82
Pəhləvan ovçu açarı əlinə alan kimi qadın cingiltili səslə
sevinərək:
– Mərci apardım, “yadımda” sözünü demədin. Bu səhnəni
özüm quraşdırmışdım. Qızıl boyunbağımı sabah alacaqsan.
Kişi açarı yerə ataraq:
– Köpək qızı, belə də mərc apararlar, hirsimdən az qala ürə-
yim yerindən çıxmışdı - deyir və qadının alnından öpür. Təzədən
süfrə açılır. Səhər tezdən ərini yola salandan sonra qadın sandığı
açır, görür alim qorxusundan altını batırıb. Rişxəndlə deyir:
– Qardaş, dur sandığı təmizlə, bu hekayəti də kitabına əlavə
et və başa düş ki, hələ işini tamamlamamısan. Arvad əməli qur-
taran deyil.
Süleyman peyğəmbərin təəssüfü
Belə rəvayət edirlər ki, Süleyman peyğəmbər doqquz yüz əlli il
bu dünyada ömür sürüb. Yeddi yüz yaşı olanda bir alaçıq qurur, başı-
nı ora soxur, ayaqları qalır bayırda. Yoldan ötən birisi ona irad tutur:
– Ya peyğəmbər, bunu elə tik ki, özün içinə tam yerləşəsən.
Süleyman peyğəmbər gileyli cavab verir:
– Bilsəydim ki, bu dünyada belə az yaşayacağam heç bunu da
tikməzdim.
Etiraf
Süleyman peyğəmbərin oğlunun əl-ayağı iflic olur, arvadı Bil-
qeyis narazı qalır ki, həm peyğəmbər, həm də hökmdarsan, bir dəfə
Həzrəti Cəbrayıldan xahiş elə söhbət düşəndə Allahdan rica etsin ki,
oğluna bir əlac qılsın. Allahdan xəbər gəlir ki, ər-arvad ürəklərindəki
gizli sirləri bir-birinə düzgün etiraf etsələr övladları sağalacaq.
Süleyman peyğəmbər deyir ki, əlimdə bu boyda səltənət,
umur, var dövlət var, amma yenə yanıma bir adam gələndə ondan
nəsə umuram, əlinə baxıram. Elə o dəqiqə oğlu sevincək deyir ki,
ata, əllərim açıldı. Sonra Bilqeyis etiraf edir ki, bu məmləkətdə
83
səndən ixtiyarlı, gözəl kişi yoxdur, amma yenə yad kişi görəndə
ürəyim uçunur, özümlə bacara bilmirəm. Bu dəm oğlu qışqırır ki,
ana, ayaqlarım da işləyir.
Yerdəyişmə
Deyirlər qədimdə çaqqallar insanlar arasında, itlər isə meşədə
yaşayırmış. Aclıqdan və soyuqdan bezikmiş itlər çaqqalları aldat-
maq qərarına gəlirlər. Onlardan təvəqqe edirlər ki, gəlin bir müd-
dətə yerimizi dəyişək, hamımız soyuqdan xəstələnmişik, axı biz
bir nəsildənik, gərək bir-birimizə kömək edək. Çaqqallar itlərin
gününü görüb razılaşdılar. Həyət-bacada, tövlədə yaşayan itlər az
müddətdən sonra sağaldılar və öz mövqelərini saxlamağın əlveriş-
li olduğunu anladılar. İsti yuva, insanların verdiyi yem onları ətə-
qana gətirmişdi. Çaqqallarsa ac-yalavac halda meşədə dolanır, öz
yerlərinə qayıtmaq üçün hər gün meşədən ulayaraq:
– Sağalduuz? - deyə soruşurdular.
İtlər o saat qəti və sərt səslə:
– Yox, yox! - deyə onlara hürürdülər.
Elə o zamandan öz mövqelərini itirmiş çaqqallar meşədə ac,
itlər isə insanlar arasında tox yaşayırlar.
Elm və helm
Allah təkəbbürlü insanları sevməz, bu xislət şeytana məxsus-
dur. Adam nə qədər çox pul qazansa, çox bilsə təvazökarlığını o
qədər artırmalıdır. İnsanın elmi ilə bərabər helmi də olmalıdır, yə-
ni tədbiri və bicliyi. Bir gün bir cavan Bağdada elm almağa gedir,
on il təhsil alandan sonra doğma el-obasına tələsir. Ustadı ona de-
yir ki, elm almısan, iki il də qal sənə helm öyrədim. Səbrsizlik edir
ki, bəsdir, mən elm almağa gəlmişdim. Ustadı gülərək onu meh-
ribancasına yola salır, cavan el-obasına yaxın bir şəhərə çatdıqda
görür ki, müəzzim azan verir, tez məscidə girir, bardaş qurub out-
rur. Gözlərindən cin yağan bir axund vəz edirmiş, elmli cavan gö-
84
rür ki, bu adam ağzına gələni danışır, elədiyi vəz Quran və şəriətlə
uyğun gəlmir. Səbrsizlik edib yerindən qalxır və axunda irad tutur.
Axund nüfuzundan istifadə edərək avam kütləni cavanın üstünə
qaldırır, onu döyüb xurd-xəşil edirlər. Üz-gözü qan içində olan
cavan geri, ustadının yanına qayıtmağı vacib bilir. Ustad onu gülər
üzlə qarşılayıb iki il helm öyrədir. Yenidən bu yolla evlərinə qayı-
dan cavan həmin vaxtı məscidə varid olur və görür ki, həmin əb-
ləh yenə lovğa-lovğa çərənləyir. Cavan yanında olanlara pıçıltı ilə
deyir ki, mən Bağadda on iki il elm almışam, dünya şöhrətli usta-
dım mənə demişdi ki, sizin əyalətdə bir mömin yaşayır, hər kim
onun saqqalından bir tük çəkib cibində saxlasa cənnətə gedər, bax,
əlamətlərindən həmin adam sizin bu axunddur. Az sonra məscid-
dəkilər ayağa qalxıb axundun üstünə cumurlar, saç-saqqalını yo-
lub pis günə qoyurlar, axund aylarla dişarı çıxmır, güşənişin ola-
raq evdə oturur. Cavan isə qəlbində ustadına “afərin” deyir.
Eşşəkliya şükür elə!
Eşşək yük daşımaqdan bezib Allaha şikayət edir:
– Ya rəbbim, məni niyə eşşək yaratmısan? Yazığam, məni
eşşəklikdən çıxart.
Allah deyir:
– Get, eşşəkliya şükür elə, yoxsa səni eşşəklikdən çıxardıf
qanmaz eliyərəm.
Allaha təvəkkül
Xanın qonşuluğunda yaşayan dəmirçi oğlan gözəl bir qızla
evlənir.
Xan sarayın ikinci mərtəbəsindən ətrafa baxanda gəlini görür
və ona gözü düşür. Xan dəmirçini yanına çağırır, ona atları üçün
dörd min midbar
28
hazırlamağı tapşırır. Bu işin yerinə yetirilmə-
sinə görə həddindən artıq az vaxt verir.
Dəmirçi midbar qayırmaqla məşgul olmur. O beş vaxt namazını
qılır. Allaha xeyir-duasını edir, axırda da “Allaha təvəkkül” deyir.
Dostları ilə paylaş: |