44
Xəstənin də nəfsi iti imiş. Tez dikəlib soruşur:
– Hanı şaftalı, hanı şaftalı?
Molla deyir:
– Əşi, sakit ol! Şaftalı-zad yoxdur. Yəni elə-belə soruşuram
ki, şaftalı olsa yeyərsən?
Göründüyü kimi, Nurunun ağır xəstə yatan dostu ilə zarafa-
tında mollanəsrəddinlik var, zarafat varisliyi var. Həm də şəkilinin
zarafatı Mollanınkından tünddür.
Burdan o yana artıq şəkililərin qara yumoru başlanır. Onlar
bu sahədə də böyük ustalıq göstərirlər. Eyni zamanda həm gülüş
doğuran, həm də tük ürpədən əhvalatları Şəkidə xüsusi bir məzə
ilə söyləyirlər. Dünyadan vaxtsız köçmüş Söhrab Fərrux oğlu Hü-
seynov çöhrəsindən gülüş əskik olmayan, son tikəsini də tanıdığı
və tanımadığı adamlarla bölən xeyirxah bir insan idi. Amma “qor-
xunc” lətifələri söyləməkdə də onun tayı-bərabəri az tapılardı.
Söhrabın danışdığı lətifələrdən ikisini misal gətirirəm.
İki yoxsul qardaş ac-acına dinməz-söyləməz oturublar. Evdə
yeməyə heç nə yoxdur. Birdən kiçik qardaş xəyaldan ayrılıb vəchlə
deyir:
– Ay can, ay can! Dədə öləndə nə qədər aş yidoğ ə!.. Qaqaş,
yadındadı?!
Digər lətifə.
Bir kişi rəhmətə gedir. Onu dəfn etməyə aparırlar. Yolda kiçik
qardaş mafəni çiynində aparan böyük qardaşa yaxınlaşıb deyir:
– Aqqaş (a qaqaş), sən yoruldun, ver bir əz də mən aparım.
Böyük qardaş vermir. Deyir:
– Ə yox! Habırda nə … var ki!
Söhrab həmin lətifələri olmuş əhvalat kimi danışırdı. İştirak-
çıların adlarını da deyirdi. Hətta şəkililərə məxsus olan bir “ta-
mam-kamallıqla” onların hansı məhlədə, hansı döngədə, hansı bu-
lağın başında yaşadığını da nişan verirdi.
Atasının ehsanını sevinclə xatırlayan xəyalpərvər kasıba nə
deyəsən? Yaxud atasının cənazəsi çiynində olanda belə özünü sın-
dırmağa qorxan, mənliyini adəti “növbətçi ifadə” ilə qoruyan sa-
45
dəlövh insana nə ad qoyasan? Əlbəttə, belə şəxslər və belə hadisə-
lər hətta yas mərasimində də zarafatdan çəkinməyən şəkililərin
gözündən yayınmır və həmin adamlar az zamanda lətifə personajı-
na çevrilərək “məşhuri-cahan” olurlar.
Qışlaqlı Salatın xala axşamdan rəhmətə gedir. Səhər eşidib
gələnlərdən Nəsib çouş (çovuş) rəhmətliyin oğlu Məhəmməddən
soruşur:
– Ə, ciyin öləndə yanında kim olub? Axşam səhərəcən yanında
kim qalıb?
Məhəmməd deyir ki, mən qalmışam.
– Ə, heç olmasa bir meşox qoz sındıraydın.
Məhəmməd deyir:
– Qorxdum taqqıltı olub oyanar.
(AFA VI, səh. 213).
Əslində bu ağıla sığmayan, ölçü-biçi bilməyən bir zarafatdır.
Ancaq o, insanın içindən gəlirsə hər iki tərəfi “razı salırsa” və sonra
lətifə kimi dillərə düşürsə, deməli yaşamaq haqqını qazanmış olur.
“Yas zarafatları” və “qəbristanlıq əhvalatları” ilə bağlı çox
ciddi psixoloji bir məqam var. Həssas adam qara yumorun bu nö-
vünə alışa bilmir. Çünki burada gülüş ardında şüuraltı bir qorxu,
nigarançılıq gizlənib. Nə qədər ki, valideynlərim sağ idi, mən belə
lətifələri qələmə almaqdan, hətta onlara qulaq asmaqdan çəkinər-
dim. Hərçənd ki, bu qorxunun arxasından peşəkar bir folklorçu
marağı da boylanırdı.
Hələ “Şəki folkloru”nun ikinci cildinin (AFA VI, 2002) “Lətifə-
lər” bölməsində qışlaqlı qəbirqazan Gülünün və digər zarafatcıl qış-
laqlıların (Qışlaq Şəki şəhərinin aşağı hissəsinə deyilir - F.Ç.) ləti-
fələrini verməklə folklorşünas Hikmət Əbdülhəlimov bir sıra qara
yumor nümunələrini ilk dəfə olaraq elmi dövriyyəyə daxil etmiş oldu.
Xalqın gündəlik həyatından irəli gələn və məhz xalq zehniyyətinin
məhsulu olan bu nümunələr şübhəsiz ki, nə vaxtsa tədqiqatçı (bəlkə də
filoloqdan daha çox psixoloq) qələminə düçar olacaqlar.
Bir qədər də Hacı dayı ilə Molla Nəsrəddinin qarşılıqlı müna-
sibətləri barədə.
46
İstər “bir şəkili” ilə Hacı dayının, istərsə də Hacı dayı ilə
Molla Nəsrəddinin eyni lətifədə bir-birini əvəz etməsi folklor pro-
sesi üçün təbii bir haldır. Hazırki antologiyada Molla Nəsrəddin
hekayələrinin Hacı dayının adına bağlanması ilə yanaşı onların
maraqlı variantlaşması da müşahidə olunur.
Məşhur Molla Nəsrəddin lətifəsini xatırlayaq.
Molla Nəsrəddin küləkli bir gündə eşşəyin üstündə qovut ye-
yə-yeyə gedir. Ona rast gələn bir tanışı soruşur:
– Molla, nə yeyirsən?
Molla cavab verir ki:
– Külək belə əssə heç nə.
İndi də antologiyaya daxil olan Hacı dayı lətifəsinə baxaq.
Hacı dayı əlindəki qorğanı bir-bir ağzına atır. Bərk əsən kü-
lək qorğaları aparır. Bu mənzərəni seyr edən bir şəkili Hacı dayını
cırnatmaq üçün deyir:
– Hacı dayı, nə yeyirsən?
Hacı dayı yerlisinin sarı simə vurduğunu başa düşür. Deyir:
– Külək yeyirəm.
Göründüyü kimi variantlar arasında fərq böyük deyil, amma
“külək yeyirəm” daha mənalıdır.
İki lətifəni də müqayisə edək.
Molla Nəsrəddindən soruşurlar:
– Molla, niyə bu camaat səhər evdən çıxıb hərəsi bir tərəfə
gedir?
Molla deyir:
– Əgər hamı bir tərəfə getsə dünya çevrilər.
Hacı dayıdan soruşurlar:
– Görəsən bu dünyanın axırı necə olacaq?
Hacı dayı deyir:
– Onu axıra qalan bilər.
Bunlar eyni qəlib əsasında yaradılmış tamamilə müxtəlif nü-
munələrdir. Molla Nəsrəddinin cavabı əvvəlcə mənasız görünsə
də, diqqət edildikdə dərin fəlsəfi tutuma malik olduğu üzə çıxır.
Hacı dayının cavabı isə ilk andan düşünməyə sövq edir.
Dostları ilə paylaş: |