Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə29/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   25   26   27   28   29   30   31   32   ...   91

110
 
 
    Məlum olduğu kimi, gənclərin  şəxsiyyəti nisbətən gec 
formalaşır. Ona görə  də onların  əməlləri və  hərəkətləri bəzən 
daxili məntiqə  və ardıcıllığa malik olmur, davranışın həyat 
xəttinin dəqiq müəyyənləşməsi isə ləng gedir. Elə buna görə də 
həddi-büluğa çatmamışların hüquq pozğunluqları çox vaxt 
təsadüfi və gözlənilməyən halların nəticəsində baş verir. 
    Cinayət və  cəza haqqında zəruri biliyə malik olmayan, 
yaxud da yanlış  təsəvvürə malik olan yeniyetmələr etmiş 
olduqları cinayət  əməlləri və hüquq pozğunluqları üstündə 
onların bilavasitə  məsuliyyət daşımadıqlarını, onlara yüngül 
“güzəştli” cəza tədbirləri tətbiq olunduğunu güman edirlər. 
Halbuki onlar bilməlidirlər ki, 14 yaşına çatmamış 
yeniyetmələr hüquq pozğunluqları etdikdə  cəzasız qalmırlar. 
14 yaşına çatmış yeniyetmələr ən təhlükəli cinayətlər üçün heç 
bir güzəşt olmadan tam cinayət məsuliyyəti, 16 yaşından 
etibarən isə istinasız olaraq, ümumi qaydada, qanuna müvafiq 
surətdə məsuliyyət daşıyırlar. 
    Yeniyetmələrə anlatmaq lazımdır ki, cinayət və  cəmiyyətə 
zidd  əməllər etdikdə valideynlər, himayəçilər və sair 
tərbiyəçilərlə yanaşı, həddi-büluğa çatmamışların özləri də 
şəxsən məsuliyyət daşıyırlar. 
     Müxtəlif  şərait və  şərtlər yeniyetmələrə daha tez və ciddi 
təsir göstərir, çünki onlar ətraf mühitə, təzahürlərə daha 
asanlıqla və  həssaslıqla meyl göstərirlər. Hüquq tərbiyəsi, 
hüquq bilikləri ilə tanışlıq belələrinə mühüm təsir göstərir, öz 
əməllərini düzgün qiymətləndirmədikdə, lazım gəldikdə 
özlərini ələ almaqda, şəxsi arzu və niyyətlərini idarə etməkdə, 
zərərli təsirlərə qarşı dayana bilməkdə onlara kömək edir.      
 
       1986 

cı il. 
 
 
 


111
 
 
Şagirdlərin əmək tərbiyəsi 
 
 
      İnkişaf etmiş sosializmi planauyğun və  hərtərəfli 
təkmilləşdirmək, onun humanist təbiətini daha da dolğun 
şəkildə açıb göstərmək, insanın yaradıcı  fəallığını daha da 
yüksəltmək sahəsində partiyanın xətti sovet məktəbi qarşısında 
böyük və məsul vəzifələr qoyur. 
      Partiya  gənc nəslin  əməyə hazırlığının kökündən 
yaxşılaşdırılmasına məktəbin fəaliyyətinin təkmiləş-
dirilməsində xüsusi əhəmiyyət verir. 
     Bəs əmək tərbiyəsi nədir və onu necə başa düşmək olar? 
     İnsanın bütün qabiliyyətləri müvafiq fəaliyyət prosesində 
formalaşır və fəaliyyət prosesində də təzahür edir. “Fəaliyyət” 
anlayışı sosial kateqoriyalar sırasına daxildir və yalnız insana 
aiddir.  Şəxsiyyət öz qarşısına konkret məqsəd qoyur, 
fəaliyyətin stimullarını dərk edir və məqsədinə nail olmaq üçün 
zəruri hərəkətləri yerinə yetirir. 
      Əmək fəaliyyətin elə bir növüdür ki, nəticədə hökmən 
məhsul  əldə edilməlidir. Oyun prosesində isə  məhsul  əldə 
edilmir.  Əmək düşünülmüş plan əsasında həyata keçirilir, 
insanın gümrah olmasına, sağlamlığına, onda yaxşı 
keyfiyyətlərin formalaşmasına və inkişafına müsbət təsir 
göstərir. Təsadüfi deyildir ki, sovet məktəbi yaranan gündən 
əmək məktəbi hesab edilmişdir. N.K.Krupskaya əməyin 
tərbiyədəki rolunu yüksək qiymətləndirərək yazırdı: “Əmək 
əsas məsələdir, o bizə imkan verir ki, tərbiyə  işini  ən yüksək 
zirvəyə qaldıra bilək.” A.S.Makarenko uşaq kollektivinin 
həyatını istehsal münasibətləri zəminində  təşkil etmişdir. O, 
sübut etmişdir ki, əməyin tərbiyə vasitəsi olması müəyyən 
şərtlərlə bağlıdır: 
şagirdin 
əməyi hökmən təhsillə 
əlaqələndirilməlidir;  əmək prosesində  şagirdlərin siyasi və 
ictimai fəallığı  təmin edilməlidir;  şagird  əməyin zəruriliyini 
dərk etməli və  əməyə  həvəslə qoşulmalıdır. Bu əlamətlərdən 


112
 
 
məhrum olan əmək tərbiyə vasitəsi rolunu yerinə yetirmir, 
neytral  əmək hesab olunur. Deməli,  şagirdin  əməyi pedaqoji 
tələblərə cavab verməli, pedaqoji cəhətdən düzgün təşkil 
olunmalıdır. 
     Məktəbdə  əmək tərbiyəsini daxili əlaqədə olan iki məqsəd 
izləyir: əxlaqi məqsəd və praktik məqsəd. 
     Əxlaqi məqsəd odur ki, əmək tərbiyəsi  şagirdləri psixoloji 
cəhətdən  əməyə hazırlayır, məktəblilər xalq naminə, Vətən 
naminə  işləməyə  həmişə hazır olur, əməyə kommunist 
münasibəti bəsləyir,  əməksevər ruhda böyüyürlər.  Əxlaqi 
baxımdan əmək tərbiyəsinin konkret vəzifələri aşağıdakılardan 
ibarətdir: 
 
- şagirdlərdə belə bir əqidə formalaşmalıdır ki, hər bir şəxs 
cəmiyyət üçün vicdanla işləməlidir; 
 
- işləmədən ictimai sərvəti artırmaq mümkün deyildir
 
- işləmək hər bir insanın cəmiyyət qarşısında öz borcunu 
dərindən dərk etməsi ilə bağlıdır; 
 
-işləmək insanın qabiliyyətlərinin formalaşması, 
təkmilləşməsi baxımından da çox zəruridir. 
 
     Əmək tərbiyəsinin  əxlaqi aspekti üzrə aparılan işlər 
şagirdlərdə belə bir inam yaratmalıdır ki, işləmək imkanı olan, 
işləyə bilən, lakin işləməyən və ya işləmək istəməyən şəxsdən 
əsl insan ola bilməz. 
     Əmək tərbiyəsinin ikinci mühüm məqsədi şagirdləri praktik 
cəhətdən  əməyə hazırlamaqdan ibarətdir. Məktəblilər  əmək 
alətləri ilə tanış olmalı, bu alətlərdən istifadə etməyə aid olan 
ilkin bacarıqlara yiyələnməli, özlərinin fiziki qüvvələrini 
inkişaf etdirməlidirlər. Elə bu məqsəd üçün şagirdlər ibtidai 
siniflərdə  uşaq bağçaları üçün oyuncaqlar düzəldir, tikiş 


113
 
 
dərslərində silgi hazırlayır və digər işlər görürlər. Orta 
siniflərin  şagirdləri dülgərlik və çilingərlik emalatxanasında 
müxtəlif  əşyalar hazırlayır, məktəb avadanlığını  təmir edir, 
kənd yerlərində  məktəbyanı sahədə  məhsul becərirlər və s. 
Yuxarı sinif şagirdləri  şagird istehsalat briqadalarında, tədris 
istehsalat kombinatlarında fəaliyyət göstərir, praktikumlar keçir 
və beləliklə də, praktik əmək bacarıqlarına yiyələnirlər. 
     Məktəblərdə şagirdlərin əməyinə aşağıdakı tələblər verilir: 
 
-  əmək  şagirdlərin zehni və fiziki qüvvələrin vəhdətdə 
tətbiqinə şərait yaratmalıdır; 
 
-  əmək məktəblinin təlim-tərbiyə  məqsədlərini həyata 
keçirmək vasitəsi yerində çıxış etməlidir; 
 
-  əmək prosesində  şagird gördüyü işin ictimai və  şəxsi 
faydasını şüurlu surətdə dərk etməlidir; 
 
-  əmək  şagirdlər üçün yorucu və cansıxıcı olmamalı, 
məktəblilər əməyə həvəslə qoşulmalıdır; 
 
-  əmək tərbiyəsi kommunist tərbiyəsinin digər sahələri ilə 
əlaqəli  şəkildə  həyata keçirilməli, tərbiyə  işinə kompleks 
qaydada yanaşmaq tələbi əsas götürülməlidir
 
-  şagird  əməyin məqsədini və  nəticələrini  əvvəlcədən dərk 
etməlidir və s. 
 
     Əməyin birinci vəzifəsi şagirdin hərtərəfli inkişafına xidmət 
göstərməkdən ibarətdir. 
     Şagird  əməyini üç mühüm növə bölürlər:  özünəxidmət 
əməyi, ictimai-faydalı əmək və məhsuldar əmək. 
Özünəxidmət  əməyinin  əsası ailədə qoyulur və bu iş 
məktəbdə davam etdirilir. Əməyin bu növünə özünün gigiyenik 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə