47
Molla Nəsrəddinin misal gətirdiyimiz lətifəsindəki fikri onun
eyni şəkildə yaranmış digər bir lətifəsi daha açıq ifadə edir.
Molla Nəsrəddindən soruşdular:
– Ay Molla, görəsən niyə bu quşlar hərəsi bir cür oxuyur?
Molla dedi:
– Hər quş öz nəğməsini oxusa yaxşıdır, yoxsa cığ-bığdan qu-
laq tutular.
(1960-cı illərin əvvəllərində babam Məşədi Yusif Əfəndiyev-
dən eşitmişəm).
Bu miniatürlər xalq fəlsəfəsinin qiymətli örnəkləridir. Eyni
zamanda onlar Hacı dayı lətifələrinin həm ənənəvi poetik şəkillər,
həm də mövzu cəhətdən Molla Nəsrəddin lətifələri ilə üzvi bağlılı-
ğını göstərməkdədirlər.
Antologiyadakı “Hacı dayının şillə döyüşü” bəzi vacib məsə-
lələri yada salır.
Minlərlə Nəsrəddin hekayələri-söyləmələri arasında qəhrə-
manın ömrünün müəyyən vacib dönümləri ilə bağlı azsaylı nümu-
nələr vardır ki, bunlar da xüsusi qiymətə malikdir.
Nəsrəddinin niyə gülüş hədəfi, “ellər gülüncü” olması barədə
tərkibində mifoloji element olan qədim bir söyləmə vardır. O, ayrı-
ca və geniş söhbətin mövzusu olduğu üçün burada ona toxunmuruq.
Şəki folklorunda mövcud olan digər bir söyləmə Molla Nəs-
rəddinin neyçün ağıllı olması barədədir və o, janr xususiyyətləri-
nə görə lətifədən daha çox didaktik rəvayətə yaxındır.
Molla Nəsrəddinin ölümsüzlüyü haqqında isə bir neçə lətifə
məlumdur və hazırda bizi maraqlandıran da həmin məsələdir. Şə-
kidə toplanmış nümunələrdən birini göstərək.
Molla Nəsrəddin ölür. Aparıb dəfn edirlər. O dünyada bunun
xeyir-şər işlərini tərəziyə qoyanda xeyir tərəfi ağır gəlir. Göndərir-
lər cənnətə. Molla burda da dilini dinc qoymur, başlayır bala-bala
cənnət əhlinə ilişmağa. Bunun əlindən bezib cənnətdən qovurlar.
Deyirlər: - Get cəhənnəmə!
Molla gəlir cəhənnəmin qapısına. Elə qapını açıb içəri girmək
istəyəndə alnına möhkəm bir təpik dəyir, yıxılır yerə. Sən demə,
48
cəhənnəmin qapısının dalında dava imiş. Molla özünə gəlib bir tə-
hər ayağa durur. Bunları söyür. Deyir:
– Elə belə eləyirsiniz ki, bir köpək oğlu bura gəlmək istəmir
da!..
Ordan qayıdıb gəlir evə.
Təbrizdə yayılmış digər bir lətifədə o dünyada Molla Nəsrəd-
dinin əməllərini ölçüb biçəndən sonra onu cənnətə buraxırlar. La-
kin o, cənnətdə öz “qanuni” tələbləri ilə (zəmzəm bulaqları, sol-
maz güllər, cəh-cəh vuran bülbüllər və ən nəhayət eyş-işrət üçün
hurilər tələb etməsi ilə) cənnət xadimlərini təngə gətirir və onların
xahişi ilə Allah Mollanı qaytarır yer üzünə. O vaxtdan Molla Nəs-
rəddinə ölüm yoxdur.
Bu mövzuda digər lətifələr də vardır. Ancaq mən burada diq-
qəti Azərbaycanda və bir sıra başqa xalqların folklorunda müəy-
yən fərqlərlə məlum olan, lakin bizim “Molla Nəsrəddin” kitabla-
rımıza daxil edilməmiş bir süjetə cəlb etmək istəyirəm.
Vaxt çatanda Əzrayıl gəlir Molla Nəsrəddinin canını almağa.
Molla görür işlər xarabdır. Əzrayıla deyir:
– Axı mən müsəlman adamam. Möhlət ver beş dəfə
namazımı qılım, sonra nə istəsən elə.
Əzrayıl bu xəbəri Allaha çatdırır. Allah deyir:
– Belə arzunu rədd eləmək olmaz. Beş dəfə namaz
qılmayınca ona toxunma.
Əzrayıl mollaya deyir:
– Beş namaz qılana kimi sənə ölüm yoxdur. Bu Allahın əmridir.
Molla dörd dəfə namaz qılır. Gün axşam olur, amma bu be-
şinci namazı qılmır. Əzrayıl deyir:
– Namazını qıl!
Molla deyir:
– Mənim beş namaza icazəm var. Dördünü qılmışam, beşin-
cisini də nə vaxt istəsəm onda qılacağam. Əzrayıl əlacsız qalıb
Allaha müraciət edir. Allah deyir ki, icazəni mən vermişəm, sö-
zümü dana bilmərəm.
49
Əzrayıl çıxıb gedir. Molla Nəsrəddin hələ də beşinci nama-
zını qılasıdır*.
Antologiyadakı bir Hacı dayı lətifəsi öz qəlibini məhz bu
Molla Nəsrəddin lətifəsindən götürmüşdür.
Hacı dayının pəzəvəng bir qonşusu olur. Bir dəfə mübahisə za-
manı bu qonşu Hacı dayını camaat içində pərt etmək üçün deyir:
– Bir can-cüssənə bax! Mərc gələk, əvvəl üç şillə sən mənə
vur, sonra da bir şillə mən sənə vurum. Görək kim nə hala düşür.
Hacı dayı deyir:
– Mən razı. Ancaq bu camaatın içində Qurana and iç ki, mən
üç şilləni vurub qurtarmayınca sən mənə əl qaldırmayacaqsan.
Pəzəvən and içir. Bundan sonra Hacı dayı ona ürəkdən iki
şillə vurub qırağa çəkilir.
Soruşurlar:
– Bəs üçüncüsü?
Deyir:
– Onu da kefim nə vaxt istəsə onda vuracağam.
Göründüyü kimi ümumi qəlib əsasında yaranmış bu lətifələr-
dən birində Molla Nəsrəddinin ölümsüzlüyü əsaslandırılır, ikincisi
isə tamam başqa mövzudadır. O, Nəsrəddin süjetinin (ümumiy-
yətlə desək daha köhnə bir süjetin) yaradıcı şəkildə mənimsənil-
məsi nəticəsində meydana gəldiyinə görə lətifə janrının təbiətini
müəyyən cəhətdən işıqlandırır və sözsüz ki, tədqiqi əhəmiyyət
kəsb edir. Amma burada əvvəlki lətifədə olduğu kimi baş qəhrə-
manın ölümsüzlüyündən söhbət getmir, sadəcə olaraq onun gün-
dəlik sərgüzəştlərindən biri təsvir olunur. Son illərin toplama işlə-
______________
* Həmin süjetin Nəsrəddinlə bağlanmayan variantları Azərbaycanda çap
olunmuşdur. Bax: Əzrailin kirvəliyi // Qaravəllilər, nağıllar. Toplayanı və tərtib
edənləri: Hatəmi Məhəmməd Tantəkin, Salman Əliyev. Bakı-1988. səh. 28-30;
Azərbaycan mifoloji mətnləri. Tərtib edən, ön sözün və şərhlərin müəllifi Arif Aca-
lov. Bakı-1988. səh. 112, № 206; təkrar nəşr: Əsatirlər, əfsanə və rəvayətlər. Tərtib
edənlər: Arif Acaloğlu, Cəlal Bəydili. Bakı-2005, səh. 148; süjetin dargin və özbək
variantları da nəşr edilmişdir. Bax: Двадцать четыре Насреддина. 2-е пере-
работанное и дополненное издание. Составление, вступительная статья,
примечания и указатели М.С.Харитонова. М., 1986. səh. 530-531; 578.
Dostları ilə paylaş: |