Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə52/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   48   49   50   51   52   53   54   55   ...   69

 
 
227
 
 
 
Həmin dövrlərdə ilk dəfə olaraq ETİİ-nin yerinə yetirdiyi 
işlərdən bir istiqamət “Plan hesablamalarının Avtomat-
laşdırılmış idarəetmə sistemi (PHAİS)” idi. PHAİS- in alt 
sistemi olan “ticarət sistemi” ilə  məşğul olurmuş  və qeyd 
edilən sistemin işlənilməsi üzrə ümumittifaq işləyicisi 
seçilmişdir. (Yeri gəlmişkən onu qeyd edək ki, bu sahəyə 
sabiq SSRİ-dən cəmi beş  nəfər mütəxəssis cavabdehlik 
daşıyırdı ki, onlardan da biri A.H.Tağıyev  idi).   
1967 – 1976-cı illərdə Sumqayıt Dövlət Universitetində 
(keçmiş Azərbaycan Sənaye İnstitutu) dərs aparmış və 1976-
cı ildən  ştata keçərək hazırkı dövrədək S.D.U-də 
işləməkdədir. 
Bu müddət ərzində SDU-da baş müəllim, dosent, iqtisad 
yönümlü müxtəlif kafedraların müdiri və  “İqtisadiyyat və 
idarəetmə” fakultəsinin ilk dekanı vəzifələrində çalışmışdır. 
Hal-hazırda “Menecment” kafedrasında dosent vəzifəsində 
çalışırır. 
Ümumi həcmi 180 çap vərəqi olan 140-dan çox elmi, 
elmi-metodik  əsərin, o cümlədən 17 kitabın müəllifidir. 
Bunlardan “Bazar iqtisadiyyatının  əsasları” (Bakı, Maarif 
2000, 337 səh.), “İstehsaldaxili  ehtiyatlardan istifadə 
problemi” (Bakı, Elm.1998,  280 səh.), “Biznesin təşkili və 
idarə edilməsi” (Bakı, “Təknur” MMC , 2007 ,341 səh.) 
kitabları ölkəmizin müxtəlif  Ali məktəblərində dərs vəsaiti 
kimi istifadə edilir. 
Bir sıra monoqrafiyaların və dərsliklərin elmi redaktoru 
olmuşdur. Buna misal olaraq prof. Ş. Axundov tərəfindən 
yazılmış “Marketinqin əsasları” (Bakı  Əbilov, “Zeynalov 
oğulları” 572 səh) dərsliyini göstərmək olar. 


 
 
228
 
 
 
Bazar münasibətlərinə keçidlə bağlı olaraq Azər-
baycanda bu problemlərin açıqlanması  və  həlli yollarına 
yaradıcılığında geniş yer vermiş, bu sahədə aşağıdakı əsərləri 
yaratmışdır: 
 “Bazar iqtisadiyyatı haqqında” Bakı “Oğuz eli” 1995, 
160 s. 
 “Bazar iqtisadiyyatının əsasları” Bakı ,” Maarif “  2000, 
336 s. 
 “Bazar iqtisadiyyatı terminləri” (İ. Abbasovla müştərək), 
Bakı “Sabah” 1996,  94 s. 
 “Bazar iqtisadiyyatı: peşə  və ixtisaslar” (Q. Kərimovla 
müştərək) Bakı “Gənclik” 1996, 35 s. 
 “Azad iqtisadi zona” (Q. Kərimovla müştərək) Bakı 
“Sabah” 1996, 60 s.  
 “Biznesin təşkili və idarəedilməsi”(S. Fərzəliyevlə 
müştərək) Bakı “Sabah” 1996 38 s. 
 “Müəssisələrin idarəedilməsi” Bakı “Gənclik” 2003, 70 
s.  
 “Biznesin təşkili və idarə edilməsi” Baki “Təknur” 2007, 
340 s. 
SDU-da işlədiyi müddətdə Sumqayıtın bir sıra iri sənaye 
müəssisələri ilə  təsərrüfat hesabı elmi – tədqiqat işləri 
aparmışdır. 
Uzun illərdir ki, Azərbaycanın bir sıra Kütləvi  İnfor-
masiya Vasitələrində iqtisad elminin müxtəlif cəhətlərinin 
təbliği ilə maarifləndirmə  işlərini yerinə yetirir. Müxtəlif 
sahələrin, xüsusilə bazar münasibətlərinə keçidlə bağlı olan 
problemlərin təbliği ilə  məşğuldur. Bunlardan Azərbaycan 
İqtisad Elminin : 


 
 
229
 
 
 
 “Kütləvi xidmət nəzəriyyəsi”-ndən istifadə edilməsi;  
 “Funksional dəyər təhlili üsulu”-ndan istifadə edilməsi; 
 Azad iqtisadi zonanın yaradılması; 
 Texniki parkların və biznes inkubatorlarının yaradılması 
kimi ideyaların pionerlərindən hesab edilir. 
Şəhərin ictimai həyatında da fəal iştirak etmişdir. “Elm” 
cəmiyyəti xətti ilə Sumqayıt  şəhərinin müəssisələrində 
mühazirələr aparmış, SDU-da müxtəlif ixtisas artırma 
kursları:  
 Keyfiyyətin kompleks idarəetmə sistemləri; 
 Müəssisədaxili ehtiyatların səfərbərliyə alınması; 
 Müəssələrin marketinqin və menecmentin təşkili və s. 
kurslar təşkil etmişdir. 
Sumqayıt  şəhərinin problemləri ilə  əlaqədar olaraq 
keçirilən elmi – praktiki konfransların əksəriyyətində iştirak 
edərək məruzə ilə çıxış etmişdir. 
İndiyədək 30-dan cox magistr dissertasiyasına rəhbərlik 
etmişdir. 
1997-ci ildə Azərbaycan Dövlət Tələbə  Qəbulu 
Komissiyasının iqtisad yönümlü magistraturaya qəbul üzrə 
hazırlanmış testlərin ekspertlərindən biri olmuşdur. 
Müxtəlif kütləvi informasiya vasitələrində milli 
dilimizdə iqtisad elminin təbliği ilə  də ciddi məşğul olur. 
Xüsusilə, “İqtisadiyyat” qəzetində apardığı  aşağıdakı 
rubrikalar daha uğurlu olmuşdur: 
 “Müəssisələrin rəqabətlilik qabiliyyətinin yüksəldilməsi 
yolları ” ; 
 “İdarəetmə üzrə qabaqcıl dünya təcrübəsindən” ; 
 “Biznes – planın işlənilməsi”; 


 
 
230
 
 
 
 “Müəssisənin strateji idarəedilməsi”; 
 “Biznesdə françayzinq dəstəyi”; 
 “İnnovasiya strategiyasının işlənilməsi” və s.   
2011-ci ildən başlayaraq indiyə  qədər innovasiyanın 
təbliği üzrə beş kitabça çap etdirmiş  və bu işi  davam 
etdirmədədir.          
Beynəlxalq təşkilatlar tərəfindən təşkil edilmiş üç kursda 
iştirak edərək müvafiq təlimçi sertifikatları almışdır. 
Beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən 
beşdən çox treyninq (təlim) layihələrinin həyata keçiril-
məsində təlimçi kimi iştirak etmişdir. 
İşlədiyi müddətdə SDU-nun rəhbərliyi tərəfindən 2 dəfə 
“Fəxri Fərman”-a layiq görülmüşdür . 
İqtisadiyyat fakultəsində 1998-ci ildə aparılan “Ən yaxşı 
müəllim” müsabiqəsinin qalibi olmuşdur. 
Hal hazırda Azərbaycan Azad İqtisadçılar  İttifaqının 
Sumqayıt filialının həmsədridir. 
2008-ci ildən Türk Dünyası Araşdırmalar Uluslararası 
Elmlər Akademiyasının professorudur. 
Ailəlidir, iki övladı, dörd   nəvəsi var.  
 
 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə