Microsoft Word anasehife doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə11/38
tarix20.09.2017
ölçüsü0,81 Mb.
#1071
1   ...   7   8   9   10   11   12   13   14   ...   38

 

25

Sonralar hər şeydə bir ənənə yaratmaq həvəskarı olan amerikalılar bu bayramın qeyd 



olunmasına da yenilik əlavə ediblər. Ötən əsrin ortalarından başlayaraq, Şükranlıq bayramı günü 

Amerika «Hinduşka» İstehsalçıları Federasiyası tərəfindən ABŞ prezidentinin iqamətgahına - 

Ağ evə iki «hinduşka» gətirilir. Onlardan biri kəsilib ənənəyə uyğun olaraq bişirilir və 

prezidentin bayram süfrəsinə qoyulur. İkinci «hinduşka» isə prezidentə diri təqdim olunur və 

prezident həmin «hinduşka»nı kəsmir, təntənəli şəkildə «əfv edir» və həmin quş Virciniya 

ştatındakı xüsusi fermaya göndərilib ömrünün sonuna qədər azad yaşayır. Biz Amerikada 

olduğumuz vaxt ABŞ prezidenti Corc Buşun iştirakı ilə Ağ evdə 56-cı dəfə keçirilən bu 

mərasimi televiziya vasitəsilə izlədik. 

Statistik məlumatlara görə, Şükranlıq bayramı günü Amerika əhalisinin 95 faizinin evində 

«hinduşka» əti bişirilir. Ümumiyyətlə, hər il həmin gün Amerikada 45 milyona qədər «hinduşka» 

kəsilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

26

NƏHƏNG DÜNYA BAZARI 



Və ya böyük ticarətin kiçik sirləri 

Amerikanın kiçik şəhərlərində bir neçə xırda ticarət obyektləri istisna olmaqla, əksər hallarda 

yanında nəhəng avtomobil dayanacağı olan iri mağazalar şəhərkənarı rayonlarda yerləşir. 

Müqayisə üçün deyək ki, əgər Bakıda mağazanı əhalinin sıx yaşadığı yerlərdə açmaq daha 

məqsədəuyğun və sərfəlidirsə, Amerikada iri mağazaları, adətən şəhər kənarında, geniş 

meydanda tikirlər. 

Amerikalılar bazarlığa şəxsi avtomobildə gedirlər, ona görə də mağazanın yaşayış yerindən 

uzaq olması problem yaratmır. Əsas odur ki, mağazanın yaxınlığında maşını saxlamaq üçün 

rahat yer olsun. 

Demək olar ki, əksər şəhərlərdə «JCPenney», «Wall-Mart», «Mall» tipli nəhəng mağazalar 

şəbəkəsi var. Belə mağazalarda, bir qayda olaraq, iynə-sapdan tutmuş ən vacib ərzaq mallarına 

qədər hər şey satılır. 

Bütövlükdə isə Amerika Birləşmiş Ştatlarını nəhəng dünya bazarı adlandırmaq olar. Çünki bu 

ölkənin mağazalarında dünyanın hər yerində istehsal olunan mallara rast gəlmək mümkündür. 

Gəzdiyimiz şəhərlərdə Azərbaycan istehsalı olan nəyəsə rast gəlməsək də, Ermənistan istehsalı 

olan gödəkçələr, Türkmənistanda buraxılmış jaketlər, Belarus kostyumları və s. gördük. 

Amerika mağazalarında satılan sənaye mallarının 70 faizi Çin istehsalıdır, desək, yəqin ki, çox 

da yanılmarıq. Adam bu ölkə istehsalçılarının fantaziyasına həsəd aparmalı olur. Amerikada 

nəyə daha çox maraq göstərilirsə, həmin malların üstündə «Made in China» sözləri yazılmış 

yarlıq görərsən. Xüsusən, suvenir və hədiyyələrin demək olar ki, 90 faizinin istehsal ünvanı 

Çindir. ABŞ-da Çin istehsalı olan geyim şeyləri də kifayət qədərdir. Özü də bu mallar bizdəki 

kimi ucuz yox, Amerika qiymətləri ilə satılır. Təbii ki, buradakı Çin malları bizdə satılanlar 

kimi keyfiyyətsiz deyil və ona görə də alıcıları narazı salmır. 

Söhbət alıcılardan düşmüşkən, qeyd edək ki, Amerikada istehlakçılar adətən aldıqları malın 

hansı ölkənin istehsalı olmasına o qədər də əhəmiyyət vermirlər. Onlar üçün əsas meyar 

rahatlıqdır! Amerikalılar kimin necə baxacağından asılı olmayaraq, özlərinə yaraşan və 

əyinlərinə rahat oturan şeyləri alırlar. Ona görə də bu ölkədə dəb ardınca qaçmaq xəstəliyi 

yoxdur. 


Yeri gəlmişkən, bu ölkədə qadınların kosmetikadan istifadə səviyyəsi də bizdəki kimi 

xəstəlik dərəcəsinə çatmayıb. Xüsusən, iş yerlərində amerikalı qadınlar sırf işgüzar geyimdə və 

görkəmdə olurlar. Bu «vəhşi kapitalizm» dünyasının qız və qadınları müsəlman Bakısındakı 

geyim açıq-saçıqlığına da həsəd apara bilərlər. 

Amerika mağazalarında Çin malları ilə bərabər Meksika, Vyetnam, Kamboca, Şri-Lanka, 

Tailand, Koreya kimi ölkələrdə istehsal olunan mallar çoxluq təşkil  edir.  Bəs bu cür 

superdövlətdə niyə zəif inkişaf etmiş ölkələrin malları satılır? Belə sualla müraciət etdiyimiz 

amerikalılar bunun səbəbinin çox sadə olduğunu bildirdilər. Onların sözlərinə görə, ABŞ-da 

sənaye sahələrində çalışan fəhlələr hər iş saatı üçün 20-25 dollarla kifayətlənmir, daha çox əmək 

haqqı istəyirlər. İşçi qüvvəsinin ucuz olduğu ölkələrdə isə həmin işi cəmi 2-3 dollara gördürmək 

mümkündür. Ona görə də Amerikanın istehsal yönümlü şirkətlərinin çoxu Çində və digər 

ölkələrdə fabriklər yaradır, mal və avadanlıqları həmin ölkələrə göndərərək, istehsalı orada təşkil 

edir və Amerikaya hazır məhsul gətirirlər. Nəticədə külli miqdarda gəlir götürə bilirlər. Bu 

mənada, mağazalarda tez-tez ucuzlaşmaya dair elanların verilməsi də təsadüfi deyil. 

Az qala hər gün televiziya ekranlarında bu və ya digər mağazalarda ucuzlaşmaya dair reklam 

çarxları nümayiş olunur. Xüsusən, bayramlarla əlaqədar bəzən 50-70 faizə qədər ucuzlaşma 

barədə elanlar verilir. Mağazaya gedirsən, iri reklam lövhələri adamın gözünə girir: «Yalnız bu 

gün - 40 faiz ucuzlaşma», «Milad ucuzlaşması - 50 faiz» və s. 

Əslində, bu elanlar, sadəcə olaraq, alıcı cəlb etmək üçün oyun deyil, reallıqdır. Məsələn, bir 

də görürsən ki, qiyməti 250 dollar olan paltar 50 faiz ucuzlaşdırıldı. Alınmırsa, həmin malı bir də 

ucuzlaşdırırlar və qiymət, deyək ki, 50 dollara endirilir. 250 dollarlıq malın əvvəlki qiymətindən 

5 dəfə ucuz satılması fəlsəfəsini anlamaq çətin olsa da, belə hallarla tez-tez rastlaşırsan. Bu 




 

27

«fəlsəfəyə» təəccübümüzü görən bələdçimizin izahatına görə, Amerika ticarətçiləri mallara o 



qədər yüksək qiymət qoyurlar ki, onları nə qədər ucuzlaşdırsalar da, yenə qazanc götürə bilirlər. 

Mağazalarda «Sale» başlıqlı elanlar ucuzlaşmanı göstərir. "Clearance" kəlməsi də 

ucuzlaşmadan xəbər verir. Əslində, "Clearance" «satışdan yığışdırılma, təmizlənmə» deməkdir 

və bu elan onu göstərir ki, satışda olan həmin mallar axırmcıdır. Amerika biznesmenləri 

alınmayan malların satış zalında və ya anbarda yer tutmasına imkan vermirlər. Alıcısı tapılmayan 

mallar yarıbayarı ucuzlaşdırılır, alınmırsa, qiymət yenə aşağı salınır və belə malların son satış 

nöqtəsi "Clearance" elanının altında olur. Bu yolla mağazalar artıq mallardan təmizlənir. 

Xüsusən, hər ilin yanvar-fevral aylarında mağazalar belə «təmizləmə» kampaniyası keçirirlər ki, 

satışa təzə mallar çıxara bilsinlər. 

Amerika mağazalarında alıcını cəlb etmək üçün müxtəlif üsul və vasitələrdən istifadə olunur. 

Ən populyar və geniş yayılmış cəlbetmə vasitəsi qiymətin bir sent az göstərilməsidir. Amerikada 

satılan malların üstündə heç vaxt yuvarlaq rəqəm görməzsən. Məsələn, 20 dollar əvəzinə 19,99 

dollar yazılır. Yaxud 9,99 dollar, 52,99, 159,99 və s. Bu vasitənin alıcı cəlb olunmasında 

səmərəsi nə qədərdir, deyə bilmərik, amma Amerika ticarət obyektlərinin hamısında bu praktika 

tətbiq edilir. Onu da əlavə edək ki, bu ölkədə malın üstünə yazılan qiymətdə vergi nəzərə 

alınmır. Kassaya yaxınlaşarkən həmin qiymətin üstünə təxminən 7-9 faiz əlavə dəyər vergisi 

artırılır. 

İki cüt ayaqqabı götürürsənsə, əksər ayaqqabı mağazalarında böyük güzəşt tətbiq olunur - 

ikinci cütə görə qiymətin yarısını ödəyirsən. Müəyyən mağazalar var ki, bir maldan iki dənə 

götürəndə ikinciyə görə simvolik məbləğ - 1 dollar ödəyirsən. Məsələn, 35 dollara satılan 

jaketdən ikisini 36 dollara (35+1 dollar) almaq olar. 

Bəzi mağazalarda çoxlu mal alıb nağd pul ödəyənlərə də güzəştlər edilir. 

Böyük mağazaların çoxunda daimi müştərilərə xüsusi kart verirlər və belə kart sahibinə bu və 

ya digər malların alışında bəzən 20-30 faizlik güzəşt edilir. 

Sovet dövründə olduğu kimi, bu gün də Azərbaycanın əksər ticarət şəbəkələri «Alınan mallar 

dəyişdirilmir və geri qaytarılmır) mənasını verən sərt qayda ilə işləyirlər. Yəni bu gün aldığın 

malı sabah qaytarmaq istəyəndə Bakıda xeyli əsəbiləşməli, müdiriyyətə müraciət etməli, bir 

sözlə, uzun proseslərdən keçməlisən. Halbuki neçə illərdir Azərbaycanda da istehlakçı 

hüquqlarının qorunmasına dair qanun qəbul edilib. 

ABŞ-da isə alınan malları sərbəst şəkildə qaytarmaq mümkündür. Amerikada populyar olan 

«Wall-Mart» mağazalar şəbəkəsində aldığı malı qaytarmaq üçün növbəyə duranları görəndə 

əvvəlcə gözlərimizə inanmadıq. Adamlar ədəb-ərkanla mağazanın bu məqsədlər üçün fəaliyyət 

göstərən şöbəsində növbəyə durur və bəyənmədikləri, yaxud əyinlərinə kiçik və ya böyük olan 

paltarları geri qaytarırdılar. Təbii ki, alınan mal üçün mağazadan verilmiş kassa ödəmə çeki 

təqdim edilməlidir. Aldığın malı dəyişmək məsələsində isə, ümumiyyətlə, problem yoxdur... 

Amerika mağazalarında müşahidə etdiyimiz bir məqamı da qeyd etmək istəyirik. Bizdə 

özünəxidmət tipli iri ticarət obyektinə girərkən adətən əlindəki çanta və ya torbanı harasa 

qoymalısan ki, necə deyərlər, içəridəki mallarla «qarışmasın». Amerikada buna ehtiyac yoxdur. 

Bir mağazada etdiyin bazarlıq torbası ilə digər nəhəng mağazanın içində də sərbəst gəzə 

bilərsən. Heç kim də maraqlanmaz ki, torbada nə var. Əgər nəfsin səni yoldan çıxarmayıbsa, 

narahat olmağa dəyməz. Görünür, bu da ölkədə insana inam faktorunun nümunəsidir. 

Bütün demokratik azadlıqlara baxmayaraq, Amerikada bəzi sərt qadağa və məhdudiyyətlər də 

var. 

Məlum olduğu kimi, Birləşmiş Ştatlar siqaretin vətəni sayılır. Təxminən 2000 il bundan əvvəl 



Amerika qitəsinin aborigenləri dini mərasimlər zamanı, eləcə də dərman vasitəsi kimi tütündən 

istifadə ediblər. Kolumb Amerikanı kəşf edərkən hindu tayfalarının tütün yarpaqlarını yandırıb 

çəkdiklərini və həmin bitkini «tabaqo» adlandırdıqlarını müşahidə edib. Bundan sonra tütün 

İspaniyaya gətirilib və bu kənd təsərrüfatı məhsulu Avropada da geniş yayılmağa başlayıb. 

Amma tütünün dünya miqyasında geniş «tanınması» Amerikada bu bitkiyə marağı, eləcə də 

ondan əldə olunan gəlirin həcmini azaltmayıb. Hazırda ABŞ siqaret istehsalına görə Çindən 

sonra dünyada ikinci yeri tutur. 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə