37
elmi və bədii yaradıcılığı ilə xalqına xidmət göstərən Teymur
müəllim bu dəfə də şərəfli bir işi öz üzərinə götürdü. Onun
rəhbərlik və təşkilatçılıq bacarığı yaradıcı kollektivin tez bir
zamanda öz işlərində dönüş yaratmalarına kömək etdi.
Teymur müəllim sutkanın təxminən 16 saatını iş başında
keçirir. Bu cür iş qabiliyyəti hər adamda ola bilməz.
Yaşın belə çağında bu qədər işləmək insandan böyük enerji,
yüksək dözüm, qətiyyətlilik, prinsipiallıq, yüksək iradi,
hövsələ, dərin düşüncə və təhlil etmək bacarığı, özünə möhkəm
inam, əqli baxımdan sarsılmazlıq, əməksevərlik, çalışqanlıq və
kəskin dərəcədə fəallıq tələb edir.
Sadaladığımız insani xüsusiyyətlərin hamısı məhz Teymur
müəllimdə cəmlənmişdir.
Teymur müəllim öz xalqına, millətinə təmənnasız xidmət
edən, ömrünü el yolunda xərcləyən insanlardandır. O, heç
zaman gördüyü işləri gözə soxmağa çalışmır.
Mən, tənqidçi, ədəbiyyatşünas, görkəmli alim, nəcib insan,
filologiya elmləri doktoru, professor Teymur Əhmədovu 70
illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona
həyatda şirin nemət olan can sağlığı, uzun ömür, səbr, ailə
sevinci, tükənməz yaradıcılıq uğurları və qarşıdan gələn illərin
sınağında daha fərəhli günlər arzulayıram.
“Axşam” qəzeti, 2000-ci il.
46
Nurlu ustad
Həyatda elə insanlar var ki, onlar bu dünyaya nə üçün
gəldiklərini dərindən dərk edirlər. Və Allah- təalanın onlara
bəxş etdiyi ömründən qədərincə bəhrələnməyi, özündən sonra
başqaları üçün örnək olunası ömür yaşamağı göstərmək, öz
ömrünü dəyərləndirməyi bacarmaq, cəmiyyət qarşısında,
insanlar arasında mənəvi borcunu başa düşmək, bütün hallarda
onu xəlq edənin mərhəmətinə sığınan bu insanlar üçün həyatın
mənası həmişə ülvi və ecazkardır. Baxmayaraq ki, bu ülviliyi,
ecazkarlığı bəziləri hər vasitə ilə ucuzlaşdırmağa, alçaltmağa
çalışırlar. Əlbəttə, belələri mənəvi dəyərlərdən uzaq, hər şeyin
mənasını maddidə axtaranlardır. Bu cür təfəkkür tərzinə malik
insanlar həyatdan daha çox şey tələb edirlər, layiq
olmadıqlarından da çox. Belə tip insanlar cəmiyyət üçün ağır
yükdən başqa bir şey deyildir.
İlkin qeyd etdiyim insanlar isə yaşadığı cəmiyyətə və
insanlara elə mənəvi yaradıcılıq töhfələri bəxş edir ki, bu
töhfələrdən bütün adamlar yararlanır, bəhrələnir. Əvəzində isə
nə insanlardan, nə də ki, cəmiyyətdən heç nə ummur. Ancaq
cəmiyyət belə adamları yada salmayanda, uzun illərdən bəri
yaratdıqlarını heç olmazsa azca da olsa dəyərləndirməyəndə,
həmin şəxslər istər-istəməz mütəssir olurlar. Ömrünün 70-ci
baharını yaşasa da, həyatda özünün layiq olduğu qiymətini
almayan insanlardan biri də yazıçı, ilahiyyatçı, Azər.KİVİHİ-
nin sədri Oqtay Salamzadədir.
Oqtay müəllimlə şəxsi tanışlığımızın tarixçəsi 7 ildir. Mən
onu həmişə qayğıkeş, səmimi, xeyirxah və təvazökar bir insan
kimi tanımışam. Onunla daha yaxından tanış olandan sonra
gördüm ki, Oqtay müəllim ədəbiyyatımıza bir-birindən gözəl,
dəyərli, sanballı ədəbi incilər bəxş edən tanınmış yazıçıdır.
Onun uzun illərin tədqiqatı nəticəsində yazdığı “Əsrlərin sirri”
(trilogiya), “ Sevgi iztirabları”, “Bizim nəsil”, “Tahirə”, Qızıl
torpaq” romanları müəllif üçün sağlığında ədəbi “heykəl”
47
yaratdı. Bundan sonra yorulmaq bilməyən Oqtay Salamzadə
özünün “İsgəndərin övladları”, “Sənin məhəbbətinlə”, “İkinci
güllə”, “Taleyə”, “Yaz yağışı”, “İnadkar oğlan”, “Elə yaşa
ki...” povestlərini yazaraq Azərbaycan ədəbi mühitində özünü
təsdiqlədi. Onu deyim ki, Oqtay müəllim son dərəcə gözəl
nitq qabiliyyətinə malik natiq, fitri istedad sahibi, bacarıqlı
ictimaiyyatçı və təşkilatçıdır. Oqtay müəllim öz təşkilatçılıq
qabiliyyətinə görə sovet dövründə müxtəlif vəzifələrdə
işləməyə irəli çəkilmişdir. O, eyni zamanda Azərbaycanda ilk
“Qızıl qələm” mükafatının təsisçisidir.
İndi Oqtay müəllim ədəbi yaradıcılq sahəsində,
jurnalistikada göstərdikləri yaradıcılıq uğurlarına görə istər
gənc nəsl olsun, istərsə də yaşlı nəsl, onların ədəbi sahəsindəki
əməyini lazımınca qiymətləndirir. Bu qiymətləndirmə
yaradıcı adamları daha da ruhlandırır.
Nurlu ustadımıza 70 illik yubileyi münasibətilə ən ümdəsi can
sağlığı, uzun ömür, ailə xoşbəxtliyi, səbr, kəsərdən düşməyən
qələminə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
“Son
söz”
qəzeti, 1998-ci il
48
Şəfiqə xanım böyük ürək sahibidir
“Dünyada yeganə, bircə həqiqi xəzinə vardırsa, o da yaxşı
ürəkdir.”
K.Paustovski
Həyat çox mürəkkəbdir və onu həmişə düsturlarla
öyrənmək mümkün deyil. İnsanın keçdiyi ömür yolu heç də
həmişə hamar olmur.Biz həyatda enişli-yoxuşlu, daşlı-kəsəkli,
dərəli-təpəli yollar keçməli oluruq.Həyat saysız- hesabsız
münaqişələrlə dolu bir cəngəllikdir. Hər bir insan bu
cəngəllikdən özü-özünə yol açmalı olur. Hər birimiz həyatda
xoşbəxt olmağa, ondan zövq almağa, kamillik zirvəsinə doğru
irəliləməyə çalışır, yaxşı nə varsa, onu əldə etməyə, yaşamaq
eşqindən məmnunluq duymağa, təkcə özü üçün deyil, öz
mənalı ömründən başqalarına da pay verməyə, sınıq könülləri
sevindirməyə və daha xoş gələcəyə ümid bəsləyərək yaşamağa
can atırıq.
Məncə, ən xoşbəxt ömür öz əməlləri ilə daha uzağa işıq saçan
ömürdür. Bu dünyada yaşamağa qadir bir şey varsa, o da
xeyirxah əməldir.Yaxşı əməl, xeyirxahlıq, mənəvi saflıq
insanın özündən sonra qoyub getdiyi ən böyük mirasdır.
İnsanların əməlləri heç də özləri ilə bərabər ölmür. Bu əməllər
gələcək nəsillər tərəfindən qarşılanır və dəyərləndirilir.
Həyatda bir-birini təkrarlayan və bir-birinin eyni olan iki
ömür tapmaq çətindir. Hər bir ömür kitabında insanı
sevindirən və kədərləndirən, acılı və şirinli günlər, yaxşılıqlar
və pisliklər, fəzilətlər və qəbahətlər öz əksini tapmışdır. Elə
həqiqətlər var ki, biz onları hər gün görürük, lakin bunlara
lazımınca qiymət vermirik, onu dərk etsək də, özümüzçün
ibrət götürmürük. Amma həyatda elə insan var ki, onun
sadəliyi, qəlbinin genişliyi, xeyirxahlığı, başqalarının keçirdiyi
Dostları ilə paylaş: |