Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə29/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   25   26   27   28   29   30   31   32   ...   67

91 
xanasına on səkkiz il başçılıq etmişdir. Tarixi mənbələrin verdiyi 
məlumata görə, Səlcuq hökmdarı  Məlik  şah Səlcuqi (1072-1092) 
ulduzları müşahidə etmək üçün lazımi astronomiya cihazlarının 
alınmasını  və  həmin rəsədxanaya rəhbərliyi Ö.Xəyyama tapşı-
rıbmış. Mənbələrdə o da göstərilir ki, Ö.Xəyyamın başçılığı altında 
dövrünün bir çox məşhur alimlərinin cəmləşdiyi bu elmi mərkəz – 
rəsədxana bütövlükdə Yaxın  Şərqdə müdrik insan kimi tanınmış 
Nizam  əl-Mülkün təşəbbüs və  səyi nəticəsində yaradılmışdır. 
Astronomiya rəsədxanasının  yaranması tarixi zərurətlə bağlı idi. 
Müdrik və uzaqgörən insan olan Nizam əl-Mülk «Səlcuqilərin 
ulduzunun daha parlaq şölə saçması» (39, 119) və mövcud ərəb 
(hicri) təqviminin özünü doğrultmadığı üçün yeni təqvimə ehtiyac 
duydu. 1075-ci ildə Ömər Xəyyamın başçılığı altında bir neçə alim 
yeni təqvimin bərpası üçün işə başlamışlar. 1078-ci ildə düz üç ilin 
gərgin axtarışlarından sonra yeni təqvim hazır olmuşdur. Bərpa 
olunmuş bu təqvim «Cəlali tarixi» kimi tanınmışdır. «Məlik ilinin 
hesablanması» adıyla məşhurlaşan təqvim islahatı  Xəyyamın 
başçılıq etdiyi rəsədxananın  ən mühüm nailiyyətlərindən biridir. 
Həmin dövrdə Səlcuqilər dövlətində mövcud olan hər 2 təqvimdən 
– Günəş və Ay təqvimindən istifadə olunurdu. Günəş təqvimi Yerin 
Günəş  ətrafında hərəkətinə  əsaslanır.  Yerin Günəşin  ətrafında bir 
dövretmə müddəti 365, 2422 gündür. Bu təqvimə görə, bir il 365 
gün 5 saat 48 dəqiqə 46 saniyədir.  
Ay təqvimində isə Ayın Yer ətrafında dövretmə müddəti durur. 
Ay təqvimində bir ay 29 gün 12 saat 44 dəqiqə 3 saniyədən iba-
rətdir. Bir Ay ili isə 354 gün 8 saat 48 dəqiqə 36 saniyəyə  bəra-
bərdir.  İran və Midiya ərazisində lap qədim dövrlərdən Günəş 
təqvimindən istifadə edirdilər. Ə.Biruni «Keçmiş nəsillərdən qalan 
izlər» adlı məşhur əsərində bu təqvim haqqında yazmışdır: «Onlar 
(zərdüştilər) öz illərini 365 gündən hesab edirdilər və sonuncu 
rəqəmə o vaxta qədər məhəl qoymurdular ki, günün dörddə bir 
hissəsi 120 il müddətində bütöv ayı təşkil etsin. Bu vaxt onlar ilə 
bütöv bir il əlavə edirdilər». Ö.Xəyyamın «Avesta» təqvimi 


92 
əsasında bərpa etdiyi «Cəlali salnaməsi»ndə  başlıca məsələ ilin 
kəsirinin qaydaya salınması  və bir sıra mövsüm bayramlarının 
vaxtını  dəqiqləşdirməkdən ibarət olmuşdur.  Ən vacib məsələ 
Novruz bayramının yazın ilk günündə keçirilməsini birdəfəlik 
sabitləşdirmək, bayramla bağlı bir çox işləri nizama salmaq idi. 
Əslində, «Novruznamə» yazılana qədər Novruz bir sistem kimi 
mükəmməlləşmiş, sabitləşmiş  və  hər il müntəzəm olaraq eyni 
vaxtda martın 9-da (martın 21-də) keçirilmişdir.  
«Novruznamə» əsərinin ən mühüm elmi əhəmiyyəti ondadır ki, 
Novruzun yaranmasının səbəbləri kainat qanunlarında axtarılır. 
Əsərdə Novruzun tarixindən danışan müəllif onun yaranmasının 
elmi izahını verir: «Novruzun yaranmasının birinci səbəbi odur ki, 
həmin gündə Günəş dövrə vurub  365 gün  altı saatdan sonra öz 
yerinə (hərəkət etdiyi bürcdən yenə əvvəlki yerinə) qayıdır». Digər 
orta  əsr müəllifləri kimi, Ö.Xəyyam da Novruz sözünü mifik 
padşah Cəmşidlə bağlamışdır. Ö.Xəyyam və digər orta əsr müəllif-
lərinin Cəmşidlə  əlaqədar fikirləri ilə qismən razılaşmaq olar. 
Əfsanəvi padşah Cəmşidin Novruzun yaradıcısı olduğu inandırıcı 
deyildir. Həmin günə Novruz (yeni gün) adının Cəmşid tərəfindən 
verilməsi və o günü şəxsən Cəmşidin özünün bayram etməsi ağ-
labatmazdır. Bu bayram Cəmşid şahın yaşadığı dövrə kimi mövcud 
olmuş, min illər boyu ayrı ad altında qeyd olunmuş  və insanların 
səyi nəticəsində qorunub saxlanılmışdır. Çox böyük ehtimalla 
demək olar ki, Cəmşid öz səlahiyyət və nüfuzundan istifadə edərək 
bu möhtəşəm bayrama Novruz adını vermişdir. Cəmşidin həmin 
gün taxta yiyələnməsi də, rəvan üstündə Azərbaycana təşrif 
buyurması inandırıcıdır. Cəmşidin Azərbaycana gəlməsi böyük 
ehtimalla  birbaşa Günəşi  əyani  surətdə  qarşılaması ilə bağlı olub-
dur. Ö.Xəyyam «Novruznamə»də  zərdüştliyin yaranmasından öz 
dövrünə  qədər olan təqvim islahatlarının tarixini ayrıca təsvir 
etmişdir: Hüştəspin (I Dara – e.ə. 552-486) şahlıq etdiyi vaxtdan 30 
il keçdikdən sonra Zərdüşt gəlmiş  və sehrbazların dinini 
gətirmişdir. Hüştəsp onun dinini qəbul eləmiş  və  tətbiq etmişdir. 


93 
Firudin (İranın  əfsanəvi  şahı) zamanından həmin dövrədək 940 il 
keçmış  və günəş  əqrəb bürcünə daxil olmuşdu. Hüştəsp uzun il 
yaratmağı  əmr elədi. O, Xərçəng bürcünün ilk günündən etibarən 
fərvərdini Günəşdən başladı və bayram təşkil etdi. Dedi ki, bü günə 
riayət eləmək və Novruzu keçirmək lazımdır, çünki Xərçəng bürcü 
– işləmək üçün xoşbəxt ulduzdur, kəndlilərə bu dövrdə vergini 
vermək hüququ verilməlidir. Bu, onlar üçün asan ola bilər. Sonra o 
əmr elədi ki, illəri dəyişməmək və insanlar həm isti, həm də şaxtalı 
havalarda öz vaxtlarını bilmək üçün hər 120 ildən bir uzun il 
keçirilsin. İnsanlar uzun ili keçirməyi Sasanilər sülaləsinin əsasını 
qoymuş Ərdəşirin dövrünə qədər davam etdirdilər. Ö.Xəyyam yazır 
ki, Novruz bayramını insanlar ədalətli Nuşirəvanın dövrünə  qədər 
qeyd etmişdilər. Nuşirəvan uzun ilin qeyd edilməsini qadağan etdi. 
Bildirdi ki, Günəş öz dövretməsinin axırında Xərçəng bürcünün 
birinci gününə çatana qədər insanlar bu bayramı keçirməyi 
dayandırmalıdırlar. Ö.Xəyyam yazır ki, həmin dövrdə  Məmunun 
(Abbasi xəlifəsi 813-833) astronomiya cədvəli tərtib olundu, bizim 
dövrə  qədər təqvimi bu cədvəllərin köməyi ilə hazırlayırlar (39, 
l22-123). Müxtəlif dövrlərdə tez-tez  dəyişdirilən təqvim  cədvəl-
lərinin  nəticəsi idi ki, ayrı-ayrı zaman kəsiyində Novruz martın 9-
da (21-22-də) yox, Xərçəng bürcündə qeyd olunmuşdur. Qəti və 
birmənalı şəkildə demək olar ki, Novruzun Xərçəng bürcündə (22 
iyun –22 iyul) qeyd edilməsi yalnız təqvimdən gələn xəta ilə 
bağlıdır. N.Tusi də «Zic Elxani» əsərində Ö.Xəyyamın təqvim 
islahatı barədə dəyərli məlumat vermişdir. N.Tusi yazır ki, həmin il 
təqvim Sultan Cəlaləddin Məlik  Şah ibn Alp Arslan Səlcuq 
tərəfindən yaradılıbdır. Müəyyən edilmişdir ki, həmin ilin başlan-
ması üçün günəşin Qoç bürcünə daxil olduğu dövr, yəni əsl baharın 
başlandığı vaxt götürülür. Hər ayın  əvvəlində günəş zodiakın elə 
bürclərinə daxil olur ki, o, həmin aya uyğun gəlir. Mükəmməl 
təqvim də elə Günəş  əsasında hesablanılır. Astronomlar günləri 
hesablamağın asan olması  və digər təqvimlərdən  fərqlənməməsi 
üçün ayların müddətini 30 gün müəyyən  etmişlər.  Kəsir qalan 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə