178
Yelin (külək) digər ünsürlərdən əsas fərqi onun birbaşa
hərəkətlə bağlılığıdır. Bu hərəkət yeli yerindən oynatdıqdan sonra
o, sərhəd tanımır, «laməkan» olur. Elə bu sərhədsizlik, «lamə-
kanlıq» ona ən qədim cağlarda Tanrı statusu qazandırmışdır. «Əski
inamlarda yel, ya özü Tanrıdır, ya da dünyanı idarə eləyən
tərəfindən göndərilən qüdrətli bir antropomorfdur. O, lazım olanda
insanları əzizləyir, onlara kömək edir, qəzəblənəndə isə adamları
cəzalandırır» (23, 30).
Dörd səmavi kitabda da (Zəbur, Tövrat, İncil, Quran) yel ilahi-
ləşdirilir, müqəddəs obraz kimi təsvir olunur. Sonuncu müqəddəs
səma kitabı olan Quranda isə yel Allahın mərhəmət və cəza vasitəsi
hesab edilir.
Bu məqamında, «Avesta»nın küləyə münasibətini xatırlatmaq
gərəkli olardı. «Avesta» etiqadına görə, «Yelin gücü Hörmüzün
gücüdür. Yel Hörmüzdən güc alıb, dünyaya ayaq açmışdır».
Yuxarıda dediklərimiz əski təfəkkürün dəyərlərini təsdiqləyir.
Müqəddəs səmavi kitablarda da yelin (küləyin) tanrılarla (Göylərlə)
bağlı olduğu bir daha vurğulanır. Qədim türklərin təfəkküründə yel
Tanrı statusu qazanmışdır. Yelin Tanrı möhtəşəmliyinə yüksəlməsi
onu xalqın yaratdığı şifahi ədəbi nümunə və mərasimlərdə
əbədiləşdirmişdir.
Yelin ilahiləşdirilməsi xalq düşüncəsinin məhsulu olan əfsanə,
rəvayət, mif, nəğmə, mərasim və s. folklor janrında qorunub
saxlanılıb.
Yelin (küləyin) təbiət proseslərində, insanın həyat və məişə-
tində əvəzsiz əhəmiyyəti vardır. Yetişdirdiyi məhsulu xırmanda
döymüş zəhmətkeş insan taxılı, saman və küləşdən təmizləmək
üçün Tanrıdan yel (külək) diləyir:
A Yel baba, Yel baba,
Qurban
sənə, gəl baba.
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı.
179
A Yel baba, Yel baba,
Qurban
sənə, gəl baba.
Xalqımızın yellə (küləklə) bağlı min illər ərzində düzüb-
qoşduğu bəzi ədəbi nümunələrə, ötəri də olsa, diqqət yetirək.
«Xırman sovrulandan sonra ilk buğda götürənin oğlu olar»,
«Yel çərşənbəsi gecəsi söyüd ağacının altında gedib niyyət elə və
Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və
söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər».
(inanclar),
Əl ilə tutmaq olmaz,
Göz ilə görmək olmaz. (Yel)
Hər yan ələk-vələkdir,
İşi tamam kələkdir.
Dəyirmana can verər,
Xırmana da gərəkdir. (Yel) (tapmaca)
«Yel əsməyincə, yarpaq tərpənməz»,
«Yel apardığın qaytarmaz». (atalar sözü)
Yel əsdi yurdum üstə,
Toz düşdü qurdun üstə.
Yurd üçün baş qoyanı,
Sən bizim eldən istə.
(bayatı)
Tufan qopar, yel ağlar,
Çaylar daşar, sel ağlar
Qəriblikdə ölənin
Yasın tutar, el ağlar
(ağı)
Xalqımızın empirik təfəkkürünə görə, ilin sonuncu çərşənbəsi
torpaq çərşənbəsidir. Bu inamda bulunan xalq son dərəcə haqlıdır.
180
Təbiətin digər komponentlərinə nisbətən torpaq qış yuxusundan
gec oyanır.
Torpaq planetin ən böyük və zəruri komponentidir. Digər
komponentlər torpağın üstündə yerləşir və onun qoynunda intişar
tapır. Torpağın oyanışı ilə ilin təzələnməsi əyaniləşir. Digər üç
ünsürün (su, od, yel) dirçəlişi ilin təzələnməsini hələ tam ortaya
qoya bilmir. Torpağın oyanışı bütövlükdə təbiəti cana-qana gətirir.
Bu səbəbdən xalq bu çərşənbəyə «İlaxır çərşənbə», «Torpaq
çərşənbəsi», «Yer çərşənbəsi» deyibdir. Torpağa gəlmiş hərarət
suda və havada duyulur. Donmuş torpağın canı-qanı isinir. Dir-
çəlmiş torpaq şumlanır, əkin hazırlanır. Torpağın oyanmasına
insanlar daha çox sevinir. Əcdadlarımız inanıblar ki, torpağın
dirçəlişi suya, oda və yelə daha çox hərarət bəxş edibdir. Xalqın bu
inamı onun mifik düşüncəsində əbədiləşdirilmişdir.
Özündən əvvəlki gerçək mənəvi sərvətləri mənimsəmiş «Aves-
ta»da torpağa münasibətdə varislik hissi qorunub saxlanılmışdır.
«Avesta»da torpaq canlı varlıq kini təqdim olunur. Torpaq insanın
ilkin yaradıcısı –ana bətni kimi təsvir və təsəvvür olunubdur.
«Avesta» inamına görə, şər allahı Əhrimən Qayomardı öldürür.
Qayomardın sol qabırğasından iki damcı tər torpağa düşür. Bu
damcılardan kol-revac göyərib qalxır. Doqquzuncu ayda kollarda
düyməciklər əmələ gəlir və birləşir. Bunlardan ilk insanlar yaranır.
50 il müddətində ilk kişi və qadın bir-birlərinə toxunmadan ömür
edirlər. 50 ildən sonra şər təmsilçisi Əhrimən qoca kişi görkəmində
onlara yaxınlaşıb, meyvə yeməyə və cinsi münasibətdə olmağa
tamahlandırır. Bundan sonra dünyaya yeni insan gəlir.
Mahiyyətcə bu mifə yaxın olan digər bir mifdə göstərilir ki,
Qayomard ölümdən əvvəl torpağa toxum qoyur. Həmin toxum 40 il
günəş işığında qalandan sonra ondan revac kolları əmələ gəlir. Bu
kollar insan formasına düşürlər. Maşya və Maşyana insanların ilk
əcdadları olublar (77).
Bu miflərdən görünür ki, torpaq bəşərin ilkin rüşeymini
canlandıran, dirildən bir varlıq kimi dərk olunubdur. Ölüm-dirim
181
dualizmi həyatın və bəşərin yaranması və inkişafıdır. Qayomard
ölməsə, insan nəsli yaranmazdı. Təbiət ölməsə, yenidən dirilə
bilməz.
«Avesta»da dilə gələn torpaq insanlara buyurur ki, ondan hər
vasitə ilə istifadə etsinlər, ona əmək sərf edib, ondan layiqincə
faydalansınlar. Torpaq insanoğluna müraciət edərək deyir ki, ey
insan, sən məndən ikiəlli yapışıb, məni layiqincə becərsən, mən
yorulmaq bilmədən sənin üçün istədiyin neməti yaradaram, sənə
bol ruzi, bol məhsul verərəm. Əgər belə etməsən, torpaq üzərində
əməyin olmasa, dilənçilərə qarışıb özgələr qapısında boyun bükə-
cəksən. Sənin qiymətin zəngin evlərin tullantısı olacaqdır (77, 89).
Sonuncu çərşənbə sayılan torpaq çərşənbəsi digər çərşənbələr-
dən fərqli olaraq daha təntənəli keçirilir. Axırıncı çərşənbə özü-
nəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur.
Soyuqdan-şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini
çəkmiş insan qışı yola saldığına sevinir, sevincini-şadlığını bayram
səviyyəsinə qaldırır. Bir çox regionlarda ilaxır çərşənbənin təntə-
nəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən
bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına
gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu
suya danışar və sudan dilək diləyərlər.
Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Ton-
qallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz
tutur, evlərə torba atılır, qız-qadınlar qulaq falına çıxırlar. Axır çər-
şənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada cama-
atın gur yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyun-
ları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər
edirlər. Qız qadınlar ev-eşikdə təmizlik işlərinə başlayar. Ev-eşik
silinib təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə
varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.
Kişilər də həyət-bacadə əsaslı işə başlayar. Bağ-bağat, həyət-
bacaya əl gəzdirərlər, səliqə-sahmana salınar. Bağ-bağatda ağac-
ların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi
Dostları ilə paylaş: |