66
V
V
.
.
Y
Y
A
A
N
N
I
I
L
L
T
T
M
M
A
A
C
C
L
L
A
A
R
R
1. Bir it bir itin belini bitdiyirdi. İt itin belini bitdiyəndə itin
belinnən bir bit yerə düşdü.
2. Dərmana (dəyirmana) dən aparmışdım. Sərçələr dərman-
da dənimi dənə-dənə dənlədilər.
3. Çoban çöldə çörəyh çeynəməyhdən çənəsinin çüyü çıxdı.
4. Aşbaz Abbas bozbaş asmış,
İlyas aşbaz səhv salmış,
Bozbaşı yerə aşırmış.
5. Aşbaz Abbas aş bişirmişdi, bişirmişdisə də az bişirmişdi.
6. Xanış dayı xış xışlayıb xam torpağı xırdalayanda, Xanım
xala Xalça xalayla xaşıl bişirib, xaşılı xırda-xırda xışmalayırdılar.
7. Geyim görüm ciyim (anam) gəlin görməsinnən gəətdi?
Gəlmiyitdisə geyim gətirim gəlim. Getdim gördüm ciyim gəlin
görməsinnən gəətdi.
Digər variant:
8. Gedim görüm ciyim gəlin görməsinnən gəətdi? Getdim
gördüm ciyim gəlin görməsinə geyitdi də, gəətdi də.
9. Başımda qaş,
Qaşımda saş (saç)
Saşım da yaş
Qaş hara
Yaş hara?
Bu tər imiş, a!..
67
10. Göynən gedən göy güdül (kiçik) öküz, tüş!... Tərəkələ-
lələnmə (yırğalanma)!
11. Çörəyi loxmalama,
loxmaladıqca loxmalanacaq
12. Ay qız, qızı ver qıza,
Bu qızı tut, qızı bəliyim.
13. Aşbaz Abbas aş bişirir,
Yoxsa ki, bozbaş bişirir.
14. Bu mis nə pis mis imiş,
Bu mis kaşan mis imiş.
Bu mis nə pis mis imiş,
Bu mis çoxdan pis imiş.
15. Bu yer toxmaxlanmaq gərək,
Toxmaxlanıbdısa da, toxmaxlanmaq gərək,
Toxmaxlanmayıbsa da toxmaxlanmaq gərək.
16. Qax atdadım, qax yidim,
Çox atdadım, çox yidim.
17. Axşam yatır, səhər durur,
Səhər durur, axşam yatır.
18. İp şalvar,
Sap şalvar.
19. Səhər saat səkkizdə,
Selsovetin sədiri,
Səmədova Səkinə,
Su sənəyin sol sapını sındırdı,
Sınıxçıya saldırdı.
68
V
V
I
I
.
.
TAPMACALAR
1. – Get, gör! Görməsən de gəlsin!
– Getdim, gördüm. Görmədim.
Dedim. Gələcək. Gəldi ki, gəlmədi. Gəlməsəydi gələrdi.
Açması: Get, qızı gör! Anasını görməsən de gəlsin.
– Getdim qızı gördüm, anasını görmədim. Dedim. Dedi ki,
gələcəyəm. Anası gəldi ki, gəlmədi. Gəlməsəydi gələrdi.
2. Zülfün ucu gümüşdür,
Sal boynuma ilişdir
Yemişlərdə yarpaqsız,
Tap gör hansı yemişdir.
(Dombalan)
3. Mən düşdüm, papağım ağacda qaldı.
(Qoz)
4. Birdə beş, beşdə bir.
(Əl və barmaqlar)
5. Bir çörəyim var, nə təzədi, nə boyatdı. Babam yedi qurtar-
madı, dədəm yedi qurtarmadı, mən yedim qurtarmır, nəvə-nəti-
cələrimə də bəsdi.
(Bayatı)
6. Əllə yazılar, gözlə oxunar.
(Yazı)
7. Bir yemişəm, var idi yemişdim.
Yeməsəydim ölmüşdüm.
İndi də var, yemərəm,
Adını da demərəm.
(Ana südü)
8. Azan oxuyar, namaz qılmaz,
Arvad alar, nikah qurmaz.
(Xoruz)
69
V
V
I
I
I
I
.
.
A
A
T
T
A
A
L
L
A
A
R
R
S
S
Ö
Ö
Z
Z
Ü
Ü
V
V
Ə
Ə
M
M
Ə
Ə
S
S
Ə
Ə
L
L
L
L
Ə
Ə
R
R
A
Acıdır-ucudur, ağrısın aldığım bacıdır.
Acı dindirmə, toxu tərpətmə.
Ağac başında mum var, səni tanımiyən kim var?
Ağac divinnən su içər.
Ağa durur – ağacan durur.
Ağlı giyiminnən bəllidi.
Ağac əkəllər barını görməyə.
Ağzı əyrini təndirə saldılar, didi: - odun höyüşdü
15
.
Ayağını yer yandırır, başını gün.
Ay doğar, aləm görər.
Ayağı sürüşən yıxılsa özü dura bilər, dili sürüşən yıxılsa onu
durğuzmax olmaz.
Al kafirdən, ver kafirə.
Allah saa baxıf, maa rəhm eləsin.
Allah bilir kənddə günahkar kimdir.
Allah dağına baxıf qar verər.
Alma kürən, satma kürən
16
, illah da ki, qaşqa
17
kürən.
Alçaxda oturuf hündür danışma, ağzın ovular.
Arabanı sür oduna, odun olar odundu, olmaz – araba özü
odundu.
Araz aşığınnandı, Kür topuğunnan.
Arı vuran ilan görsə ölər, ilan vuran arı görsə ölməz.
Arını yiyib namusunu belinə bağliyitdi.
Asılan hər qazannan aş umma, umusax olarsan.
Atannan – atamnan danışma, özünnən, özümnən danış.
Atın əbləhi yorğa, itin əbləhi tula olar.
Atın kəhəri – bas belinə yəhəri.
Atın bozu – elə bil quzu.
At nədi, mat nədi.
Atmaraldır, oğlanlardan seçilmir.
At murdardan yiyər, təmizdən içər – mal əksinə.
Dostları ilə paylaş: |