85
Gəlin ondan soruşur:
– Gün ərzində nə qədər hazırladın?
Kişinin ağzından “Allaha təvəkkül”dən başqa söz çıxmır.
Vədə tamamlanan gün səhər tezdən qapı döyülür. Dəmirçi
arvadla salamatlaşıb başına gələsi hadisələr barədə xəbərdarlıq
edir. Sonra gedib qapını açır.
Sarayın nökərlərindən biri ilə üzbəüz durur. O deyir:
– Xan ölüb, tabutu mıxlamaq üçün dörd dənə mismar
çatışmır. Gedək dəmirçixanadan bizə dörd dənə mismar ver.
Dəmirçi bunları yola salıb namazını qılır. Allaha dua etdik-
dən sonra deyir:
– Ey dörd min midbarı dörd mismar edən Allah! Sənin sözo
üstünə söz yoxdur.
Yenə “Allaha təvəkkül” deyib yas yerinə gedir.
Şah səni üstümə göndərdi ki,
mən də tutub didim
Padşah gəzinti vaxtı suda gön yuyan kişi ilə rastlaşır, ondan
soruşur:
– İkidəsən, üçdə?
– Üçdə.
– Bəs niyə altını on ikiyə vura bilmirsən?
– Otuz iki qoymur.
– Bir qaz göndərsəm didə bilərsənmi?
– Əcəb didərəm…
Saraya qayıdan kimi padşah baş vəziri çağırıb soruşur:
– Açıqla görək, mən o kişiyə nə dedim; o nə cavab verdi?
Vəzir ha fikirləşir cavab tapmır. Padşah deyir:
– Üç günə kimi cavab tapmasan vəzirlikdən qovulacaqsan.
Vəzir gedib gönyuyanı tapır, ona bir kisə qızıl verib danışığın
mənasını xəbər alır.
Kişi ondan bütün var-dövlətini istəyir, yoxsa sirri açmaya-
cağını bildirir. Vəzir razılaşır. Kişi belə bir izahat verir:
86
– Padşahin “İkidəsən, yoxsa üçdə?” sorğusunun açıqlanması
belədir ki, “iki ayağınla gəzirsən, yoxsa hasa ilə”? Mən ona dedim ki,
“üçlə”, yəni “hasa ilə”. Hökmdar sonrakı sorğusuyla maa qandırmaq
istəyirdi ki, “Altı ay işləyib on iki ay dolana bilirsənmi?” Dedim: “32
qoymur”, yəni “yeməkdən artmır”. “Bir qaz göndərsəm didə
bilərsənmi?” sorğusuna cavab verdim ki, “Əcəb didərəm”. Vəzir, o
qaz sənsən, şah səni üstümə göndərdi ki, mən də tutub didim.
Dərdsiz adamın alt köynəyi
Bir şahın yeganə bir qızı varmış. Qız xəstələnir. Şah ölkədə
olan yaxşı həkimləri gətirir, nə qədər dava-dərman edirlərsə, xəstə
qız sağalmır ki, sağalmır.
Şah, falçılar, münəcimlər arasında da qızın xəstəliyindən baş
tapan, onu sagalda bilən adam tapmır. O, əlacsız qalıb bütün ölkə-
sinə elan edir ki, mənim qızımı kim sağaltsa, ona bir dəvə yükü
qızıl verəcəm.
Günlərin bir günü səhər tezdən görürlər ki, elçi daşının üstün-
də bir qarı oturub. Adət üzrə şahla görüşmək istəyən adamlar elçi
daşının üstündə oturarlarmış.
Qarı saray sakinlərinə deyir:
– Şahin qızına əlac etməyə gəlmişəm.
Şah buyurur ki, qarını hüzuruna aparsınlar.
Qarı qızın otağına daxil olur. Kitab açır, tas qurur, nəhayət,
onu sağaldacaq dərmanı tapdığını bildirir:
– Şahım, qız dərdsiz adamın alt köynəyini geyən kimi yaxşı
olacaq.
Şah tədbir libas olub öz diyarını şəhərbəşəhər, kəndbəkənd
gəzir. Bir çox adamla söhbət edir. Kimə üz tutursa, o adam öz
dərdindən danışır. Dərdsiz bir adama rast gəlmir.
Bir gün axşam hava təzə qaralanda şahın yolu bir kənddən
düşür. Bir evin qabağından keçərkən pəncərədən içərini görür.
Orada ailə üzvləri şənlik edirdilər, ər, arvad və bir neçə uşaq de-
yib-gülürdülər. Kişi əlilə sinini dınqıldadır, uşaqlar əl çalır, arvad
87
da ortaya düşüb oynayır. Sonra arvad çalır, kişi oynayır. Axırda da
uşaqlar oynayırlar.
Şah öz-özünə fikirləşir ki, “Diyəsən axtardığımı tapmışam.
Bu adamların heç bir başqa dərdi yoxdu”.
Şah qapını döyür. Kişi qabağa gəlir. Şah deyir:
– Allah qonağıyam. Məni bu gecə qonax saxlıyarsınız?
Ev sahibi deyir:
– Allaha da qurban olum, onun qonağına da, buyur gəl içəri.
Ev sahibi şahı içəri dəvət edir, başda əyləşdirir, amma qaba-
ğına yemək-içmək qoymağa imkanı olmur. Demə, bunnarın ax-
şam yeməyə heç quru çörəkləri də yox imiş. Ər-arvad çalıb-oyna-
maqla uşaqların başını qarışdırıb yuxuya vermək istəyirlərmiş.
Şah öz-özünə fikirləşir ki, “Bunlar yoxsul, ac olmalarını belə
özlərinə dərd eləmirlər. Bu kişinin köynəyini alıb qızıma geyin-
dirsəm, görən sağalarmı?”
Şah dərdini söyləyib kişidən alt köynəyini istəyir.
Kişi üst paltarını qaldırıb çılpaq bədənini şaha göstərir və deyir:
– Kasıb adamam, balalarıma bir qarın çörək tapmıram,
bədənim heç alt köynəyi görmiyitdi.
Səhəri şah saraya qayıdır, taxta əyləşərkən öz-özünə soruşur
ki, görəsən mənim ölkəmdə niyə dərdsiz adam yoxdu? Bəlkə
hamının bədbəxtliyinə səbəb elə mənim işlərimdir?
Şah xalqın xeyrinə qanunlar verir. Yetimlərə əl tutur. Acların
qarnını doydurur. Camaat ona xeyir-dua edir. Xəstə qız yavaş-
yavaş yaxşılaşır.
Demə, qızı rəiyyyətin ah-naləsi, qarğışı tutubmuş. Deyirlər:
Gej kəsər, kazlı kəsər,
Bir məzlumun ahı kəsər.
Beyində gənə
Bir nəfər Loğmanın yanına gedib baş ağrısından şikayətlənir.
Loğman onun beynində gənə olduğunu söyləyir. Sonra xəstənin
beynini açıb gənəni tapır. Öz-özünə fikirləşir: əyər gənəni dartıf
qoparsa, beyin zədələnər. Şəyirdinə deyir: