjet fikirləşməklə  məhdudlaşmır; onlar yaratdıqları surətlərin 
xarakteristikasına xüsusi fikir verir, əsas surətləri ikinci 
dərəcəli surətlərdən fərqləndirir, onların bir-birinə münasibətini 
aydın ifadə edirlər. 
     Prof. S.L.Rubinşteynin qeyd etdiyi kimi, hər bir təfəkkür bu 
və ya digər dərəcədə ümumi mücərrəd məfhumlarla 
tamamlanır, hər bir təfəkkürə bu və ya digər əyani-hissi surətlər 
daxil olur; məfhum və surət-təsəvvür onda ayrılmaz vəhdətdə 
verilmişdir.  İnsan təsəvvürsüz, yalnız anlayışlarla düşünə 
bilməz, o, eləcə  də  məfhumsuz, yalnız hissi-əyani obrazlarla 
düşünə bilməz. Lakin, bununla yanaşı olaraq təsəvvür və 
məfhum bir-biri ilə əlaqədar olduğu kimi, həm də bir-birindən 
fərqlənirlər. Bu baxımdan vahid təfəkkür daxilində, bir 
tərəfdən əyani, digər tərəfdən mücərrəd-nəzəri təfəkkürü ayırd 
etmək olar. Birinci üçün xarakterik cəhət bundan ibarətdir ki, 
onda təsəvvür və  məfhumun, xüsusilə ümuminin vəhdəti 


122
 
 
əsasən  əyani surət-təsəvvür formasında həyata keçirilir. İkinci 
üçün isə bu cəhət xarakterikdir ki, onda əyani surətin-
təsəvvürün və  məfhumun vəhdəti  əsasən ümumi məfhumlar 
formasında həyata keçirilir. 
     V.Q.Belinski göstərirdi ki, “Poeziya da mühakimə yürüdür 
və düşünür... çünki onun da məzmunu təfəkkürün məzmunu 
kimi həqiqətdir. Lakin poeziya sillogizm və dilemmalarla 
deyil, obraz və  səhnələrlə mühakimə yürüdür və fikirləşir. 
Hər cür hiss və fikir, poetik olmaq üçün obrazlarla ifadə 
olunmalıdır.” 
     Bədii təfəkkürdə surətin özü xüsusini, konkret olaraq əks 
etdirməklə, həm də ümumiləşdirici vəzifə icra edir. Qiymətli 
bədii surət tipik surətə qədər yüksəlir. 
     Akademik  İ.P.Pavlovun siqnal sistemləri haqqındakı  təlim 
bu məsələni, ümumiyyətlə götürüldükdə isə qabiliyyətlər 
sahəsində özünü göstərən fərdi fərqlər məsələsini  ətraflı 
aydınlaşdırmaq imkanı verir. Böyük alim, siqnal sistemlərinin 
qarşılıqlı əlaqəsinə görə insana məxsus 3 tip - bədii, mütəfəkkir 
və orta tip müəyyən etmişdir.  İ.P.Pavlovun fikrincə, insanın 
düşdüyü  şəraitin, həyat tərzinin, təhsil və  tərbiyənin təsiri 
nəticəsində onun ali sinir fəaliyyətində ya 1-ci siqnal sistemi 
əsas yer tutur (bədii tip), ya da 2-ci siqnal sistemi üstünlük 
kəsb edir (mütəfəkkir tip), yaxud bunların hər ikisi eyni 
dərəcədə inkişaf edir (orta tip). 
      Görkəmli sovet fizioloqu A.Q.İvanov-Smolenskinin qeyd 
etdiyi kimi, İ.P.Pavlovun ali sinir fəaliyyəti tiplərinə  həsr 
olunmuş  tədqiqatının  əsasında hər iki siqnal sisteminin 
münasibəti məsələsi qoyulmuşdur. O, bir siqnal sisteminin o 
biri üzərində yalnız nisbi üstünlüyünü qeyd edir. 
      Ümumiyyətlə götürsək, 2-ci siqnal sistemi (fikri fəaliyyət) 
1-ci siqnal sisteminə (obrazlı-emosional fəaliyyətə) nəzərən 
üstünlük təşkil edir. Bu, mütləq xarakter daşıyır, çünki dil və 
təfəkkür insanın əmək fəaliyyətində həlledici rol oynayır. Əgər 
sözü, 2-ci siqnal sistemini S, obrazı, 1-ci siqnal sistemini S` ilə 


123
 
 
ufadə etsək, həmin asılılığı riyazi formada belə ifadə etmək 
olar:  S>S`. Birinci siqnal sisteminin ikinci siqnal sistemi 
üzərindəki nisbi üstünlüyü (bədii tip) belə ifadə edilə bilər: 
S>S` + n (burada - bədii tip nümayəndələri üçün xarakterik 
olan emosional və obrazlı görmənin xüsusiyyətlərini bildirir). 
2-ci siqnal sisteminin 1-ci siqnal sistemi üzərindəki nisbi 
üstünlüyü (mütəfəkkir tip) isə belə ifadə edilə bilər: 
S+m>S`(burada  m – xarici aləmə mütəfəkkir tip üçün 
xarakterik olan mücərrəd, sözlü-məntiqi münasibəti göstərir.) 
      Göründüyü  kimi,  bir  siqnal  sisteminin  başqası üzərindəki 
nisbi üstünlüyü məsələsinin 2-ci siqnal sisteminin 1-ci siqnal 
sistemi üzərindəki mütləq üstünlüyü məsələsi ilə qarışdırmaq 
olmaz. Əks halda belə bir təsəvvür yaranır ki, bədii tipdə guya 
intellektual fəaliyyət zəif inkişaf etmiş olur. Bu, ciddi səhv 
olardı. Bir siqnal sisteminin o biri siqnal sistemi üzərindəki 
nisbi üstünlüyü yalnız bədii, mütəfəkkir və ya orta tipin 
təfəkkür tərzində özünəməxsus cəhətlərin formalaşmasını 
şərtləndirir. İ.P.Pavlov bu xüsusiyyətləri belə xarakterizə edir: 
“bəzi adamlar yaxşı düşünürlər, lakin konkret, real surətdə 
fikirləşmirlər, onlarda birinci və ikinci siqnal sistemləri 
arasındakı əlaqə xeyli zəifdir; başqaları isə, əksinə, belə ağıllı 
və məntiqi düşünsələr də, söz arasındakı real təəssüratı, yəni 
birinci siqnalları görməyə meyl edirlər. Onların xarici aləmlə 
əlaqəsi birincilərə görə daha yaxşıdır... Onların hər ikisi 
ağıllıdır, lakin onlardan birinin mühakiməsi gerçəlikdən 
uzaqdır, o birisi isə gerçəkliyi olduğu kimi əks 
etdirir.”İ.P.Pavlova görə, ikinci siqnal sisteminin birinci ilə 
əlaqəsi mütəfəkkir tipdə zəif, bədii tipdə qüvvətlidir. Orta tipdə 
isə birinci və ikinci siqnal sistemlərinin hər ikisi eyni dərəcədə 
inkişaf edir. 
      Siqnal  sistemlərinin inkişaf xüsusiyyətlərindən asılı olaraq 
bu və ya digər tipə mənsub olan şagirdlər qavrayış, təsəvvür və 
hafizə materiallarından da müxtəlif tərzdə istifadə edirlər. 
Məsələn, bədii tip nümayəndələri konkret və emosional surətlər 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə