Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə45/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   41   42   43   44   45   46   47   48   ...   69

 
 
194
 
 
 
Süleymanov İsmayıl Kazım oğlu 
 
Süleymanov  İsmayıl Kazım oğlu 29 
may 1938-ci ildə Azərbaycan Respub-
likasının Tovuz rayonunun Çataq kəndin-
də anadan olmuşdur. 1945-ci ildə həmin 
kənddə ibtidai məktəbin 1-ci sinfinə daxil 
olmuş və 1954-55-ci tədris ilində Böyük-
qışlaq kənd orta məktəbinin 10-cu sinfini 
bitirərək orta təhsil almışdır.  
1955-ci ildə Bakı  şəhərində 2 №li Tibb texnikumuna 
daxil olmuş, 1957-ci ildə  həmin texnikumu bitirərək 
“feldşer” ixtisasına yiyələnmişdir. 
1957-ci ildə Bakı şəhərində K.Marks adına Azərbaycan 
Xalq Təsərrüfatı  İnstitutuna daxil olmuşdur. 1958-ci ildə 
institutun bağlanması ilə əlaqədar olaraq təhsil aldığı “Kənd 
təsərrüfatının iqtisadiyyatı  və  təşkili” fakültəsi Kirovabad 
şəhərində yerləşən Kənd Təsərrüfatı  İnstitutuna verilmişdir. 
1962-ci ildə  həmin institutu bitirərək kənd təsərrüfatı üzrə 
iqtisadçı ixtisasına yiyələnmişdir. 
Əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan Elmi-
Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunda kiçik elmi işçi kimi başlamışdır.  
1965-ci ildə  həmin institutda aspiranturaya daxil olmuş 
və  həmin ildə Moskva şəhərində  fəaliyyət göstərən 
Ümumittifaq Kənd Təsərrüfatının  İqtisadiyyatı  İnstitutunda 
öz təhsilini davam etdirmişdir. 1969-cu ildə “kənd təsərrüfatı 
istehsalının ixtisaslaşması  və yerləşdirilməsi” mövzusunda 
namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək 


 
 
195
 
 
 
iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görül-
müşdür.  
1969-cu ildə Az. ETKTİ  və  Tİ-da baş elmi işçi 
vəzifəsində çalışmışdır. 
1971-ci ilin yanvar ayından etibarən Azərbaycan Dövlət 
Plan Komitəsinin Elmi-Tədqiqat  İqtisadiyyat  İnstitutunda 
bölmə müdiri, 1985-ci ildən  şöbə müdiri vəzifəsində 
çalışmışdır. 
1994-cü ildə həmin institutun ləğv edilməsi ilə əlaqədar 
olaraq işdən azad edilmiş, həmin ilin may ayından 1996-cı 
ilədək “Kometa” Dövlət Zavodunun nəzdində “Kometa” 
kiçik müəssisəsində direktor vəzifəsində işləmişdir. 
1999-cu ildən Az. ETKTİ  və  Tİ-da baş elmi işçi 
vəzifəsində çalışmışdır. 2003-cü ildən “Sahibkarlığın 
inkişafının iqtisadi problemləri”  şöbəsinə müdir vəzifəsinə 
təyin edilmişdir.   
İsmayıl müəllim öz elmi fəaliyyətini bu gün də davam 
etdirir. Onun aqrar sahənin inkişafına və digər sahələrə həsr 
edilmiş 170-dən çox elmi əsərləri respublika daxilində  və 
xarici ölkələrdə dərc edilmişdir. 
Hazırda “Aqrar sahədə kooperasiya və inteqrasiya 
əlaqələrinin inkişafı” şöbəsinin müdiridir. 
 
 


 
 
196
 
 
 
Abbasov Vahid Hacibəy oğlu 
 
Vahid Hacıbəy oğlu Abbasov 1956-
cı ildə dekabrın 7-də  Qərbi Azərbay-
canın Amasiya rayonunun Düzkənd 
kəndində müəllim ailəsində anadan 
olmuş, 1973-cü ildə Amasiya rayonu 
orta məktəbini bitirmişdir. 1974-cü ildə 
Azərbaycan Dövlət Universitetinə daxil 
olmuş, hərbi xidmətdə  və istehsalatda 
çalışmaqla 1982-ci ildə Azərbaycan Dövlət Universitetini 
(indiki Bakı Dövlət Universiteti) bitirərək, həmin ildən 
Azərbaycan Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunun “Planlaşmada və idarəetmədə riyazi üsulların 
tətbiqi” şöbəsində baş laborant vəzifəsində elmi fəaliyyətə 
başlamışdır.  
1985-1986-cı illərdə Moskva Kənd Təsərrüfatı Akade-
miyasını bitirərək, “Kənd təsərrüfatı istehsalı proseslərində 
riyazi modelləşmə  və hesablama texnikasının tətbiqi” 
ixtisası üzrə ikinci ali ixtisas təhsili  almışdır. 1984-cü ildə 
institutun aspirantura şöbəsinə daxil olmuş,  1990-cı ildə 
Kiyev  şəhərində, Ukrayna Elmlər Akademiyasının 
İqtisadiyyat  İnstitutunda “Məhsul yarımkomplekslərinin 
uzunmüddətli proqnozlaşmasının optimallaşdırılması” 
mövzusunda dissertasiya işini müdafiə edərək, 08.00.05 – 
“Xalq təsərrüfatı  və onun sahələrinin (kənd təsərrüfatı) 
iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili” 
və  08.00.13 – “İqtisadi-riyazi üsullar” ixtisasları üzrə iqtisad 


 
 
197
 
 
 
elmləri namizədi alimlik dərəcəsini, 1994-cü ildə baş elmi 
işçi, 2003-cü ildə isə dosent elmi adlarını almışdır.  
1982-1992-ci illərdə kiçik elmi işçi, elmi işçi, baş  və 
aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1993-2000-ci 
illərdə “Aqrar sənaye kompleksində iqtisadi inteqrasiya və 
kooperasiya”  şöbəsinin müdiri, 2000-2008-ci illərdə “Emal 
sənayesinin inkişaf problemləri”  şöbəsinin müdiri 
vəzifələrində çalışmış, hal-hazırda həmin  şöbədə 0,5 ştat 
vahidi üzrə baş elmi işçi vəzifəsində çalışır. 
Elmi fəaliyyətini davam etdirməklə, 1993-cü ildən 
etibarən Bakı Dövlət Universitetinin “İqtisadi nəzəriyyə” 
kafedrasında pedaqoji fəaliyyətə başlamış, hal-hazırda “ 
İqtisadiyyat və idarəetmə” kafedrasının dosentidir. Otuz illik 
elmi-pedaqoji fəaliyyəti dövründə ümumi həcmi 61 ç.v. 
olan, 110-a qədər elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 
dərs vəsaitinin, tədris proqramlarının, məqalə  və tezislərin 
müəllifidir. 20-yə qədər elmi məqalə və tezisləri yaxın xarici 
ölkələrdə keçirilən elmi-praktiki konfranslarda, forumlarda 
məruzə edilmiş  və dərc etdirilmişdir.  
Aqrar-sənaye kompleksi sistemində sahələrarası 
kooperasiya və inteqrasiya əlaqələrinin təkmilləşdirilməsinə 
və emal sənayesinin inkişaf problemlərinə dair elmi-tədqiqat 
işlərinin nəticələri aqrar islahatlara dair bəzi qanunların 
hazırlanmasında, aqrar sahənin iqtisadiyyatının tədrisində və 
bazar iqtisadiyyatı  şəraitində aqrar sahənin inkişaf 
perspektivlərinə dair təkliflərin və tövsiyələrin hazırlan-
masında istifadə olunmuşdur. Kənd təsərrüfatında yığımdan 
sonrakı texnologiyaların vəziyyəti və inkişaf perspektivlərinə 
dair elmi və praktiki nəticələr Birləşmiş Millətlər 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə