Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə54/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   50   51   52   53   54   55   56   57   ...   69

 
 
237
 
 
 

 Aqrar sahədə ticarət  əlaqələrinin müasir vəziyyəti. 
AMEA.İU. Milli İqtisadiyyatın Problemləri (məqalələr 
toplusu). I buraxılış. Bakı. Elm – 2008. s. 273-277. 0,3 ç.v 

 
Aqrar sahədə xarici ticarət  əlaqələrinin inkişaf 
etdirilməsinin başlıca istiqamətləri. / İqtisadiyyat və  həyat. 
№ 10, Bakı – 2008. s.39-41. 0,2 ç.v.
 

 Xarici ticarət  əlaqələrinin formalaşdırılmasının  əsas 
istiqamətləri. /Azərbaycan Aqrar Elmi. Bakı-2007, 1-3. 
s.270-273. 0,3 ç.v. 

 Роль развития торговых связей в аграрной области 
экономики 
страны. /«Международная 
Техника» 
Экономический журнал. № 4, Москва – 2008. 
Hal – hazırda “Rabitəbank” ASC – də “Maliyyə 
Departamenti” – nin direktor müavini vəzifəsində çalışır. 
Ailəlidir, bir övladı var. 
 
 


 
 
238
 
 
 
Ansuxskiy Abdulqədir Əli oğlu 
 
Ansuxskiy Abdulqədir  Əli oğlu 27 
dekabr 1974-cü ildə Balakən rayonunda 
anadan olmuşdur. 
1980-ci ildə Balakən rayonu Nizami 
adına orta məktəbin 1-ci sinfinə daxil 
olmuş, 1990-cı ildə həmin məktəbi Qızıl 
medal ilə bitirmişdir. Həmin ildə Azər-
baycan Kənd Təsərrüfatı Akademiya-
sının “AKT sahələrinin iqtisadiyyatı  və idarə edilməsi” 
fakültəsinə daxil olmuş və 1995-ci ildə bitirmişdir. 
1992-ci ildən Balakən İstehsalat Birliyində baş iqtisadçı 
kimi  əmək fəaliyyətinə başlamış  və müxtəlif vəzifələrdə 
çalışmışdır. Hal-hazırda “BalaCans” MMC-nin direktoru 
vəzifəsində çalışır. 
Azərbaycan Dövlət  İqtisad Universitetinin dissertantı 
olmuş və 2010-cu ildə Az.ETKTİ və Tİ-da “Aqrar sahənin 
investisiyalaşdırılmasının dövlət tənzimlənməsi” 
mövzusunda  dissertasiya işini müdafiə edərək, iqtisad üzrə 
fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 7 elmi məqalənin 
müəllifidir. 
Ailəlidir, 4 övladı var. 
 
 
 


 
 
239
 
 
 
Cavadov Natiq Əli oğlu 
 
Cavadov  Natiq  Əli  oğlu 1958-ci 
ildə 
Azərbaycan 
Respublikasının 
Ağdam  şəhərində  anadan  olmuşdur. 
Orta  təhsili  Ağdam  şəhər  3№-li  orta 
məktəbdə almışdır.  
1975-ci  ildə  orta  məktəbi  bitir-
dikdən  sonra  Azərbaycan  Kənd  Təsər-
rüfatı İnstitutunun (hazırkı ADAU-nun) 
«Kənd təsrrüfatının iqtisadiyyatı və təşkili»  fakültəsinə daxil 
olmuş, 1980 -ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə 
bitirərək  “Kənd  təsərrüfatı  istehsalının  təşkilatçı-iqtisadçısı 
ixtisasına  yiyələnmişdir.  İnstitutu  bitirdikdən  sonra  həmin 
institutun  «Mühasibat  uçotu  və  statistika»  kafedrasında 
assistent kimi fəaliyyətə başlamışdır. 
1985-1990-cı  illərdə  Moskva  İqtisadiyyat-Statistika 
İnstitutunun    (MİSİ-nin) «Riyazi  statistika»  kafedrasının 
dissertantı  olmuş  və  “Kənd  təsərrüfatı  istehsalının  intensiv-
ləşdirilməsinin  statistik  tədqiqi  mövzusunda  namizədlik 
dissertasiyası yerinə yetirmişdir. 1990-cı ilin mayında  MİSİ-
da 08.00.11- “Statistika ixtisası 
üzrə  namizədlik 
dissertasiyası  müdafiə  etmiş  və  həmin  il  SSRİ  AAK-nin 
qərarı ilə iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. 
1990-1995-ci  illərdə  N.Tusi  adına  Azərbaycan  Dövlət 
Pedoqoji Universitetində təhsil almış və riyaziyyat müəllimi 
ixtisasını almışdır. 
1996-cı  ildə  ADAU-nun  «Statistika  və  maliyyə» 
kafedrasının  müdiri  seçilmişdir  və 2001- ci  ilin  may  ayına 


 
 
240
 
 
 
kimi  həmin  vəzifədə  çalışmışdır. 2000-ci il sentyabrın 25-
dən 2005-ci  ilin  sentyabrın 15-ə  kimi  ADAU-nun  tərbiyə 
işləri  üzrə  prorektoru  vəzifəsində  işləmişdir. 22.12.2008-ci 
ildən 22.05.2009-ci il tarixə kimi «Aqrar iqtisadiyyat və 
menecment» fakültəsinin dekan əvəzi olmuşdur. Hal-hazırda 
“Maliyyə  və iqtisadi nəzəriyyə  kafedrasında  dosent 
vəzifəsində  çalışır. 100-dən  artıq  elmi-metodiki    əsərin 
müəllifidir. 
2000-2010-cu  illərdə Azərbaycan  Elmi-Tədqiqat  Kənd 
Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun doktorantı 
olmuşdur. "Müasir 
şəraitdə  aqrar  sahədə  struktur 
dəyişikliklərinin  əsas istiqamətləri"  mövzusunda yerinə 
yetirdiyi doktorluq dissertasiya işi müdafiə üçün 2011-ci ilin 
oktyabr ayında Azərbaycan Respublikası Ali Attestasiya 
Komissiyası  tərəfindən ADAU-nun nəzdində  fəaliyyət 
göstərən FD.04.013 birləşdirilmiş dissertasiya
 
şurasına 
göndərilmişdir.  
1989-cu  və 1999-cu  illərdə  Respublikamızda  keçirilən 
əhalinin siyahıyaalınmasında təlimatçı kimi iştirak etmişdir. 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  “Kənd 
təsərrüfatı  siyahıyaalınmasının  keçirilməsi  haqqında 28 
noyabr 2003-cü  il  tarixli 152 saylı  qərarına  uyğun  olaraq 
siyahıyaalmanın  keçirilməsi  üzrə  Azərbaycan  Respublikası 
Dövlət  Statistika  Komitəsinin  sədr  müavini  M.H.Hacıyevin 
sədrliyi ilə təşkil edilən işçi komissiyanın üzvü olmuşdur.   
Ailəlidir,  2 övlad atasıdır. 


 
 
241
 
 
 
Daşdəmirov Əlləz İsa oğlu 
 
Daşdəmirov Əlləz İsa oğlu 1963-cü 
ildə S.M.Kirov adına Azərbaycan 
Dövlət Universitetinin “İqtisad” 
fakültəsini mühasib-iqtisadçı ixtisası 
üzrə müvəffəqiyyətlə bitirmiş  və 
Azərbaycan Respublikasının Kənd 
Təsərrüfatı Nazirliyinin göndərişi ilə 
Abşeron rayonundakı Zirə südçülük-tərəvəzçilik sovxozuna 
baş mühasib   təyin edilmişdir. Həmin sovxozda 1972- ci ilə 
kimi öz fəaliyyətini davam etdirmişdir. 1972-ci ildə 
Ə.İ.Daşdəmirov istehsalatdan ayrılmaqla Azərbaycan Elmi-
Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 
Aspiranturada təhsil aldığı müddətdə “Əsas fondların təkrar 
istehsalı  və onlardan  istifadənin iqtisadi faydalılığının 
təhlili”  mövzusunda namizədlik dissertasiyasını  vaxtından 
əvvəl  müdafiə edərək iqtisad elmləri namizədi alimlik 
dərəcəsi almışdır.  
Həmin institutda 10 ildən çox elmi fəaliyyətlə  məşğul 
olmuş və bu müddət ərzində  kiçik elmi işçi, baş elmi işçi və 
şöbə müdiri vəzifələrində işləmişdir. Ona 1982- ci  ildə SSRİ 
Ali Attestasiya Komissiyasının qərarı ilə baş elmi işçi rütbəsi 
verilmişdir. 
Ə.İ.Daşdəmirov 1984-cü ildə müsabiqə yolu ilə Azər-
baycan Dövlət Xalq Təsərrüfatı  İnstitutunun “Mühasibat 
uçotu” kafedrasına dosent  vəzifəsinə seçilmişdir. 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə