38
Göründüyü kimi iki sözün başqa cür növbələşməsi (yerdəyiş-
məsi) adi cümləni dəqiq ritmik əsasa malik olan şeir misrasına çe-
virir və əksinə.
Belə misallardan çox göstərmək və ətraflı mülahizə yürütmək
olar. Ancaq hazırki məqamda əsas məsələ budur ki, “Meymunu
yadına salma” məsəlinin və onunla bağlı rəvayətin (yaxud əhvala-
tın, real hadisənin) M.F.Axundova qədər Azərbaycan folklorunda
yaşayıb-yaşamamasından asılı olmayaraq L.V.Solovyov Mirzə
Fətəlinin komediyasındakı gözəgəlimli bir parçanı öz romanına
gətirmişdir (yazıçının istedadına olan böyük hörmətim “köçür-
müşdür” deməyə imkan vermədi).
Yuxarıda qeyd etdiyimiz kimi bəzən ilk baxışdan çox adi görü-
nən bir paremioloji vahid diqqət edildikdə geniş, həm də vacib söh-
bətlər üçün açar ola bilər. Dünyada məşhur olan bir romanın müəl-
lifinin - L.V.Solovyovun öz əsərini yazarkən M.F.Axundovun təsi-
rindən çıxa bilmədəyini göstərən Azərbaycan məsəli də həmin fikri
təsdiq etməkdədir.
Antologiyanın lətifələrə həsr olunmuş səhifələri bu janrın ən
müxtəlif cəhətlərini nümayiş etdirən zəngin materialı özündə cəm-
ləşdirməkdədir.
Lətifənin meydana gəlməsinin iki yolu var. Birincisi: lətifə bə-
dii təxəyyülün məhsulu kimi meydana çıxır. İkincisi: gülüş doğura
biləcək həyat hadisələri, ümumiyyətlə məzəli əhvalat bədii söz
bükümündə, yəni lətifə şəklində dildən dilə düşür, şifahi ötürmələr-
də hər dəfə söyləyicinin söyləmə istedadından və öz dinləyicisinə
qarşı tutduğu mövqedən asılı olaraq müxtəlif səviyyəli dəyişil-
mələrə məruz qalır və nəticədə çoxvariantlı xalq əsərinə çevrilir.
Gülüş doğuran hadisələr, başqa sözlə desək məzəli əhvalat
əsasən insanların qarşılıqlı ünsiyyəti zamanı meydana gəlir ki, bu
da ilk növbədə hazırcavablıqla, sözlə vurmaq qabiliyyəti ilə bağlı-
dır. Həmin mənada təbiətən çox zarafatcıl olan şəkililərin hər biri-
nin lətifə qəhrəmanına çevrilmək şansı vardır. Folklorşünas Hik-
mət Əbdülhəlimovun istər bu, istərsə də bundan əvvəlki kitabları-
nı oxusaq şəkili lətifə qəhrəmanlarının - real şəxsiyyətlərin böyük
39
bir siyahısını tərtib edə bilərik. Ancaq lətifənin dinləyicisini və
oxucusunu onun personajlarının real şəxsiyyət olub-olmaması
yox, ümumiyyətlə mövzu, süjet və konkret olaraq hansı personajın
qalib çıxması və hansının gülünc vəziyyətdə qalması maraqlandı-
rır. Müəyyən zaman ərzində bu şəxsiyyətlərin adları başqaları ilə
əvəz edilə bilər, ancaq lətifənin süjeti müxtəlif dəyişikliklərlə də
olsa yaşamaqda davam edir.
Bütün yuxarıda deyilənlər taleyin hökmü ilə hansısa bir gülü-
şəgəlimli hadisənin iştirakçısı olub lətifə qəhrəmanına çevrilənlər
barədədir. Bir də var lətifə silsilələrinin qəhrəmanları. Belələri öz
zarafatcıllığı, hazırcavablığı ilə xalq arasında xüsusilə seçilirlər.
Onların adı ilə bağlı çoxlu məzəli əhvalat meydana çıxır və lətifə-
yə çevrilərək dillərdə dolaşır. Şübhəsiz ki, bu lətifələr də variant-
laşır, bunlarda da bir qəhrəman başqası ilə əvəz olunur. Ancaq hər
bir lətifə silsiləsi yalnız süjet vergisi vermir, həm də süjet vergisi
yığır. Ona görə də həmin silsilələr böyüməkdə və öz qəhrəmanla-
rının adını yaşatmaqda davam edirlər.
Dünya folklorunda mövcud olan ən böyük lətifə silsiləsi şüb-
həsiz ki, Nəsrəddinin adı ilə bağlıdır. Azərbaycan folklorunda da
baş lətifə qəhrəmanı Molla Nəsrəddindir. İkinci yerdə Bəhlul Da-
nəndə durur. Dünya şöhrətli Nəsrəddindən və Şərq şöhrətli Bəh-
luldan başqa Azərbaycan folklorunda bir sıra lokal lətifə qəhrə-
manları da vardır. Şəki, Şamaxı, Qarabağ, Naxçıvan və s. Yerlər-
də onlar çox məşhurdurlar. Bunlardan biri - şəkili Hacı dayı artıq
lokal lətifə qəhrəmanı sırasından çıxaraq milli gülüş mədəniyyəti-
nin məşhur personajına çevrilmişdir. O, öz şöhrəti ilə Azərbaycan-
da artıq minyaşlı Bəhlul Danəndəni üstələməkdədir.
Şəkidə, daha dəqiqi, Şəki şəhərində Hacı dayıdan başqa Ab-
dulcabbar, Maşağ İsfəndiyar, Lütfəli Abdullayev, Şapqaçı Valeh,
Qabardin oğlu Mənsur, Qışlaqlı Gülü, Tüfü Tahir, Kor Fərrux kimi
adları ilə lətifə silsilələri bağlı olan şəxslər - folklor personajları
vardır və onların lətifələri dəfələrlə çap olunmuşdur (məsələn, son
vaxtlar yalnız bir kitabda müasirimiz Tüfü Tahirin adı ilə əlaqəli
40-a yaxın lətifə nəşr edilmişdir; bax: Yeni Şəki lətifələri. Gözoo
40
yiyərəm mən. Toplayanı və tərtib edəni Ağəli Şəkili. Şəki-2008.
135 s.).
Hazırki antologiyada H.Əbdülhəlimov oxucunu yeni lətifə
silsilələrinin qəhrəmanları ilə tanış edir: Yetim oğlu Nurəddin,
Hacıhəbillahların Nuru, Tapdıq. Ancaq şübhəsiz ki, burada əsas
məsələ silsilə qəhrəmanlarının adlarında yox, həmin adlarla bağlı
olan lətifələrin bədii və elmi dəyərindədir.
Əvvəlcə “Yetim oğlu Nurəddinin zarafatları” bölməsində ve-
rilmiş “Tapmaca”ya nəzər salaq.
Nurəddinin yoldaşları hər bazar dəstə qurub nərd oynayırdı-
lar. Bir dəfə oynayıb yorulanda Qara Niyazi təklif edir ki, gəlin
tapmaca deyək. Yetim oğlu tez irəli düşür:
- O hansı idarədir ki, müdiri qurd oğlu, baş mühəndisi cuhud
oğlu, iqtisadçısı yetim oğludur?
Hamı bu tapmacanın cavabını bildiyi üçün gülüşür.
(Həmin dövrdə əhaliyə xidmət kombinatının müdiri Qurd oğ-
lu Ələfsər, baş mühəndisi Cuhud oğlu Maqsud, iqtisadçısı Yetim
oğlu Nurəddin idi).
Hazırki nümunəni göz önünə çəkməkdə məqsədim diqqəti
folklorşünaslıq üçün çox vacib olan bir məsələyə yönəltməkdir.
“Yenidənqurma və aşkarlıq” adlanan dövrdən bəri çap olun-
muş minlərlə rus lətifələri arasında “lətifədə tapmaca” üsulu ilə
yaranmış xeyli nümunə vardır və bunlarda lətifə ilə tapmacanın ən
müxtəlif şəkillərdə çulğalaşmasının şahidi oluruq. Bu cür lətifələr
hələlik tədqiqata cəlb olunmamışlar.
“Lətifə-tapmaca”lar Azərbaycan folklorunda da özünəməxsus
yer tutur və bunları müşahidə edərkən tapmacanın lətifəyə hopma-
sının müxtəlif vasitələri ilə üzləşirik.
Yuxarıdakı lətifədə Yetim oğlu Nurəddin Şəkidə iş başında
olan adamların ləqəbləri əsasında bədahətən maraqlı bir tapmaca-
zarafat düzəldir.
Başqa bir lətifə.
Tüfü Tahirlə eyni kupedə Moskvaya gedən bir alim onu söh-
bətə tutmaq üçün deyir:
Dostları ilə paylaş: |