88
– Yox, gənəni dartıf qoparmaq olmaz.
Şəyird deyir:
– Ustad sağ olsun, maşanı qızdırıb gənəni tutan kimi özü
beyindən ayrılmazmı?
Loğman deyir:
– Sən bu işin əlacını məndən tez tapdın. Loğman şəyirdi
olmağını sübut etdin. Üstəlik loğmanlıq imtahanını da verdin.
Birin də… birin də…
Loğman ölənə yaxın iki kasa dərman hazırlayıb şagirdinə ve-
rir, ona tapşirir ki, “Mən öləndə sənə deyəcəm, onda bu dərman-
ları ara vermədən mənə çatdırarsan”.
Loğman tələb edəndə şəyird birinci kasanı verir, ikincisini
əlinə alıb ustadına yanaşmaq istəyəndə tələsdiyindən yıxılır, dər-
man dağılır. Dərman Loğmana çatmır.
Kişi: “Birin də… Birin də…” - deyə-deyə ölür.
Belə rəvayət eləyirlər ki, Loğmanın qəbrinin yanından keçən-
də hələ də adamlar “birin də… birin də …” kəlmələrini eşidirlər.
Halal qardaşlar
İki qardaş ortaqlı taxıl əkib yetişdirir. Onlar payızda taxılı
biçir, döyür və xərəyə yığırlar.
Qardaşlar xərəyi tam ortasından iki yerə bölürlər. Böyük qar-
daş evə nahara gedir. Kiçik qardaş taxılın yanında qalır. O, öz-
özünə düşünür: “Qardaşımın ailəsi, uşaqları var. Mənim bir başım,
bir canım var, xərcim azdı”. Beləcə, kiçik qardaş öz payına düşən
taxılın dörddə birini böyük qardaşının taxılına qatır.
Böyük qardaş gələndən sonra kiçik qardaş evə getməli olur.
Bu dəfə böyük qardaş belə düşünür ki, “Mən ev tikmişəm, toy elə-
mişəm, ailəm-ocağım var. Qardaşım öylənməlidi, yurd-yuva qur-
malıdı, ona pul daha çox lazımdı”.
Böyük qardaş özünə düşən taxılın dörddə birini halallıqla
kiçik qardaşın taxılına qatır.
89
Allah bunların taxılına o qədər bərəkət qoyur ki, satıb bütün
kəm-kəsirlərini düzəldirlər. Atalar deyib ki, halalın azı haramın
çoxundan dözümlü olur.
Qəza toru
Uşaqlar tutu quşunu tutmaq üçün tələ qururlar. Tutuquşu da
ağacdan uşaqların bu oyununa tamaşa edirmiş. Deyilənə görə, tutu
quşu belə şeyləri bildiyindən heç vaxt tələyə yaxın gəlməzmiş.
Yoldan keçən Musa peyğəmbər uşaqların bu hərəkətini görüb
tutuquşuya xəbərdarlıq etmək istəyir:
– Ya Tutu, uşaqların nə iş gördüklərini bilirsənmi?
Tutu quşu istehzayla deyir:
– Bilirəm…
Musa peyğəmbər işlərini sahmanlayıb geri qayıdanda görür
ki, tutu quşu tələyə düşüb partlayır. Ondan soruşur:
– Ya Tutu, bu nə işdi? Sən ki, bilirdin?..
Tutu quşu deyir:
– Baxdım ki, dünya od tutub yanır. Hamı tək mən də yanmaq
üzrəyəm. Bəladan xilas yolunu o tələdə gördüm.
El arasında buna qəza toru deyərlər. Qədərdən qaçmaq olmaz.
Xan qızını kimə verər
Xanın çox gözəl bir qızı vardı. Xan qızını zəhmətkeş, sağlam və
qızının bəyəndiyi adama vermək istəyir. Çox yerdən elçilər gəlir.
Xan qızını istəyən oğlanların qabağına bir kötük qoyur və deyir:
– Bu kötüyü yara bilsən, ailənin üstünə oğlan gedərsən.
Neçə-neçə oğlanlar gəlir. Bir gün, iki gün, kötüyün böyür-
başını baltalayır, əlləri qabarsa da, yara bilmir. Yorulub gücdən
düşür, əliboş öz ölkələrinə qayıdırlar.
Axırda sifətcə gözəl, işgüzar bir oğlan gəlir. İyid qızın çox
xoşuna gəlir, əldən buraxmaq istəməyib xəlvətcə ona deyir:
– Oğlan, kötüyü parçalamağa tələsmə, qıxmıx-qıxmıx, talaşa-
talaşa
29
, xırda-xırda əritməyə çalış. Onda yorulub əldən düşməzsən.
90
Oğlan qızın dediyi kimi edir, tələsib-eləmir, kötüyü qıxmıx-
qıxmıx, talaşa-talaşa, xırda-xırda əridir.
Xan qızını ona ərə verir.
Bacılar
İki bacı vardı, böyüyünün əri rəncbər (əkinçi), kiçiyinin əri
isə kümdar
30
idi.
İki-üç il dalbadal yaxşı yaz yağışları yağır. Əkinçinin bol
məhsulu olur. Böyük bacının ailəsi varlanır.
Havaların yağıntılı olması kümdarın işlərinə ziyan vurur.
Kiçik bacı vardan-yoxdan çıxır. Nəhayət, kümdar fəhlə kimi
onun-bunun yanında işləmək məcburiyyətində qalır.
Kasıb bacı tez-tez varlı bacıgilə gedir, dərdini söyləyir. Varlı
bacı da onu əliboş yola salmır. Bayrama bir-iki gün qalmiş kiçik
bacının əri özünə iş tapmır, evə əliboş qayıdır, rüzuları tamam
kəsilir. Başqa evlərdə bayram çörəyi, cürbəcür şirin çörəklər bişi-
riləndə bunlarda heç adi çörək də tapılmır.
Kiçik bacı uşaqlar üçün nəsə bir yemək əldə etmək məqsədilə
bacısıgilə yollanır. Varlı bacı bişirdiyi bayram çörəyinin üstündə
oturur. Bu hərəkəti görən fağır bacı deyir:
Bacı, bacı, can bacı…
Bağçada güllər bacı.
Güllər, bülbüllər bacı.
Alto külkə yandırır,
Keçər bu günlər bacı.
Kasıb bacı minnət-xahiş etməyib kor-peşiman öz öyünə dönür.
Vaxt keçir, bir neçə il dalbadal yazda yağıntı az düşür. Bu
dəfə kümdarın baraması artıb çoxalır, rəncbərin isə taxılı yetişmir.
Böyük bacı yoxsullaşır. Kiçik bacı varlanır. İş dəyişir, böyük bacı
kiçik bacıdan asılı hala düşür.
Böyük bacı dolanacaxlarından gileylənir, kiçik bacı köhnə
vaxtları yada salıb ona təskinlik verir:
– Bir vaxt biz də çətin dolanırdox. Allah düzəltdi. Səbirli ol bacı.
Dostları ilə paylaş: |