129
sarımsaq, sumaq, sirkə və s. olardı ki, bunların hər birinin tərkibi
yüksək kalori ilə zəngindir.
Bəzi tədqiqatçılar islama qədərki tarixdə bu məhsulların «s»
hərfi yox, «ş» hərfi ilə başladığını yazırlar. «ş» səsi ilə başlayan
sözlərin «s» ilə əvəz olunmasının səbəbini araşdırıcılar süfrədə «ş»
səsi ilə başlayan şərabın olmasında görürlər. Məlumdur ki, islam
dininə görə, şərab haramdır. Bu mülahizə də inandırıcı görünür.
Belə ki, süfrədə şam, şərbət, şirni, hətta şərabın olması da
ağlabatandır. Bu məhsulların da hər biri özlüyün də qüvvətləndirici,
hərarətgətirici gücə malikdir. İnandırıcıdır ki, şərabı süfrədən
uzaqlaşdırmaq üçün bütünlüklə süfrəyə «s» hərfi ilə başlanan
məhsullar qoymaq məsləhət bilinibdir. Bu mülahizənin tərəfdarları
Novruz süfrəsində lap qədimlərdən şərbət, şirni və şamın olduğunu
israrla qeyd edirlər. «ş-s» səslərinin yerdəyişməsinin əleydarlarının
fikrincə, bu fonetik dəyişikliklə bağlıdır. Onların mülahizəsinə
görə, güney azərbaycanlılarının zaman-zaman şimala miqrasiyası
nəticəsində ş-s əvəzlənməsi baş vermişdir. Bu fikrin tərəfdarları
qeyd edirlər ki, şimalda yaşayan azərbaycanlıların «ş» kimi tələffüz
etdiyi sözləri güneylilər «s» ilə tələffüz edirlər. Onların mülahi-
zələrinə görə, bu fonetik dəyişiklik adıçəkilən ərazilərdə islam dini
yayılmamışdan çox-çox əvvəl baş vermişdir (31, 112-113).
Əslində, bu mülahizə heç cür inandırıcı görünmür. Bircə anlıq bu
fonetik dəyişikliyə diqqət yetirsək, mülahizənin inandırıcı olmadığı
ortaya çıxacaqdır. Onda şirni-sirni, şam-sam, şərbət-sərbət olmalı
idi. Bu məsələ ilə bağlı gəldiyim qənaət belədir. Fars və tacik
xalqları Novruz süfrəsinə qoyduqları ərzaq məhsulları «ş» səsi ilə
başlayır. Məsələn, şir (süd), şərbət.
Novruzun inkişaf tarixini ilk yazıya alanlardan olan Ə.Biruni
də yeddi ləvin məsələsinə diqqət yetirmişdir. O, qablara yeddi
neməti necə düzməyi təsvir etmişdir. Ə.Biruninin yazdığına görə,
bu yeddi nemət yeddi rəngin rəmzi olmalıymış (67).
Yeddi ləvinlə bağlı görkəmli şərqşünas alim Aidə İmanqu-
liyeva da maraqlı tədqiqatlar müəllifidir. O, bu barədə yazır: «Bu
130
adətin (yeddi cür yemək nəzərdə tutulur) kökləri islamdan əvvəlki
dövrlərə gedib çıxır və yeddi mələyin adı ilə bağlıdır» (67).
Yeddi ləvin məsələsi ilə bağlı Azərbaycanda mövcud olan bir
özəlliyi də qeyd etmək yerinə düşərdi. Son çərşənbə axşamına
Azərbaycanda «Yeddi ləvin gecəsi» (Əhliman Axundov) də
deyilib. Türkiyənin İğdır vilayətin də 20 mart gecəsini yeddi ləvin
gecəsi kimi tanıyıblar (69, 48).
Bu məqamda bir məsələni də qeyd etmək yerinə düşərdi.
Novruz sistemində 7 rəqəminə özəl bir münasibət vardır. Novruz
süfrəsində «s» hərfi ilə başlayan 7 növ ərzaq məhsulunun qoyul-
ması, 7 şamın yandırılması, tonqalın üstündən 7 dəfə tullanmaq, 7
taxıl növünün (arpa, buğda, darı, qarğıdalı, noxud, mərci, lobya)
göyərdilməsi, süfrəyə 7 dəstə üzərliyin qoyulması, orta əsrlərdə
Novruz bayramının 7 gün qeyd olunması 7 rəqəminin bu sistem-
dəki xüsusi yeri olduğunun əyani təsdiqidir. Belə bir inam da
mövcuddur ki, Novruz axşamı evdə olmayan 7 il sərgərdan düşər,
doğma ocağında ola bilməz.
Praktik baxımdan deyək ki, «s» hərfi ilə başlanan ərzaq və
insanın qida məhsullarını təşkil edən dənli bitkilər əsas qida məh-
sulu olmaqla bərabər, sağlamlıq və enerji mənbəyidir.
Mifik düşüncəyə görə, dünya 7 günə yaranıb. Artıq orta əsrlər
təqvimində həftənin günləri də 7 müəyyən edilmişdir.
Novruz süfrəsində şəkərbura, paxlava, qovurğa, ləpə, püstə,
badam, meyvə quruları, kişmiş və s. olur.
Aş təkcə azərbaycanlıların yox, bütövlükdə türk dünyasının
xörəklərinin şahı olduğundan Novruz süfrəsinin də lideri sayılırdı.
Xalqımız bu gözəl ənənəni indi də davam etdirir. Novruz süfrə-
sində aş ən nüfuzlu yemək sayılır. Aşın da Azərbaycanda müxtəlif
növləri var. Hər region və hər bir ailə ənənə, zövq və özəl maraq-
larına uyğun olan aş bişirər. Süfrənin mərkəzi hissəsinə səməni
qoyular, şam yandırılar. Ailə üzvlərinin hamısı süfrə ətrafında
oturardı.
131
Azərbaycanda Novruzun digər ayin və mərasimlərində olduğu
kimi, bayram süfrəsində də hər bir regionun spesifik xüsusiy-
yətlərindən irəli gələn müxtəliflik, orijinallıq hökm sürür. Hər bir
zonanın özünəməxsus çoxçeşidli xörəkləri, növbənöv şirniyyatları
vardır. Xəzər sahilində yerləşən Lənkəranda bayram süfrəsinə
ziyad balığının ləvəngisi, Ordubadda meyvə qurularının qoyulması
dediklərimizə nümunədir.
Novruzda keçirilən dəbdəbəli mərasimlərindən biri «Xan
bəzəmə»dir. Əvvəlcə bu mərasimin keçirilmə proseduruna diqqət
yetirək. El-oba camaatı geniş bir meydana yığışır. Camaat zahirən
gözəgəlimli, mənən müdrik olan bir şəxsi «Xan» seçir. Həmin şəxsi
xan libasında geyindirirlər. Başına şahlıq tacı qoyurlar. Meydanın
baş tərəfində şahalayiq bir taxt qururdular. Şahın sağ-solunda
əsabələri, vəzir, vəkili, nökər-qulluqçuları olurdu.
Xanın sağ-solu səməni və xonçalarla bəzədilir. Xan taxt-
tacında ciddi və rəsmi bir görkəm alaraq işə başlayır. Onun verdiyi
«əmrlər» müzakirəsiz yerinə yetirilir. «Xan»ın əmri əsasında el-
obanın məişət problemləri həll olunur, küsülülər barışdırılır,
imkansız, köməksiz ailələrə bayram payları aparılır. Xan üç gün
ərzində el-obanın «hakimi-mütləqi» sayılır. Həmin günlərdə bütün
işlərin icrasına xan rəhbərlik edir. Xan kəndin yollarını, su arx-
larını, dəyirmanlarını təmir elətdirir, uzun müddət əhalinin nara-
hatlığına səbəb olan problemlərini aradan qaldırır. Sonuncu gün
xan gördüyü işlər barədə camaata hesabat verir. Meydanda camaat
hamılıqla şənlənir. Hər kəs nəyi bacarırsa, onu da edir, kimi çalıb
oynayır, kimi güc nümayiş elətdirir, güləşir. Meydana yığışmış
camaatı xanın təlxəyi də şənləndirir. Təlxək min bir hoqqadan çıxır
ki, xanı güldürə bilsin. Gülmək isə xana yaraşan hal deyildir.
«Xan» gülsə idi, onu suya basar, məsxərəyə qoyar və taxt-tacından
uzaqlaşdırardılar. «Xan»ın əmrinə əsasən meydana bir qab qoyu-
lardı. Xanın göstərişi ilə camaat ora «xələt» atardı. Bəzi yerlərdə
«Xan» üc gün taxt-tacını qoruyub saxlaya bilərdisə, bu «xələt «ona
çatardı. Bəzi bölgələrdə isə yığılan «xələt», pay-pülüş el-obanın
Dostları ilə paylaş: |