125
şuna görə xlorofilin insan orqanizminə çox oxşadığını qeyd edirlər.
İnsan orqanizmi xlorofildən hemoqlobin emal etmək xüsusiyyətinə
malikdir. Hemoqlobin də orqanları, hüceyrələri və toxumaları
oksigenlə təmin etmək üçün son dərəcə vacibdir. Səməninin bütün
xəstəliklərə dərman sayılması heç də təsadüfi olmayıb. Tibbi
baxımdan səməninin bir üstünlüyünü də qeyd etmək yerinə düşərdi.
Səməninin tərkibində olan şəkər bu gün elmdə maltoza adlanır.
Maltoza yalnız səməninin tərkibində olur. Ona səməni şəkəri də
deyilir.
Səməninin bu özəlliklərini həssaslıqla duyan ulularımız
deyirdi:
Başım, dişim ağrımasın,
Ağrılarım yarımasın,
Düşmənlərim qarımasın,
Cancığazım üzülməsin,
Gözlərimə süzülməsin.
Səməni, ay səməni,
Göyərdərəm mən səni.
Səməni, can səməni,
Gözlərimə işıq ver,
İşıq ver, yaraşıq ver,
Dizimə taqət gəlsin,
Qoluma qüvvət gəlsin (41, 39).
Qışın soyuq-sazağından, təbii qidasızlığından üzülmüş insan
gözünə işıq, dizinə taqət, qoluna qüvvət gəlsin deyə səməni be-
cərib, onun şirəsindən və halvasından faydalanıbdır.
Səməni qışın məşəqqətindən canından bezmiş insanların canına
can, damağına dad gətirib. Səməni şirəsindən və halvasından hər
kəs dadmalı, yeməli idi. Qışın çətinliklərindən canı üzülmüş
insanların səməni məhsulundan daddıqdan sonra bədənlərinə həra-
rət, gözlərinə işıq, canlarına can, bədənlərinə təzə qan gəlir.
126
Göründüyü kimi, səməni, sadəcə, yaşıllıq rəmzi olmayıb. Bəzi
tədqiqatçılar səmənini əkinçiliyin simvolu kimi dəyərləndiriblər.
Səməni nəsil artırma və məhsuldarlıq simvolu da sayılıb. Uzun
illərin müşahidə və təcrübəsinə yiyələnmiş xalqda belə bir inam var
idi ki, uşağı olmayan qadınların səməninin köməkliyi ilə çilləsi
kəsilərdi. Bu ayin zamanı qadının başına göyərdilmiş səməni qo-
yulur, bir qadın qaba su tökür, digər qadın isə qabdan yerə tökülən
suyu qayçılayır və təkrarən deyirdi: «Ay bunu göyərdən, bu gəlini
də göyərt». Biz səməninin yazın və əkinçiliyin rəmzi olduğunu
inkar etmək fikrində deyilik. Ancaq bu fikirlə səməninin həyat və
can şirəsi, sağlamlıq məhsulu olmasını kölgələndirmək də
istəməzdik.
Xalq səmənini «Səm» və «Səm-səmim» kimi də əzizləmişdir:
Açdı çiçək,
Gəldi yaz.
Eylədi
Dağlar avaz.
Qar üzəri
Səm oldu.
Hər tərəf
Səm-səm oldu.
Dağda çiçək,
Səm-səmim.
Bağda çiçək,
Səm-səmim.
Bəyaz gülüm,
Naz gülüm,
Dərdə dərman
Yaz gülüm.
və ya
Dağlarda çiçək,
A səm-səmim.
127
Özəyi kövrək,
A səm-səmim,
Ləçəyi göyçək,
A səm-səmim,
Dərdlər dərmanı,
Ellər loğmanı,
Bəyaz çiçəyim.
İlk yaz çiçəyim (22, 45).
Burada əzizlənən «Səm-səmim» səmənidir. Bu məntiq sovet
dönəmində nəşr olunmuş Azərbaycan ensiklopediyasında da (ASE)
təsdiqlənib: «Qədim azərbaycanlılar səm çiçəyini yazın başlanması,
təbiətin dirçəlməsi rəmzi saymış, onun ömür uzatmaq qabiliyyətinə
malik olmasına etiqad etmişlər» (3, 378). Çox güman ki, səmənini
əzizləyən, oxşayan xalq ona belə müraciət etmişdir. «Avesta»dakı
Hauma (hum) içkisi «Səm-səmin» – səməninin ekvivalentidir.
«Avesta»da göstərilir ki, Zari qauna (qızıl rəngdə) olan bitki dağda
bitir. Onun şirəsi məstedicidir. Onda sağlamlığı qoruyan, ömrü
uzadan, ölümü yaxın qoymayan xüsusiyyətlər mövcuddur. IX
Yasnada, Vivaxvant, Atvya, Trita və Paruşaspın ilk dəfə Hauma
bitkisinin şirəsini çıxarmasından danışılır. Bunun əvəzində onların
hər birinə bir oğul mükafat verilir.
Zərdüşt elə Haumanın şirəsini çıxaran Paruşaspın oğludur.
«Avesta»da həyat ağacının (dirilik ağacının) çiçəklərinin adı
«Xaom-hum» idi.
«Avesta»da «Humyəşt» adlı ayrıca fəsil vardı. Onu da vurğu-
layaq ki, hum barədə digər fəsillərdə də geniş söhbət açılır. Bir çox
yerdə Zərdüştə sitayişdən sonra huma sitayiş olunur. «Ramyəşt»
fəslinin beşinci bölməsində bu sitayiş açıq – aydın görünür. «Salam
olsun müqəddəs Zərdüştə», «Salam olsun Huma», çünki bütün
şərabları qəzəb silahı müşayiət etdiyi halda, müqəddəs hum səadət
və xoşbəxtlik gətirir». Elə həmin hissədə bir daha deyilir: «Sitayiş
edirəm, Zərdüştü şad etmək üçün hum və pərahumu nəzir verirəm»
128
(31, 45). Bu çiçəklər yazda açırlar. Xaom çiçəyinin «Avesta»dan
çox qabaq, həm də «som», «səm» olması barədə fikirlər
mövcuddur.
M.Təhmasib də xaom çiçəyinin «Avesta»dan əvvəlki adının
som, «səm» olduğunu qeyd edir (50). Bir çox mənbələrdə «səm»
(səməni) «yasim» və «yasəm» kimi yazılıb.
Səməninin yaranma dövrü və məkanı barədə dəqiq və şəffaf
məlumatlar olmasa da, ancaq diqqətiçəkən bilgilər vardır.
Qədim yunan tarixçisi Plutarx (e.ə. 42-126-cı illər) midiyalı-
ların taxılı müqəddəs hesab etmələrini, ondan ilin başlanğıcında
«Omami» adlı yemək hazırladıqlarını qeyd edir (64,61). Araşdırı-
cıların bəziləri «səməni» sözünün e.ə. birinci minillikdə sanskrit
dilində sumani – buğda mənasını verdiyini yazırlar. Bu fikirin doğ-
ruluğuna şübhəmiz yoxdur. Ancaq şimali Hindistanda bu sözün
işlənməsi həmin bölgəyə qədim Midiya və İran ərazilərindən miq-
rasiya etmiş atəşpərəstlərlə bağlı olduğu daha çox ağılabatandır.
Səməni mərasimi barədə yekun olaraq deyə bilərik ki, onun
keçirilməsində iki məram güdülübdür. Birincisi, səməni yazın
gəlməsi, yaşıllığın dirçəlişi rəmzi olaraq göyərdilir. İkincisi, səməni
sağlamlıq mənbəyi sayılıb. Qışın məşəqqətlərindən üzülmüş
insanların canının-qanının dirçəlişi üçün səməni suyu və halvası
əvəzsiz bir nemət kimi dəyərləndirilib.
Novruz süfrəsinin keçirilən tədbirlər içərisində əlahiddə yeri
vardır. Novruz süfrəsi, sadəcə, yeyib-içmək naminə, süfrə açmaq
xatirinə keçirilmirdi. Düzdür, bu süfrədə Azərbaycanın milli
mətbəxinin nümunələri əks etdirilirdi. Novruz süfrəsi rəngarəngliyi
və zənginliyi ilə zaman-zaman seçilib. Novruz süfrəsini təşkil edən
milli xörək və şirniyyatlar insanlarda fiziki dirçəliş yaradıb. Bioloji
cəhətdən bərpa olunmuş insanda bayram əhval-ruhiyyəsi də
yaradır. Orta əsr mənbələrinin verdiyi məlumata görə, süfrəyə 7
növ (löyün) xörək düzülərdi. Bu məhsulların hamısının «s» hərfi ilə
başlandığı da qeyd olunur. Bu adı «s» hərfi ilə başlayan yeddi
məhsul da adi məhsullar deyildir. Məsələn, süfrədə səməni,
Dostları ilə paylaş: |