114
Demək, lövhələrin oyatdığı təəssüratdan başqa, həyatın və təbiətin özü-
nü görə bilmək, həyatın və təbiətin harmoniyasını, səsini başa düşmək başqa
məsələdir, təsirləri vermək başqa. Yaxşı olardı ki, ədəbiyyatda, sənətdə bu
tərəflər arasıda qırılmaz vəhdət olaydı.
Əhməd Ağaoğlu (1869, Qarabağ, Şuşa - 19.05.1939, İstanbul) böyük
mütəfəkkir idi. İstər siyasətdə, istər sosiologiyada, istərsə də fəlsəfədə öz
dəst-xətti olan, özünün dediyi kimi, "Üç mədəniyyət"də kamil olan şəxsiyyət
idi. Və o, Osmanlı ədəbiyyatdında həyat yoxdur, - deyəndə heç bir qəzəbə
və qərəzə yol vermirdi. O, bu cür kəskin qılınc kimi sözləri ilə ədəbiyyatın
boynuna haqq qoyurdu. Sənətin, sözün missiyasını bir daha xatırladırdı. Tə-
sadüfi deyil ki, fransız, rus və ingilis ədəbiyyatının gücündən danışanda bu
xalqların ədəbiyyatındakı zəngin aləmi, ucsuz-bucaqsız mənəvi genişliyi
idealizə edirdi:
"Əgər bütün Paris və Parisin tarixi yer üzündən qalxıb, yalnız Viktor
Hüqonun "Notre Dame de Paris"i ("Notre Dame de Paris" - məşhur
fransız yazıçısı Viktor Hüqonun (1802-1881) "Paris Nortdam kilsəsi"
romanı nəzərdə tutulur) ilə Zolyanın "Vente de Paris" ("Vente de
Paris" – naturalist fransız yazıçısı Emil Zolyanın (1840-1902) "Paris
küləyi" əsəri nəzərdə tutulur) adlı əsərləri qalmış olsaydı, biz yenə Pa-
risin istər orta əsrlər və istər daha sonra gələn zamanlardakı həyatı
haqqında tam bir fikir əldə edə bilərdik. Küçələrindən, memarisindən,
geyiniş tərzindən, evlərin döşəməsindən başlayaraq, kilsələrdəki ayin-
lərinə, kənd satıcılarına qədər, xəyalımızda canlandıra bilirdik. Bu xü-
susda rus və ingilis ədəbiyyatı o qədər irəli getmişdir ki, Rusiyada və
İngiltərədə təsvir edilməmiş, canlandırılmamış tək bir çay, tək bir or-
man, tək bir step, tək bir heyvan, tək bir insan və yaşayış tərzi bura-
xılmamışdır".
1
Böyük ustadın ruhu qarşısında bu sözlərdən sonra səcdə etməmək sa-
dəcə, mümkünsüzdür. Könül nə qədər həyəcanlanır, insan nə qədər qanadla-
nır, ədəbiyyata, həyata bu qədər sevginin haradan qaynaqlandığını axtarmır-
san, sadəcə, başa düşürsən, anlayırsan ki, ədəbiyyatı başa düşən adam, hə-
yatı sevən Adam, millətinə və xalqına bağlı olan İnsan elə bu cür yaza bi-
lərdi.
1
Əhməd Ağaoğlu. "Üç mədəniyyət". Mütərcim. Bakı, 2006, s.111.
115
"Ziyarət"də mən belə bir həssaslıq görürəm. Heç bir ormanın, heç bir
çayın, heç bir ağacın, heç bir cığırın, heç bir yolun unuludmadığını görürəm.
Əhməd Ağaoğlunu da düşündürən elə budur. "Qışla yazın arasında", əlbəttə,
əsərdə tənəklərin, uşağın qaldıra bilmədiyi budaqların, cərgələrin, arxların,
arx üstündəki otların xüsusi emosional duyğularla qələmə alınması yaddaş-
dan işıq zərrələri kimi görünən nə varsa, hər şeyin qələmə gətirilməsi, özü
də xalıda öz yerində olan ilmələr kimi naxışlanması, sözlərin ruh kəsb elə-
məsi - bütün bunlar sanki həqiqətən təbiətdə, iqlimdə yazla qışın arasındakı
həyatın özüdür:
Yaşıllaşır yaza sarı
Yumşaq söyüd budaqları.
Onları bir-bir kəsərdim
Yarpaqlardan təmizləyib,
Tənəkləri ehmal əyib
Əlimdəki söyüdlərlə
Məftillərə bağlayardım,
Tənəyə gün ağlayardım.
Müəllif tənək budaqlarının məftillərə bağlanmasını yada salır. Söyüd
şivləri ilə - ip əvəzi nazik çubuqlarla bağlanan budaqlar bara, bəhərə dola-
caq, uşaq əllərinin gücü ilə tənəklərə gün ağlanacaq və o tənəklər bir gün
qışla yazın arasından keçib açılan tumurcuqları ilə uzə güləcək və son nəti-
cədə ailəyə gün ağlayacaq.
Mənə elə gəlir ki, uşaq aləminin yaddaşında iz buraxmış bu ömür par-
çası min ildən sonra oxunsa da, həmin uşağın yaşadığı dövr, zaman, həyat
keşməkeşləri arasında çırpınan diləklərin hamısını göstərəcək öz rəngində,
öz rayihəsində, öz ətrində, qoxusunda. Bəlkə də, elə bu cür təsvirləri nəzər-
də tuturdu Əhməd Ağaoğlu. Yoxsa, başqa cür necə təsvirlərdən yaranan
hissiyyatı belə ilhamla qələmə almaq olardı:
"Bu kimi təsvirlərin istər estetik və istər ictimai baxımdan pedaqoji tə-
sirləri böyükdür. Bu təsvirlər bəsit bir baxışla görülməyəcək gözəllik-
lər göstərir. Oxucu onları oxuyarkən, yanından qeydsiz keçərək heç
diqqətini çəkməyən olaylarda nə qədər ahəng və musiqi olduğunu an-
lamağa başlar. Yavaş-yavaş özü də gözəllikləri görməyə, kəşf etməyə
başlayır. Ruhu, qəlbi yüksəlir, incəlik qazanır. Digər tərəfdən, təsvir
olunan lövhələrdəki gözəlliklər, istəmədən oxucuda bu lövhələrə qarşı
116
bir sevgi, bir bağlılıq oyandırır, bu işdə ədəbiyyat sehrli bir amildir.
Mənə ilk əvvəl Qafqazı sevdirən, Qafqazın gözəlliklərini anladan Ler-
montovla Puşkinin təsvirləri olmuşdur. Bunun kimi Qafqaz kəndlisi-
nə, onun saf və təmiz həyatına qarşı ilk hissi bağlılığımı, yenə bu ya-
zarların əsərləri oyandırmışdır. Vətən sevgisi, vətən eşqi, iştə, belə
doğar, belə qüvvətlənər. Bu eşq və sevgi, təlqinlərdən, zehni təsirlər-
dən ziyadə duyğu tərbiyəsi ilə doğar"
1
.
Əlbəttə, Əhməd Ağaoğlunun düşüncələrindən belə qənaətə gəlmək olar
ki, əslində, ədəbiyyat özünün ovsunu, sehri, ecazı ilə insanı həyata, təbiətə
bağlamalıdır. Həyata və təbiətə sevgi ilk növbədə elə ədəbiyyatdan qaynaq-
lanmalıdır. Qoy eybi yoxdur, təbiətlə insan arasındakı, daha doğrusu, tə-
biətlə insanın gücü arasındakı təzadı ədəbiyyat olduğundan da artıq versin.
Sunaminin gətirdiyi fəlakəti, zəlzələnin dünyanı vəlvələyə salıb insanlara
vahimə gətirməsini ədəbiyyat qədərindən artıq yaddaşa yazsın. Əvəzində in-
san bu təbii fəlakətlərə də davam gətirməyin yolunu tapsın. Təki insan yaşa-
mağa davam etsin. Lap elə qışla yazın arasında o göynəyən uşağın sızıltıları,
əzabları bizi təzədən göynətsin. Amma unutmayaq ki, biz həyatı daha yaşarı
eləməyə gəlmişik. Ən azı tənəklər arasında titrəyən o uşağın xatirinə. Qayı-
daq, qışla yazın arasına. Ayazların, şaxtaların körpə uşaq barmaqlarını gö-
yərtdiyi, cansız, cılız bədənindən küləklərin keçdiyi məqama:
Qışla yazın arasında
Ayaz ikiqat olurdu.
Aman verməzdi azacıq,
Üstdən də külək vururdu.
Bağ da ki hər yerdən açıq,
Gizlənəydim harasında?!
Canıma soyuq dolurdu.
Yaddaş Sahibinin uşaq aləmi görün, bizə nəyi deyir? Hər tərəfdən külə-
yin, ayazın kəsdiyi uşaq işləməkdən qala bilməz. Axı vaxt gedir, onun üzüm
budaqlarını bağlamaq payı var, dayana bilməz, amma nə olaydı bu bağda bir
dalda yer olaydı. Yaddaş Sahibinin xatırladığı kimi bağda da dalda yer yox-
dur. Uşaq çalışır, çarpışır. Həm iş üstündə onun uşaq yaşına uyğun gəlmə-
yən ağır zəhmətin özü ilə çarpışır, həm də elə fiziki olaraq öz canı ilə çalışır,
1
Əhməd Ağaoğlu. "Üç mədəniyyət". Mütərcim. Bakı, 2006, s.111.
Dostları ilə paylaş: |