117
öz canını qorumaq üçün çarpışır. Onun soyuqdan
göyərmiş əllərini ciblərinə
qoyması, az da olsa soyuq küləkdən qorumaq istəyi... bütün bunlar da bir
nəticə vermir:
Arabir də əllərimi
Ciblərimdə saxlayırdım.
Onun da bir xeyri yoxdu,
Ciblərim də çox soyuqdu.
Deyəsən, ədəbiyyatımızda uşaq hisslərinin bu qədər təbiiliklə verilməsi
səhnələri çox azdır. Hətta nə qədər çox olsa belə, yenə azdır. Mir Cəlalın
Baharı küçə-küçə gəzib
ciyər satarkən də beləcə, ayaqlarının birini götürüb,
birini qoyurdu.
Hər halda H.İsaxanlının tənəklər arasındakı soyuqdan göyərən
"uşağı-
nın" hissləri, duyğuları çox orijinaldır, təsirlidir və eyni zamanda ahənrüba
kimi cazibəyə malikdir. Az qala o yerlərə uçub dörd gözlə həmin uşağı o
üzüm tənəklərinin arasında axtarmaq istəyirsən. Axı elə indi də qışla yazın
arasıdır, tənəklərin ağlayan çağıdır:
Qışla yazın arasında
Əllərim çat-çat olurdu.
Göz yaşımı saxlamağa
Gücüm çatmaz - ağlayardım.
Sonra... gücümü toplayıb
Tənəkləri bağlayardım.
Uşaq necə də təbii danışır:
"Gücüm çatmaz, ağlayardım". Bəs sonra nə
baş verir? Heç nə qurtarmayıb, heç nə bitməyib. Bu
"sonra"dan sonra üç
nöqtə gəlir. Həmin nöqtələr şairin qələmə almadığı iztirabların cərgəsidir.
Üzüm tənəkləri kimi onun mənəviyyatında sıralanıb gedən iztirabların. Və
yenə gücü toplamaq və yenə tənəkləri bağlamaqda davam eləmək. Amma
daha bir sonranın sonu deyəsən günəş çıxır. Buludlar parçalanır,
soyuqdan
göyərmiş uşağın titrəyən barmaqlarına baxıb göynəyən nənənin səsi gəlir:
Nənəm dizinə döyərdi:
"Allah, sən mənə ölüm ver.
Uşağım gömgöy göyərdi".
Mənə tüstülü ocağın
118
Qabağında yer verərdi.
Nağıldakı loğman kimi
Yağlayardı əllərimi.
"Ziyarət" həm də ona görə həmişə oxunacaq ki, insan iztirablarının, in-
san əzablarının yaddaşdan keçən varlığı olduğu kimi görünür, siluet kimi
yox, kölgə kimi yox, ruh kimi görünür, amma bütün canı ilə, bütün varlığı
ilə, zamanın ağrı və əzablarını özünə yığaraq görünür.
Nağıldakı loğmana
bənzədilən nənə, onun qayğılanmaları, çat-çat ol-
muş uşaq əllərini ovxalaması, onun barmaqlarına yağ çəkməsi və nəhayət
nəslin böyüklüyü, böyük nəsli dolandırmaq istəyi atanın böyük ailənin ehti-
yacları qarşısındakı təkliyi... heç nə yaddan çıxmır:
Nəsil böyük, atamsa tək,
Mən
də böyük oğul kimi
Yaxşı bilirdim işimi -
Həyat ruhdur, bir də əmək!
Və bu düşüncələrin fövqündə onun gəldiyi qənaət də düzgündür. Həya-
tın ruhdan (yəqin ki, istəkdən, arzudan, həyat uğrunda mübarizədən...) və
əməkdən ibarət olması qənaəti. Axı elə insanın özünü əmək və düşüncə ya-
radıb. İnsan şüurun və zəhmətin bəhrəsidir.
Qalır yaddaşın iztirabları. Bu iztirablar isə tükənməzdir və Yaddaş Sahi-
binin fiziki ömründən sonra onun mənəvi ömründə davam edəcək:
(Dönə bilsəydim o çağa,
Sirdaş olsaydım o bağa -
Qışla yazın arasında
Tənəkləri bağlamağa!)
Nədənsə, müəllif yaddaş ağrılarının bəhrəsi olan bu misraları mötərizə-
yə alıb.
Amma elə bilirəm ki, heç bir mötərizəyə lüzum yoxdur. İnsana xas
olan xüsusiyyətdir yaşadığı çağlara qayıtmaq istəyi. Əlbəttə, bu, mənəvi is-
təkdir.
...Dəfələrlə qeyd etdiyim kimi, H.İsaxanlının yaradıcılığındakı təbiilik
və bu təbiiliyin təbiətlə qohumluğu onun özünün təbiətindən irəli gəlir.
119
Onun ruhunda təbiilik sanki meyardır, ölçüdür. Və düşüncələrimizə qol-qa-
nad verən misralarından da gördüyümüz kimi, onun mənəvi aləmi təbiətdən
gələn saflıq üzərində pərvəriş tapdığı üçün özünü də təbiətə borclu bilir. Gö-
zəgörünməz tellərlə bir vaxt qucağında əlləri göyərən uşağın
təbiətini yaza-
yaza təbiətə borcunu qaytarmağa çalışıb.
Hamletin şeirlərini oxuduqca adam qışla yazın arasında daha gözüaçıq
olur. Sanki qışla yazın arasında titrəyən gül ləçəklərinə də qayğı göstərmək,
küləyin qabağında titrəyən çiçəklərə bir daldalıq qurmaq istəyirsən. Və hə-
min andaca, bəlkə də, heç yada düşmür müəllifin tərənnüm elədiyi, taleyini
yazdığı uşağın küləyin qabağındakı titrəyişləri. Amma hər halda bu, ədəbiy-
yatdan gəlir. Bizim mənəvi aləmimizin harmoniyasını təmin edən, ahəngini
qoruyan ədəbiyyatdan. Çox yerinə düşdüyü
üçün Əhməd Ağaoğlunun fikri-
nin davamını düşüncələrimizə qol-qanad verən düşüncələrinin məntiqi ye-
kununu da yada salıram:
"Almaniyadan keçərkən şam ağacı ormanlarının çoxluğuna, təmizliyi-
nə, ağaclara qarşı kiçik çocuqlar tərəfindən belə göstərilən bağlılığa
şaşırdım. Yanımdakı alman "Əfəndim, bu duyğuları bizə şair Goethe
(1749-1832 - alman şairi və dramaturqu) aşılamışdır, - dedi. Görür-
sünüz, ədəbiyyat ağacından insanına qədər hər şeyi bir-birinə sevdirir,
bağlayır. Gözəlliklərini
kəşf etdirir, aralarında böyük və dərin bağ
meydana gətirir. Bizim ədəbiyyatımız bu qüdrətdən məhrumdur. Ne-
dimin (Nedim, (1681-1730 - Türkiyənin məşhur divan şairi) Kağıtxa-
na və ya Göksü haqqında yazmış olduğu bir neçə beyt, hələ də oralara
gedənlərdə, o yerlərə qarşı özəl bir duyğu oyandırmırmı?"
1
Necə də bizim Hamletin poetik duyğulanmalarının məntiqi nəticəsi ilə
səsləşir. Ədəbiyyat həyatın özü ilə nə qədər bağlıdırsa, bir o qədər zaman
qarşısında güclüdür.
...Hamletin lirik qəhrəmanının mehrabı təbiətdir. Əzilməmiş, tapdanma-
mış çöl-çəməndir. Onun lirik yaradıcılığı sanki çiçəklər qarşısında təzimdir.
1
Əhməd Ağaoğlu. "Üç mədəniyyət". Mütərcim. Bakı, 2006, s.112.