123
Qoyunsansa, sual vermə,
Daha demə,
Nədən belə havalandıq,
dəm olduq.
Ağzı qara canavara
yem olduq.
"Qoyunlar xoru"nun əvvəlindəki epiqrafsayağı iki misranın özü də -
"Qoyun olduq, Dağ döşündə cəm olduq, Otdan yedik, sudan içdik, dəm ol-
duq" - Aristarxın gətirəcəyi bəhanəni qabaqlayır. Əgər ot yemisənsə, su iç-
misənsə və sonra da dəm olmusansa, hələ elə bir dağ döşündə, bir çoban
qabağında cəm olmusansa, bir gün canavara da yem ola bilərsən.
İndi bir daha "Solist"ə qayıtmağa dəyər. Demək, cəmiyyətin ümumi
ahəngində solistə yer yoxdursa və onu da qeyd edək ki, cəmiyyət fərdlərə
qarşı şeirin özündən çıxış eləsək, ansambl solistə qarşı həmişə qəzəbli olur.
Amma solist özünün istedadı, bacarığı, müəyyən mənada ansamblı idarə et-
mək gücü ilə öz yerini tutur. Bunun üçün birinci şərt insanın düşüncə hazır-
lığıdır. Əgər düşünmək üçün müəyyən hazırlıq mərhələsi keçməmisənsə və
ümumiyyətlə, solist olmaq hazırlığın yoxdursa, ansamblın ümumi ahəngini
tuta bilməyəcəksən. Bunun üçün bünövrədən hazırlıq gərəkdir.
Hər halda müəllif lirik qəhrəmanın solist olana qədər keçdiyi yolun ta-
rixçəsini şeirdə belə verir:
Uşaqlıqdan düşünmək
olubdur peşəm,
Kitablardan toz yemişəm.
Və... xəyallara dalmışam -
Yolum haraya düşəcək
Kim-kim ilə görüşəcək -
Onu mən özüm demişəm.
Burada bir məqamı da yada salmaq olar. Ümumiyyətlə, "Ziyarət" kita-
bında toplanan şeirləri müəllif ya "Ziyarət" poemasını işlədiyi mərhələdə,
həm də çox uzaq olmayan ərəfədə yazıb, ya da elə eyni vaxtda - poemanı iş-
lədiyi dövrlərdə yaddaşın və nəticədə düşüncənin tələbi ilə həyatda gördük-
lərinin, duyduqlarının cavabı kimi qələmə alıb. Hər halda, kitabda müstəqil
124
şeirlər kimi verilən bədii parçalar "Ziyarət"in çox dəqiq və düşünülmüş şə-
kildə hazırlanmış bünövrəsidir, özül daşıdır. Hətta bu şeirləri poemanın ayrı-
ayrı yerlərində məntiqin tələb elədiyi məqamlarda vermək olardı və əsər heç
nə itirməzdi, daha çox siqlət kəsb edərdi. Çünki müəllif nümunə üçün götür-
düyümüz "Solist" şeirində düşüncənin gücünü göstərir, müstəqil fikir yürüt-
mək bacarığının nə demək olduğunu təlqin edir. Xəyallarındakı obrazlarının
hərəkəti, xəyalın daşıyıcısı olaraq lirik qəhrəmanın özünün həyat yolunun
istiqaməti - bütün bunların hamısı müstəqilliyin bəhrəsidir, müstəqil yol se-
çə bilməyin bəhrəsidir, müstəqil yol seçə bilmək üçün, azad fikir sahibi ol-
maq üçün, cəmiyyətin, bütövlükdə insanlığın dəyərlərinin qorunması yolun-
da öz səsi və sözü olmaq üçün göydən zənbillə gəlmək lazım deyil. Bunun
üçün özünəqədərki fikir sahiblərinin düşüncə mexanizmini, düşüncə aləmini
duymalısan. Düşüncəmiz müstəqil fikir yürüdə bilmədən, nəinki bütövlükdə
cəmiyyəti, heç bir nəfəri də səhv yoldan çəkindirə bilməz. Müəllif müstəqil
düşüncəyə gedən yolu ümumi şəkildə, əlbəttə, müəyyən obrazlarla – Nyu-
tonla, Nizami ilə, Şekspirlə, Tolstoyla, Mövlanə Cəlaləddin Rumi ilə və
onun şöhrətli "Məsnəvi"si ilə bağlayır:
Nyutonla söhbət edib,
Nizamidən dərs almışam.
Dostum olub neçə ədib
Şekspirdən Tolstoya.
Mövlanəni bir kəs duyan
"Məsnəvi"dən çətin doya-
O nəşədən mən də məstəm.
Bu, kamala çatmağın yoludur. Azad düşüncə harmoniyasını özünün mə-
nəvi aləmdə yaratmağın yoludur. "Solist"in qəhrəmanı, həm də təvazökardır.
Cəmiyyətin yaratdığı mənəvi sərvətlərin dərinliklərinə endikcə onun özün-
dən müştəbehliyə yuvarlana bilmək ehtimalları da azalır. Və özü haqqında
çox maraqlı fikir deyir:
Amma, vallah, mən nə
başa ağıl qoyan,
Nə rəhbər, nə moralistəm.
Binadan nə Tolstoyçu,
125
nə Marksist,
Nə sosialist, nə başqa "ist".
Nə Mustafa Kemalistəm.
Amma əslində, o, marksizm nə olduğunu yaxşı bilir, Mustafa Kamalçı-
lığın, lap elə başqa "izm"lərin, Tolstoyçuluğun, sosialistçiliyin nə demək ol-
duğunu - bütün bunların ayrı-ayrı zamanlarda cəmiyyətə nə verib, nəyi aldı-
ğını da yaxşı bilir. Özünü başa ağıl qoyan hesab etməsə də, keçdiyi yolun,
aldığı dərslərin sayəsində düzgün yolu göstərir. Bu düzgün yol düşünə bil-
mək yoludur. Ayrı-ayrı planetlərin qonağı olsa da, bu dühaların mənəvi
aləmlərinə baş vursa da, yenə özünə qayıtmaq yolunu daha üstün bilir. Özü-
nün təkliyində, öz əli və öz başı ilə zəngin, mənəvi aləm adlanan düşüncə
sarayını yaradır. Və indi artıq o, xorda oxuya bilər. Ancaq xorun ümumi
ahəngində onun özünün səsi, sözü və nəğməsi var:
Zaman-zaman onlara
mehman olsam da,
Təklikdən də zövq almışam.
Söhbət edib, dərs alsam da,
Mən öz havamı çalmışam.
Məni xorda oxutsalar,
Səsim, sözüm, öz nəğməm var -
Dadı-duzu olsa da kəm,
Yenə nə qəm?!
Mən solistəm ki, solistəm!
Hətta onun ümumi xorda yeri və vaxtı müəyyən ölçüyə tabe olsa da,
bundan qəm eləmir. Çünki artıq özüdür. Kimsə ona etiraz edə bilməz. Və
etiraz edənlərə Belinskinin məşhur aristarxlarına verəcəyi cavabın kifayət
qədər güclü məntiqi var.
Ümumiyyətlə, "Ziyarət" poemasının yaddaş salnaməsi kimi çözülmə-
sində və bu əsərin sözün həqiqi mənasında, həm formaca, həm də məzmun-
ca yeniliyinin təmin edilməsində H.İsaxanlının kitaba daxil edilmiş müstəqil
şeirlərinin rolu böyükdür. Məhz indi "nəşə var kənd ocağinda" adlanan
yeni bir hissəyə - "Ziyarət"in növbəti parçasına keçid ala bilərik. Ancaq
Dostları ilə paylaş: |