87
lərdə mehr sözü ülfət, ünsiyyət, mehribanlıq mənalarında işlədilib.
Bir çox mənbələrdə Mehrikan adlı bayramın məhsul bayramı kimi
qeyd olunduğu göstərilir. İlkin mənbələrdə Mehrikan daha çox
mehr kimi işlədilmişdir. Ə.Biruni «Asar əl-Baqiyyə» əsərində
Mehrikan barədə yazır: «Deyilənə görə, mehr günəşin adıdır. O, bu
gündə aşkar olunub-görünüb, ona görə də bu gün mehrə mənsub
olur və deyilənə görə, bu gün Firudin Zöhhaka qalib gəlmişdir və
bu gün də məlakələr Firudinin köməyinə gəlmişdilər».
Ə.Biruni bu fikirləri «Avesta»dan əxz etmişdir. «Avesta» təq-
vimində ilin 7-ci ayının 16-cı günü mehr adlanır. Bu gün Zöhhakın
zülmündən cana gəlmiş adamlar Gavəyi-Ahəngərin (Dəmirçi Gavə)
rəhbərliyi ilə onun taxt-tacını devirmişlər.
Ö.Xəyyam da Mehrikan bayramını bu yarımtarixi rəvayətlə
əlaqələndirmişdir. Mehrikan-Mitra bayramını bir çox fars müəllif-
ləri mit tələffüzündə Cəmşit, Cəmşitlə bağlamışlar (68,20).
Göründüyü kimi, zaman və tarixi şərait müxtəlif olsa da, meyil
və təmayül dəyişməmiş, hökmdarlar öz həyat və əməllərini yenə
xalq təfəkkürünün məhsulu olan bayramla əlaqələndirmişlər.
«Avesta»da mələklərdən (yəzəd) birinin adının Mehr olduğu da
göstərilir. O da vurğulanır ki, bu yəzəd (mələk) yerdə qalan mələk-
lərdən çox hörmətlidir. Ahuraməzda qədər nüfuzludur. «Avesta»da
deyılir: «Mən Ahuraməzda, Mehri özüm qədər sitayişəlayiq yarat-
dım». Bir çox mənbələrdə Mehrin günəş olması elə buradan qay-
naqlanır. «Avesta»nın «Mehryəşt» adlanan fəslində göstərilir ki,
Mehr günəşdən qabaq dağ üstünə gəlir. Elə «Avesta»nın özündə bu
məntiqi başqa bir fikir də təsdiqləyir: «Günəş batdıqdan sonra
Mehr yerlə göy arasına nəzər salır».
Tədqiqatçılar Mehrikanın da Novruz kimi qədim və əzəmətli
bir bayram olduğunu göstərirlər. Araşdırıcılar bu iki bayramın
təntənə və əzəmətini onunla izah edirlər ki, qədim zamanlarda
hökmdarlar ildə iki dəfə Novruz və Mehrikanda xalq kütlələrinin
şikayətlərini dinləyər və onların dərd-sərlərinə əlac edilərdi. Nov-
ruz yaz, mehrikan isə payız başlandıqda keçirilirdi (31, 120). Bəzi
88
İran tədqiqatçıları (H. Tağızadə və b.) Mehrikanın farsların Novruz
bayramı olduğu mülahizəsini irəli sürürlər. Bu fikirlə heç cür
razılaşmaq mümkün deyildir. Midiya və Azərbaycan ərazisində
2500 il əvvəl Mehrikan qeyd edilmişdir. Belə bir fakt da məlumdur
ki, Midiyada Mehrikan bayramı zərdüştlüklə bağlı olmuşdur.
Mənbələrdə o da qeyd olunur ki, Dara öz tərəfdarları ilə birlikdə
Midiyada hakimiyyəti ələ almaq üçün əlverişli gün kimi məhz
Mehrikan bayramı gününü seçmişdir. Həmin gün Mehrikan bay-l.f0 Tc 0 Tw 13.855 0 Td(õ2f0.00051 Tf0.455 oluny 0.38r ki, Dara öz t)T_0 1c 0/C2_0 1 Tf0.89 0 Td<0525>Tj/TT0 1 ki, Dara öz tl
% nb
89
almışdır. Firdövsinin yazdığına görə, Zöhhakın çiyinlərindəki
ilanları sakitləşdirmək üçün onlara hər gün iki gəncin beynini
yedizdirirmişlər. Bu zülmə qarşı ilk dəfə dəmirçi Gavə üsyan qal-
dırmış, sonradan isə Firudun xalqın və atasının (Onun atasının da
beyni Zöhhakın çiynindəki ilanlara yedirdilmişdir) qisasını Zöhhakı
Dəmavənd dağında mağarada asaraq almışdır.
Bir neçə dəfə Novruzun bir sistem olduğunu vurğulamışıq.
Yuxarıda göstərildi ki, Novruz yaz, Mehrikan isə payız bayramıdır.
Bununla razılaşmamaq olmur. Novruz bir sistem olduğundan o ilin
365 gününü əhatə edir. Mehrikanın payızda keçirilən məhsul bayra-
mı olmasına heç bir şübhə qalmır. «Avesta» təqviminə görə, ilin
birinci ayı yazın gəlişi (Novruz) bayram edilir. Torpaq şumlamış,
məhsul yetişdirmiş insan, onun bəhrəsini də toplayıb bayram
etməlidir. Bu yaz-payız məntiqi sonluğudur.
Orta əsr müəllifləri (Ə.Biruni, Qəzvini, Ə.Səmərqəndi) Meh-
rikanın payızın başlandığı gün kimi qeyd etmişlər. Bir qədər də
dəqiq desək, orta əsr müəllifləri Mehrikanın mehr ayının 16-da
keçirildiyini yazırlar. Orta əsr tədqiqatçılarının hamısı Mehrikanın
keçirilmə günü ilə həmrəydirlər. Bayramın keçirilmə günü ilə
həmrəy olan orta əsr müəllifləri bayram günlərinin neçə gün olma-
sında fərqli düşünürlər. Qeyd olunduğu kimi, Ə.Biruni Mehrikanın
mehr ayının 16-dan 30-a kimi keçirildiyini və bu bayram günlərinin
cəmiyyətin müxtəlif təbəqələri arasında bölündüyünü yazır. Cə-
miyyətin müxtəlif təbəqələrinə mənsub olan insanlar (saray adam-
ları, hərbçilər, əkinçilər və b.) elan olunmuş müəyyən günlərdə
bayramı keçirirdilər. Bir çox orta əsr müəllifləri isə Mehrikan
bayramının altı gün keçirildiyini yazırlar (31, 125). Bir məsələyə
bu məqamda münasibət bildirmək vacibdir. Novruz kimi, Mehrikan
da iki ad və 2 müxtəlif vaxtda – 16 mehrdə mehrikane-amme və 21
mehrdə mehrikane-xasse kimi qeyd olunubdur. Mehrikanın 21
mehrdə qeyd olunduğu barədəki informasiya daha inandırıcı görü-
nür. Ə .Biruni bu barədə «Avesta»ya əsaslanıb yazır ki, «Avesta»
90
təqvimində hər ayın 2l-ci gününün bayram adlanmasına baxma-
yaraq, həmin gün tarixən Mehrikan kimi daha çox tanınmışdır.
Həmin gün Mehrikan həftəsinin son günü kimi böyük təntənə ilə
qeyd olunmuşdur. Belə deyirlər ki, Zərdüşt buyurub: «Mehrikan
bayramının başladığı və qurtardığı günləri təntənəli qarşılayın və
yola salın» (31, 126). Mehrikan bayramının mehr ayının 21-də
qeyd edildiyi məntiqə daha çox uyğundur. Aydındır ki, hər ayın 21-
22-si ay tamamlanır, yeni ay başlanır. Mehrikanın da məhsul
bayramı olduğunu nəzərə alsaq, indiki təqvimlə oktyabr ayında
məhsulun yetişib, yığılıb başa çatdığı və məhsul bolluğunun bay-
ram əhval-ruhiyyəsi yaratdığına şübhə yeri qalmır. Mehrikan bay-
ramının Novruz qədər təntənəli və əzəmətli bir formada qeyd
edilməsi onun Novruz sisteminin tərkib hissəsi olması fikrimizi bir
daha təsdiq edir. Mehrikanın Novruz kimi yüksək dəbdəbə və
təntənə ilə keçirilməsini orta əsr müəllifləri də təsdiqləyirlər.
Ə.Biruni də bu faktı qeyd etmişdir: «Mehrikan bayramı da Novruz
bayramı kimi geniş qeyd edilir» (31, 126). Novruzda olduğu kimi,
Mehrikan bayramında da hər evdə zəngin bayram süfrəsi açılır,
qohum-qardaş, qonşular bir-birinin evinə gedib noğul-nabat, mey-
və-şirniyyatla bir-birlərinin bayramlarını təbrik edirmişlər. Əgər
Novruzda əhali ayazlı-şaxtalı qışdan qurtulduqlarını bayram edirdi-
lərsə, Mehrikanda zəhmətlərinin bəhrəsini, məhsul bolluğunu tən-
tənə ilə qeyd edirdilər.
Orta əsr müəllifləri içərisində Novruzun mənşəyi və elmi-
astronomik əsasları haqqında daha geniş məlumata Ö.Xəyyamın
yaradıcılığında rast gəlirik. O, kainat və planet hadisəsinə xüsusi
bir əsər həsr etmişdir. Ö.Xəyyamın «Novruznamə»ni 1075-78-ci
illər arasında yazdığı ehtimal olunur.
Ö.Xəyyam «Novruznamə» əsərində Novruzun yaranma səbəb-
lərini rəvayətlərlə yox, dövrün maddi-texniki texnologiyalarının
verdiyi imkan vasitəsi ilə astronomik faktlara əsaslanan elmi
dəlillərlə sübut etmişdir. Ö.Xəyyam İsfahan astronomiya rəsəd-
0525>
Dostları ilə paylaş: |