142
dünyabaxışı, əxlaqı, mənəviyyatı, məişəti və digər dəyərləri hələ də
bu sistemdə qorunub saxlanılıb. İlaxır çərşənbə və Novruzda qapı-
lar, darvazalar açıq olar, heç kəs ev-eşiyinin qapılarını bağlamazdı.
Həmin günlərdə hamı öz ev-eşiyində, od-ocağında olmalıdır. İlin
əziz günlərində adamlar yalnız xoş sözlər danışardılar. Həmin
günlərdə qız-gəlinlər qulaq falına çıxardılar. Bu ayinə «qapıpusma»
da deyirlər.
Son çərşənbə və Novruz mərasimlərinin şad-xürrəm, təntənəli
qeyd olunmasında cavanların və uşaqların fəal iştirakı ilə keçirilən
oyun, tamaşa və mərasimlərin ayrıca yeri vardır. İlaxır çərşənbə və
Novruz günlərində el-obanın cavanları və uşaqları gecələr dəstə
halında evlərə baş vurarlar. Dəstə-dəstə olub evlərə torba atır, şal
sallayırlar. Bu mərasim müxtəlif dönəmlərdə bəzəkli yun corabla,
torba və şal ilə yerinə yetirilib. Ev sahibi atılan torbaya, corab və ya
şala bayram payı qoyardı. Bu mərasim həm də özəl bir incə
məqamı gerçəkləşdirmək niyyəti ilə də həyata keçirilibdir.
İstədiyi qızın evinə torba, ya şal atan cavan, arzu və niyyətini
bildirmək üçün torba və ya şalın ucunu düyünləyirdi. Qızın
valideynləri oğlanı ürəkdən bəyənərsə, bu işin gələcəyinə ümid
edərlərsə, düyünü açıb qızın biləyinə bağlayarlar. Əgər razı olma-
salar, bayram payı ilə şalı verərdilər.
Azərbaycanın bir çox regionlarında son çərşənbəyə, bəzi böl-
gələrdə isə Novruzdan əvvəlki günə «baca-baca» deyilir.
Türkiyənin İğdır bölgəsində həmin gün «uşaq bayramı günü»
kimi daha çox tanınır (69, 53).
Qənaətimizə görə, son çərşənbənin müəyyən bir mərhələsinə
«baca-baca» deyilir. Birinci «baca-baca» sözünə diqqət yetirək.
Baca sırf türk mənşəli bir sözdür. Yaxın keçmişə kimi dam evlə-
rində baca olurdu ki, qalanmış ocağın tüstüsü oradan çölə çıxardı.
İlaxır çərşənbə və Novruz günlərində şənlik keçirən cavanlar və
uşaqlar kəndi baca-baca gəzər, torba, şal və ya bəzəkli, təzə toxun-
muş yun corablarını həmin bacadan sallayardılar.
143
Uşaqlar günün qulağı batandan ev-ev gəzməyə başlayardılar.
Dəstə-dəstə evləri gəzib bayram payı toplamış uşaqlar evlərin
birində bayram şənliyini keçirərdilər.
Uşaqların evbəev gəzmə mərasiminə el arasında «baca-baca»
deyilib. Bu mərasimə böyüklər çox vaxt uşaq bayramı kimi müna-
sibət bəsləyiblər.
O da doğrudur ki, son çərşənbə və Novruz günlərində uşaqlar
daha fəal olurlar. Onlar böyüklərdən daha çox deyib-gülür,
şadlanır, bayram keçirirlər.
İlaxır çərşənbə və Novruz günlərini cavanlar və uşaqlar böyük
həvəs və maraqla keçirirdilər. Atçapma, güləşmə, miloynatma,
oxatma yarışları, zorxana tamaşaları, çövkən, qəpəq oyunlarını
əhali maraqla qarşılayırdı. İlaxır çərşənbə və Novruz günlərinin
kütləviliyini də meydan tamaşaları və xalq oyunları təşkil edirdi.
Azərbaycan mərasim şənlikləri, zorxana və uşaq oyunları sayca
müxtəlif, məzmunca zəngindir. Mərasim şənliklərinin sayı-hesabı
bəlli deyildir. Mərasim şənlikləri birbaşa kainat və planet ünsürləri
– od, su, hava, torpaq və başqa təbiət hadisələri ilə bağlıdır.
Təkcə zorxana oyunlarının doqquz növü vardır.
Musiqi ilə müşayiət olunan zorxana oyunları tamaşaçıda şən
əhval, şux ovqat yaradıbdır. Qurşaqtutma komik, məzəli səhnələrlə
diqqəti cəlb etmişdir.
Uşaq oyunları özündə milli adət-ənənələri, mənəvi-əxlaqi də-
yərləri birləşdirir. Bu oyunlarda idman hərəkətləri cəldlik, çeviklik,
mübarizlik və hünər aşılamışsa, söz, deyim, ritm, musiqi və oxuma
mənəvi aləmin zənginliyinə xidmət etmişdir.
Cıdır, zorxana, kəməndatma, qılıncoynatma, kəndirbaz, qoç,
buğa və dəvədöyüşdürmə kimi meydan tamaşaları bayram gün-
lərinin ən maraqlı törənlərindən olmuşdur.
Cıdır tamaşalarının əsas iştirakçıları igidlər olurdu. Yaxşı at
çapmaq hünər hesab edilirdi. Atçapma yarışlarında bütün el-oba
yığışardı. Qalib gələnlərə el-oba arasında böyük ehtiram bəslənərdi.
Novruz günlərində keçirilən cıdır tamaşalarında atları cıdıra
144
hazırlayan cavanlar, atları minib sürəcək cavanların yaxınları, hətta
cıdırda atlanacaq cavanların nişanlıları belə müxtəlif nəğmələr
oxuyardılar. Oxunan nəğmələrdə cıdırçı alqışlanar, ona uğurlar
dilənərdi:
Çaparaq
atım,
Çap, çap.
Cıdır atım,
Çap, çap.
Ötən gəlib
Yetişdi.
Tap, tap.
Çapar
atım,
Çap, çap,
Çap, çap.
Novruzda keçiriləcək cıdır tamaşalarına hazırlıq kiçik çillədən
başlanardı. El arasında belə bir inam var idi ki, kiçik çillənin ilk
günü sübh tezdən suvarılan at cıdırda dala qalmaz, qalib gələrmiş
(20, 61).
Novruz mərasim tamaşalarının ən geniş tamaşaçı marağı
qazananlarından biri zorxana oyunlarıdır. Son çərşənbə və Novruz
günlərində açıq havada göy otun üstündə keçirilirdi. Camaat
meydanı dövrəyə alar, dairə çəkilərdi. Güləşçilərin ayağı cızıqdan
çıxmamalı idi. Əgər güləşçinin ayağı cızıqdan çıxsaydı, oyun
yenidən başlamalı idi. Zorxanada müxtəlif oyunlar nümayiş
etdirilirdi. Bu oyunların ən geniş yayılanlarından biri milatma
tamaşası idi. Oyunçular əlinə bir mil alıb başının üstünə qaldırardı.
Dumbul və ya nağara çalınardı. Dumbul və nağaranın ahənginə
uyğun mil oynadan milləri hərləyərdi. Oyunçular mili tək əli ilə
yuxarı atıb, yenidən tutardı. Məşhur mil oynadanlar mili qıçının
altından atıb havada tutardı. Axır çərşənbə və Novruz günlərində
zorxanalar səməni, bayram xonçaları, qırmızı xonçalar və b.
şeylərlə bəzədilərdi (20, 62).
Dostları ilə paylaş: |