Microsoft Word anasehife doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə8/38
tarix20.09.2017
ölçüsü0,81 Mb.
#1071
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

 

19

Görünür, illərdən bəri bu «bəyanatı» dinləməklə məşğul olan mühafizə polisləri isə onu növbəti 



dəfə təbəssümlə süzməkdən başqa heç bir «tədbir» görmürdülər. 

Həmin qadın söhbət zamanı bizim Azərbaycandan olduğumuzu biləndə ölkəmiz, onun neft 

ehtiyatları, Bakı – Tbilisi - Ceyhan kəməri barədə elə faktlar söylədi ki, onun psixika ilə bağlı 

hər hansı bir problemi olduğuna inana bilmədik... 

Vaşinqton həm də muzeylər və heykəllər şəhəridir, desək, yəqin ki, yanılmarıq. Demək olar 

ki, şəhərin mərkəzi memorial abidələrlə doludur. ABŞ prezidentləri Corc Vaşinqtonun, Tomas 

Ceffersonun, Abraham Linkolnun şərəfinə ucaldılan, Vyetnam və Koreya müharibələrindəki 

itkiləri əks etdirən abidələr turistlərin daha çox axışdığı obyektlərdir. 

Ölkəyə gələn turistlərin və qonaqların xüsusi maraq göstərdiyi yerlərdən biri də Vaşinqton 

muzeyləridir. Qeyd edək ki, bu muzeylərə giriş pulsuzdur. 

Milli Amerika Tarixi Muzeyi ABŞ-ın 200 ildən bir qədər çox olan tarixini əks etdirir. Görünür, 

amerikalılar ABŞ tarixi deyəndə, əsasən, elə bu ölkənin prezidentlərinin tarixini nəzərdə tuturlar. 

Təsadüfü deyil ki, Milli Amerika Tarixi Muzeyi elə bir növ prezidentlər muzeyi təsiri bağışlayır. 

Burada ölkəni idarə etmiş bütün prezidentlərin həyat və fəaliyyətinə aid sənədlər, məişət 

əşyaları, fotolar və son illərdə ölkəyə rəhbərlik etmiş prezidentlərin çıxış və görüşlərinə aid 

videomateriallar saxlanılır. İstənilən adam, məsələn, Riçard Nikson guşəsində oturub onun həyat 

və fəaliyyəti haqqında sənədli filmə, çıxışlarına   tamaşa   edə   bilir,   yaxud  Con   Kennedinin 

öldürülməsinə dair sənədli video-kadrlara baxmaq imkanı qazanır. 

Turistlər ABŞ prezidentlərinin Ağ evdəki iş otağının interyerinə uyğun düzəldilmiş otaqda, 

yaxud «prezident tribunasında» bir anlığa özlərini bu ölkənin «rəhbəri» də hesab edə bilirlər. 

Muzeyin bir mərtəbəsi isə ölkənin birinci xanımlarına həsr olunub. Burada ABŞ 

prezidentlərinin xanımlarına məxsus əşyalar nümayiş etdirlir. Məsələn, prezidentin təntənəli 

andiçmə mərasimində oğul Corc Buşun xanımının geyindiyi qırmızı paltar da artıq muzey 

eksponatına çevrilib. 

Amerikanın gecə barları barədə müxtəlif həqiqət və əfsanələr dolaşır. Deyilənə görə

Amerikadakı bəzi nüfuzlu elitar barlara giriş pulludur və bu məbləğ 200 dollardan yuxarıdır. Bu 

mənada, ola bilsin ki, bizim getdiyimiz obyekt elitar bar sayılmadığı üçün ora giriş pulsuz idi. 

Barın müştəriləri isə yalnız cavanlar deyildi: burada yaşlı ər - arvad da, tək cavan qadınlar da, 

orta yaşlı kişilər də istirahət edirdi. İstirahət sözünü təsadüfi işlətmədik. Bardakılar sözün əsl 

mənasında istirahət edirdilər. 

Burada yemək yeyə-yeyə musiqiyə qulaq asanlar da vardı, yalnız pivə və digər spirtli içkilər 

içmək üçün gələnlər də. Barın müxtəlif tərəflərində asılmış 10-a yaxın televizorun hər birində isə 

bir kanalın verilişi gedirdi. Yəni burada oturub hansısa idman yarışını izləyənlər də vardı, bir 

tərəfə çəkilib CNN - in siyasi xəbərlərinə qulaq asan müştərilər də. Amma burada adamlar daha 

çox yeyib-içir, rəqs edir, sözün əsl mənasında dincəlirdilər. 

Bizim üçün xüsusi maraq doğuran məqamlardan biri də barda Səslənən musiqi, daha doğrusu, 

buradakı «musiqi azadlığı» və bu azadlığa dözümlü münasibət oldu. Söhbət nədən gedir? 

Barın müştərilərinə burada səsləndirilməsi mümkün olan   mahnının siyahısı yazılmış dəftərlər 

verilirdi. Müştəri həmin dəftərdən ürəyinə yatan və oxumaq istədiyi mahnının nömrəsini balaca 

bir kağıza yazıb musiqiçilərə ötürürdü sonra  hər kəs növbəsini gözləyir və vaxtı çatanda həmin 

mahnını oxumaq üçün səhnəyə dəvət olunurdu. Mahnı oxumaq istəyən müştərinin səsinin, 

oxumaq qabiliyyətinin olması vacib deyildi. Heç mahnının sözlərini əzbər bilməyə də ehtiyac 

yoxdu. Çünki mahnı səsləndirilərkən mətn kompüterin ekranında verilir və «müğənni» mahnı 

mətnini elə ekrandan oxuya bilirdi. 

Səsi və oxumaq qabiliyyəti olmayan adamların mahnılarını dinləmək kimi çətin məşğuliyyətə 

müştərilərin dözümlü münasibəti ən azı həsəd aparılası mənzərə idi. Amma heç kim səsi 

olmayan «müğənni»nin oxumasına və ya oxuya bilməməsinə etiraz etməyi ağlına belə 

gətirmirdi. Əksinə, oxuyanların hamısı alqışlanırdı. Görünür, bu da Amerika cəmiyyətindəki 

tolerantlığın - hər şeyə dözümlü münasibətin nəticəsi idi. Gecə barında seksual azlıqlar və intim 

səhnələr «problemi»nə gəlincə, etiraf edək ki, biz yerli vaxtla gecə saat 2-yə qədər bu obyektdə 

olduq və qeyri-adi mənzərə, hərəkət müşahidə etmədik. Saat 2-dən sonra nələr baş verdiyi isə, 



 

20

necə deyərlər, özlərinin işidir... 



Qeyd edək ki, Amerikanın ştatları arasında gediş-gəliş məhdudiyyəti yoxdur. Məsələn, 

amerikalı bir ştatda yaşayıb, başqa ştatda işləyə bilər. Yaxud istənilən adam bir ştatdan köçüb 

başqa ştatda yaşaya bilər. Statistik hesablamalara görə, hər il Amerika ailələrinin hər beşindən 

biri yaşayış yerini dəyişir. 

Ölkənin hər ştatının qısa abbreviaturası var. Bu abbreviatura ştatın adının başlandığı hərflərə 

uyğun seçilib. Məsələn, Vaşinqton ştatı qısaca «WA", Nyu-York ştatı - "NY", Texas -"TX", 

Kaliforniya - "CA", Şimali Karolina - "NC" (North Carolina) və s. adlanır. 

Amerikanın ayn-ayrı şəhərlərinə qısamüddətli səfərlər istisna olmaqla, qalan vaxtı Şimali 

Karolina ştatında yaşadığımız üçün bu ştatın özünəməxsus xüsusiyyətləri barədə qısaca məlumat 

verməyimiz yerinə düşər. 

Şimali Karolina ştatı ABŞ-ın cənub-şərqində, Atlantik okeanının sahillərində yerləşir. Ona görə 

də Amerikanın Cənubi Atlantik ştatları qrupuna daxildir. Bu ştat cənubda Cənubi Karolina və 

Corciya ştatı ilə, qərbdə Tennessi ilə, şimalda isə Virciniya ilə həmsərhəddir. Bu ştatdan 

paytaxt Vaşinqtona maşınla təxminən 5 saatlıq yoldur. 

Deyilənə görə, 1789-cu ildə Şimali Karolina, koloniyalar arasında birinci olaraq, öz 

nümayəndələrinə müstəqilliyə səs verməyi həvalə edib və Şimali Karolina ABŞ 

konstitusiyasını ratifikasiya edən 12-ci ştat olub. Ona görə də Şimali Karolina müasir ABŞ-ın 

əsasını qoyan ilk 13 ştatdan biri kimi tanınır. 

Amerikanın iki prezidenti - Ceyms Polk (11-ci) və Əndryü Conson (17-ci) bu ştatda 

doğulub. 

Şimali Karolina ABŞ-ın sənayecə inkişaf etmiş on ştatı sırasına daxildir. Burada toxuculuq, 

tütünçülük və mebel sənayesi yüksək inkişaf səviyyəsinə çatıb. Mebel istehsalı sahəsində 

ölkədə birinci yeri tutur. 

ABŞ-da istehsal olunan toxuculuq məhsullarının səkkizdə biri, tütün məhsullarının beşdə 

ikisi də bu ştatın payına düşür. 

Şimali Karolina ABŞ-ın əsas tütünçülük regionu kimi tanınır. Mütəxəssislərin rəyinə görə, 

burada yetişdirilən tütün yüksək keyfiyyətli siqaret istehsalına imkan verir. Populyar «Vinston» 

və «Salem» siqaretləri bu ştatda buraxılır. 

Şimali Karolina quşçuluq sənayesi sahəsində də öndə gedən ştatlardandır. Hind toyuğu əti 

istehsalına görə bu ştat ölkədə 1-ci, toyuq əti istehsalına görə isə 4-cü yeri tutur. 

Əsas kənd təsərrüfatı məhsulları sırasında pambıq, qarğıdalı və araxis üstünlük təşkil edir. 

Şimali Karolina həm də tarixi abidələrlə zəngindir. Ştatda turizm yüksək inkişaf səviyyəsinə 

çatıb. Hər il bu sahə ştatın büdcəsinə 1 milyard dollara qədər gəlir gətirir. 

Ştatın Atlantik okeanına çıxan sahillərində yaradılmış böyük çimərlik zonası amerikalıların 

sevimli istirahət yeridir. Sahil boyu sıralanmış istirahət guşələri, restoran və kafelər, kiçik otellər 

dincəlmək üçün bu sahillərə gələnlərin xidmətində olur. Şimali Karolina ərazisinə görə ABŞ-ın 

28-ci, əhalisinin sayına görə 10-cu ştatı sayılır. Paytaxtı Roli (Raleigh) şəhəridir. Şəhər XVI 

əsrin ikinci yarısında yaşamış ingilis şair və dənizçisi ser Volter Rolinin şərəfınə belə 

adlandırılıb. İndiki ABŞ ərazilərində ilk ingilis kolonistlərinin məskunlaşdırılmasında V.Rolinin 

xüsusi xidmətləri olub. 

Yeri gəlmişkən, ilk ingilis kolonistləri məhz indiki Şimali Karolina ərazisində 

məskunlaşmağa cəhd göstəriblər və bu ərazilər də İngiltərə kralı birinci Karlın şərəfinə, adının 

latın transkripsiyasına («Karolus») uyğun olaraq, «Karolina» adlandırılıb. Maraqlıdır ki, 

ingilislərin bu ərazilərdə məskunlaşmaq üçün ilk cəhdi uğursuzluqla nəticələnib və Amerika 

tarixinin «İtkin düşmüş koloniya» («The Lost Colony») müəmmasının yaranmasına səbəb olub. 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə