Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə46/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   42   43   44   45   46   47   48   49   ...   69

 
 
198
 
 
 
Təşkilatının FAO və GRAF – Qlobal Ərzaq və  Kənd 
Təsərrüfatı 
Tədqiqatlarının “İstehlakda və 
ərzaq 
təhlükəsizliyində  yığımdan sonrakı texnologiyaların inkişaf 
tendensiyaları  və rolu” mövzusunda keçirilən regional 
seminarında məruzə edilmiş, Qlobal Ərzaq Təhlükəsizliyi 
Proqramının hazırlanmasında istifadə olunmuşdur. 
Elmi fəaliyyətlə yanaşı  “İqtisadiyyat”, “Aqrar sahənin 
iqtisadiyyatı”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, 
“Beynəlxalq iqtisadiyyat” və s. fənlər üzrə mühazirə  və 
seminar dərsləri aparır, bakalavr və magistratura təhsil 
pilləsində oxuyan tələbələrin buraxılış  və diplom işlərinə 
rəhbərlik edir.1995-2002-ci illərdə iqtisad elmləri namizədi 
elmi dərəcəsi verən İxtisaslaşdırılmış Müdafiə Şurasının elmi 
katibi olmuş, hal-hazırda Dissertasiya Şuraları  nəzdində 
fəaliyyət göstərən elmi seminarların üzvüdür. Fəlsəfə 
doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş 11 
dissertasiya işinə  rəsmi opponentlik etmiş, onlarla 
dissertasiya işlərinə və avtoreferatlara rəylər vermişdir. 
İqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün
“Aqrar-sənaye kompleksi sistemində sahələrarası  əlaqələrin 
tənzimlənməsinin iqtisadi problemləri” mövzusunda 
08.00.05-Xalq təsərrüfatının (kənd təsərrüfatı) iqtisadiyyatı 
və idarə edilməsi ixtisası üzrə dissertasiya işini 2012- ci ildə 
AMEA-nın İqtisadiyyat İnstitutunda müdafiə etmişdir. 
 
 


 
 
199
 
 
 
Əlibəyov Nemət Vəlibəy oğlu 
 
Nemət  Vəlibəy  oğlu  Əlibəyov 12 
noyabr 1942-ci  ildə  Quba  şəhərində 
anadan  olmuşdur.  Orta  məktəbi  bitir-
dikdən  sonra 1959-cu  ildə  S.M.Kirov 
adına  Azərbaycan  Dövlət  Universiteti-
nin İqtisadiyyat fakültəsinə daxil olmuş 
və 1964-cü  ildə  təhsilini  başa  vuraraq 
«İqtisadçı» ixtisasına yiyələnmişdir. 
Əmək  fəaliyyətinə 1964-cü  ildə,  Salyan  rayon  Maliyyə 
şöbəsində  Dövlət  gəlirləri  üzrə  müfəttiş  vəzifəsi  ilə 
başlamışdır. Elə həmin il həqiqi hərbi xidmətə çağırılmış və 
dekabr 1965-ci ildə ordudan tərxis olunmuşdur. 
1966-cı ildən başlayaraq 1997-ci ilə kimi N.Əlibəyovun 
bütün  fəaliyyəti  bilavasitə  kənd  təsərrüfatı  ilə  bağlı 
olmuşdur. 1966-1975-ci  illərdə  Quba  rayonu  «Partiyanın 
XXII  qurultayı»  adına  meyvəçilik  sovxozunda  böyük 
iqtisadçı,  Quba  sovxoz-texnikumda  baş  iqtisadçı,  Quba 
rayon kənd təsərrüfatı idarəsində iqtisadçı, SSRİ-nin 50 illiyi 
adına  meyvəçilik  sovxozunda  baş  iqtisadçı  vəzifələrində 
işləmişdir. 
Kənd  təsərrüfatının  iqtisadiyyatına  dair  nəzəri  məsələ-
lərin  təcrübədə  tətbiqi  qısa  bir  zaman  kəsiyində 
N.Əlibəyovun  yüksək  ixtisaslı  bir  mütəxəssis  kimi  forma-
laşmasına səbəb olmuşdur. 
İstehsalın  təşkili,  planlaşdırılması  və  idarə  olunması 
məsələlərinin  operativ  həlli  N.Əlibəyovun 1975-ci  ilin 
oktyabrında  köçürmə  yolu  ilə  Quba  rayonunda  yeni 


 
 
200
 
 
 
yaradılmış  Aqrar  Sənaye  Birliyinin  Kadrlar  əmək  və  əmək 
haqqı  şöbəsinin  müdiri, 1978-ci  ilin  fevral  ayında 
«Azmeyvətərəvəzsənaye»  respublika  Birliyinin  Əməyin 
təşkili normalaşdırılması və əməyin elmi təşkili şöbəsinin 
rəisi vəzifəsinə, 1981-ci ildə isə Meyvətərəvəz Təsərrüfatı 
Nazirliyində  Əməyin  təşkili,  əmək  haqqı  və  sosial 
məsələlər  idarəsinin  rəisi  vəzifəsinə, 1982-ci  ilin  dekabr 
ayında  köçürmə  yolu  ilə  müvəqqəti  olaraq  Quba  sovxoz-
texnikumun  direktoru  vəzifəsinə  irəli  çəkilməsini  şərtlən-
dirmişdir. N.Əlibəyov 1985-1996-cı illərdə «Azərcinstərə-
vəztoxum»  Respublika  birliyində  iqtisadçı,  təftişçi 
mühasib,  baş  iqtisadçı,  köçürmə  yolu  ilə  Dövlət  Aqrar 
Komitəsində  Təsərrüfat  hesabının  çeklə  nəzarət  formala-
rının  və  podrat  formalarının    tətbiqi  üzrə  yarımşöbənin 
müdiri, baş iqtisadçı, baş idarənin «İcmal planlaşdırma və 
iqtisadi təhlil» şöbəsinin müdiri, baş plan iqtisad idarəsinin 
rəis  müavini,  köçürmə  yolu  ilə  Quba  rayonu  kənd 
təsərrüfatı  idarəsinin  rəisi-Quba  rayon  İcra  Hakimiyyəti 
başçısının  müavini  vəzifələrində, 1994-1996-cı  illərdə 
Dövlət  tərəvəz  Toxumçuluğu  Assosiasiyasında  baş 
mühasib vəzifəsində çalışmışdır. 
N.  Əlibəyov  sırf  elmi  yaradıcılıq  fəaliyyətinə 1997-ci 
ildə,  AzETKTİ  və  Tİ-nun  «ASK-də  səmərəlilik  və 
qiymət»  şöbəsində  baş  elmi  işçi  vəzifəsində  başlamışdır. 
1998-2002-ci  illərdə  «Maliyyə-kredit  münasibətləri  və 
investisiya»  şöbəsinin  müdiri, 2003-2010-cu  illərdə 
«Analitik  təhlil», «Regionların  inkişaf  problemləri» 
şöbələrinə rəhbərlik etmişdir. 


 
 
201
 
 
 
N.Əlibəyov  tutduğu  vəzifədən  asılı  olmayaraq  opera-
tivliyi  və  keyfiyyətli  işi  ilə  fərqlənmişdir.  Şöbə  müdiri 
kimi onun rəhbərliyi altında yerinə yetirilmiş elmi tədqiqat 
işləri  həmişə  rəhbərlik  tərəfindən  yüksək  qiymət-
ləndirilmişdir. 
Elmi tədqiqat işlərinə maraq hələ Quba rayonu sovxoz-
larında  işlədiyi  dövrdə  formalaşmışdır.  O,  sovxoz  iqtisa-
diyyatının yüksəldilməsi istiqamətində vaxtaşırı yerli qəzet 
səhifələrində müxtəlif səpkili məqalələrlə çıxış etmişdir. 
Respublikanın  təsərrüfatlarında  ailə  podratı,  xərclərə 
nəzarətin çek formasının tətbiqi, kəndli (fermer) təsərrüfat-
ları  və  kənd  təsərrüfatı  istehsalı  kooperativlərinin  yara-
dılması  sahəsində  xidmətləri  olmuşdur.  Ailə  podratı  və 
xərclərə  nəzarətin  çek  formasının  tətbiqi  ilə  əlaqədar 
Balakən  rayonu  təsərrüfatlarının  respublika  müşavirəsinə 
hazırlanmasını təmin etmiş və bu müşavirədə podratın və 
çeklə  nəzarətin  tətbiqi  məsələləri  barədə  müşavirə 
iştirakçıları qarşısında geniş məruzə ilə çıxış etmişdir. 
Respublikada  fərdi  əmək  fəaliyyəti  ilə  məşğul  olan 
kəndli  (fermer)  təsərrüfatılarının  yaradılması  haqqında 
əsasnamənin  və  kəndli  (fermer)  təsərrüfatları  haqqında 
Azərbaycan  Respublikası  qanununun  ilk  variantının 
müəllifidir. 
N.Əlibəyovun  əsas  tədqiqatları  bazar  təsərrüfatçılıq 
sistemində  fəaliyyət  göstərən  istehsal  subyektləri  onların 
səmərəli  fəaliyyətini  ləngidən  amillərin  müəyyənləş-
dirilməsi  və  iqtisadi  mexanizminin  təkmilləşdirilməsi 
məsələlərinə həsr olunmuşdur. 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə