Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə55/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   51   52   53   54   55   56   57   58   ...   69

 
 
242
 
 
 
Daşdəmirov  Əlləz  İsa oğlunun elmi-pedaqoji fəaliyyəti 
120-dən çox elmi  əsərdə, o cümlədən “Əsas istehsal 
fondlarının normtivləri”, “İstehsalda itkilərə qarşı  mübariz 
tədbirləri” kitablarında, həmçinin “Xalq təsərrüfatının  əsas 
sahələrində  mühasibat uçotunun xüsusiyyətləri” (iki hisssə) 
dərs vəsaitlərində, “Mühasibat (maliyyə) uçotu” birgə 
müəlliflərlə yazdığı dərsliklərdə öz əksini tapmışdır.  
Hazırda  Ə.İ.Daşdəmirov Azərbaycan Dövlət  İqtisad 
Universitetinin “Mühasibat  uçotu” kafedrasında dosent 
vəzifəsində çalışır.  
 
 
 


 
 
243
 
 
 
Əjdər  Qiyaslı 
 
Əskərov Əjdər Xanlar oğlu (Əjdər 
Qiyaslı) 1935-ci il dekabrın 13-də 
Azərbaycanın dilbər guşələrindən 
birində, Ağdam rayonunun Qiyaslı 
kəndində anadan olmuşdur. Orta 
məktəbi bitirdikdən sonra 1955-ci ildə 
Azərbaycan Dövlət Xalq Təsərrüfatı 
İnstitutuna daxil olub, 1960-cı ildə 
indiki BDU-nun “İqtisad” fakültəsini iqtisadçı-mühasib 
ixtisası üzrə bitirmişdir. 
1960-cı ildə  Kənd Təsərüfatı Elmlər Akademiyasının 
“İqtisadiyyat” bölməsində, 1962-ci ildən isə onun əsasında 
yaradılmış Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının 
İqtisadiyyatı  və  Təşkili  İnstitutunda kiçik elmi işçi 
vəzifəsində işləməyə başlamışdır. Həmin institutda 1963-cü 
ildə aspiranturaya daxil olmuş, “Qarabağ düzü kolxozlarında 
kənd təsərrüfatı sahələrinin yerləşdirilməsinin iqtisadi 
qiymətləndirilməsi və  məhsul istehsalının artırılması 
ehtiyatları” mövzusunda dissertasiya müdafiə edərək iqtisad 
elmləri namizədi, alimlik dərəcəsi almışdır. 
1967-ci ilin sentyabrından indiki Azərbaycan Dövlət 
İqtisad Universitetində müəllim, baş müəllim, dosent 
vəzifəsində işləyir.  
Əjdər Qiyaslı 53 ilə yaxındır ki, elmi-pedoqoji və ədəbi 
sahədə çalışır. Onun iqtisadiyyatın aktual problemlərinə dair 
8 kitabı, 85-dən çox elmi əsəri, 150-dən artıq elmi-publisist 
məqalələri çap olunmuşdur. Hələ müdafiə etməmişdən əvvəl 


 
 
244
 
 
 
“Azərbaycan gəncləri” qəzetində  “İqtisadi bilik bolluğun 
açarıdır” başlığı altında çap olunan çoxsaylı seriya 
məqalələrin müəllifidir. 
İqtisadçı alim, şair  Əjdər Qiyaslı 50- çap vərəqi 
həcmində  “İqtisadi nəzəriyyə” və 26 çap vərəqi həcmində 
“İqtisadi təlimlər tarixi” dərsliklərinin müəlliflərindən biridir. 
O,”Nizami Gəncəvinin iqtisadi görüşləri” mövzusunda 
doktorluq dissertasiyası üzərində  işləyir. Eyni zamanda, 
M.F.Axundovun, C.Cabbarlının və S.Vurğunun iqtisadi fikir 
dünyasına dair yazdığı  dəyərli  əsərləri “İqtisadiyyat” və 
“Elm” qəzetlərində çap edilmişdir. 
Tanınmış iqtisadçı alim, kamil pedaqoq və istedadlı şair 
Əjdər Qiyaslının  yaradıcılığı qoşa qanadlıdır. O, həm 
iqtisadiyyat, həm də poeziya sahəsində çalışır.  İndi onun 
“Doğma torpaq”, “İnsanlara inanıram”, “Günəşli nəğmələr”, 
“Yaxşı adam görəndə”, “Ömür karvanı”, “Ömrün qoşa 
qanadı”, “Mənim dünyam”, “Yaşanan günlər”, “Səmalardan 
gələn səda”, “Yaradan yaşayır, yaranan qalır”, “Dünyanı 
yaşadan Günəş” və  “İqtisad elminin kəhkəşanında” adlı 12 
şerlər kitabı, 8 poeması, qəzet və jurnallarda 450-dən çox 
şeri çap olunmuşdur.  Şerlərinə S.Ələsgərov, R.Mirişli, 
M.Əhmədova, C.Musayev, C.Quliyev kimi görkəmli 
bəstəkarlar çoxsaylı populyar mahnılar bəstələmişlər. Bir 
çox şerləri Türkiyədə, Təbrizdə, Moskvada, Daşkənddə çap 
olunmuşdur. 
Əjdər Qiyaslı poeziya aləmində ilk dəfə olaraq 
“Dünyanın himni”ni yazmış, onu 3 dildə -azərbaycan, rus və 
ingilis dillərində çap etdirmişdir; himnin sözlərinə tanınmış 
bəstəkar Cavanşir Quliyev mahnı bəstələmişdir. 


 
 
245
 
 
 
O, yüksək vətənpərvər və fədakar alim-şairdir; 1993-cü 
ilin mayında Bakı Veteranlar şurasının üzvlərilə  Ağdam, 
Tərtər, Ağdərə rayonlarının cəbhə bölgələrində olmuş
əsgərlər qarşısında onları  qələbəyə ruhlandıran  şeirlərilə 
çıxış etmişdir. 
Alim-şair Azərbaycanda təhsilin inkişafındakı xidmət-
lərinə, qüsursuz və  səmərəli fəaliyyətinə görə “Tərəqqi” 
medalı  və AR Təhsil Nazirliyinin “Fəxri fərmanı” ilə  təltif 
edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin fəal üzvüdür. 
“Araz” Ali Ədəbi mükafatı  və “Qızıl Qələm” mükafatı 
laureatıdır. 2002-ci və 2004-cü illərdə  Məşhəd ziyarətində 
olmuşdur. 
Evlidir. 3 qızı, 1 oğlu və 7 nəvəsi vardır. 
 
 


 
 
246
 
 
 
Əliyeva Yasəmən Əli qızı 
 
Əliyeva Yasəmən  Əli qızı 12 iyun 
1953-cü ildə Ermənistanın Kirovakan 
(Qara kilsə) rayonunun Arçut kəndində 
ziyalı ailəsində anadan olmuşdur. 1970-
ci ildə Arçut kənd orta məktəbini 
bitirdikdən sonra Bakı  şəhərində 
yaşayır. 1974-1979-cu illərdə Azərbay-
can Dövlər Pedaqoji Xarici Dillər  İnstitutunda təhsil alıb. 
Alman-ingilis dili fakültəsini bitirib. 3 il təyinatı üzrə Şamaxı 
rayon Meysəri kənd orta məktəbində müəllim işləyib. Sonra 
Azərittifaqda işə düzəlib. 1980–1990–cı illərdə Azərittifaqda 
müəyyən vəzifələrdə  işləyib. 1985 – 1990 illərdə Moskva 
Kooperativ 
İnstitutunun Bakı filialında “Ticarətin 
iqtisadiyyatı” fakültəsində, qiyabi şöbədə təhsil alıb. 1990-cı 
ildə rektorun əmri ilə institutda metodist-müəllim 
vəzifəsində saxlanılıb.  İlk  əvvəl alman dilindən, sonra isə 
menecmentdən dərs deyib. Həmin ildən müəllim, baş 
müəllim vəzifələrində çalışıb. 
1997-ci ildə Milli Elmlər Akademiyasının  İqtisadiyyat 
İnstitutunun dissertantı kimi təsdiq edilib və “Kənd 
təsərrüfatında sahibkarlıq fəaliyyətinin stimullaşdırılması” 
mövzusunda elmi iş üzərində işləyib.        
2005-ci ildə Azərbaycan Elmi - Tədqiqat Kənd 
Təsərrüfatı  İnstitutunda  dissertasiya işini müdafiə edərək 
iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə