84
Əfsanəyə bələnmiş bu fikrə bu günün məntiqi ilə nəzər yetirək.
Cəmşid günəşin parlaq şəfəqlərinə məhz Azərbaycanda rast gəlir.
Günün, ayın dəyişdiyinin məhz Azərbaycanda əyani şahidi olur.
Həmin günün bayram edilməsini məsləhət bilir. Bu əfsanədəki
məntiqdən çıxış edib deyə bilərik ki, Cəmşid gələnə qədər Azər-
baycanda ilin, günün təzələnməsi bayram səviyyəsində qeyd olu-
nurmuş . İlin təzələnməsi şərəfinə hökmdarlar xalq içərisinə gedib,
xalqın dərd-səri ilə əyani tanış olub, həmin gün bütün gördüyü,
eşitdiyi müşkül məsələlərin həll olunmasına göstəriş veribdir.
Ə .Biruni bu qəbildən olan bir neçə rəvayəti «Keçmiş nəsillər-
dən qalan izlər » kitabında qeyd etmişdir. Ə.Biruni Azərbaycan,
İran və b. coğrafi məkanların bayramları haqqında danışır. Böyük
mütəfəkkir bayramları məzmun və motivinə görə iki qrupa ayırır:
«Bayramlar arasında elələri var ki, yaranma səbəbləri dünyəvi
işlərlə, elələri də vardır ki, dini işlərlə bağlıdır». Bəşəri mündəricə
daşıyan bayramlar haqqındakı qədim əfsanələri öz zəmanəsinin
dünyagörüşünə və təfəkkürünə uyğun şəkildə izah edən Ə.Biruni
yazır: «Dünyəvi, qeyri-dini bayramlara və əlamətdar tarixi günlərə
gəldikdə, şahlar və əyanlar elə adətlər qoymuşlar ki, xalqın könlü
şad olsun, ruhu dincəlsin. Bunlar yoxsulların həyatını yüngülləş-
dirmək, ümidlilərin qəlbində ümid qığılcımlarını sönməyə qoym-
amaq, ölümə yaxın olanları təhlükədən və bəladan qurtarmaq üsul-
larından biridir».
Bu fikirlər Ə.Biruninin «Keçmiş nəsillərdən qalan izlər» əsə-
rindən iqtibas olunubdur (70, 14). Bu fikirlərin müəllifi inanır ki,
ədalətli şahlar rəiyyətlərinin ruhi, mənəvi rahatlığının qayğısına
qalır, insanların gələcəyinə təminat vermək üçün bayramlardan və
müxtəlif şənliklərdən faydalanmışlar. Şahlar və din xadimləri min
illərlə yaradılmış və insanların həyatına əsaslı şəkildə daxil olmuş
xalq adət-ənənələrini hər cür dəstəkləyirdilər. Onlar əhali arasında
nüfuzlarını möhkəmləndirmək üçün xalqdan qidalanan bayram-
lardan, adət-ənənələrdən əvəzsiz bir vasitə kimi istifadə edirdilər.
Ə.Biruninin dünyəvi bayramları dini bayramlardan fərqləndirməsi
85
çox əhəmiyyətli idi. O, çox doğru yerə, yazırdı ki, dini bayramları
«ruhani rəhbərləri sırasından olan qanunvericilər» bu gün yox,
«gələcək həyat»da xoşbəxtliyə qovuşmaq məqsədi ilə yaratmışlar.
Biruni, çox böyük müdrikliklə dünyəvi bayramlar içərisində məhz
Novruzu bahar bayramı adlandırmışdır (70, 14).
Novruz kainat (kosmos) və planet (yer) qanunlarını özündə
cəmləyən mükəmməl bir sistemdir. Bu sistem uzun sürən bir pro-
sesin bəhrəsidir. Belə bir mürəkkəb sistemi bir nəfərin adı ilə bağ-
lamaq, onun yalnız bir nəfər tərəfindən, özü də bircə gün içərisində
yaradılmasına inanmaq ən azı sadəlövhlükdür. Tarixi məxəzlərdə
adları Novruzla əlaqəli çəkilən Kəyumərs və Cəmşid Novruz möh-
təşəmliyindən ustalıqla yararlanmaqla adlarını şərəfləndirib, özlə-
rinin əbədiliyinə öz əlləri ilə imza atmışlar. Novruz sistemi bir
gündən ibarət deyil. Yalnız ilin yeniləşməsi, gecə-gündüz bərabər-
liyinin yaranması bir günə, konkret bir vaxta (21-22 mart keçidi)
düşür. Həmin gün-martın 21-22-si Novruzun əlahiddə bir günüdür.
Novruz tədqiqatçılarının bu əfsanələrlə bağlı daha bir maraqlı
mülahizələri ilə razılaşmamaq olmur. Araşdırıcıların əksəriyyətinin
gəldiyi nəticə budur ki, Novruzu İran şahları Kəyumərs və
Cəmşidin adı ilə bağlayan farsların məqsədi bu möhtəşəm bayrama
sahib çıxmaqdır. İ.S.Braginskinin qənaətinə görə, Novruz bayra-
mını sonralar Cəmşid adlı mifik şahın adı ilə bağlamağa başla-
mışlar (70, 14). Fars müəllifləri kök etibarı ilə onlara dəxli olmayan
Novruz bayramını mənimsəmək, özlərinin milli bayramı kimi
tanıtmaq üçün bu əfsanələrdən ustalıqla istifadə etmişlər (68, 19).
Məqamı çatmışkən, İran və fars xalqının əlaqəsinə ötəri də olsa
diqqət yetirək. Əfsuslar olsun ki, uzun zaman bir çox tarixi mənbə-
lərdə İran və fars dövləti məfhumu eyni mənada işlədilmişdir. Bu-
nun ən birinci səbəbi bəzilərinin təəssübkeşliyindən irəli gəlir. Bu
tendensiyanın kor-koranə davamçıları isə bilərəkdən başqa cür
düşünmək istəməyiblər. Məlumdur ki, İran coğrafi məkandır. Bu
coğrafi məkanda çoxsaylı xalqlar yaşayıb-yaratmışlar. Bu qədim
coğrafi məkanda sonralar qurulmuş millətçi rejimlər zəngin İran
86
mədəniyyətinin yaranmasında digər xalqların halal paylarını insaf-
sızcasına danmışlar. Əksər vicdanlı müəlliflər isə Zərdüşt dünyagö-
rüşünün yaradıcılarının türkmənşəli midiyalılar olduğunu yazırlar.
Artıq İranın bir çox xalqların vətəni olduğu elmdə birmənalı
şəkildə təsdiqlənibdir. Bu çoxsaylı xalqların İran sivilizasiyasının
formalaşmasında inkaredilməz rolu da danılmazdır. Ədalət naminə
deyək ki, İran mədəniyyətinin formalaşmasında Azərbaycan türklə-
rinin xüsusi payı vardır.
Novruzun genezisi barədə orta əsr müəlliflərinin, o cümlədən
Ə.Biruninin tendensiyası sonrakı dövrlərdə məsələyə praqmatik,
açıq-aydın və vicdanlı münasibət bəsləyən əksər araşdırıcılar tə-
rəfindən davam etdirilmişdi. Novruzun ən görkəmli araşdırıcıların-
dan olan Y.V.Çəmənzəminli də iranlı müəlliflərin Novruzu Cəm-
şidə aid etmələrini tarixi həqiqətdən uzaq olduğunu vurğulayırdı.
İnsafən deyək ki, Ə.Biruni Novruz sistemi haqqında geniş və
mükəmməl məlumatlar vermişdir. Ə.Biruni Novruzla bağlı yalnız
«Avesta» məlumatları ilə kifayətlənməmişdir. O, yaşadığı dövrdə
xalqın yaddaşında «oturuşmuş» əfsanələrə də yer vermişdir. Belə
deyirlər ki, Davud peyğəmbərin oğlu Süleyman üzüyünü itirib,
hakimiyyətdən uzaqlaşandan 40 gün sonra üzüyünü yenidən özünə
qaytarırlar. Üzük qaytarılandan sonra yenidən taxt-taca sahib olmuş
Süleymanın hüzuruna yer üzünün hökmdarları təşrif buyururlar,
quşlar da onların başının üstünə yığışır. Bu qələbəliyi görən farslar
deyirlər: «Novruz aməd», yəni «Yeni gün gəldi». Süleyman kü-
ləklərə əmr etdi ki, onu götürüb aparsınlar. Süleyman peyğəmbərin
qarşısına çıxan qaranquş dedi: «Ey hökmdar, yuvamda yumur-
talarım var, yana çəkil, onları əzmə». Süleyman yana çəkildi. O,
yerə enəndə qaranquş dimdiyində gətirdiyi suyu Süleymanın qarşı-
sında yerə çilədi, ona bir çəyirtkə budu bağışladı. Elə bu səbəbdən
də Novruz bayramında yerə su çiləyir və hədiyyələr verirlər.
Ə.Biruni Mehrikan bayramı haqqında da söhbət açmışdır.
Mehr sözünə «Avesta»da da rast gəlinir. «Avesta» ədəbiyyatında
mehr sözü mitra, mitr kimi yazılıb. «Avesta»dan sonrakı mənbə-
Dostları ilə paylaş: |