Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə30/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   26   27   28   29   30   31   32   33   ...   91

114
 
 
qayğısına qalmaq, paltarlarını, dərs ləvazimatlarını  səliqə ilə 
saxlamaq, iş yerini sahmana salmaq, yataq yerini yığışdırmaq, 
yemək hazırlamaq, paltarını yamamaq, ailədə kiçiklərə  və 
böyüklərə kömək etmək kimi iş növləri daxildir. Özünəxidmət 
əməyi ictimai-faydalı əməyin ilk mərhələsi yerində çıxış edir. 
Başlıca fərq burasındadır ki, özünəxidmət ailə  və  məktəb 
çərçivəsi ilə  məhdudlaşır, ictimai-faydalı  əmək isə  həmin 
çərçivə ilə  məhdudlaşmır, məktəbin  əhatə etdiyi ərazini də 
əhatə edir. (kolxoza kömək, yaşıllaşdırma işləri və s.) 
Məhsuldar  əmək bilavasitə maddi nemətlər istehsalı ilə 
bağlıdır. Məsələn,  şagirdlərin məktəbyanı sahədə  məhsul 
yetişdirmələri, istehsalat briqadalarında, tədris-istehsalat 
kombinatlarında işləmələri bilavasitə  məhsuldar  əməklə 
bağlıdır. 
     Əmək tərbiyəsinin təşkil formalarından biri məktəblərarası 
tədris-istehsalat kombinatlarıdır. 1974-cü il avqustun 23-də 
SSRİ Nazirlər Soveti “Şagirdlərin  əmək təlimi və 
peşəyönümü üçün məktəblərarası 
tədris-istehsalat 
kombinatlarının təşkili haqqında”  qərar qəbul etmiş  və 
göstərmişdir ki, İX –X sinif şagirdlərinin  əmək tərbiyəsini 
təşkil etməyin yeni formalarından biri məhz həmin 
kombinatlardan ibarət olmalıdır. Bu cür kombinatlar müxtəlif 
müəssisələrin birgə  səyi ilə  təşkil olunur və yuxarı sinif 
şagirdlərinin  əmək tərbiyəsi həmin kombinatlarda həyata 
keçirilir. Belə kombinatları maarif orqanları yaradır, 
kombinatlar məhz bu orqanlara tabe olur. Azərbaycanda belə 
bir kombinat ilk dəfə olaraq Bakının Nərimanov rayonunda 
təşkil olunmuşdur. 
     1982-ci  ilin  məlumatına görə respublikada belə 
kombinatların sayı 77-dir və onlar 51 peşə üzrə külli miqdarda 
şagirdi əhatə edir. 
      Kənd yerlərində isə  şagird istehsalat briqadaları 1955-ci 
ildən fəaliyyət göstərir. Əmək tərbiyəsinin ikinci təşkil forması 
məhz bu briqadalardan ibarətdir.  İndi ölkə üzrə 40 min belə 


115
 
 
briqada fəaliyyət göstərir ki, onlar da 71 min məktəbi  əhatə 
edir. Bizim respublikada belə briqadaların sayı 1982-ci ilin 
məlumatına görə 2500 - dür. 
      Əmək tərbiyəsinin üçüncü təşkil forması  kənd yerlərində 
məktəb meşəçiliyindən,  şəhərdə isə  əmək və istirahət 
düşərgələrindən ibarətdir. Bu göstərilənlər  əmək tərbiyəsinin 
yeni formaları hesab olunur. Ənənəvi forma isə əmək dərsləri 
və digər əmək məşğələləridir. 
      Düzgün  aparılan  əmək tərbiyəsi, təlim və peşəyönümü, 
məktəblilərin ictimai faydalı, məhsuldar  əməkdə bilavasitə 
iştirakı  təhsilə  şüurlu münasibətin,  şagirdlərin vətəndaş kimi 
yetişməsinin,  şəxsiyyətin mənəvi və intellektual cəhətdən 
formalaşmasının, fiziki inkişafının əvəzsiz amilləridir. Məktəb 
məzunlarının gələcək taleyi necə olursa-olsun, əmək mətinliyi 
fəaliyyətin hər bir sahəsində onlara lazım olacaqdır.  Şagirdlər 
bunu yaxşı  dərk etməli, müəllimlər, valideynlər, bütün 
ictimaiyyət bunu dərindən başa düşməlidir. 
     Təlimin məhsuldar  əməklə birləşdirilməsi  şagirdləri aşağı 
siniflərdən başlayaraq özlərinin cansağlığı  və yaşı üçün 
münasib olan müntəzəm, mütəşəkkil ictimai- faydalı  əməyə  -
cəmiyyətə lazım olan əsl əməyə cəlb etməyi nəzərdə tutur. 
     Məktəbdə  əmək tərbiyəsinin və  təlimin məqsədi bunlar 
olmalıdır:  
 
- əməyə məhəbbət və əmək adamlarına hörmət aşılamaq; 
-şagirdləri müasir sənaye və  kənd təsərrüfatı istehsalının, 
tikintinin, nəqliyyatın, xidmət sahəsinin  əsasları ilə tanış 
etmək; 
 
- təhsil və ictimai faydalı  iş prosesində onların  əmək 
vərdişlərini və bacarıqlarını formalaşdırmaq; 
-  şüurlu surətdə peşə seçməyə  və ibtidai peşə hazırlığı 
almağa sövq etmək. 
 


116
 
 
      Şagirdlərin  əmək tərbiyəsi, təlimi və peşəyönümü sistemi 
elə qurulmalıdır ki, natamam orta məktəbi qurtararkən onlar 
düşünülmüş  şəkildə peşə  və  təhsilin davam etdirilməsi üçün 
müvafiq tədris müəssisəsi seçmiş olsunlar. 
      Şagirdlərin  əmək hazırlığının təşkilində  və onların 
tərbiyəsində  fəal iştirak etmək istehsal kollektivlərinin  ən 
mühüm vəzifəsidir. Hər bir məktəbin baza müəssisəsi 
olmalıdır. Bu müəssisələr  şagirdlərə  təlim vermək və onların 
məhsuldar  əməyini təşkil etmək,  şagirdlərlə  tərbiyə  işi 
aparmaq, texniki yaradıcılığı, kənd təsərrüfatı təcrübəçiliyini və 
peşəyönümünü inkişaf etdirmək üçün mütəxəssisləri, fəhlələri, 
kolxozçuları usta kimi işləməyə göndərirlər. 
 
       1986 

cı il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


117
 
 
Şagirdlərin yaş xüsusiyyətləri və 
qabiliyyətlərin formalaşması 
 
     Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətlərindən hər birinin 
fəaliyyət prosesində öz yeri, öz vəzifəsi vardır. Fəaliyyətin 
müvəffəqiyyətli icrası ancaq qabiliyyətlərlə şərtlənir. 
     Fəaliyyətin yaradıcılıq səviyyəsi-icraedici və ya yaradıcı 
olması onun tərkibinə daxil olan qabiliyyətlərin inkişaf 
səviyyəsindən asılıdır. 
    Qabiliyyətlər uşaq və yeniyetmələrin psixi həyatının mühüm 
cəhətlərindən birini təşkil edir. Bu o deməkdir ki, qabiliyyətlər 
də bütün psixi proses və xassələr kimi kiçik yaşlardan 
formalaşmağa başlayır, inkişaf edərək yeni keyfiyyətlər kəsb 
edir. 
     Bilik,  bacarıq və  vərdişlər qabiliyyətlərin inkişafı üçün 
zəruri  şərtlərdən biridir. Uşaq müvafiq fəaliyyət sahəsi üçün 
zəruri olan bilik və bacarıqlara yiyələnməyibsə, notda yazmağı, 
çertyoj çəkməyi və s. öyrənməyibsə, onun musiqi, texniki və 
rəsm qabiliyyətləri yaxşı inkişaf edə bilməz. Uşaqların 
qabiliyyətlərini inkişaf etdirmək üçün onların müvafiq bilik, 
bacarıq və  vərdişlərə yiyələnməsinə ardıcıl surətdə fikir 
verilməlidir. 
     Qabiliyyətlər eyni zamanda bilik, bacarıq və  vərdişlərdə 
deyil, onların qazanılma dinamikasında, yəni bütün başqa 
şərtlər eyni olduqda, bu fəaliyyət üçün zəruri olan bilik, bacarıq 
və vərdişlərə yiyələnmə prosesinin nə qədər tez, dərin, asan və 
möhkəm icra olunmasında təzahür edir. 
     Deməli, qabiliyyətlər-şəxsiyyətin fərdi-psixoloji xüsu-
siyyətləri olub müəyyən fəaliyyətin müvəffəqiyyətli icrasının 
şərtini təşkil edir və onun üçün zəruri olan bilik, bacarıq və 
vərdişlərə yiyələnmə dinamikasındakı fərqlərdə ifadə olunur. 
     Qabiliyyətlər iki növə ayrılır: ümumi qabiliyyətlər və xüsusi 
qabiliyyətlər. 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə