63
3. Qurt bəslənən dama kümdar arvatdan savayı uşaqdan və
böyükdən kimsəyə daxil olmağa icazə verilməz. Deyərlər ki, hər
gözdə bir qism bədnəzər vardır. Dəymiş olsa kümü şəksiz söndürər
*
.
Bundan əlavə, dəstəmazsız, qüslsüz, qırxlı arvad, qırxlı uşaq,
qırxa düşənlər üçün kümə daxil olmaq qəti surətdə qadağandır.
Bədnəzərə müqabi
5
küm damının astanasında at, eşşək nalı
çaxarlar, bir düzüm göz mıncığı, balıqqulağı, maşağ
6
dırnağı,
dağdağan toxumu, it nəcisi asarlar, baş tirinə at, mal və it kəllələri
qondararlar və qapısına bədnəzər duası yazıb yapışdırarlar.
4. Kümə baxan mütəxəssisi muzdur sifətiylə saxladıqları za-
man piş əz vəqt
7
onun haqqında soraşıqlar apararlar ki, görək
onun əlində küm sönmək ittifaqı olubdurmu? Olmuşsa onu bəd-
yümn
8
hesab edib ətrafa qoymazlar.
5. Hər kəsdə olan təvəkkül əqidəsidir.
Kümün gəlimli olmağı və yaxud sönməyi Allah əmriylədir.
İnsanın ağlı və tədbiri bu əqidənin qarşısında acizdir. Böylə çürük
əqidələrə yalnız kümdarlığa məxsus deyil, hətta cəmi işlərə və
əməllərə bu əqidənin şümulu vardır!
6. Qutqaşın kənd məktəbində qurt bəslədiyim zaman tə-
ləbələrin anaları və sair kənd arvatları məktəbə gəlməkdən və yeni
üsül üzrə qurda baxmağı öyrənməkdən imtina etdilər. Dedilər ki,
biz öz kümümüzə kənari şəxsin baxmağına icazə vermərik və öz-
gənin kümünə baxmağa da getmərik və həmçinin ərimiz məruzəyə
qulaq asmjaq üçün kişilər məclisinə getməyimizə razı olmaz.
Tələbələr analarından bu məzmunda cavab gətirəndən sonra on-
ların atalarını dəvət etdim. Onlar gəldilər və söylədiklərimə diqqət
ilə qulağ verdilər. Əski üsulda qurda baxılmağın məzzərrətindən
9
,
yeni qaydaların gözəl nəticələrindən təfsilat üzrə göstərdim. Bun-
ları mövhumatlardan disgindirmək üçün əhali arasında dövran sü-
-----------------------
* Mülkədar bəylərin biri söyləmişdir: “Bir dəfə rəncbər evinə kəsəmətə
getmişdim. Hər şeyi kəsəmət eyləyib siyahıya qeyd edirdik. Elə ki, kümə tərəf
yönəlirdik ki, baramasını da kəsəmət edək, rəncbərin arvadı baxmağa razı
olmadı ki, kümümə baxmaq olmaz!.. A bəy, neçə put barama kəsəməb edirsən
də razıyam. Lakin kümün səmtinə düşməyə razı deyiləm!..”
64
rən batil əqidələrdən danışdım. İşin nəhayətində məruzəmi dinlə-
yən atalardan Hacı Əsəd namında bir kişi söz aldı və guya gözüylə
gördüyünü danışmağa başladı: “Mənim anam qurt toxumunuzu
hər il torbada ət qoynuna qoyub gəzdirərdi və üç günün müddə-
tində papağlaşıb mürcəsi
10
çıxardı. Bir gün anamın qoynunda
toxum torbası ola-ola əyilib höyütdən
11
su çıqardığı zaman torba
qoynundan düşüb suya batar. Nə qədər höyütə burağac salarlar,
toxumu çıqarmağı bacarmazlar. Atam gedib bazardan təzə toxum
alıb gətirər. Bu iş cümləmizin
12
fikrindən çıxar. Bu işin üstündən
yeddi-səkkiz il keçər. Höyütün dibi təmizlənmək və üstünün
ağacları təzələnmək zamanı yetişər. Höyütü açıb dibinin lilini bir
kənara tökərlər və hər yerini təzə höyüt halına ustası salıb gedər.
Kənara tökülmüş lil quruyub cadarlaşar və içindəki yeddi-səkkiz il
su altında qalmış toxumdan baharda mürcə qaynamağa başlar.
Bu mürcələr yemək üçün yavuqdakı zorba bir qarağaca daraşar.
Bu ağacın üstə yarpağlarını yeməklə böyüyüb əmələ-ərsəyə gələr
və nəhayət, oradaca baramasını sarıyar. Bir vəqt höyütə su al-
mağa gedənlər mayın axır zamanında görərlər ki, ağac meyvə
həngi
13
barama gətiribdir. Mən özüm o zaman o ağaca çıxıb yed-
di-səkkiz put barama düşürmüşəm.
Ay müəllim! Görürsənmi? Yeddi-səkkiz il qurt toxumu su
altında qaldı. Allah saxladı, çürümədi! Dirildi! Ondan əmələ gə-
lən qurtlar heç cabal yarpağı dadmamış, yalnız qarağac yarpa-
ğıyla bəsləndi! Allahın əmriylə onlara nə yağınlıq, nə quraqlıq, nə
isti, nə savuq kar etdi! Allahın təqdiriylə nə cücü-mücü, nə qurt-
quş onlara muzu
14
ola bimədi! Nəhayət, sümük kibi bərk və
sağlam baraması oldu. Bunların hamısı Ustakərin işidir. Bəndə-
nin tədbirinə ehtiyac yoxdur!”
65
I
I
I
I
Sağsağan oxiyəndə qonax gələr.
Xamır sıçrayanda qonax gələr.
Qaşıx yerə düşəndə qonax gələr.
İki xoruz bir-birilə boğuşanda (döyüşəndə) qonax gələr.
İt adama dalını (arxasını) çevirəndə diyəllər ki, kimsə
qiybətini qılır.
Günəşli gündə qaranquşlar alçaxdan uçarsa, yağış yağar.
Öyün başına, yaxud ağaca qonan bayquşu qorxudaraq uçur-
maq və onun oralara təkrar qayıtmaması üçün odlu kösöyü (kö-
sövü) ona tərəf atmaq lazımdır.
Bayquşun “ayağını kəsmək” üçün siniyə (məcməiyə) su, çö-
rək, duz qoyaraq ucadan deyirlər:
Bay quşu,
Baylar quşu.
İnanca görə vəfat etmiş insanı son mənzilə yola salarkən
“gözü evdəkilərdə qalmasın” deyə dalınca (ətrafdakılar görmədən)
bir daş atıb diyəllər:
Altın torpaq,
Üstün daş.
Yağış yağar,
Kəfənin olar yaş
Bu dünyadan apardığın olsun
Bir dənə daş!