Microsoft Word anasehife doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə17/38
tarix20.09.2017
ölçüsü0,81 Mb.
#1071
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

 

38

- Mən cavanlığımda Filippində müəllim işləmişəm. Təhsil 



fərqini orda görmüşəm ki, bu ölkədə şagird və tələbələrə hər 

şeyi əzbərlədirlər. Uşaq kitabı qabağıma qoyurdu və sonra 

verilən mətni əzbər, sitat kimi danışırdı. Amerikada mətni əzbərləmək lazım deyil. Mətnə 

analitik yanaşma lazımdır. Biz 

problemə analitik yanaşmağı, problemin təhlilini verməyi öyrədirik. 

Onun sözlərinə görə, Amerika təhsil sistemində azadlıq var, sərbəstlik var. Başqa ölkələrdə 

müəyyən fənlər var, kurs var, hamı həmin kursu öyrənir. Amma Amerikada tələbə öyrənmək 

üçün istənilən fənni seçməkdə azaddır. 

Amerikada valideyn və uşaqların dərsə münasibəti barədə musiqi müəllimi, həmvətənimiz 

Rəna Məmmədlinin dedikləri də maraqlıdır: 

- Amerikalılar bizdəki kimi uşaqları dərslərlə yormurlar. 

Müəllimlərdən də bu, tələb olunur. Ona görə də amerikalı 

uşaqlar hər şeydə bir əyləncə axtarır, həmişə əylənirlər. Birinci 

dəfə eşidəndə mənə təəccüblü gəldi ki, valideyn uşağı dərsdən 

evə aparanda ona ilk sualı belə olur: «Bu gün əylənə bildinmi?». 

Amma bizdə valideyn soruşur ki, ev tapşırığı necə oldu, müəllim 

nə tapşırdı və s. 

Yüksək təhsil sisteminə malik olan Amerika müəllimləri də hər şeydən razılıq etmirlər. 20 il 

orta məktəb müəllimi olub pensiyaya çıxan tanışımız Kani bizə danışdı ki, bizi də dünyanın 

bütün ölkələrində müəllimlərin rastlaşdıqları problemlər narahat edir. Həmin problemlər 

Amerika məktəblərində də var. 

Onun sözlərinə görə, Amerikada müəllimlərin ən böyük problemi uşaqların fikrini yayındıran 

şeylərdir, məsələn, televiziyadır, valideynlərin hər ikisinin işləməsidir. Valideyn dərsdən sonra 

uşaqların qayğısına qalmalıdır. Onlar isə işdə olurlar və belə qayğını göstərə bilmirlər. Bu da 

bütövlükdə ı-Diniyyətdə müəyyən problemlər yaradır. 

Amerika məktəblərində biliyin qiymətləndirilməsi də bizimkindən fərqlidir. Uşaqların 

bilikləri ingilis əlifbasının ilk hərfləri ilə qiymətləndirilir. «A» hərfi alan ən yüksək göstəriciyə 

malik olur- 93-100 bal arası. «B» şagirdin 85-92 bal toplamasının göstəricisidir. Daha zəif 

şagirdlər «C» və «D» ilə qiymətləndirilir. 

Məktəbi bitirən amerikalıların çoxu, bizdəki kimi, ali məktəblərə - universitet və kolleclərə üz 

tuturlar. Yaxından tanış olduğumuz belə universitetlərdən biri - Şərqi Karolina Universiteti 

barədə bəzi faktları xatırlatmaq istəyirik. 

Əsası 1905-ci ildə qoyulan universitet dövlət tərəfindən maliyyələşdirilsə də, burada təhsil 

pulludur. Amma ödəniş fərqləri var. Bu ştatda yaşayanlar təhsil haqqı kimi ildə təxminən 7 min 

dollar ödəyirlər. Başqa ştatlardan gələnlərin təhsil haqqı bir qədər bahadır. Əcnəbilərin isə 

burada bir illik təhsili, ixtisasdan asılı olaraq, təxminən 20-22 min dollara başa gəlir. Amerikalı 

tələbələr bütün sahələrdə olduğu kimi, geyim və davranış məsələlərində də olduqca sərbəstdirlər. 

Kim nə və necə istəyirsə, geyə bilər. Universitetin beynəlxalq proqramlar üzrə direktoru doktor 

Çarlz Layəns bizimlə söhbət zamanı bildiridi ki, burada 22 min tələbə təhsil alır. Universitetdə 

dünyanın 50 ölkəsindən 200 tələbə oxuyur. 

Demək olar ki, hər həftənin cümə günü əcnəbi tələbələr üçün universitetdə görüş-qonaqlıq 

təşkil olunur. Bu tədbirləri universitet maliyyələşdirir. Tələbələr arasında bilik yarışları təşkil 

edilir, maraqlı sərgilər nümayiş olunur, burada təhsil alan ayrı-ayrı xalqların nümayəndələrinin 

milli bayramları qeyd edilir. Bu tədbirlər bir növ valideynlərindən uzaqda yaşayan əcnəbilərin 

darıxmaması üçün təşkil olunur. 

Universitet avtobusları tələbə və müəllimləri ayrı-ayrı ünvanlarda yerləşən korpuslara, eləcə də 

şəhərin ən iri super marketlərinə pulsuz aparır. Bu avtobuslar dəqiq cədvəl üzrə işləyir. Hərəkət 

qrafiki tələbə və müəllimlərə paylanır. Avtobusları, bir qayda olaraq, tələbələr idarə edir və 

əlavə pul qazanırlar. Qeyd edək ki, universitetin ayrı-ayrı strukturlarındakı texniki işlərin çoxunu 

da tələbələr yerinə yetirir. 

Universitetdə bütün tədris prosesi müasir texniki avadanlıqlarla təmin edilir. Tətbiq olunan 

ümumi texnologiyalara elektron poçtlar, elektron kitabxana, müəyyən kurslar üzrə veb - saytlar 




 

39

və s. daxildir. Məsələn, tibb fakültəsinin xüsusi veb – saytları var və müəllimlər materiallarını, 



mühazirə mətnlərini həmin veb – saytlara yerləşdirirlər. Tələbələrin isə həmin veb - saytlardan 

istifadə etmək imkanı var. Bundan başqa, müəllimlər elektron poçt vasitəsilə həmin materialları 

tələbələrə göndərir və onların mənimsəmə səviyyəsini texniki vasitələrlə müəyyənləşdirir, 

biliklərini qiymətləndirirlər. 

Amerikada bizim üçün yenilik olan dərslərdən biri də «on - layn klas» və ya «video-

konfrans» adlandırılan dərslər oldu. Auditoriyada amerikalı tələbələr Qambiyada oxuyan 

tələbələrlə eyni vaxtda internet vasitəsilə dərs keçirdilər. Hər iki tərəfdə tələbələrin bir hissəsi 

yazışır, bir hissəsi isə canlı dialoq aparırdı. Tələbələr bir-birinə istənilən mövzuda sual verirdilər. 

Başqa bir auditoriyada isə İsveçrədə yerləşən universitetin tələbələri internet vasitəsilə 

amerikalı müəllimin mühazirəsinə qulaq asırdılar. 

Şərqi Karolina Universitetinin məsafədən təhsil (Distance edication) proqramının rəhbəri 

Elmer Poo bildirdi ki, internetlə əlaqəsi olan istənilən ölkə ilə bu cür əlaqə sistemi qurmaq olar. 

O, Azərbaycanın da bu sistemə daxil edilməsi üçün elə bir problem olmadığını söylədi. 

Bununçün güclü internet əlaqəsinin, bir neçə kiçik kompüter və video-kameranın oltnası 

kifayətdir. 

Universitetin kitabxanası həftənin dörd günü səhər saat 7.30-dan gecə saat 2-yə qədər, qalan 

günlər isə axşam saat 6-ya qədər açıq olur. 

Adətən kitabxana deyəndə adamın xəyalına toz basmış kitab rəfləri gəlir. Amerika 

kitabxanalarındakı səliqə-sahmana isə ancaq həsəd aparmaq olar. İstənilən şəxs sərbəst şəkildə 

kitabxanaya girə bilər, istənilən kitab və ya sənəddən istifadə edə bilər. Kitabxanada 

kompüterlərdən və internet xidmətindən istifadə də pulsuzdur. Kitabxananın qapısı, sözün əsl 

mənasında, hamının üzünə açıqdır. 

Burada heç kimə əziyyət vermədən istədiyin kitabı kompüterdə tapırsan, onun hansı rəfdə 

olduğunu müəyyən eləyib götürürsən. Ehtiyac varsa, kitabxana işçilərinin köməyindən də 

istifadə etmək olar. Bir sözlə, burada hər şey adamların rahatlığına xidmət edir. 

Tələbə və müəllimlər universitetin əyləncə mərkəzindən istifadə etməkdə də sərbəstdirlər. 

Böyük üzgüçülük hovuzu, saysız-hesabsız idman avadanlıqlar onların ixtiyarına verilib. Əyləncə 

mərkəzindən istifadəyə görə müəllimlər cüzi haqq ödəsə də, tələbələr burada pulsuz dincələ 

bilirlər. Çünki tələbələrin sağlamlığı qayğısına qalmaq da universitetin borcu sayılır. Tələbə-

sağlamlıq mərkəzi bu məqsədə xidmət edir. 

Tələbələr universitetə qəbul olunarkən təhsil haqqı ödəyirlər. Tibbi xidmət haqqı da bura 

daxildir. Ona görə də tələbələr bu mərkəzdə pulsuz müayinə oluna bilər, lazım olan dərmanları 

ucuz qiymətə ala bilərlər. 

Amma bütövlükdə Amerikada səhiyyə xidmətlərindən istifadə olduqca bahalı məşğuliyyətdir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə