120
Aristarxlara cavab
Hər şeyə tənqidi yanaşanların H.İsaxanlı yaradıcılığına
münasibətini o
qədər də dəqiq bilmirəm. Amma onu bilirəm ki, H.İsaxanlı yaradıcılıq alə-
mində olan və sözünün kiminsə tərəfindən necə dəyərləndiriləcəyinin fərqi-
nə varmayan sənətkardır. Çünki o, özü yaxşı bilir ki, sənətin əsl dəyəri mə-
nəvi aləminin sərraflığı vicdana çevrilənlər tərəfindən qiymətləndirilir. Sə-
nətin nüvəsində olan işıq zamanı gələndə daha aydın görünür. Ona görə də
H.İsaxanlı yaradıcılığının taleyindən narahat olmayan bir şairdir. Onun in-
diyə qədər dərc olunan kitabları insan hisslərinin çırpıntılarını duyan adam-
lar tərəfindən sevilə-sevilə oxunur. Aristarxlara gəldikdə isə Belinski onların
cavabını çox dəqiq verib. Necə yazmağın, necə yazılanın nə demək istəyin-
də olduğunu, özü üçün kredo hesab edən sənətkar
oxucuya bəsit fikir məh-
sulu sırıya bilməz. H.İsaxanlının şeirləri də beləcə, nadir insan mənzərələri-
nin, həm də gözlə görünməyən mənzərələrinin əks-sədasıdır.
"Ziyarət" kitabında toplanmış "Gələcəkdə", "Solist", "Üç sual", "Göylər
bizdən uzaqdır", "İstədik", "Zamanın fəlsəfəsi", "Sadə olmayan iş" və "Yu-
xu" kimi çox maraqlı şeirlər hər birimizin dünyasındakı cavabsız sualların
müəllifin mənəvi aləmindən keçən cavablarıdır. Müəllifin mənəvi kriteriya-
sına görə zamanın fəlsəfəsi budur:
"Bu dünyada iz qoyanlar, Bu dünyadan rahat getsin. Zamanın yetər
gücü var, Nüfuz etsin dərinlərdən lap dərinə. Zaman əlbət, qoyacaqdır
öz yerinə hər bir kəsi. Kor deyilmi, zamana kor deyənlərin fəlsəfəsi"
1
.
Biz bilərəkdən təqdim olunan poetik parçanı misralara düzmədik. Elə
ardıcıl, fikir axarı ilə, bir nəsr parçası kimi təqdim etdik.
Göründüyü kimi,
1
Hamlet İsaxanlı. "Ziyarət". Xəzər Universitəsi nəşriyyatı. Bakı, 2009, s. 49.
121
şeirin ritmi, ahəngi yenə pozulmadı, poetik əhval öz gücünü saxladı. Çünki
ifadə olunan fikir müəllifin ruhi-mənəvi aləminin poetik vüsətini göstərir.
Misralarla ifadə olunmasa belə, yenə şeiriyyət, yenə poetik əhval oxucunu
həyəcanlandırır. Bu, artıq bədiiliyin gücüdür. Yaxud bir neçə misradan
ibarət olan "Üç sual" şeirinə də nəzər salsaq,
yenə həmin gücü, həmin poetik
dəyəri görə biləcəyik:
Birinci hansı bəxtəvər daddı,
Güllərin bihuş edən ətrini?
Gülə nəfəs verənmi yaratdı
Bəşəri içindən yeyən kini?
...İfadə caiz isə
Kim belə qüdrət verib iblisə?
Müəllifin qoyduğu üç sual bir-birini tamamlayır. Söhbət təbiətdə və cə-
miyyətdəki harmoniyadan gedir. Hansı bəxtəvərin güllərin ətrini dadmağı-
nın dəxli yoxdur. Və burada əslində, birinci olmalı, bünövrə olası güllərin
yaradılışıdır. Yəni ilkin olaraq o gülləri yaradan onun ətrini duyub o bihuş-
edici hissin təsiri altında əsl bəxtəvərlik əhvalı yaşayıb. Bəs onda bəşəri
içindən yeyən kinin bünövrəsini kim qoyub? Axı məntiqə görə,
gülləri yara-
dan özünün bəxtəvərliyini içini yeyən kinin və qəzəbin rəmzində necə bəd-
bəxtliyə düçar edə bilərdi? Və son nəticədə müəllif razılaşmır ki, gülləri ya-
radan kini də, qəzəbi də yaratmış olsun. Növbəti üçüncü sual meydana çıxır.
Demək, bünü iblis eləyib. İblis isə əfsanələrdə deyildiyi kimi göydən gəlmə-
yib. O, elə insanın özünün içindən doğulub. Əvvəlcə güllərin tikanları şək-
lində. Sonra insanın ruhuna, mənəviyatına köçərək kinə və qəzəbə çevrilib.
Hər halda onun əməli icazəsizdir. Bəşəri qanunlardan kənardır. Və demək,
cinayətkardır. Müəllif təbiətin və cəmiyyətin ümumi ahənginə, harmoniyası-
na uzanan qara əlin mənəvi-psixoloji köklərini göstərir.
H.İsaxanlının yaradıcılığını ziyarət motivləri üstündə kökləyən hisslərin
mahiyyətini göstərən bir maraqlı şeiri də var. Müəllif şeiri "Solist" adlandı-
rıb. Solist musiqi mətnini ümumi ansambldan ayrıca səsləndirən ifaçıya de-
yilir. Amma solistin ifası da ümumi ansamblın ifasının tərkib hissəsidir.
Ümumi ahəngə tabedir. Ancaq əsas güc, əsas fikir onun üzərində cəmlənir.
Müəllifin məntiqi tələbinə əsasən hər bir şəxs
özü cəmiyyətdə - ümumi an-
samblda solist olmalıdır. Hər kəsin öz fikri və düşüncəsi olmalıdır. Hər kəs
122
cəmiyyətdə öz səsi ilə, qəlbinin istəyi ilə, bəşəri qanunauyğunluğun tələbi
ilə yaşasa, çıxış eləsə, onda yersiz ümumiliyin, susqunluğun,
ümumi baş
yellətməyin və əl çalmaların,
"ura"ların təsiri altında dəhşətli ümumdünya
faciələri də baş verməzdi. Sanki müəllif
"Solist" şeirində elə bil ki, demədi-
yi, axıra çatdırmadığı fikri
"Qoyunlar xoru" adlandırdığı çox maraqlı şerin-
də davam etdirir:
Qoyunsansa, sual vermə,
Daha demə
Kimlərə həmdəm olduq.
Alış itə, alış qurda,
Xan çobana, xan çomağa.
Alış təzə, köhnə yurda,
Başaşağı otlamağa.
Çox dəqiq cizgilərdir. İnsanın düşüncəsizliyinin,
düşüncədən məhrum
edilməsinin qoyun obrazı. Böyük Ç.Aytmatovun Manqurt obrazı ilə səsləşən
məqamlar. Manqurt olandan sonra insan anasını tanımır, demək, düşünə bil-
mir. Bütöv bir sürü qoyunu da bir keçinin arxasınca beləcə edama aparmaq
olar. Ya bir ovuc duzu əlində tut, uçurumdan bircə qoyunu aldadıb ötür aşağı
- bütün sürü getsin. Qoyun olmağın faciəsi... əslində, düşüncəsizliyin faciəsi:
Biz öz qoyun gözümüzü
Döyə-döyə
"Yaradana şükür olsun",
Deyə-deyə.
Hələ çox iş görməliyik.
Yunumuzu, südümüzü...
Sözün düzü,
Biz ki, belə yeməliyik -
İstəsələr, canımızı verməliyik!
Qoyun-insan qarşılaşması. Müəllif düşüncəsiz
insana aid olan, düşüncə-
sizlik faciəsinə düçar olan insanın taleyi ilə qəssabxanaya aparılan heyvanın
taleyi arasındakı oxşarlığı çox dəqiq göstərir. Qoyun yeyilməli olduğuna
görə - yeməli olduğuna görə
"canımızı verməliyik" cavabından başqa heç nə
bilmir. Onun sual vermək gücü yoxdur: