Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə33/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   29   30   31   32   33   34   35   36   ...   91

124
 
 
yaratdıqları halda, mütəfəkkir tipə mənsub olanlar yeni surətlər 
yaradarkən mühakimə yürütməyə daha çox meyl göstərirlər. 
      Biz  məktəbdə yeniyetməlik yaşı dövründə özünün əqli 
qabiliyyətlərinin inkişafı etibarilə  həmyaşıdlarından fərqlənən 
xeyli  şagirdlərlə qarşılaşırıq. Belə  şagirdlərin iki tipi diqqəti 
daha çox cəlb edir: onların bir qismi maraqları  və  ətrafdakı 
adamlara münasibəti etibarilə daha çox kiçik məktəbliyə 
bənzəyir. Dərsi asanlıqla başa düşür, məsələni daha asan yolla 
həll edir, lakin özünü sadəlövh aparır, aşağı qiymət alanda 
ağlayır, bütün fənnlərlə eyni dərəcədə maraqlanır; digər qismi 
isə özünü əslində böyük məktəbli kimi aparır: müəllimlərin bir 
çox məsləhətlərinə  əməl etmir, dərsdə  bəzən kənar işlərlə 
məşğul olur, ancaq maraqlandığı  fənnə xüsusi diqqət yetirir, 
həmin fənnə aid əlavə  ədəbiyyat oxuyur, xüsusi dəftər tərtib 
edir. 
      Onu  qeyd  etmək lazımdır ki, görkəmli adamların bir 
çoxunu kiçik yaşlarında valideynlər və müəllimlər adi uşaqlar 
hesab etmiş, hətta onların bir çoxunu “tənbəl”, “qabiliyyətsiz” 
adlandırmışlar. 
      Tərbiyə işi sahəsində bu nöqsanlar ondan irəli gəlir ki, biz 
müəllimlər çox vaxt uşaqların qabiliyyətləri haqqında təkcə 
təlim müvəffəqiyyətinə görə mühakimə yürüdürük. Halbuki biz 
qabiliyyətlərin müxtəlif inkişaf variantları olduğunu unuduruq. 
Psixi inkişafın qeyri-bərabər xarakteri bu sahədə xüsusilə aydın 
nəzərə çarpır. 
 
       1991 

ci 
il. 
 
 
 
 
 


125
 
 
Mənfi emosiyalar və onların aradan 
qaldırılmasında özünüələalmanın rolu 
 
     İnsan emosiyaları ictimai- tarixi inkişafın məhsulu olub 
davranışı daxilən tənzim edən proseslərə aiddir: onlar 
tələbatların təzahürünün subyektiv forması kimi çıxış edir. 
Emosiyaların inkişafının ali səviyyəsi insanın davamlı 
hissləridir. 
     Bu  psixi  proses  bir  tərəfdən, insanın instinktləri, digər 
tərəfdən isə onun biososioloji tələbatı ilə bilavasitə əlaqədardır. 
Emosiyalar xarici aləm hadisələrinin və daxili vəziyyətin 
insanın həyat fəaliyyəti üçün əhəmiyyətini  əks etdirmək yolu 
ilə şəxsiyyətin xarici təsirə qarşı fəallığını nizama salır. İnsanda 
xarici aləm  hadisələrinin təsirinə reaksiya vermək etibarı ilə 
affekt, emosiya, stress, hiss, ehtiraslar bir növ mühafizə siqnalı 
rolunu oynayır.Bu cür siqnallarsız insan fəaliyyəti mümkün 
olmazdı.  İnsanın emosiyaları getdikcə  zəifləyir, bunların 
əvəzinə ictimai, etik, estetik hisslər inkişaf edir. 
     Bəs mənfi emosiyalar nədir? Mənfi emosiyalar necə 
yaranır? Onların insana təsiri nə ilə  nəticələnə bilər?  İnsanda 
mənfi emosiyaları aradan qaldırmaq mümkündürmü? Biz bu 
suallara cavab verməyə çalışacayıq. Bunun üçün biz müxtəlif 
mənbələrə müraciət etməli olacayıq. 
     Maksim  Qorki  deyirdi:  “Kədər - qiymətdən düşmüş 
fonddur.” Doğrudan da, dərdlə, fəlakətlə üz-üzə  gəlmiş 
adamlar fəaliyyətsiz olurlar. Onlar nəinki təkcə fiziki cəhətdən 
lazımi qədər iş görə bilmir, adətən onların düşünmə qabiliyyəti 
də zəifləyir, çünki əzələlərində, beyinlərində damarlar daralmış 
olur. Ağır dərdə düçar olan adamın əli heç nəyə yatmır. 
İnsan sonsuz ümidsizliyə qapılanda, dərdi dözülməz olanda-
dinmir, onun nə danışığını, nə  şikayətini, nə  də iniltisini 
eşitmək olur. 


126
 
 
     Təsadüfi deyildir ki, antik dövrün müdrik adamları belə 
demişlər:  “Yalnız kiçik dərd danışa bilir, böyük dərd dilsiz 
olur.” 
     Dərdi böyük olan adam özünə qapılmamalı, dərd əlində aciz 
qalmamalıdır.  İ. Talıbov mənfi induksiya yaratmağı  məsləhət 
görürdü, baş-beyin qabığında yeni, daha güclü qıcıq mərkəzi 
yaratmaq lazımdır ki, insanı əldən salan mənbəyə qalib gəlsin. 
Toplanmış  mənfi emosiyaları söndürmək, onlardan yaxa 
qurtarmaqla yüngülləşmək lazımdır. 
     Emosiyaların isə qanunu belədir: madam ki, emosiyalar 
toplanıb, o, mütləq boşalmalıdır. Bəzən bu boşalma və 
yüngülləşmələr çox gözlənilməz formalar alır. 
     Akademik  P.K.Anoxin  deyirdi  ki,  insan  yaranmış 
emosiyanı, xüsusən bu emosiya baş- beyin qabığı ilə əlaqədar 
olduqda, adətən, saxlamaq iqtidarında deyil. Emosiyanın zahiri 
əlamətlərini (məsələn, göz yaşını) boğmaq, saxlamaq mümkün 
olsa da, damarların spazmanı,ürəyin döyünməsini dayandırmaq 
qeyri-mümkündür. 
     Cinayətlərin istintaq metodları da buna əsaslanır. Dolayı 
dəlillər təqdim edildikdə öz cinayətini danan cani zahiri 
əlamətlərlə deyil, nəbzinin, tənəffüs ritminin, qan təzyiqinin 
dəyişilməsi ilə özünü büruzə verir. 
     Məşhur təyyarə  sınaqçısı Marina Popoviç danışırdı ki, bir 
dəfə uçuş zamanı  təyyarəni idarə etmək mümkün olmur və o 
sürətlə yerə enməyə başlayır. Marina və  təlimatçı özlərini 
itirmir, çətinliklə  də olsa təyyarəni xilas etməyə nail olurlar. 
Marina çox sevinir, zarafat edir, gecə yuxuda isə, onda 
qısamüddətli də olsa, ağır sinir pozğunluğu baş verir. 
     Emosional boşalma, yüngülləşmə bəzən çox baha başa gəlir 
və qorxulu nəticələrə gətirib çıxarır. Qətl yerinin, qatili özünə 
“cəlb etməsi” haqqında hamı  eşidib. Təcrübəli xəfiyyələr 
bilirlər ki, cani cinayət yerinə getməyincə sakit olmayacaq. 
Buna görə də pusquda durub onu ifşa edirlər. 


127
 
 
     Deməli, toplanmış  mənfi emosiyanı cilovlamaq, saxlamaq 
çətindir. Buna yalnız möhkəm iradəli adamlar nail ola bilirlər. 
     Ən yaxşı yüngülləşmə üsulu-məqsədə çatmaqdır. Lakin 
buna hamı  həmişə nail ola bilmir. Bu halda gərgin  əzələ 
fəaliyyəti, maraqlı iş, kitablar, musiqi köməyə çata bilər. 
     Musiqi-emosiyaları, həyəcanı dağıdan, yüngülləşdirən  ən 
yaxşı vasitə olub, insana güclü təsir göstərir.Musiqi xeyirxah 
hisslər oyatmaqdan əlavə, həm də “ürəkdən sanki od çıxarır”, 
dərdi qovur, yorğunluğu çıxarır.Fizioloji tərəfinə  gəldikdə isə 
musiqi damarların genişlənməsinə fəal kömək göstərir. 
     Yapon  mütəxəssiləri müəyyən etmişlər ki, fəhlənin  əhvali- 
ruhiyyəsinin  əməyin məhsuldarlığına çox böyük təsiri var. 
Əgər sex rəisi gülümsəməyi bacarmırsa onu işdən çıxarırlar. O, 
əlindən gələni edir ki, fəhlə həvəslə, nikbin əhvali- ruhiyyə ilə 
işləsin və çoxlu qazanc gətirsin. Bəs bizdə necə? Məncə bunu 
şəhr etməyə ehtiyac yoxdur. 
     Hər cür mənfi  emosiya zamanı orqanizmdə hormonlar, o 
cümlədən adrenalin hasil edilib qana daxil olur, həmin 
adrenalin damarları daraldır, qan təzyiqini yüksəldir, energetik 
prosesləri fəallaşdırır. 
     Mənfi emosiyalar güclü sarsıntılar  əmələ  gətirməsin deyə, 
emosiyaları  zəiflətmək yolu ilə artıq hormonları  sərf etmək 
lazımdır. Məsələn, birinin ən yaxın adamı  həlak olubsa, 
doyunca ağlamağı  məsləhətdir,  əks təqdirdə “göz yaşları ilə 
ifadə olunmayan dərd başqa orqanları  ağladır”, başqa sözlə 
desək, ürək damarlarının sıxılması  həyat üçün təhlükə 
törədir.Viktor Hüqo yazırdı:  Göz yaşları  həmişə  nəyi isə 
yuyub aparır və təskinlik gətirir.” 
     Emosiyalar 
uyğunlaşdırıcı kimi də mühüm rol 
oynayır.Emosiyaların tədqiqi ilə  məşğul olan professor 
P.V.Simonovun verdiyi tərifə görə:“Emosiya-xüsusi sinir 
aparatı olub, həyatda məqsədə çatmaq yolları  və üsulları 
haqqında kifayət qədər dəqiq məlumat olmadıqda nə cür 
hərəkət etmək barədə beyinə kömək edir”. 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə