75
L
Lələ
24
adamın bir dərdi, öyladı olanın min dərdi olur.
M
Malı gedənin imanı da gedər.
Meçitin (məscidin) qapısı açıxdı, itin mərfətinə nə gəlitdi.
Mərd Allahdan, namərd yoldaşdan görər.
Mən belə qarğa görməmişəm, qarğada yorğa görməmişəm.
Məni nə qızğın şişinən dağlama, nə də yağ gətirib yağlama.
Meyvə kimi insanın da kalı olur.
Meymunu yadaa salma!
Miyanaçının
25
kisəsi gen olar.
Minarəyə xərci çıxmiyən elə bilər yer göbələyidir.
Min bil bir bilmiyənnən də soruş.
N
Namərdə arxa çevirməzlər.
Namərd – namərddən kəsər, Allah da hər ikisinnən.
Naxış, gə mənnən yapış.
Nə çarxda ipək var, nə tiyanda barama.
Nə tiyanda barama var, nə də çarxda ipək.
O
Oğul var ki, atasına ev tikər, oğul da var, sözün ağzında
kəsər.
Oğul var ki, ata sözün dərs eylər, oğul da var düz danışığı tərs
eylər.
Oğul var özü görünər, oğul var özünü göstərər.
O, div qurbağaya aşıx olan kimi aşıx olub.
Onnan yumurta alsan içində sarı tapmazsan.
Onun tamahı Həzrət Əlinin qılıncınnan itidir.
Otdiyən mal arıx olmaz.
76
Ö
Özo yorulmuş biləndə, yoldaşo ölmüş bil.
P
Pəpə yiyənnən məmə yiyənə kimi hamı orada idi.
Pəpə yiyənnən nə görmüşəm ki, məmə yiyənnən nə görəm.
Pir mənimdir, kəramətini mən bilirəm.
Pulun var: yerə ver, yesə ver.
Pulu pul qazanar, şahını tümən.
S
Salyanda it az iydi, biri də gəmiylə gəldi.
Saa bir toy tutaram, dədaa toyu yadaa düşər.
Səhər tezdən kasıbın qarnı açılır, dövlətlinin gözü.
Sənəyə
26
verə-verə güyümün bahası çıxdı.
Səni aparan su – saa görə seldir.
Səni itirən axtarmaz, tapan söyünməz.
Söz yerinə düşməsə qiyməti olmaz.
Sünbüləm, suyam, durmuşam buyam.
Südlü aş dəmdə, gah səndə, gah məndə.
Südlü aş dəmdə gərəyh, həm səndə, həm məndə gərəyh.
Söykə yol nərdiyanını.
Ş
Şakirə baxmış Şükürə min şükür.
Şələsi olmayan dəyirmana girməz.
T
Təzə bardaq suyu sərin olar.
Tox öyün ac pişiyi.
Toyuq da su içəndə Allaha baxır.
Toyuq anasınnan süd görmiyitdi.
Tumanın darlığı bezin qıtlığındandır.
77
U
Utanmasan anqırmağa nə var ki.
Utanmasan oynamağa nə var ki.
Ü
Ürəyimə çıxıb yara – bilmirəm gedim hara.
Ürək diyəni dil disə, baş-göz yarılar.
V
Var öyü kərəm öyü, yox öyü vərəm öyü.
Y
Yağış yağır bizlərə,
Dəxli nədir sizlərə.
Yaxşı at qamçı, yaxşı adam söz götürməz.
Yaşından yekə danışma, başın ağrıyar.
Yavaya dözmiyən xırmana girməz.
Yetim handa, yarımax handa.
Yimiyənin payını yiyəllər.
Yığlamiyən (ağlamiyən) uşağa süt verməzdər.
Yaz əkinçidi, qış dilənçi.
Yetim cücəsən, büzül yat.
Yer yiyəsiz olsa, donuz təpəyə çıxar.
Yiyən darıxar, yimiyən koruxar
27
.
Yekə baş yiyəsinə donuz güddürər.
Yimağınan doymiyən yalamağınan heş doymaz.
Yumurtlamadı-yumurtlamadı, falını niyə içdi?
Yüz gün hajət, bin gün gərək.
Yuxa qırağı sulama.
Yük əyiləndə daş qərifliyə düşər.
Yaxşı atın üstü qışda arandı, yayda yaylax.
Yaxşı yarağım vardı, Ənzəlidə qaldı.
Yiyəni üzünnən, giyəni dizinnən tanımaq olar.
78
V
V
I
I
I
I
I
I
.
.
Ə
Ə
F
F
S
S
A
A
N
N
Ə
Ə
L
L
Ə
Ə
R
R
,
,
R
R
Ə
Ə
V
V
A
A
Y
Y
Ə
Ə
T
T
L
L
Ə
Ə
R
R
Peşə
Süleyman peyğəmbər taxıl anbarındakı kəhrəbaya bənzər
buğdanı eşən toyux və xoruzlara yaxınlaşaraq soruşur ki, siz bura-
da nə axtarırsınız, nə əcəb buğdadan doyunca yeyib getmirsiniz.
Toyux və xoruzlar qaqqıldaşaraq bir xeyli gülüşdükdən sonra
dedilər: bizim eşələnməyimiz aclığa görə deyil, bu bizim pe-
şəmizdir.
Qisas
Rəvayətə görə qədim zamannarda ana yeganə oğliynən yaşa-
yırdı. Günlərin bir günü uşaq qonşunun toyuğunun yumurtladığını
görür, yumurtanı oğurlayıb anasına verir və deyir ki, tapmışam.
Bu yolla o, hər gün bir yumurta gətirərək anasına verir. Anası hər
dəfə onu tərifləyir, yumurtaları necə, hardan tapmasıynan qətiyyən
maraqlanmır. Uşaq yavaş-yavaş oğurruğa öyrəşir, daha böyük
oğurluqlara əl atır, anasının tərifi isə hər dəfə onu şirniyhləndirir.
O, böyüyür, oğurrux vərdişi də böyüyür, peşəkar oğru olur. Bir
dəfə onu oğurrux üstündə tuturlar. Məhkəmədə o, anasiynən gö-
rüşmax istədiyini söyləyir. Anasını gətirillər. Oğlan anasına diyir
ki, səən dilinnən opmax istiyirəm. O, qəzəblə anasının üstünə
atılaraq onun dilini dişləyib qoparır və deyir ki, məni bu günə sa-
lan səən dilin olutdu. Mən hər dəfə oğurrux yumurta gətirəndə sən
məni təriflədin, mənim də həvəsim artdı. Amma birinci yumurtanı
gətirəndə onu hardan oğurradığımı soruşub, cəzamı versəydin, bu
günə düşməzdim.
Üzlü qonaq
Rəvayətə görə kasıbkarlıqla ağır külfətini bir təhər dolandıran
kəndli variymiş. Novruz bayramı axşamı qazan qaynatmax üçün
olan-qalanını verib ət alır və arvadına deyir ki, dur əti as (bişir).
Dostları ilə paylaş: |