32
indiyədək ABŞ-da «xoşbəxtlik dərəcəsi» ilk dəfə belə yüksək səviyyəyə çatıb.
Amerikalıların xoşbəxtlik deyəndə nəyi nəzərdə tutduqlarını söyləmək çətindir. Çünki bu
ölkədə də heç də hamı «yağ içində böyrək kimi» yaşamır. ABŞ-da da işsizlikdən, maaşın
azlığından, evsizlikdən giley-güzar edən kifayət qədər adam var. Amma bütün bu adamların
hamısı dünyanın ən qüdrətli dövlətində yaşadıqları ilə fəxr edirlər.
Deyilənə görə, amerikalıların «xoşbəxtlik səviyyəsi»nin yüksəlməsində 2003-cü ilin
axırlarında Səddam Hüseynin həbsinin də rolu olub. Çünki belə siyasi məsələlər insanların
əhval-ruhiyyəsinə təsirsiz qalmır. Təsadüfi deyil ki, bu ölkədə əhalinin «xoşbəxtlik
səviyyəsi»nin ən aşağı həddi 2001-ci ilin noyabrında - Nyu-York və Vaşinqtonda terror aktları
törədiləndən sonra qeydə alınıb. Həmin vaxt ABŞ sakinlərinin yalnız 37 faizi özlərini xoşbəxt
hiss etdiklərini bildiriblər.
Nə qədər qəribə də olsa, bu ölkənin sakinlərinin az qala hər addımda rastlaşdıqları
bürokratik «sorğu-suallar» onların «xoşbəxtlik səviyyəsi»ni aşağı salmır. Söhbət hansı
bürokratiyadan gedir?
ABŞ demokratik dəyərlər ölkəsi olmaqla yanaşı, həm də ilk baxışda bürokratik görünən
«təlimatlar» diyarıdır. Birləşmiş Ştatlarda anket-məlumat blankı dolduranda, adi bir alqı-satqı
müqaviləsi tərtib edəndə, bir sözlə, az qala hər addımda kənar adama mənasız və gülməli
görünən çoxlu suallara cavab tələb edilir. Və bu tələblər ABŞ-ın demokratik imicinə qətiyyən
xələl gətirmir.
Viza almaq üçün ABŞ səfirliyinə müraciət zamanı doldurulan anketlərin birində belə sual da
qoyulur. «Nə vaxtsa ABŞ-ın terrorçu təşkilat kimi tanıdığı qurumların üzvü olmusunuzmu?»
Mağazadan kompüter alırsan. Hansısa alqı-satqı müqaviləsi hazırlanır və orada da bizim üçün
qəribə səslənən sual qoyulur: «Kompüterdən kütləvi qırğın silahının istehsalı üçün istifadə
etmək fikriniz yoxdur ki?»
Bütün bunlar nədir? Amerika məmurlarının özlərini işgüzar göstərmək cəhdi, yoxsa «kağız
bürokratiyası»na aludəçilik?
Qətiyyən! Amerika anket-məlumat vərəqələrində bu cür «mənasız» sualların çoxluğu təsadüfi
və ya sadəcə, bir bürokratiya nümunəsi deyil. Amerikada güclü və müstəqil məhkəmə sistemi
fəaliyyət göstərir və bizim üçün mənasız görünən bu suallar insanları gələcək məhkəmə
çəkişmələrindən və cərimələrdən xilas etmək üçündür. Çünki bu məmləkətdə ayrı-ayrı
vətəndaşlar və ya ictimai təşkilatlar tez-tez məhkəməyə müraciət edirlər. Məsələn, tutaq ki, filan
firmadan kompüter alan vətəndaş ondan silah istehsalında istifadə edir. Sonradan məsələ
məhkəmə səviyyəsinə qalxanda həmin vətəndaşın vəkili kompüter satan firmaya qarşı iddia
qaldıra bilər ki, firma vətəndaşı vaxtında xəbərdar etməyib. Məhkəmə bu iddiaya baxıb firma
barəsində sərt qərar qəbul edə bilər. Ona görə də firma, necə deyərlər, işini ehtiyatlı tutur...
33
AMERİKANIN YOLLARI
Amerikanın avtomobil yollarını ideal saymaq olar. Xatırladaq ki, hətta vaxtilə bu ölkəyə
səfər qeydlərini yazan sovet jurnalistləri də ABŞ həyatından müsbət şeylər «tapa bilməyəndə»,
heç olmasa yolların keyfıyyətini etiraf etməli olurdular. Ötən əsrin 70-ci illərində məşhur sovet
jurnalistləri Vasili Peskovla Boris Strelnikovun ABŞ-a birgə ekspedisiya çərçivəsində yazdıqları
yol qeydlərinin leytmotivini təxminən belə bir cümlə təşkil edirdi: «ABŞ-da mövcud olan ən
yaxşı şey elə yollardır...».
Təbii ki, o müəlliflər də bilirdilər ki, ABŞ-da yalnız yollar yaxşı deyil. Sadəcə, o dövrdə belə
yazmağa məcbur idilər.
Bununla belə, Avropanı gəzənlərin qənaətinə görə, məsələn, Amerikanın yolları keyfıyyətcə
Almaniya yollarından geri qalır. Buna baxmayaraq, fıkrimizcə, amerikalı sürücülərin
şikayətlənmək üçün əsası yoxdur. Maraqlıdır ki, ABŞ-da şəhərlərarası şoselərdə əsas yola çıxan
ikinci dərəcəli yollar, bir qayda olaraq, perpendikulyar birləşmir. Ona görə də ikinci yoldan baş
yola çıxan sürücünün gözləməsinə ehtiyac qalmır. Belə sürücülər əsas yolda onun üçün nəzərdə
tutulan xəttə çıxır və necə deyərlər, ümumi axma qoşulurlar. Bu isə təhlükəsizlik baxımından
çox əhəmiyyətlidir.
Bir də Amerikada «kənd yolu», «dağ yolu» kimi məfhumlar yoxdur. Ölkənin hər yerində
yollar eyni qaydada səliqəlidir, hər yerdə yol hərəkətini tənzimləyən nişanlar asılıb, işıqforlar
normal işləyir.
Amerika yollarında bizim adət etdiyimiz yol polisi postları yoxdur. Ara-sıra yollarda görünən
polislər də sürücünü, sadəcə olaraq, sənəd yoxlamaq üçün heç vaxt saxlamırlar. Maşını əylədib
sənəd yoxlamaq üçün ciddi əsas olmalıdır. Amerikalı sürücülər üçün təlimatda göstərilir ki,
hərəkət zamanı sürücü ətrafdakıların hamısının qaydalara əməl etmədiyini nəzərə almalı, hər cür
gözlənilməz vəziyyətə hazır olmalıdır. Bir növ sürücüyə öyrədirlər ki, bütün maşın sürənlər dəli
və axmaqlardır, özünü onlardan qorumalısan. Hər halda maraqlı «tərbiyə» üsuludur. Amerikada
yol hərəkəti qaydasının ən ciddi pozuntusu yüksək sürət, işıqforun qırmızı işığında keçmək,
«Təcili yardım» maşınına yol verməmək sayılır.
ABŞ-da yol hərəkəti qaydasını pozmağa görə hadisə yerində cərimə ödəmək praktikası
yoxdur. Polis əməkdaşı qaydanı pozan sürücüyə onun yol verdiyi pozuntunun yazıldığı standart
blank təqdim edir. Bu, bir növ bizim öyrəşdiyimiz protokoldur. Amma «protokol»u
doldurmamaq üçün polis əməkdaşına pul təklif etmək cinayət sayılır və sürücünün polis şöbəsinə
aparılmasına səbəb olur. Həmin blankda sürücünün yol verdiyi pozuntu və yerli məhkəməyə
gəlmək vaxtı göstərilir. Sürücüyə cəzanı məhkəmə təyin edir. Qeyd olunmuş pozuntuya görə
nəzərdə tutulan cəriməni ödəməyə hazır olduğu barədə məhkəməyə xəbərdarlıq edənlər
məhkəmə zalına getməyə də bilər.
Adətən yol hərəkəti qaydalarını pozmağa görə məhkəmə ya cərimə təyin edir, ya da cərimə
xalları hesablayır. Cərimə xalı almaq daha ağır cəza növü sayılır. Çünki sığorta şirkəti cərimə
xalı çox olan sürücünü ehtiyatsız hesab edir və növbəti il üçün sığorta haqqını artırır.
Amerikada yol hərəkəti qaydasını pozmağa görə bir çox hallarda cərimə xalı hesablanır.
Məsələn, Nyu-Cersi ştatında sürəti saatda 30 mil artırmağa görə 5 cərimə xalı yazılır. Sürəti 15
mil artırmağa və ya icazə verilməyən tərəfə dönməyə görə 2 cərimə xalı düşür. Əgər sürücü iki
il ərzində 12 cərimə xalı yığıbsa, xəbərdarlıq alır, əgər bu xallar 15-dən çox olubsa, müəyyən
müddətə sürücülük vəsiqəsindən məhrum edilir.
Cərimə xalları toplanmış adam növbəti bir il ərzində heç bir qayda pozuntusuna yol
verməyibsə, onda əvvəlki cərimə xallarından 3-ü silinir.
Qeyd edək ki, sürücü ilə birlikdə onu saxlayıb cəzalandıran polis işçisi də məhkəməyə gəlir
və sürücünü haqlı cəzalandırdığını sübut etməli olur.
Əgər polis saxlayırsa, sürücü maşından düşməməlidir. Bu zaman sərt hərəkət etmək polis
əməkdaşmı şübhələndirə bilər. Polis əməkdaşı maşına yaxınlaşarkən sürücünün əlləri ya
sükanda, ya da dizlərinin üstündə olmalıdır. Sürücülük vəsiqəsi tələb olunmayınca, sənəd təqdim
etməyə ehtiyac yoxdur.
Bizim müşahidələrimizə görə, amerikalılar yol hərəkəti qaydalarına ciddi əməl edirlər. Amma