49
qəmini, kədərini özününküləşdirən və bu qaranlıqdan xilas
olmaq üçün başqalarının yoluna şəfəq nuru saçan, öz
sevincini hamıyla bölüşməyə tələsən, kədərini isə heç kəsə
bildirməyən, öz içində dəfn etməyibacaran, kimsəsizlərin ümid
çırağı olan,yüksəkmənəvi dəyərləri və gözəl insani
keyfiyyətləri özündə cəmləşdirən,bəlkə də heç kimə məlum
olmayan qayğılı və narahat bir ömür yaşayanlardan biri də
Şəfiqə xanım Əliyevadır.
Mən Şəfiqə xanımın necə bir həssas qəlbə,mehriban, xeyirxah
əməllər sahibi, zəngin mənəvi aləmə malik olması barədə
eşitmiş və ona həsr edilmiş “Şəfqət nuru” kitabından
oxumuşdum. Həqiqət xanım Kərimovanın yüksəs insani
duyğularla bu gözəl və nəcib xanımı oxuculara təqdim etməsi
özü də xeyirxah bir işdir. Yazarın hədsiz dərəcədə hissetmə
qabiliyyətinə, erudisiyaya, insan təbiətinin gözəlliyini,
rəngarəngliyini və onların sirli aləmindən özünəməxsus tərzdə
söz açması istər- istəməz hər bir adamı düşünməyə məcbur
edir. Bir yazıçı kimi mənim Şəfiqə xanım arasında tanışlıq
körpüsünü də Həqiqət xanım salmışdı. İlk tanışlıqdan, Şəfiqə
xanım barəsində məndə gözəl təəssüratlar oyandı.
Şəfiqə xanımı hər şeydən öncə adamlara sevdirən onun
sadəliyidir.İngilislərin belə bir zərbi-məsəli var:“Sadəlik-
böyüklükdür.”
Şəfiqə xanımın seçdiyi peşə dünyada ən müqəddəs və ülvi
peşələrdəndir. O, müəllimlik peşəsini hər şeydən uca tutur və
ömür boyu da ona sadiq qalmışdır. Şəfiqə xanım təmiz və
şərəfli müəllim adını bu çətin günlərdə də qoruyub saxlamağı
bacaran əsl ziyalı qadındır.
Bir dəfə dünya fatehi İsgəndərə belə bir sual verirlər:
“ Atanı çox istəyirsən, yoxsa müəllimini?” İsgəndər cavab
verir: “Atam məni dünyaya gətirib, müəllimim isə mənə
əbədiyyət bəxş edib.”
Şəfiqə xanım dərs dediyi şagirdlərini çox sevir, onların qəlbinə
yol tapmağı bacarır, hər birinə öz doğma övladı kimi yanaşır,
50
qayğısına qalır, dərdlərinə şərik olur, sevinclərini birgə bölüşür.
Buna görə uşaqlar da Şəfiqə xanımı çox istəyir, ona öz doğma
analarıtək hörmət və ehtiram bəsləyirlər. O, heç kəsə laqeyd və
biganə deyildir. Kimliyindən asılı olmayaraq hamıya hər
zaman kömək əlini uzatmağa hazırdır. Hər şeydən öncə bu,
Şəfiqə xanımın böyük insaniyyətindən irəli gəlir.
Bir dəfə qədim filosof Sokratdan soruşurlar: “İnsanda ən çox
nəyi qiymətləndirirsən?” Filosof tərəddüd etmədən cavab verir:
“İnsaniyyəti.”
İnsan üçün insaniyyətə tam sahib olmaq ən böyük səadət, ən
böyük qəhrəmanlıq, ən böyük şərəfdir. İnsaniyyət
xeyirxahlığı, insana məhəbbəti, qayğıkeşliyi, həssaslığı,
diqqətliliyi, dərdə şərikliyi və s. özündə ehtiva edir. Bu
baxımdan Şəfiqə xanımda hər şeydən əvvəl, insana qayğı ilə
yanaşmaq, ona həssas münasibət bəsləmək, onun bütün
tələblərinə diqqətli olmaq, insan ləyaqətinə hörmət etməyi
bacarmaq qabiliyyəti çox yüksəkdir.
Şəfiqə xanım insani münasibətlərdə vəzifə və mövqeyindən
asılı olmayaraq bütün insanlara eyni münasibət bəsləyir. O,
bəzən adamların özünə və başqalarına qarşı qeyri-bərabər
münasibəti gördükdə narahat olur. Şəfiqə xanım bu cür
münasibəti ədalətsizlik, haqsızlıq hesab edir. Onun fikrincə,
hər bir adama bərabər münasibət bəslənilməsi insanın
şəxsiyyətinin böyüklüyünün, onun ləyaqətinin dərin hörmətə
layiq olduğunun əsas meyarıdır. Məhz Şəfiqə xanımın özü
hazırda böyük hörmətə layiq ziyalıdır. Hörmət insana böyük
dayaqdır. İnsana hörmətlə yanaşmaq şəxsiyyəti öz gözündə
yüksəldir, ona əminlik, öz qüvvəsinə inam yaradır, bir
şəxsiyyət kimi onun ictimai dəyərini artırır. Şəfiqə xanım bu
cür insani keyfiyyətləri çox gözəl anlayır və ona görə də
bunları özünün həyat devizinə çevirmişdir. Təbiidir ki, özünə
hörmət olunduğunu hiss edən şəxsiyyət öz şərəfini və
ləyaqətini daha dərindən dərk edib qiymətləndirir və həmişə
onları qorumağa çalışır. Hörmət eyni zamanda birbaşa insanın
51
qəlbinə təsir edir, onu həlimləşdirir, kövrəkləşdirir və
xaraktercə mülayimləşdirir. Səmimi hörmət və mehribanlıq
insanı həyata bağlayan ən möhkəm tellərdir. Şəfiqə xanımı da
insanlara sevdirən onun səmimiliyi və mehribançılığıdır. Bir
sözlə desək, hörmət edənə hörmət olunur. Bu, həyatın bir növ
obyektiv qanunudur. Hörmət edilmək, cəmiyyətin bütün
təbəqələri arasında hörmət- izzət sahibi olmaq məncə, ən
böyük səadətdir. Sadəlik, hörmətlilik, səmimiyyət, mehribanlıq
həqiqi böyüklüyün və mənəvi zənginliyin, ən başlıcası isə
insaniyyətin ən gözəl nümunələridir. Bu böyük səadət də məhz
hamımızın sevimlisi Şəfiqə xanıma nəsib olubdur.
Şəfiqə xanım ən çox mənəviyyat adamıdır. O, adamlarda əxlaqi
keyfiyyətləti, mənəvi zənginliyi, intellektual səviyyənin
dərinliyini yüksək qiymətləndirir və həyatda hər şeyi ağlın,
zəkanın fövqündə dayandığını israr edir. Bu cəhətinə görə
Şəfiqə xanımın alimlər, akademiklər ümumiyyətlə, elm
adamları və ziyalılar arasında böyük hörməti var.
Şəfiqə xanım eyni zamanda Allah adamıdır. O, kimsəsizlərə,
yetim uşaqlara himayədarlıq edərək onların qəlblərinə öz
xeyirxahlığıyla nur çiləmiş, onlar üçün heç kəsin bəxş edə
bilmədiyi sevinci, ümid çırağını yandırmışdır. Əgər bir kimsə
yetim bir kəsə əl tutub, onu sevindirərsə, bu işin səvabı
axirət dünyasında bütün səvablardan üstün tutulur. Bu
baxımdan Şəfiqə xanım axirət dünyasını bəzəyən Allah-
təalanın əziz bəndələrindən hesab olunur.
Şəfiqə xanımın gözəl insani keyfiyyətlərindən çox danışmaq
olar, amma mən kimsənin fikirlərini təkrarlamağı xoşlamıram.
Şəfiqə xanım həm də saatlarla Allah kəlamlarını diqqətlə
dinləyən və onları özündə əxz etməyə çalışan, üzündə həmişə
həya rübəndi olan əsl müsəlman qadınıdır. Könüllər
aydınlaşdıran, fikirlər ziyalandıran elm və hikmət günəşi
Həzrəti-Əli (ə) dediyi kimi: “ Allah kəlamı qəlbin dərmanıdır.”
Dostları ilə paylaş: |