81
Fikrimcə, zərdüştliyin ata-baba ruhlarının Novruz ərəfəsində
xatırlamaları yazın gəlişi, təbiətin dirçəlişi ilə əlaqədar idi. Onların
etiqadına görə, ruhlar həmin dövrdə ata-baba ocağına dönür, ev-
eşiyə baş çəkir. (Fərvərdin sözü qədim «Avesta» sözlərindəndir.
Midiya hökmdarı Diyokun atası, eləcə də varisi – oğlu Fərvərti
adlanırdı. Sözün mənası qoruyan və pənah yeri anlamını verir).
Elə bu vaxt yaxınlığına görə Novruz bayramı ilə fərvərdikanı
eyniləşdirirlər. Əslində, bu mərasim Novruza qədər keçirilib və
günümüzə qədər gəlib çıxıbdır. Ə.Biruni də «Asar əl-Baqiyyə»
əsərində yazır ki, soğdilər ilin axırlarında ata-baba ruhu gününü
qeyd edirlər. Bu günlər ağlaşır, ata-baba ruhu üçün ehsanlar
verirlər.
2.2. Orta əsr müəllifləri (Ə.Biruni, Ö.Xəyyam,
Q.Təbrizi, N.Gəncəvi) Novruz haqqında
Novruz semantikası ilə populyarlaşmış bu bayramın ilkin
yaradıcıları şumerlər və onların genetik davamçıları sayılan qədim
türklər olsa da, bu sistemin dəyərlərini Yaxın və Orta Şərqdə
yaşayan digər xalqlar da mənimsəmişlər. Dünyanın birmənalı qəbul
etdiyi Dəclə-Fərat, Kür-Araz, Orxon -Yenisey -ikiçayarası
mədəniyyətinin məhsulu olan Novruz sistemi digər xalqların da
maddi-mənəvi dəyərlərinin tərkib hissəsinə çevrilmişdir. Novruzun
insan həyatında özəlliklərini görən mütəfəkkirlər zaman-zaman
onun haqqında fikirlər söyləmiş, araşdırmalarının nəticələrini qeyd
etmişlər.
X əsrin mötəbər mənbələrindən olan «Zeyn əl-Əxbar» adlı
əsərdə bir çox xalq bayramları barədə məlumatlara rast gəlinir.
Adıçəkılən əsərdə «Moğolların bayram və şənlikləri» fəslində ma-
raqlı bir cədvəl verilmişdir. Bu cədvəldə zərdüştilərin (orta əsrlərdə
moğollar dedikdə zərdüştilər nəzərdə tutulurdu) bayramının adı
82
çəkilir (31, 87). Adıçəkilən əsərdə adları sadalanan bayramların bir
çoxuna Ə.Biruni, Zəkəriyyə Qəzvini və başqa müəlliflərin də
əsərlərində rast gəlinir. Orta əsr müəllifləri bu bayramın yaran-
masını mifik şahların – Cəmşid və Kəyumərsin adı ilə əlaqələn-
dirirlər. Tədqiqatçıların gəldiyi yekdil qənaət budur ki, Kəyumərs
«Avesta»dakı Qayamartdır. Kəyumərsin ilk insan olduğunu bir çox
mənbələr təsdiqləyir. A.Şükürovun «Mifologiya» kitabında belə bir
diqqətçəkən qeyd var: «Zərdüştlük haqqında müsəlmançılıq döv-
ründə yazılan əsərlərin birində deyilir: «Mənim nəslim və mən-
şəyim Qayamartdan başlanır (28, 50). Ə.Firdövsinin «Şahna-
mə»sində də Kəyumərsin ilk padşah olduğu vurğulanır. Bunları ona
görə qeyd edirəm ki, ilk insan sayılan Kəyumərsin Novruzun yara-
dıcısı olduğu inandırıcı görünür. O, ilk insan və ilk şahdır. Kəyu-
mərs insanlara maddi-mədəni nemətlər gətirən, xeyir və fayda ve-
rən bir şəxsdir. Zərdüştilərin dini kitabı olan «Avesta»da Kəyu-
mərsin adı Qaymərdan, yəni «ölümə məhkum canlı», başqa cür de-
sək, «insan» deməkdir. Sonralar bu söz Qoyomərd, nəhayət, Kəyu-
mərs formasına düşmüşdür. Buna görə də belə iddiada bulunmaq
olar ki, Novruzun tarixini Kəyumərslə əlaqələndirən əfsanənin
tarixi daha qədimdir (70, 14). Adları sadalanan bayramların bir
çoxuna Ə.Biruni, Zəkəriyyə Qəzvini və başqa müəlliflərin əsər-
lərində də rast gəlinir. Orta əsr Şərq fəlsəfəsinın və təbiətşünaslı-
ğının inkişafında müstəsna xidmətləri olmuş böyük ensiklopedist
alim Ə.Biruni (973-1048) Novruz və onun komponentləri haqqında
geniş və dəyərli araşdırmalar müəllifidir. Bu məqamda qeyd etmək
yerinə düşər ki, Novruz haqqında sanballı və orijinal informasi-
yaların müəllifləri Ə.Biruni və Ö.Xəyyamdır. Ə.Biruninin əsaslan-
dığı və geniş tədqiq etdiyi ilkin mənbə «Avesta» olmuşdur.
Ə .Biruninin «Asar əl-Baqiyyə» əsəri Novruz və onun tarixindən
bəhs edir. Onun «Keçmiş nəsillərdən qalan izlər» («Xronologiya»)
əsəri isə Yaxın Şərq və Orta Asiya xalqlarının ümumi müqayisəli
tarixi xronologiyasına həsr olunmuşdur. Görkəmli alim bu əsərində
83
ərəb, yunan, fars və digər xalqlarda gecə-gündüzün başlanğıc vax-
tının təyini, şəms və qəməri illəri, həmçinin bir çox xalqların
bayramları və dinləri barədə ətraflı məlumatlar vermişdir. Mənşəcə
özbək türkü olan məşhur Orta Asiya mütəfəkkiri Ə.Biruni «Asari-
əl-Baqiyyə» əsərində yazmışdır ki, Zərdüşt Azərbaycandan idi.
Müəllif «Avesta» düşüncəsini və onun yaranmasını Kaspi (Xəzər)
dənizi regionu və azərbaycanlıların yaşadıqları məkanla əlaqələn-
dirmişdir.
Orta əsr müəlliflərinin əksəriyyəti Novruzun mənşəyini əfsa-
nəvi İran şahı Cəmşidlə əlaqələndirmişlər. Bir çox mənbələr Nov-
ruz sözünün mənşəyini Cəmşidin taxta çıxması ilə bağlayırlar.
Araşdırıcıların bu inamı birbaşa «Avesta»dan qaynaqlanır. «Aves-
ta»nın ən qədim fəsillərindən olan «Qatlar»da Cəmşidin fəaliyyə-
tindən söhbət açılır. Orta əsrlərin bədii düşüncəsində də (Q.Təbrizi,
Xaqani, Nizami və b.) Cəmşid yaradıcı bir hökmdar kimi alqışlanır.
Əfsanəviləşmiş Cəmşidə Azərbaycanda xüsusi məhəbbətin olması
vaxtilə onun Azərbaycana bəsləmiş olduğu əlahiddə sevginin
qarşılığı idi. Bu sevginin özülündə Cəmşidin Günəşli Azərbaycana
taxt-tac üstündə gəlməsi dayanır. Ə.Biruni «Avesta» məntiqindən
çıxış edib yazırdı ki, Cəmşid şah dünyanın hər tərəfini gəzib-do-
landıqdan sonra Azərbaycana yetişdi. Ləl-cəvahirə bələnmiş pad-
şahlıq libasına bürünüb, altun taxtda üzü gündoğana sarı əyləşdi.
Günəş şəfəqlərini onun taxtına saldı. Onun taxt-tacı bərq vurub
parladı. Bu işıq, bu hal onun hüzurunda duranları sevindirdi. De-
yirlər, dünyanın hər tərəfini gəzib-dolaşmış Cəmşid Azərbaycana
valeh olmuşdur. Günəşin məşriqdən (şərq) tülü etdiyini görməklə,
bir dəxi qərbdən tülü eləmiş kimi hesab elədilər. Həmin günə
Novruz (təzə gün) dedilər. Cəmşidin adı Cəm idi. Cəm – padşah,
sultan deməkdir. O gündən ona şid ləqəbi verdilər. Şid fars dilində
şüa, işıq anlamındadır. Əfsanəvi padşah da həmin gün xalqa üz
tutub demişdir ki, Novruzu möhtərəm bir gün hesab etsinlər.
Cəmşid həmin gün xalqın dərd-sərinə əlac elədi, camaatdan
mərhəmətini əsirgəmədi. Zindanların qapısının açılmasını əmr etdi.
Dostları ilə paylaş: |