Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə50/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   46   47   48   49   50   51   52   53   ...   67

165 
Qızların hüzurunda olanda uzun saqqalını ayaqları altında qoyub 
yıxılır. Qızlar Kudayın yıxılmağına istehza edirlər. Onların bu 
münasibətindən Kuday inciyir və deyir: «Bunlar daşın necə kəskin 
olduğunu bilmədikləri halda mənə gülürlər». Qızlar düşünüb 
daşları bir-birinə vuraraq odu əldə edirlər. Bəzi Altay türkləri 
Ülgenə Kuday deyirlər. Qədim türklər yerdəki oda göydəki Günə-
şin rəmzi kimi baxdıqlarından onu müqəddəs bilmişlər. Elə bu 
inamın nəticəsidir ki, qədim türklər Günəşə – oda müqəddəs 
baxmış, Günəşi Tanrı misalında qəbul etmişlər. Orxan – Yeni-
seydəki daş kitabələrin üzərində Günəş şəkli günü bü gün də açıq-
aşkar qalmaqdadır. Sayan dağlarında qayalara Günəş şəklinin həkk 
olunması ciddi mifik düşüncənin məhsuludur. Qədim türklər belə 
bir düşüncəyə sahib idilər ki, ilahələr, onqanlar çayların 
başlanğıcında əyləşirlər. Onlarda belə bir inam hakim idi ki, Sayan 
dağları dünyanın  ən uca dağlarındandır. Çaylar (Orxan –Yenisey) 
başlanğıcını o dağlardan götürür. Bu dağlar uca olduğundan 
göylərə yaxındır. Tanrıların da məskəni göylərdir.  
Orxon – Yenisey əhalisi yaxın onilliklərə kimi Günəşə inam 
bəsləmişlər (18, 149-150).  
Əski Çin mənbələrinin verdiyi məlumatlar da qədim türk 
xalqlarının Günəşə inandığını  təsdiqləyir. M.Seyidov Bahəddin 
Ögelə istinadən yazır ki, türklərin bəziləri doğan günəşi ya üç, ya 
da doqquz dəfə salamlaşarmışlar.  
Hunların mifik təfəkküründə günəşin müqəddəsliyi ilə bağlı 
maraqlı  əfsanələr vardır. Hunların inamına görə, Metenin oğlu 
Günəş və Yerdən doğulubmuş. Elə Günəş və Ay da onu hökmdar 
təyin etmişdir. Onların inamınca, Günəş  və Ay hökmdarlıq verir. 
Bu inam türk xalqlarında xaqan seçmə vaxtı özünü əyani formada 
göstərmişdir. Xaqan seçərkən tanınmış  şəxslər keçənin üstünə 
əyləşdirilər, camaat çiyinləri üstündə onu yuxarı qaldırar, həmin 
şəxsi doqquz dəfə Günəşin  ətrafına çevirərmişlər. Türklər 
inanırmışlar ki, xaqanları Göy və Yer qoruyub saxlayırmış. Çünki 
xaqanların taleyini, bəxtini Günəş  və Ay (Tanrı) yazırmış. Elə bu 


166 
düşüncənin nəticəsidir ki, hunlar Metenin oğlunu Yerlə Göyün 
doğduğuna inanırdılar.  
Bu tendensiyanın tədqiqi üçün E.Aslanovun araşdırmaları 
olduqca maraqlıdır. Müəllif «Günəşin təntənəsi» məqaləsində 
yazır: «Vaxtilə tarixçilərdə hökmdarların həyatı, saray və orada baş 
vermiş hadisələr daha böyük maraq oyatdığına görə, Novruzun 
ilkin çağları ancaq saray mühiti ilə əlaqələndirilir və bayram yalnız 
«taxt-tac sahibləri» – şahlara, sultanlara məxsus rəsmi bir bayram 
kimi təqdim olunurdu. Burada Novruz bayramı Günəşin taxta 
çıxması, yaxud cülusutək mənalandırılmış  və istər-istəməz həmin 
dövrlərdə bu sahədə  qəbul olunmuş  rəsmi mərasimlərə riayət 
edilmişdir. Belə ki, bir zamanlar işıq tanrının  əfsanəvi ulu bir 
«Şah» olduğuna inanan insanlar mövcud dövlət başçısını  səma 
odunun yer üzündəki  əvəzi, kölgəsi saymış, Günəşin «taxta 
çıxması» günü – Novruz bayramını isə yer üzündəki hökmdarın 
cülusutək qəbul edir, bayram tədbirlərini onunla əlaqələndirib, 
onun iştirakı ilə keçirirdilər.  Əbəs yerə deyildir ki, Yaxın  Şərqdə 
cülus mərasimləri, bir adət-ənənə olaraq Novruz gününə  qədər 
«yubadılır» və mübarək bayram günü icra olunurdu» (53). Aydınlıq 
üçün deyək ki, cülus taxta oturma, hökmdarlığa başlamaqdır. 
Xaqan və hökmdarların (məs. Kəyumərs, Cəmşid və b.) Novruzdan 
faydalanmalarının kökündə  qədim türklərdəki anlam – Günəşin 
onları seçməsi – durur. E.Aslanovun «Novruz dünən, bu gün, 
sabah» məqaləsində  də tarixi mənbələrdən  əxz etdiyi maraqlı bir 
faktla da rastlaşdıq. Tədqiqatçı yazır: «Salnamələrə görə, hələ e.ə. 
V-IV yüzilliklərdə Yaxın Şərq hökmdarlarının hərbi yürüş alayları 
cərgələrində müqəddəs atəşdən və 365 cavanın (bu rəqəm ilin 
günlərinə müvafiqdir) ardınca, günəş tanrısı Mehrə tərəf səkkiz ağ 
Nisey atına qoşulmuş ikitəkərli arabadan sonra «Günəşin atı» 
deyilən, hədsiz dərəcədə cüssəli bir ağ at (ağ – işıq rəngidir) 
yeriyirmiş. Alayın sonrakı  sıralarında  əllərində yuxarı, başa 
qaldırılmış  qızıl nar, alma və heyva (hər üçü həyat rəmzidir) 
sancılmış nizələrlə min nəfər «həzarə» deyilən nizədar dəstəsi 


167 
addımlayırmış. Yazılana görə, bu qədər nizəli insan toplusu öz-
özlüyündə, kənardan nəhəng bir taxıl zəmisini xatırladırdı»(56).  
Bu sonrakı dinlərin də buyurduğu anlamın  əski formasıdır. 
İnsan cəmiyyətinin hazırkı  mənəvi düşüncəsini tənzimləyən 
mütərəqqi dinlər olan xristianlıq və islamda da belə bir stixiya 
mövcud olub. Bu dinlər də təlqin edirdi ki, hökmdarları Allah seçir. 
Hətta belə bir «daşlaşmış» fikir də mövcuddur: «Hökmdarlar 
Allahın yerdəki kölgəsidir».  
M.Seyidov «Yaz bayramı» kitabında yazır ki, qədim türklər 
martın 9-dan başlayaraq ilk yaz bayramını keçirirmişlər (17, 49). 
Bu mərasim örüş Sara adlandırılıb. Sürülər örüşə buraxılırdı. 
Təntənəli keçirilən bu bayramda doqquz qız, doqquz oğlan iştirak 
edirmişlər. Mərasimin ayın 9-da keçirilməsi  şamanlarla birlikdə 
doqquz gəncin fəal iştirak etməsi türklərdə 9 rəqəminin müqəddəs-
liyindən xəbər verir.  
Müəllif oğlan və  qızların mərasimdə  iştirakını bolluq, artım 
kimi izah edir. Məlum olduğu kimi, örüş -otlaq deməkdir. İlk yaz 
bayramını örüş Sara adlandıran türklər onu müqəddəs tutmuşlar. 
Örüş sözü açıq, aydın və şəffaf olduğu qədər, Sara sözü bir o qədər 
çoxmənalı, çoxməfhumlu və bir qədər də qaranlıqdır. Onun (Sara) 
bir çox türk dillərində çoxsaylı anlamı vardır. Sara türk dillərində 
təmiz, cəsarət, güc, igidlik mənalarında işlədilib. Bu bayramlarda 
yaşıllıq, bolluq, güc, saflıq və s. müsbət dəyərlər nümayiş etdirilib. 
Novruzun bütün digər ayin və  mərasimlərində olduğu kimi, bu 
törəndə  də  həyat elementləri (yaşıllıq, bolluq, güc və s.) nəslin 
davamına xidmət göstəribdir. Təbiətin təzələndiyini, dirildiyini 
görən türklər gəncləri vəhdətə – evlənməyə  dəvət edirdilər. Bu 
törənin mayasında Günəşə inam dayanırdı (17, 49-50).  
Sara bayramının məna və mahiyyəti Ayzıt bayramı ilə eynilik 
təşkil edir. Ayzıt bayramı şamanlarla bağlı olsa da, 9 qız və oğlanın 
seçilməsi, törənin təbiət qoynunda sonuclanması hər iki mərasimin 
təbiətlə, oyanış  və törənişlə  əlaqədar olduğunu göstərir. Hər iki 
törənin nüvəsində türk düşüncə tərzi hakimdir. Təbiət ölüb-dirilən 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə