70
etdirilir. Novruz əsla əkin-biçin bayramı deyil. Novruz sisteminin
tərkibində digər mühüm komponentlərlə birgə, əkin-biçin, təsər-
rüfat həyatının özəllikləri də vardır. Novruz sistemi bütövlükdə
Allahıdərk prosesi məcmusudur. Bu mürəkkəb prosesin içərisində
külli-kainatın dərki, göy və göy cisimlərinin hərəkəti, planetin (ye-
rin) spesifik qanunauyğunluqları cəmlənibdir. «Avesta» özündən
çox-çox əvvəllər formalaşmış təbii Novruz qanunlarından kifayət
qədər məharətlə faydalanmışdır. «Avesta» Novruz qanunauyğun-
luqlarını özündə qoruyub saxlamış, bu günümüzə qədər gətirib
çıxarmışdır. Kainat və planetin 4 əsas istinad elementi, ünsürü
mövcuddur. Ümumən, kainat və planetdə dəyişilməz bir 4-lük
sistemi vardır. Mövcud olan 4-lük sisteminə diqqət yetirək: 4 ünsür
– od, su, torpaq, hava; 4 fəsil – yaz, yay, payız, qış; 4 keyfiyyət –
isti, soyuq
,
quraqlıq, yağmurluq; maddənin 4 halı: bərk, maye, qaz
və plazma; 4 coğrafi tərəf – şərq, qərb, şimal, cənub, 4 məzac var –
qan, öd, qara öd, selik və s. Bu tip dördlük nümunələrini bir qədər
də artırmaq mümkündür. Dördlük fəlsəfəsi Quranda da mükəmməl-
cəsinə davam etdirilibdir. Sonuncu Səma kitabının «Fussilət»
surəsində kosmosun, materiyanın halları, hissələri, o cümlədən ya-
şadığımız dünyanın 4 təbəqə və halı, 4 gündə yaranması, 4 ölçülü
məkan-zaman kontiniumunda var olması barədə söhbət açılıbdır.
Bu dördlük kainat və planetin, onların ayrı-ayrı komponentlərinin
arasında olan gözə görünən və zahirən hiss olunmayan harmo-
niyadır. Bu dördlüklərin hər birinin arasında mövcud olan dualizm
inkişafın stimullarıdır. Hər dördlük (məs: od, su, torpaq, hava) bir-
biri ilə vəhdətdədir, həm də bir-birinə qarşıdırlar. Bu əkslik də elə
vəhdətdir. «Avesta» məntiqi də elə bu dualizm və onun yaratdığı
vəhdət üzərində qurulmuşdur. Zərdüşt şumerlərin yaratdığı mənəvi
xəzinədən ağıl və zəka ilə bəhrələnmişdir. Dualist təfəkkürün də
izlərinə «Avesta»dan əvvəl şumer mədəniyyətində rast gəlirik.
Tədqiqatçılar qədim şumerlərin «İlk qızıl dövrü», «Qızıl əsri»,
«Sirli əsr və onun puça çıxması»ndan geniş danışılır, xeyirlə şərin
71
yaranma səbəbləri və onların mifoloji qaynaqları barədə ətraflı
yazmışdırlar. S.Kramer yazır ki, «klassik mifologiyada» qızıl əsr
«dinclik, səadət əsri kimi təsvir olunur, o vaxt insanlar əzab
-
əziyyətin, qayğının nə olduğunu bilmirmişlər» İnsan-Tanrı bu xoş
və firavan həyata dözə bilmədi, qəlbində həsəd, paxıllıq hissi baş
qaldırdı. Müdrik tanrı Enki ağlından azdı, insanlara nəzər saldı,
onların artıb-törəmələrindən vahimələndi. Tanrıların müdriki qor-
xuya düşdü. Enlilə dedi: «Qorun, mənim qardaşım. Sənin itaətində
olan insanların sayı artır, onlar çox fədakar olur və fəallaşır,
şəhərlər salır və qalalar ucaldır. Bax, hər halda, onlar bizimlə tən
gəlməsin». Qüdrətli Enki qorxuya düşdü və Enlildən soruşdu:
«İnsan nəslini məhv etmək yaxşı olmazmı, insanları yenidən sənin
onları hazırladığın gilə çevirəkmi?»
- Yox, belə etmək yaramaz, – deyə Enki cavab verdi – İnsanlar
bizə öz qurban hədiyyələri ilə məbədlərimizi qaldırmaq üçün la-
zımdır. Amma onların sayını azaltmalı, cəsarətli niyyətlərinə mane
olmalı, yoxsulluğa çəkməli, onları qorxuzmalı, çünki onlar özlərini
tanrılara tay tutmasınlar. Bunu necə etməli? – deyə Enlil soruşdu.
Enki cavab verdi: «Vəhşi heyvanlar yaradaq ki, insanları məhv
etsin və onların sayını azaltsın. Yerə bərk isti və acgöz çəyirtkə
göndərək ki, aclıq düşsün və yerdə olanların sayı azalsın. Qəddar
İrrani insan əleyhinə silahlandıraq, qoy o insanlığa 60 cür xəstəlik
yoluxdursun, onda insanlar azalacaq və onlarla hesablaşmaq asan
olacaq. İnsanları biri-birinə salışdırmaq ilə qoy qardaş qardaşla,
qonşu qonşu ilə vuruşsun, qoy tayfa tayfa əleyhinə qalxsın və onda
insanlar azalacaq, onlar ram ediləcək və bizim qarşımızda titrəyə-
cəkdir (14, 12-13). «Avesta»nın baş allahları da kainat və pla-
netdəki əkslikləri təmsil edirlər: Ahuraməzda (Hörmüz) və Anq-
ramanyu (Əhrimən). Ahuraməzda işıq, xeyirxahlıq, firavanlıq,
Anqramanyu qaranlıq, şər, bədbəxtlik daşıyıcılarıdır. Ahuraməzda
kainat, planet, ümumən, insan və insanlığın yaşayışı, inkişafı üçün
mütərəqqi və müsbət enerjinin yaradıcısı, daşıyıcısı və tərəfdarıdır.
72
Bunun əksinin tərəfdarı isə Anqramanyudur. «Avesta»nın təməl
prinsipi sayılan dualizm haqqında tədqiqatçılar çox yazmış, fərqli
fikirlər söyləmişlər, Ancaq «Avesta» dualizminin əsl mahiyyətinə
vara bilməmişdilər. Söylənilən fikirlər olsa-olsa zahirən görünən-
lərdir. Bu ehtimallar Kainat və Planetin intensiv inkişafını təmin
edən dualizm fəlsəfəsinin yanında olduqca naqis və primitiv
görünür. Bir qrup tədqiqatçı belə ehtimalda bulunurlar ki, «Avesta»
dualizmində İran təbiətinin təzadları əks olunub, barlı-bərəkətli
torpaqlar və daşqınlar, zəlzələlər, qum qasırğaları. Digər qrup alim-
lərin mülahizələrinə görə, Əhrimən-Hörmüz qarşıdurmasının kö-
kündə arxaik dualist mifologiya dayanır.
İkinci qrup tədqiqatçıların inamına görə, bu dualizmdə əkinçi
tayfalarla köçəri maldarlar arasında ehtimal olunan düşmənçilik
dayanır. Bu ehtimalların hər birinin ayrı-ayrılıqda tərəfdarı olsa da,
hələ də ehtimal olaraq qalı
73
Od. Oda inam, onu qorumaq Azərbaycanda zərdüştlikdən çox-
çox əvvələ gedib çıxır. Od insan həyatını dəyişdiribdir. İnsan odu
uzun axtarışdan sonra, böyük bir məşəqqətlə əldə etdiyindən onun
gecə-gündüz keşiyini çəkmişdir. Azərbaycanda oda inamın
zərdüştlikdən əvvəllər meydana gəldiyini əyani şəkildə sübut edən
faktlar mövcuddur. Həmin faktlar bu gün də qalmaqdadır. Azər-
baycanda ilaxır çərşənbədə və Novruz bayramında çatılmış
tonqalların üzərindən tullanılır. «Avesta»da oda tamam özgə bir
münasibət bəslənilir. Zərdüştlikdə isə, odun üstündən tullanmaq
yasaq sayılırdı. «Avesta»da oda Allah misalında baxılıbdır. Od –
işığın, istinin daşıyıcısıdır. Bunlar da Ahuraməzdanın təsir
dairəsindədir. Zərdüşt də oda adicə od, ocaq kimi baxmayıbdır.
«Avesta»da oda münasibəti belə qruplaşdıra bilərik:
1)
Od – işıq, mənəvi təmizlənmə vasitəsidir. İnsan odun, işığın
köməkliyi ilə bədənindən, ruhundan şər qüvvələri, xəstəlikləri
qovur. Od – maddi və mənəvi təmizlənmə missiyasının daşıyıcısı
olubdur. Qədim insan fiziki cəhətdən möhkəm və sağlam, mənəvi
baxımdan saf olmaq niyyəti ilə «od»un sınağından keçirilib. Bioloji
cəhətdən xəstəliklərə yoluxmamaq üçün insan öz bədənini od-
alovdan keçiribdir. Məlumdur ki, müəyyən temperaturda virus və
bakteriyalar yaşaya bilmirlər. Zərdüştün yaşadığı dövr üçün odla
müalicə ən faydalı bir üsul sayılmışdır. Od mənəvi sağlamlıq
funksiyasını da yerinə yetiribdir. Hər kəsin içərisində yatmış bir od,
bir işıq var. İnsanı insan edən, onu başqalarından fərqləndirən elə
od və işıqdır. «Avesta»da bu işıq, mənəvi saflıq, təmizlik və
kamillik missiyasının daşıyıcısı kimi öyünülür.
2) Od – nəsil ağacının qorunması və davamıdır. «Avesta»da
evə, ocağa çox böyük əhəmiyyət verilir. «Avesta»da Hörmüzün
köməkçisinin – od, işıq ruhu olan Arta daha çox tərif edilir. «Ar-
dvisur-yaşt» (Aban-Yaşt) hissəsində Arta «ev-mülk arxası», «mal-
mülk arxası», «ölkə arxası» kimi öyülür. Burada od, işıq və günəşin
çıxması Anahitin çağırışı ilə əlaqələndirilir (14, 57).
Dostları ilə paylaş: |