Microsoft Word anasehife doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə6/38
tarix20.09.2017
ölçüsü0,81 Mb.
#1071
1   2   3   4   5   6   7   8   9   ...   38

 

13

gərək 9 rəqəmindən sonra mütləq «a.m» əlavə edəsən, saat 13-ü nəzərdə tutursansa, «1 p.m» 



deyəsən. Bu vaxt ölçüsü amerikalılara Böyük Britaniyadan keçib. 

Bütün bu rəngarənglik və fərqlər aləmində dünyanın istənilən ölkəsindən, o cümlədən 

Azərbaycandan gələn adamlar üçün Birləşmiş Ştatlarda doğma və tanış bir vahid də var. Bu ölçü 

vahidi ilə bir qayda olaraq heç kimin problemi olmur. Onun «dilini» və «xasiyyətini», demək 

olar ki, dünyanın bütün xalqları tərcüməsiz başa düşürlər. Söhbət ABŞ-ın pul vahidindən - 

dollardan gedir... 




 

14

KİÇİK ŞƏHƏRİN MOZAİKASI 

ABŞ-da müvəqqəti yaşayış yerimiz Şimali Karolina ştatının Qrinvill şəhəri idi. Qrinvill «yaşıl 

vadi» deməkdir və həqiqətən də yaşıllıqlar şəhəridir. Burada cəmi 60 min adam yaşayır. 

Qeyd edək ki, Amerikanın kiçik şəhərlərinin, demək olar ki, hamısı bir-birinə bənzəyir. Belə 

şəhərlərdə adətən çoxmərtəbəli binalar görməzsən. Görünür, məşhur «birmərtəbəli Amerika» 

ifadəsi təsadüfi yaranmayıb. Geniş ərazi boyu səpələnmiş bir və ya ikimərtəbəli villalar, eyni 

tipli «Makdonalds»lar, kiçik otellər və benzindoldurma məntəqələri bu oxşarlığın əsas 

atributlarıdır. Kiçik şəhərlərdə həyat sakit və rahatdır. 

Amerikalılar evlərinin ətrafına bizdəki kimi xüsusi hasar çəkməyi ağıllarına belə gətirmirlər. 

Evində kirayənişin qaldığımız qadının bəzən qapılan açıq qoyub getməsi ilk günlər 

təəccübümüzə səbəb olsa da, sonralar bu ənənəyə də alışdıq. 

Poçt xidmətinin əməkdaşları hər kəsə məxsus qəzet və məktubları evin çölündə asılmış poçt 

qutusuna atır. Qiymətli bağlamaları isə elə evin yanındaca qoyub gedirlər. Təbii ki, başqasının 

bağlamasına sahibindən başqa heç kim toxunmur. 

Bununla belə, Amerikanın kiçik şəhərləri həm də darıxdırıcıdır. Küçədə-bayırda piyada gəzən 

adam görmək, demək olar ki, mümkün deyil. Hamı öz şəxsi avtomobilindən istifadə edir. Şəxsi 

avtomobil məsələsində isə Amerikada problem yoxdur. Ailədə həddi - buluğa çatmış neçə adam 

varsa, adətən o qədər də maşın olur. Bu ölkədə maşın həqiqətən də var-dövlət göstəricisi yox, 

hərəkət etmək vasitəsidir. Elə buna görə də kiçik şəhərlərdə ictimai nəqliyyatdan istifadə edənlər 

olduqca azdır və avtobus müəyyən marşrutla, konkret qrafik əsasında işləyir. 

Kiçik şəhərlərdə taksi də bizim təsəvvür etdiyimiz kimi deyil. Daha doğrusu, küçədə taksi görüb 

saxlamaq praktikası geniş yayılmayıb. Ehtiyac varsa, taksini sifariş etməlisən. Ona görə də 

Amerikada, xüsusən bu ölkənin kiçik şəhərlərində avtomobilsiz keçinmək çox çətindir. Çünki bu 

ölkədə adamların böyük əksəriyyətinin şəxsi maşını olduğu üçün ictimai nəqliyyata o qədər də 

ehtiyac qalmır. Məsələn, Merilend ştatında yaşayan ailələrin yalnız 10 faizinin, Virciniyada isə 7 

faizinin avtomobili yoxdur. Şəxsi maşmı olmayan ən az ailə Aydaho ştatında yaşayır - bu ştatın 

sakinlərinin cəmi 3 faizi maşınsızdır. Bütövlükdə ölkə üzrə bu göstərici 9 faiz təşkil edir. 

Vaşinqton sakinlərinin 4,7 faizi üç və daha çox avtomobildən istifadə edir. Merilend ştatında 

belələri 20, Virciniyada isə 22 faiz təşkil edir. Vayominq ştatı bu sahədə rekord göstəriciyə 

malikdir - ştat əhalisinin hər üç nəfərindən birinin 3 və daha çox avtomobili var. Ölkə üzrə bu 

göstəricinin 20 faizə yaxın olduğu bildirilir. 

Hesablamalara görə, işləyən orta statistik amerikalının maşın alması üçün 23 iş həftəsi kifayət 

edir. 


ABŞ Mənzil və Şəhər Təsərrüfatı Departamentinin yaydığı məlumatda isə deyilir ki, son illər 

ölkə əhalisinin 90 faizindən çoxu iş yerinə gedib-gəlmək üçün avtomobil və ya motosikldən 

istifadə edib. Əhalinin cəmi 5 faizə qədəri işə gedib-gələrkən ictimai nəqliyyatdan yararlanıb, 3 

faizə qədəri isə işə piyada gedib-gəlib. 

Bütün bu rəqəmlər Amerikada hamının maşın almaq imkanına malik olmasından xəbər 

vermir. Bu ölkədə də kasıblıq həddində yaşayan adamlar az deyil. Şəxsi maşın almaq imkanları 

məhdud olanlar da kifayət qədərdir. Bununla belə, şəxsi avtomobilsiz keçinmək çətin olduğu 

üçün maşın almağa pulu çatmayan amerikalıların çoxu bu məsələdə bankların xidmətlərindən 

yararlanırlar. Belələri bank krediti hesabına maşın alır və onun haqqını bir neçə il ərzində hissə-

hissə ödəyirlər. 

İctimai nəqliyyat vasitələri az olduğu üçün bu ölkədə, xüsusən ABŞ-ın kiçik şəhərlərində 

müvəqqəti yaşayan əcnəbilər, bir qayda olaraq, icarəyə maşın götürürlər. İcarə haqqı, eləcə də 

icarəyə vermək qaydaları hər ştatda fərqlidir. Məsələn, əksər ştatlarda avtomobili icarəyə 

götürənin azı 21 yaşı olmalıdır. Nyu-York ştatında 18 yaşı olanların da icarəyə avtomobil 

götürməsinə icazə verilir, Şimali Karolina ştatında isə yalnız 25 yaşdan yuxarı olanların icarə 

hüququ var. Avtomobilin gündəlik icarə haqqı təxminən 40-70 dollar arasında olur. Həftəlik, 

aylıq və daha uzunmüddətli icarə zamanı qiymətlər aşağı salınır. 

Amerikalılar şəxsi maşınsız keçinə bilmədikləri kimi, plansız iş görməyi də xoşlamırlar. Ona 

görə də, bir qayda olaraq, heç yana tələsmirlər. Nə tələsdiyi üçün küçədə siqnal verib qabaqdakı 



 

15

maşını ötməyə çalışan sürücü görərsən, nə də mağazada satıcıya «Mən cəmi bir siqaret 



götürürəm, məni yola sal» - deyən alıcı. 

Biz, adətən, birinin sözünü kəsəndə deyirik ki, «sözünü balnan kəsim», yaxud «sözünü 

balalarının toyunda kəsim». Təbii ki, bu ifadə üzrxahlıq mənasında işlənir. Amma Amerikada 

heç kimin sözünü nə balla, nə də qaymaqla kəsmək olur. Amerikalı danışırsa, sözünü bitirməmiş 

müdaxilə eləmək qəbahət sayılır. Bir adamdan ayaqüstü bir söz soruşmaq üçün də gərək 

qabaqcadan görüş təyin eləyəsən. Çünki amerikalılar günlərini, hətta saatlarını planlaşdırmağı 

xoşlayırlar. Özü də bir neçə gün, hətta bir neçə həftə qabaqdan. Tanıdığın adamın da qapısını 

qabaqcadan xəbər eləmədən döyəndə, səninlə danışmağa vaxtının olmadığını deyə bilər. Bu da 

Amerika və amerikalılar üçün qəbahət sayılmır. 

Bu ölkənin mağazalarında, xüsusən iri ticarət obyektlərində tez-tez növbələrlə rastlaşırsan. Nə 

qədər qəribə də olsa, növbələrin yaranmasının əsas günahkarı, adətən satıcılar yox, alıcılar olur. 

Tutaq ki, kiminsə götürdüyü malın üstündə qiyməti göstərilməyib və onu, necə deyərlər, 

«kompüter tanımır». Kassir qız həmin alıcı ilə səbrlə mağazanın satış zalına gedir ki, qiyməti 

dəqiqləşdirsin. Bu müddətdə növbədə olan amerikalılar da səbrlə kassir qızın qayıtmasını 

gözləyirlər... 

Demək olar ki, alıcıların əksəriyyəti aldıqları malın dəyərini kredit kartı ilə ödəyirlər. Malın 

dəyəri hesablanır və yalnız bundan sonra alıcı səbrlə kartmı çıxarır və onu kompüterə «göstərir». 

Belə hallarda, bizlərdən fərqli olaraq, heç kim də «Əşi, bir az tez ol» - deməyi ağlına da gətirmir. 

Amma amerikalılar da bizim kimi, restoran və kafelərdə qulluqçulara əlavə haqq - «çaypulu» 

ödəyirlər. 

Amerikada bu «məcburi ödəmə»nin adına «tip» deyirlər. Elə «tip»in tərcüməsi də «çaypulu» 

deməkdir. Bu, xidmətə görə təşəkkür mənasında könüllü ödənən haqdır. 

Hər şeydə dəqiq haqq-hesab çəkməyi xoşlayan amerikalılar «tip»in miqdarını da müəyyən 

ediblər: restoran qulluqçularına sifariş verdiyin yeməyin dəyərinin 15 faizi miqdarında əlavə 

haqq ödəyirsən. Bu, nə ilə bağlıdır? 

Amerikada xidmət sahəsində çalışan qulluqçular adətən minimum əmək haqqı səviyyəsində 

maaş alırlar. Yəni bu adamların yaşayış səviyyəsi aşağı olur. Ona görə də müştəri qulluğa görə 

«tip» ödəməklə, həmin qulluqçunun zəhmətinə görə əlavə haqq verir - bir növ ona yardım 

göstərir. Adətən «tip» əsas sifarişin haqqı ödənəndən sonra stolun üstünə qoyulur. Amerikada 

qəbul olunmuş qaydaya görə, taksi sürücülərinə, mehmanxanada çamadan götürən xidmətçilərə 

və başqalarına da «tip» ödəmək lazım gəlir. 

Son illər Rusiyanın ayn-ayrı şəhərlərində olarkən tez-tez milis işçilərinin küçədə adamları 

saxlayıb pasport soruşmasını müşahidə etdiyimiz üçün Amerika polislərindən də belə  

“sayıqlıq” gözləyirdik. Lakin ABŞ-da olduğumuz ilk iki həftədən sonra anladıq ki, bu 

məmləkətdə hər hansı qanun pozuntusuna yol verməyibsənsə, səninlə maraqlanan və sənəd tələb 

edən olmayacaq. Ona görə də pasportu arxayınlıqla çamadanın bir küncünə atmaq olar. 

Xüsusi əhəmiyyətli dövlət idarələri və obyektlər istisna olmaqla, küçələrdə çox nadir hallarda 

rastlaşdığımız polis əməkdaşları isə sıravi amerikalılar kimi adama təbəssüm göstərir, hətta hal-

əhval soruşurlar. Bununla da Rusiyada, elə bəzən Azərbaycanda da hər bir adama potensial 

cinayətkar kimi baxan qaraqabaq polis əməkdaşlarından tamamilə fərqli münasibət nümayiş 

etdirirlər. 

Qeyd edək ki, Amerikada olduğumuz müddət ərzində yalnız iki dəfə (təbii ki, şəxsi bank hesabı 

açdırmaq və bankdan nağd pul götürmək istisna olmaqla) pasport göstərməli olduq - bir bu 

ölkəyə daxil olanda, bir də ölkədən çıxanda! ABŞ-ın müxtəlif şəhərlərində olduq, Ağ evin, 

Kapitolinin ətrafında gəzdik və heç  yerdə kimliyimizi təsdiqləmək üçün sənəd soruşan olmadı. 

Bunu insana inamın ifadəsi, insana insan kimi baxmaq nümunəsi də saymaq olar. 

Bakıya qayıdandan sonra bu barədə söhbət elədiyimiz dostlardan biri, bizim guya üzdən 

«amerikalıya oxşamağımıza» görə belə münasibət gördüyümüzü iddia elədi. Əslində bu 

«oxşamaq fenomeni» keçmiş SSRİ məkanında, xüsusən Rusiyada dəbdədir - «litso kavkazskoy 

nasionalnosti» formasında! ABŞ-da isə «amerikalı sifəti» deyilən məfhum yoxdur. Burada 

dərinin rəngindən, gözün quruluşundan və s. asılı olmayaraq, hamı amerikalıdır. Ən qəribəsi isə 

odur ki, bu ölkəyə müvəqqəti gələn əcnəbi də özünü amerikalı hesab edir. Daha doğrusu, 

əcnəbilik bu məmləkətdə hiss olunmur. Həyat burada elə qurulub ki, hər şey insan üçündür və bu 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə