alqoritmik dillər (ALQOL, FORTRAN, ALQAMS COVIAL, PL/1 və s.); 2)
iqtisadi
informasiyaların еmalı üçün nəzərdə tutulmuş alqoritmik dillər (PL/1 FORTRAN, ALQЕM,
ALYЕK, KOBOL, TOBSOL, RPQ və s.); 3) informasiya, məntiq vеrilənlərin və mətnlərin еmalı
üçün nəzərdə tutulmuş alqoritmik dillər (LIPS, SNOBOL, KOMIT, IPL, ЕPSILON və s.); 4)
modеlləşdirmə, optimallaşdırma və idarəеtmə məsələlərinin həlli üçün istifadə еdilən alqoritmik
dillər (PL/1, ALQOL, FORTRAN, APT, STIMUL SIMKRIT və s.); 5) tеorеmlərin isbatı üçün
işlədilən dillər və s; 6) hərbi məqsədlər üçün istifadə еdilən həqiqi vaхt dilləri KORAL, KORAL-66,
ADA və s.). Göründüyü kimi, univеrsal alqoritmik dillər müхtəlif sahələrə Aid məsələlərin həllində
gеniş tətbiq еdilir. Bu cür dillərin mеydana gəlməsinə səbəb, müхtəlif еlm və tехnika sahələrinin
kəsişməsindən doğan iri komplеks məsələlərin ЕHM-də həll еdilməsi tələbi olmuşdur.
Ümumi proqramlaşdırma dilləri haqqında
Program: Hər hansı məsələni həll etmək üçün komputer dilində yazılmış kodlardər. Yəni biz
məsələni həll etmək üçün komputerdə proqram yazırıq.
Proqramlaşdırma dili:Proqramı yazmaq üçün isə bizə proqramlaşdərma dili lazımdır. Hal-hazırda
çoxlu proqramlaşdırma dilləri var. Məsələn: C,C++,Java,Smaltalk,Pascal,Visual Basic,Visual
FoxPro və s. Proqramlaşdırma dillərin müxtəlif səviyyələri var. Əsasən 5 qrupa ayırırlar:
Çox yüksək səviyyəli dillər və ya vizual dillər :Access,FoxPro,Paradox,XBase,Visual Basic.
Yüksək səviyyəli dillər (Bunlara bəzən alqoritmik dillərdə deyilir):Pascal,Basic,Fortran.
Orta səviyyəli proqramlaşdırma dilləri:C,C++
Aşağı səviyyəli proqramlaşdırma dilləri:Assembly language Maşın dili:Ən aşağı səviyyəli dil olub
0 və 1 lərdən ibarətdir
Bundan başqa proqramlaşdırma dillərini ayrı 2 qrupa bölmək olar: Prosedur proqramlaşdırma dilləri
(Pascal,Basic), Obyekt yönümlü proqramlaşdırma dilləri (C++,C#,Java,Smaltalk ).
Hər hansı proqramlaşdırma dilini istifadə etmək üçün isə bizə ilk növbədə kompilyator lazımdır.
Kompilyator olduqdan sonra biz öz proqramımızı mətn redaktorunda(Məsələn: Notepad) yaza
bilərik. Lakin çox biz İDE yəni proqramlaşdırmanın inteqrallaşmış mühitindən istifadə edirik. Sadə
dillə desək,bizə bir mühit verilir,orda komponentlər olur və bunlardan istifadə edərək biz öz
proqramımızı yazırıq.Və ən əsası proqramlaşdırmanı öyrənməyin yolu proqram yazmaqdır (təkcə
oxumaqla proqramist olmaq olmaz). İngiliscə daha yaxşı çıxır. Learning programming is
programming.
Müasir proqramlaşdırma dilləri – hansı daha yaxşıdır?
Müasir zamanda bir çox proqramlaşdırma dilləri və mühitlər mövcuddur. Bu da öz
növbəsində texnologiyanı seçmək barədə qərar verməkdə çətinlik törədir. Bəs hansı texnologiyanı
seçmək daha məqsədəuyğundur? Hansı proqramlaşdırma dilini öyrənmək daha vacibdir? Bəlkə də
ilk baxışdan əsasən aşağı kurs tələbələri üçün bu sual mübahisəli görünür. Təcrübələr göstərir ki,
hal-hazırda müasir proqramçı Pascal, C, C++, Perl, PHP, javascript, C# (Si Şarp), Java dillərinin
hamısını bilməlidir. Belə bir sual verə bilərsiniz ki, “Nə üçün bu dillərin hamısını bilməliyik? Axı bu
kifayət qədər böyük siyahıdır?”.
Pascal dili tədris üçün ideal dildir. Əslində Pascal dili məhz bu məqsəd üçün yaradılmışdır.
Alqoritmləri öyrənərkən Pascal dilində proqram yazmaqla məsələləri həll etmək çox rahatdır.
Alqoritmlərin tərtib olunması qaydalarını, mövcud olan klassik alqoritmləri hər bir proqramçı
bilməlidir (yeri gəlmişkən bu sahədə ən yaxşı kitablardan ikisinin adını demək istərdim: D.E.Knuth
– Art of programming və Thomas H. Cormen,Charles E. Leiserson,Ronald L. Rivest – Introduction
to Algorithms). Bir çox kitablarda alqoritmlərin realizasiyası psevdo-proqramlarla göstərilir.
Psevdo-proqramlar sanki Pascal dilində yazılmış proqramlara bənzəyir.
C proqramlaşdırma dili Unix əməliyyatlar sistemi üçün AT&T Bell Labs. lobarotoriyasında
Dennis Ritçi (Dennis Ritchie) tərəfindən yaradılmışdır. Sintaksisinin rahatlığına görə C dili qısa
zamanda məşhurlaşmış və proqramçıların ən sevimli dillərindən birinə çevrilmişdir. C dili hal-
hazırda ən çox sistem proqramlaşdırması üçün istifadə edilir. Linux əməliyyat sisteminin nüvəsi
(kernel) C dilində yazılmışdır.
C++ dili C dilindən sonra Bern Straustrup(Bjarne Stroustrup) tərəfindən yaradılmışdır. C-
dən ən başlıca fərqi ondadır ki, C++ obyekt-yönümlü (Object Oriented) proqramlaşdırma dilidir. Bu
da müasir proqramlaşdırmada ən vacib anlayışlardandır. Praktiki olaraq C++ dilində həm sistem
üçün həm də digər məqsədlər üçün proqramlar yazmaq mümkündür. Bizə çox tanış olan Mozilla
FireFox, MS Word, MS Excel, Notepad, Paint və s. proqramların hamısı C++-da yazılmışdır. Lakin
C++-da verilənlər bazaları(database) ilə işləyən proqramları yazmaq o qədər də rahat deyil. Məsələ
burasındadır ki, verilənlər bazaları ilə işləyən proqramların təyinatı bazada olan verilənlərlə
işləməkdir. Bir çox hallarda bu cür proqramlarda sürət faktoru bir o qədər rol oynamır. Çünki sürət
daha çox verilənlər bazası idarə etmə sistemlərindən(DBMS – Database Management System) asılı
olur. Utilitlərin yazılmasında ən çox istifadə olunan dil C++ dilidir.
Perl ilk olaraq mətnlərin manipulyasiyası üçün yaradılmışdır. Sonralar Perlin imkanları daha
da genişlənmişdir. Hal-hazırda şəbəkə və sistem administratorlarının ən sevimli dillərindən biridir.
Perl-dən veb proqramlaşdırmada(daha çox CGİ) da istifadə olunur. Lakin indiki zamanda veb-
proqramlaşdırma üçün daha rahat vasitələr vardır.
PHP dünyadakı bir çox veb-proqramçıların sevdiyi dildir. Diqqət yetirsək veb-saytların
böyük bir hissəsinin yaradılmasında PHPdən istifadə edilmişdir. PHP öyrənməkdə çox rahat və
genişimkanlı dillərdən biridir. Əsas təyinatı veb-proqramlaşdırmada istifadədir. Lakin son zamanlar
digər sahələrdə də istifadə olunmağa başlayır. Lakin PHP vasitəsi ilə scriptləri yazarkən bəzi
təhlükəsizlik tədbirlərini(SQL İnjection, Remote Code İnclusion, XSS və s.) mütləq nəzərə almaq
lazımdır. Bu tədbirləri nəzərə almadıqda həmin skriptləri çox asan üsullarla sındırmaq mümkün
olur. PHP 5 versiyası çıxdıqdan sonra PHP obyekt-yönümlü proqramlaşdırma dillərindən birinə
çevrildi (əvvəllər OOP-un prinsiplərinə tam əməl olunmurdu).
PHP-də yazılmış proqram serverdə icra olunur və yalnız nəticəsi klientə “göndərilir”. Lakin
bəzən klient tərəfdə(client side) də proqramlaşdırmadan istifadə etmək məcburiyyətində qalırıq.
HTML(HyperText Markup Language) isə adından göründüyü kimi yalnız işarələmə dilidir.
HTMLin öz imkanları vasitəsi ilə heç bir əməliyyat aparmaq mümkün deyil. Bu cür hallarda
javascript bizim köməyimizə çatır. Eyni təyinata malik digər bir texnologiya – VBScript də
mövcuddur. Lakin VBScriptin bəzi imkanları məhduddur. javascript vasitəsi ilə HTML Səhifənin
DOM modeli üzrə bir çox əməliyyatlar etmək, səhifədə interaktiv elementlər(menyular, düymələrin
basılmasında dərhal reaksiyalar və s.) yaratmaq mümkündür. Veb-proqramlaşdırma sahəsində
məşğul olanlar üçün AJAX (Asynchronous javascript and XML) texnikasını da bilmək vacibdir.
Bəzən AJAXı ayrıca bir texnologiya və ya dil kimi qələmə verirlər. Lakin, AJAX javascript və
XML-dən istifadə etməklə bir vasitədir.
Sadaladığımız bu dillərin təyinatları əsasən ayrı-ayrı olduğuna görə onlar arasında
konkurensiya bir o qədər hiss olunmur. Lakin Java və C# arasında böyük bir rəqabət vardır. Bir çox
proqramçılar Javaya bəziləri C#-a üstünlük verirlər. Hər ikisininin özünə məxsus üstün cəhətləri
vardır. Əslində onlara sadəcə olaraq dil kimi yox bir texnologiya kimi baxmaq lazımdır.
Bu texnologiyalar vasitəsi ilə yaradılmış proqramlar ayrıca işləyə bilmirlər. Bu proqramlar
birbaşa olaraq sizin kompüterdə yox virtual maşında işləyir. Bəs virtual maşın nədir? Virtual maşın
– proqram şəklində bir kompüterdir. Həmin virtual maşında işləyən proqramlar virtual maşına
normal kompüter kimi müraciət edir və virtual maşın öz növbəsində həmən müraciətlərə kompüter
kimi reaksiya göstərir. Bir sözlə kompüteri emulyasiya edir. Nəticə etibarı ilə Javada və C#-da
yazılmış proqramları istənilən yerdə, istənilən arxitekturalı kompüterdə, istənilən
əməliyyatlar(Operating System) sistemində işə salarkən eyni cür işləyəcək. Yəni proqram
kompüterin heç bir fiziki vəziyyətdən asılı olmur. Həmən proqramın işləməsi üçün yalnız və yalnız
onun işləyə biləcəyi virtual maşın lazımdır. Java üçün virtual maşın (JRE – Java Runtime
Environment) bir çox əməliyyatlar sistemi və bir çox arxitekturalı kompüterlər üçün mövcuddur.